Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-452/2026 24.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs etibarnamə üzrə nümayəndəsi (vəkil) X1 iştirakı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-nin 529.1-1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI : IŞIN HALLARI: Iş materialında olan sənədlər: ##.##.2026-cı il tarixli məktubdan görünür ki, hüquqi şəxs “xxxx” MMC-nə məktub göndərilərək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsnun əmək haqqından hər ay 50% olmaqla 1500 manat məbləğində inzibati cərimə tutulmasının təmin edilməsi və tutulmanın həyata keçirilməyə başlanması barədə təsdiq edici sənədlər əlavə edilməklə 3 gün ərzində Şöbəyə yazılı formada məlumat verilməsi tələb edilmiş, əks halda IXM-nin 529.1-1-ci maddəsi ilə barəsində inzibati xəta haqqında protokol tərtib ediləcəyi izah edilmişdir. ##.##.2026-cı il tarixli bildiriş məktubundan görünür ki, ##.##.2026-cı il tarixli göstərişlə tələb edilən məlumatlar təqdim edilmədiyindən hüquqi şəxs “xxxx” MMC barəsində inzibati xəta haqqında icraat başlanılacağı barədə həmin hüquqi şəxsə bildiriş göndərilmiş və müəssisənin nümayəndəsi IXM-nin 529.1-1-ci maddəsi ilə protokolun tərtib olunmasında iştirak edilməsi məqsədi ilə ##.##.2026-cı il tarixdə saat 11:00-da DƏMX-nin X5nə və ya video konfrans vasitəsi ilə dəvət edilmişdir. Ödəniş qəbzinin surətindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən ##.##.2026-cı il tarixində “ASAN ödəniş” sistemi vasitəsi ilə 1500 manat inzibati cərimə ödənilmişdir. Gəncə Şəhər Məhkəməsinin eyni məsələ ilə bağlı olan ##.##.2026-cı il tarixli digər qərarı ilə (hakim Elçin Məmmədov) hüquqi şəxs qismində çıxış edən “xxxx” MMC barəsində IXM-nin 529.1-1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilmişdir. Həmin məhkəmənin qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin X5 tərəfindən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə hüquqi şəxsin əməlində inzibati xətanın tərkib əlamətləri olmadığına görə apellyasiya şikayəti təmin edilməmiş və Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Inzibati xəta haqqında materiala baxan Gəncə Şəhər Məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada qərar qəbul edilmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI: Məhkəmənin qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti verərək Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, eyni inzibati xətaya görə rəhbəri olduğu hüquqi şəxs “xxxx” MMC barəsində də IXM-in 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Gəncə Şəhər Məhkəməsinə göndərilmiş və həmin məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ilə IXM-nin 529.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Məhkəmə qərarını bununla əsaslandırmışdır ki, inzibati tənbeh vermə haqqında qərarın icrası müddətində “xxxx” MMC-nin bank hesabları vergi sanksiyaları səbəbindən tam bloklanmış və fəaliyyəti məhdudlaşdırılmışdır. Hüquqi şəxs cəriməni vaxtında ödəmək istəsə belə, mövcud hüquqi və texniki qadağalara görə bu öhdəliyi icra etmək imkanından tamamilə məhrum olmuşdur. Eyni əsasları hazırda şikayətində də təkrar diqqətə çatdırır və qeyd etmək istəyir ki, barəsində tətbiq edilmiş 1500 manat məbləğində inzibati cərimənin əmək haqqımdan tutulmaması və vaxtında ödənilməməsi qərəzli xarakter daşımamış, buna direktoru olduğu “xxxx” MMC-nin bank hesablarının vergi borcuna görə bloklanması (həbsi) səbəb olmuşdur. Həmçinin hazırda barəsində tətbiq edilmiş cərimə məbləği ##.##.2026-cı il tarixli qəbzlə tam ödənilmişdir. Odur ki, şikayətin təmin edilməsi xahiş edilir. PROSESSUAL MƏSƏLƏLƏR: Apellyasiya məhkəməsinin iclasında iştirak edən barəsində inzibati tənbeh tətbiq edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs nümayəndəsi (vəkil) Vurğun Quliyev şikayətin dəlillərini müdafiə edərək şikayətin məzmununa uyğun çıxış etdi və şikayətin təmin edilməsini xahiş etdi. Apellyasiya məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilmiş inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə IXM-in 133.2.4-cü maddəsinə əsasən nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQI MƏSƏLƏLƏR: IXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə, şikayətin dəlillərini iş materialları ilə araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin olunmalı, iş üzrə Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs rəhbəri olduğu “xxxx” MMC haqqında IXM-nin 529.1-1-ci maddəsi ilə protokol tərtib olunaraq Gəncə Şəhər Məhkəməsinə göndərilmiş və həmin məhkəmənin ##.##.2026-cı il tarixli qərarı ilə “xxxx” MMC-nin barəsində hüquqi şəxs kimi IXM-nin 529.1- 1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilmişdir. Həmin məhkəmənin qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin X5 tərəfindən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə hüquqi şəxsin əməlində inzibati xətanın tərkib əlamətləri olmadığına görə apellyasiya şikayəti təmin edilməmiş və Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hazırki iş üzrə qeyd edir ki, Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs rəhbəri olduğu “xxxx” MMC barəsində bank hesablarının vergi borcuna görə bloklanması səbəbindən MMC barəsində IXM-nin 529.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə xitam verilmiş, eyni inzibati xəta hadisəsi ilə bağlı inzibati orqan tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində vəzifəli şəxs kimi IXM-nin 529.1-1-ci maddəsi ilə nəzərdə tutulan protokol tərtib olunaraq Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Apellyasiya məhkəməsi qeyd edir ki, qeyd edilən xüsusatlarlarla bağlı hazırda qüvvədə olan apellyasiya məhkəməsinin qərarı mövcuddur, buna görə də Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsın IXM-nin 529.1-1-ci maddəsi ilə təqsirli bilərək inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Həmçinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən inzibati cərimənin vaxtında ödəyə bilməməsi onun bu iş üzrə qərəzli olmasına əsas verə bilməz. Ona görə ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs rəhbəri olduğu “xxxx” MMC barəsində bank hesablarının vergi borcuna görə bloklanması səbəbi məhkəmə tərəfindən nəzərə alınmamış, eyni zamanda ##.##.2026-cı ildə birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul edilənədək ##.##.2026-cı il tarixdə “ASAN ödəniş” sistemi vasitəsi ilə 1500 manat inzibati cərimə ödənilmiş, bununla da inzibati xəta hadisəsinin ictimai təhlükəliliyi aradan qaldırılmışdır. Qeyd edilən xüsusatlarla yanaşı məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, eyni əsaslara görə inzibati orqan tərəfindən həm hüquqi şəxs barəsində, həm də onun rəhbəri (vəzifəli şəxs) barəsində ayrı-ayrılıqda protokol tərtib olunaraq məhkəməyə göndərilməsi qanuni deyil. Belə ki, Konstitusiya Məhkəməsinin ##.##.2026-ci il tarixli Plenumunun Qərarında göstərilir ki, eyni inzibati xəta hadisəsi ilə bağlı inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarlar tərtib edilərək həm məhkəməyə (hüquqi şəxs barəsində), həm də səlahiyyətli orqana (vəzifəli şəxs barəsində) göndərilməsini Konstitusiyanın 71-ci maddəsinin X hissəsinin və Inzibati Xətalar Məcəlləsinin 18.6 və 18.7-ci maddələrinin tələbləri istisna edir. Eyni zamanda işdə olan sənədlərdən görünür ki, inzibati orqan tərəfindən vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun rəhbəri olduğu “xxxx” MMC barəsində eyni inzibati xəta hadisəsi ilə bağlı protokol tərtib olunaraq məhkəməyə göndərilməsi Konstitusiyanın 71-ci maddəsinin X hissəsinin və Inzibati Xətalar Məcəlləsinin 18.6 və 18.7-ci maddələrinin tələblərində istisna olunur. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə tam araşdırma apararaq düzgün nəticəyə gəlməmiş və qanunvericiliyin tələbləri ilə uzlaşmayan məhkəmə aktının qəbul edilməsi ilə nəticələnmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində IXM-nin 529.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkib əlaməti mövcud deyildir. Bu xüsusat hazırda qüvvədə olan Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə də təsdiq olunur. Beləliklə, yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. IXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul olunur. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və dəyişdirilməsi üçün əsasdır. Qeyd edilənlərə əsasən və IXM-nin 133-136, 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Barəsində inzibati tənbeh tətbiq edilmiş vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı ləğv edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin X5 tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol ləğv edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs vəzifəli şəxs kimi Azərbaycan Respublikası IXM-nin 529.1-1-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-7)-452/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-452/2026
24.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver