Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-453/2026 15.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, Məmmədov Elvin Israyıl oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “xxxx” MMC-nin nümayəndəsi nümayəndə1 və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi X1 iştirakları ilə, “xxxx” MMC-nin Azərbaycan Respublikası IXM-nin 529.1-1-ci ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməsinə dair Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(5-121)-1834/2026 nömrəli qərarından X4 Xidmətinin Hüquq Idarəsinin rəisi müavini Tamerlan Məlikli tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDI: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Gəncə-X5 tərəfindən “xxxx” MMC-nin barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra IXM) 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair ## ### 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Inzibati xəta haqqında protokolun tərtib olunmasına səbəb Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Gəncə-X5 tərəfindən tərtib edilmiş ## ### 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən “xxxx” MMC-nin inzibati tənbeh etmə haqqında qərarı icra etməməsi olmuşdur. Belə ki, X2 IXM-nin 192.4 və 192.6-cı maddələri ilə təqsirli bilinərək 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə edilərək qərar icra olunması üçün onun iş yerinə göndərilsə də, bu qərarın icrası ilə əlaqədar X4 Xidmətinin Gəncə-X5 ##.##.2026-cı il tarixli 3-17-5/2- *****/**** nömrəli məktubunda nəzərdə tutulmuş tədbirlər “xxxx” MMC tərəfindən görülməmişdir. Həmin cərimə onun əmək haqqısından tutulmamışdır. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(5-121)-1834/2026 saylı qərarı ilə “xxxx” MMC-nin barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 529.1- 1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin həmin qərarından X4 Xidmətinin Hüquq Idarəsinin rəisi müavini Tamerlan Məlikli şikayət verərək Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarının ləğv edilməsi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Qarabağ Regional Şöbəsi tərəfindən "xxxx" MMC barəsində tərtib edilmiş ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli Qərarına əsasən “xxxx” MMC-nin barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilmişdir. Aşağıdakı əsaslara görə hesab edir ki, Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- ****/**** nömrəli Qərarı əsassız olduğundan ləğv edilməli, X4 Xidmətinin Gəncə-X5 tərəfindən “xxxx” MMC barəsində tərtib edilmiş ##.##.2026-cı il tarixli, MN HYPERLINK "tel:2339125" ******* nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati məsuliyyətə cəlb edilməlidir.Bildirir ki, X2 IXM-nin 192.4 və 192.6-cı maddələri ilə təqsirli bilinərək 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə edilərək qərar icra olunması üçün onun iş yerinə göndərilsə də, bu qərarın icrası ilə əlaqədar X4 Xidmətinin Gəncə-X5 ##.##.2026-cı il tarixli HYPERLINK "tel:3-17-5/2-38989" *-**-*/*-*****/**** nömrəli məktubunda nəzərdə tutulmuş tədbirlər “xxxx” MMC tərəfindən görülməmişdir.Həmin cərimə onun əmək haqqısından tutulmamışdır. Belə ki, Inzibati Xətalar Məcəlləsinin 150.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə inzibati cərimə ödənilmədikdə, onun ödənilməsi məqsədi ilə inzibati cərimə tətbiq etmə haqqında qərarın surəti həmin qərarı qəbul etmiş səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən fiziki şəxslər barəsində - onun əməkhaqqından, təqaüdündən, pensiyasından və ya digər gəlirlərindən tutulması üçün inzibati məsuliyyətə cəlb edilmiş şəxsin işlədiyi və ya oxuduğu, yaxud əməkhaqqı aldığı müəssisəyə, idarəyə, təşkilata və ya pensiya təyin edən orqana göndərilir. X2 “xxxx” MMC-də rəsmi işləməsi və əmək haqqı alması ilə əlaqədar X4 Xidməti IXM-nin 150-ci maddəsinin tələblərinə əsasən ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar üzrə 1500 manat məbləğində cərimənin ödənilməsinin təmin edilməsi məqsədi ilə “xxxx” MMC-yə ##.##.2026-cı il tarixli, HYPERLINK "tel:3-17-5/2-38989" *-**-*/*-*****/**** nömrəli xəbərdarlıq məktubu ünvanlamış və həmin məktub onlar tərəfindən ##.##.2026-cı il tarixdə təhvil alınmışdır (SX079415700AZ).Sadalanan tədbirlərə baxmayaraq “xxxx” MMC tərəfindən Xidmətin qanuni göstərişinə əsasən 1500 manat cərimənin ödənilməsi ilə əlaqədar hər hansı vəsaitin köçürülməsi təmin edilməmişdir. Beləliklə, “xxxx” MMC tərəfindən ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar üzrə 1500 manat cərimənin ödənilməsi ilə bağlı heç bir tədbir görülməmiş və qanunvericiliyin tələbləri pozulmuşdur. Məhkəmə iclasında iştirak edən “xxxx” MMC-nin nümayəndəsi nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi X1 apellyasiya şikayətini müdafiə etdi, şikayətin dəlillərinə uyğun çıxış edərək təmin edilməsini xahiş etdi. Məhkəmə şikayətin dəlillərini araşdıraraq və birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını iş materialları ilə əlaqəli şəkildə yoxlayaraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, IXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 48-ci maddəsində göstərilmişdir ki, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası IXM-nin 529.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 150.5.1-ci maddəsində nəzərdə tutulmuş subyektlər tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Iş materiallarında olan ## #### 2026-cı il tarixli qəbzin surətindən görünür ki, “xxxx” MMC-nin direktoru X2 tərəfindən 1500 manat məbləğində inzibati cərimə ödənilmişdir. Iş materiallarında olan Vergi borcunun ödənilməməsinə dair bildirişlərdən (##.##.2026, ##.##.2026 və ##.##.2026-cı il tarixli) görünür ki, xxxx” MMC-nin 184,549.82 manat vergi borcu mövcuddur. Birinci insansiya məhkəməsi hesab etmişdir ki, inzibati tənbeh vermə haqqında qərarın icrası müddətində “xxxx” MMC-nin bank hesabları vergi sanksiyaları səbəbindən tam bloklanmış və fəaliyyəti məhdudlaşdırılmışdır. Hüquqi şəxs cəriməni vaxtında ödəmək istəsə belə, mövcud hüquqi və texniki qadağalara görə bu öhdəliyi icra etmək imkanından tamamilə məhrum olmuşdur. Məhkəmə belə hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Gəncə-X5 tərəfindən tərtib edilmiş ## ### 2025-ci il tarixli tarixdə tərtib edilmiş hazırkı inzibati xəta haqqında protokol üzrə icraata əməldə inzibati xəta tərkibinin olmaması (qərəz mövcud deyildir) əsası ilə xitam verilməlidir. Birinci instansiya məhkəməsi inzibati xəta haqqında iş materiallarını araşdıraraq hesab etmişdir ki, “xxxx” MMC-nin inzibati xəta törətməsi faktı öz təsdiqini tapmır. Ona görə də “xxxx” MMC-nin barəsində Azərbaycan Respublikası IXM-nin 529.1-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməlidir. Apellyasiya icraatı zamanı müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi tam, hərtərəfli və obyektiv araşdırma apararaq və işdə olan sənədləri tədqiq etmiş və müəyyən etmişdir ki, iş materialları məhkəmə iclasında araşdırılarkən müəyyən edilmişdir ki, X4 Xidmətinin Gəncə-X5 qeyd olunan normasına riayət etməməsi təqsirli olmayan “xxxx” MMC -nin inzibati məsuliyyətə cəlb olunması ilə nəticələnmişdir. IXM-nin 53.1.1-ci maddəsinə əsasən “Inzibati xəta hadisəsi olmadıqda” inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə aparılmış araşdırma zaman “xxxx” MMCnin əməlində inzibati xəta hadisəsi olmadığı müəyyən edilmişdir. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə həmin sübutlara əsaslanmaqla düzgün nəticəyə gəlmiş, tam araşdırma aparmış və qanuni və əsaslı qərar qəbul etmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi işdə olan sübutları məcmu halında nəzərdən keçirərək hesab edir ki, məhkəmənin gəldiyi nəticə əsaslıdır. IXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Ona görə də apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası IXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Iş üzrə Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(5-121)-1834/2026 saylı qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir. Hakim: Faiq Mahmudov
Məhkəmə qərarları › İş №3(3-7)-453/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-453/2026
15.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver