Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 3(3-7)-454/2026 15.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakim Hüseynov Salman Bilal oğlunun sədrliyi, Abdullayev Samir Zahid oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs), Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin nümayəndəsi X1 iştirakı ilə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin ## ###### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətin geri qaytarılması barədə Samux Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərardadından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən verilmiş şikayət əsasında inzibati xəta haqqında işə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Qərarından şikayət verilən orqan tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1000 manat cərimə edilməsi qərara alınmışdır. Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Samux Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərardadı ilə Azərbaycan Respublikası ƏƏSMN yanında X2 Xidməti tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətin geri qaytarılması qərara alınmışdır. Birinci instansiya məhkəməsinin həmin qərardadından Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi qənaətə əsasən o, sözügedən qərardan şikayətin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddəti ötürdüyündən və sözügedən qərarın ona gec təqdim olunmasına dair məhkəməyə heç bir sübut təqdim etmədiyindən, eyni zamanda buraxılmış müddəti bərpası barədə vəsatətlə müraciət etmədiyindən şikayət geri qaytarılmalıdır. Hesab edir ki, məhkəmə şikayətini müddətlə bağlı geri qaytarmaqda haqlı olmamışdır. Ona görə ki, şikayət etdiyi qərar müraciəti əsasında elektron sistemdən elektron formada ##.##.2026-cı il tarixdə çap edilərək ona təqdim olunmuşdur. Həmin qərarın hansı vaxtda almağı isə mübahisəli elektron qərarın sol yuxarı küncündə qeyd edilmişdir. Odur ki, mübahisəli qərardan şikayət vermə müddət tərəfindən ötürülmədən məhkəməyə müraciət olunmuşdur. Odur ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək işə mahiyyəti üzrə baxılmalıdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs şikayəti müdafiə etdi və təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin nümayəndəsi şikayəti qəbul etmədi və təmin edilməməsini xahiş etdi. Məhkəmə şikayətin dəlillərini, birinci instansiya məhkəməsinin qərardadının qanuniliyini və əsaslılığını iş materilları ilə birlikdə yoxlayaraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Samux Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərardadı ləğv edilməli və şikayət baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq olaraq 117.1 və 117.2-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərar onun baxılmasından dərhal sonra elan olunur. Qərarın surəti iki gün müddətində barəsində qərar qəbul edilmiş fiziki şəxsə, hüquqi şəxsin nümayəndəsinə və zərər çəkmiş şəxsə verilir. İXM-in 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Həmin məcəllənin müvafiq olaraq 57-1.3-ci və 57-1.1.3-ci maddələrinə əsasən səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərarın (qərardadın), o cümlədən elektron protokol və elektron qərarın bu Məcəllənin 57.1–57.5-ci maddələrində nəzərdə tutulmuş qaydada “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi vasitəsilə rəsmi çatdırılması barədə məlumatlar 1 gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən səlahiyyətli orqanların informasiya sistemlərinə və “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin “İCMAL” altsisteminə göndərilir. Səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərar (qərardad), o cümlədən elektron protokol və elektron qərar əlavə edilmiş materiallarla birlikdə səlahiyyətli orqanlar (vəzifəli şəxslər) tərəfindən kağız daşıyıcıda çap olunaraq, bu Məcəllənin 57.1–57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verilməsi üçün 2 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) göndərilir (bu Məcəllənin 57.6-cı maddəsinin müddəaları nəzərə alınmaqla). İXM-in müvafiq olaraq 127-3.1 və 127-3.2-ci maddələrinə əsasən bu Məcəllənin 191.2ci, 192.1-ci, 192.3-cü, 194-cü, 195.2-ci, 469-1-ci, 477-1.1.2-ci, 477-1.1.4-cü və 540.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar üzrə dövlət informasiya sistemlərindən (ehtiyatlarından) istifadə edilməklə aşkar olunmuş inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. Həmin məcəllənin 127-4.1-ci maddəsinə əsasən barəsində bu Məcəllənin 127-3.2-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılmış fiziki şəxs və ya vəzifəli şəxs qərarla razılaşmadığı hallarda həmin qərar ona bu Məcəllənin 57-ci maddəsi ilə müəyyən olunmuş rəsmi qaydada verildiyi vaxtdan iyirmi gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət verə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə elektron qaydada göndərilə bilər. Bu məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Apellyasiya məhkəməsi qeyd edir ki, qanunun tələbindən göründüyü kimi barəsində inzibati tənbeh tətbiq edilmiş Qərardan şikayət verən orqan (şəxs) səlahiyyətli orqanın elektron qərarı ona rəsmi qaydada təqdim edildiyi vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana və ya məhkəməyə şikayət vermək hüququna malikdir. Lakin iş materiallarından Qərardan şikayət verən orqan (şəxs) qərarın surətini alıb-almaması, əgər almışsa hansı tarixdə alması müəyyən edilmədiyindən onun həmin qərardan şikayət vermə müddətini ötürülməsi qənaətinə gəlinməsi əsassızdır. Birinci instansiya məhkəməsi barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs tərəfindən səlahiyyətli orqanın qərarının surətini alıb-almamasını və ya hansı tarixdə alınmasını aydınlaşdırmadan şikayəti icraata qəbul etməkdən imtina etməkdə və onu geri qaytarmaqda haqlı olmamışdır. Belə ki, iş materiallarına nəzər salınarkən müəyyən olunur ki, X2 Xidməti tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli, MN ******* nömrəli qərarının Qərardan şikayət verən orqan (şəxs) göndərilməsi barədə hər hansı bir sənəd və ya çatdırılması barədə xəbərnamə iş materiallarına əlavə edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Qərardan şikayət verən orqan (şəxs) qərarı rəsmi qaydada alıb-almaması və ya hansı tarixdə alması müəyyən edilmədiyi halda birinci instansiya məhkəməsi müvafiq araşdırma aparmadan əsassız olaraq şikayəti icraata qəbul etməmiş və onu geri qaytarmışdır. İXM-in 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılması üçün hakimə göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin gəldiyi nəticələr üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Göstərilənləri nəzərə alaraq apellyasiya instansiyası məhkəməsi belə hesab edir ki, şikayət təmin edilməli, Samux Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərardadı ləğv edilməli, inzibati xəta haqqında iş baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 133-136-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA ALDI: Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət təmin edilsin. Samux Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərardadı ləğv edilsin. Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətin geri qaytarılması barədə Samux Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərardadı ləğv edilsin. İş baxılması üçün Samux Rayon Məhkəməsinə göndərilsin. Qərardad elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardaddan şikayət və ya protest verilməsinə yol verilmir.
Məhkəmə qərarları › İş №3(3-7)-454/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-7)-454/2026
15.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver