Məhkəmə qərarları › İş №3(3-7)-455/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-455/2026

16.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-455/2026 16.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların Istifadəsinə və X5 Xidməti ** saylı X10 etibarnamə üzrə nümayəndəsi baş məsləhətçi-müfəttiş X1, Maraqlı şəxs Maraqlı şəxs (üçüncü şəxs) ASC-nin etibarnamə üzrə nümayəndəsi hüquq şöbəsinin müdir müavini X3 iştirakı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində başlanılmış IXM-nin 262.2.3-cü maddəsi ilə iş üzrə icraata xitam verilməsinə dair Samux Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların Istifadəsinə və X5 Xidməti ** saylı X10 rəisi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: ## ###### 2026-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Samux rayonu, Qarayeri qəsəbəsinin ərazisindən keçən Şəmkir Maşın kanalın sağ istiqamətində yerləşən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə məxsus istixananın fəaliyyəti zamanı formalaşan tullantı sularının boru vasitəsi ilə təyinatsız olaraq kanalın beton üzlüklü yamacına, oradan da kanalın məcrasına axıdılması aşkar edilmiş, ona görə də Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində IXM-nin 262.2.3-cü maddəsi ilə məsuliyyətə cəlb olunmuşdur. Samux Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı (hakim Tərifə Kərimova) qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində Azərbaycan Respublikası IXM-nin 262.2.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. IŞIN HALLARI: Ишдя олан ## ###### 2025-ci il tarixli aktın surətindən görünür ki, Samux rayonu, Qarayeri qəsəbəsinin ərazisindən keçən Şəmkir Maşın kanalın sağ istiqamətində yerləşən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə məxsus istixananın fəaliyyəti zamanı formalaşan tullantı sularının boru vasitəsi ilə təyinatsız olaraq kanalın beton üzlüklü yamacına, oradan da kanalın məcrasına axıdılması aşkar edilmişdır. Faktla bağlı başladılmış araşdırma zamanı ətrafdakı insanlarla aparılmış şifahi sorğu zamanı müəyyənləşdirilmişdir ki, istixana Calal Ələkbərov adlı şəxsə məxsusdur. Cəlal Ələkbərov ilə yaradılmış telefon əlaqəsi (*** ***-**-**) zamanı şifahi olaraq bildirmişdir ki, sözügedən ünvandakı istixana rəhbəri olduğu üçün Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-ti adlı müəssisəyə aiddir və istixananın daxilində formalaşan tullantı suları boru vasitəsi ilə kanala axıdılır. Əlavə olaraq şəxsi işləri ilə bağlı olaraq Bakı şəhərinə getməli olduğu üçün araşdırmaya gələ bilməyəcəyini və axıdılan tullantı suyunun qısa zamanda aradan qaldırılacağını bildirərək faktı təsdiq etmişdir. Samux Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarından görünür ki, ”xxxx” MMC IXM-nin 262.2.3-cü maddəsi ilə təqsirli bilinərək 2000 (iki min) manat cərimə edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarından görünür ki, Samux Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı ləğv edilərək iş yenidən araşdırılması üçün Samux Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunmuş “xxxx” ASC-yə məxsus istixana kompleksinin istifadəyə verilməsi barədə” “xxxx” ASC ilə fiziki şəxs X2 arasında olan ## ###### 2023-cü il tarixli müqavilədən görünür ki, “xxxx” ASC tərəfindən Samux rayonunun Qarayeri qəsəbəsində yerləşən 2 ha istixana kompleksi X2 istifadəsinə verilmişdir və müqavilənin 7.1-ci bəndində təsbit olunmuş şərtə görə müqavilə 8 il müddətinə bağlanmışdır. Maraqlı şəxs (üçüncü şəxs) ASC-nin cavab məktubundan görünür ki, Maraqlı şəxs (üçüncü şəxs) ASC ilə X2 arasında bağlanmış 2023-cü il ## ###### tarixli **-IS/** nömrəli müqavilənin 7.2-ci bəndinin şərtlərinə uyğun olaraq, həmin müqavilə eyni şərtlərlə və eyni müddətdə avtomatik olaraq uzadılmış və hazırda qüvvədədir. Inzibati xəta haqqında materiala baxan Samux Rayon Məhkəməsi yuxarıda qeyd olunan qərarı qəbul etmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI: Məhkəmənin qərarından Suların Istifadəsinə və X5 Xidməti ** saylı X10 rəisi şikayət verərək Samux Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarın ləğv edilməsini və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iş materiallarından (müqavilələrdən) görünür ki, istixana kompleksi ##.##.2018-ci ildə “xxxx” ASC tərəfindən MMC-yə 3 il müddətinə icarəyə verilmişdir. “xxxx” ASC ##.##.2023-cü il tarixdə isə istixana kompleksini fiziki şəxs X2 8 ay müddətinə icarəyə vermişdir. Lakin sonuncu ilə bağlanmış ##.##.2023-cü il tarixli müqavilə fiziki olaraq mövcud olsa da, istixananı faktiki olaraq MMC işlədir və müqavilənin həqiqiliyinə əsaslı şübhələr vardır. Çünki həmin müqavilə aidiyyəti vergi orqanında qeydiyyatdan keçməli idi. Lakin nə ##.##.2023-cü il tarixli müqavilənin ərazi vergi orqanında qeydiyyatdan keçməsinə, nə də fiziki şəxs X2 Samux rayonu Qarayeri qəsəbəsinin ərazisindən keçən Şəmkir Maşın kanalın sağ istiqaməti ünvanı üzrə vergi uçotuna alınmasına dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Əksinə məhkəmələrin də qərarlarından göründüyü kimi ** saylı Gəncə-Daşkəsən regional bölmənin verdiyi sorğuya cavab olaraq ** saylı Ərazi Vergilər Baş Idarəsinin ##.##.2025-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, elektron uçot məlumat bazasına və yerində aparılan araşdırmaya əsasən Samux rayonu Qarayeri qəsəbəsinin ərazisindən keçən Şəmkir Maşın kanalın sağ istiqamətində yerləşən sözügedən istixana MMC-nin (VEÖN:**********) istifadəsindədir. Habelə məhkəmə araşdırması müddətində istixananın istifadəçisinin (sahibkarının) dəqiqləşdirilməsi barədə yenidən ** saylı Ərazi Vergilər Baş Idarəsinə sorğu məktubu ünvanlanmış, Bölməyə ünvanlanmış ## ### 2026-cı il tarixli cavab məktubunda istixananın MMC-nin (VEÖN: **********) istifadəsində olduğu təkrar təsdiqini tapmışdır. Qeyd olunan cavab məktubu məhkəmə prosesində təqdim olunmasına baxmayaraq, qərarda bununla bağlı hər hansı qeyd aparılmamışdır. Odur ki, şikayətin təmin edilməsini xahiş etmişdir. PROSSESUAL MƏSƏLƏLƏR Məhkəmə iclasında iştirak edən inzibati orqanın etibarnamə üzrə nümayəndəsi Həsənov Ilkin apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin məzmununa uyğun çıxış etdi və şikayətin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Maraqlı şəxs (üçüncü şəxs) ASC-nin etibarnamə üzrə nümayəndəsi Məftun Süleymanov şikayətin dəlillərinə etiraz edərək əsassız olduğunu və şikayətin təmin edilməməsini xahiş etdi. Əlavə olaraq o, göstərdi ki, ”xxxx” ASC tərəfindən Samux rayonunun Qarayeri qəsəbəsində yerləşən 2 ha istixana kompleksi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin istifadəsinə 2018-ci il tarixdə verilmiş və tərəflər arasında bu barədə 3 il müddətinə müqavilə bağlanmışdır. ”xxxx” ASC tərəfindən həmin 2 ha istixana kompleksi ## ###### 2023-cü il tarixdə fiziki şəxs X2 istifadəsinə verilmiş, tərəflər arasında bu barədə 8 il müddətinə müqavilə bağlanmış və həmin müqavilə eyni şərtlərlə və eyni müddətdə avtomatik olaraq uzadılmış və hazırda qüvvədədir. Apellyasiya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. IXM-nin 133.2.4-cü maddəsinə əsasən məhkəmə nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQI MƏSƏLƏLƏR: Şikayətin dəlillərini işin materialları ilə əlaqəli şəkildə tədqiq edərək məhkəmə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı və məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Iş materialına əlavə edilmiş inzibati xəta haqqında protokoldan və tərəflərin izahatlarından göründüyü kimi inzibati xəta hadisənin baş verməsi istisna olunmur, yalnız inzibati xəta hadisəsini törətmiş subyektin müəyyən olunmasında səlahiyyətli orqan tərəfindən lazımi araşdırma aparılmamışdır. Belə ki, “xxxx” ASC-yə məxsus istixana kompleksinin istifadəyə verilməsi barədə “xxxx” ASC ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin arasında olan ## ###### 2018-ci il tarixli müqavilədən görünür ki, “xxxx” ASC tərəfindən Samux rayonunun Qarayeri qəsəbəsində yerləşən 2 ha istixana kompleksi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin istifadəsinə verilmişdir və müqavilənin 5.1-ci bəndində təsbit olunmuş şərtə görə müqavilə 3 il müddətinə bağlanmışdır, yəni müqavilənin qüvvədə olma müddəti ## ###### 2021-ci il tarixdə başa çatır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi tərəfindən təqdim olunmuş ## ###### 2023-cü il tarixli müqavilədən görünür ki, “xxxx” ASC tərəfindən Samux rayonunun Qarayeri qəsəbəsində yerləşən 2 ha istixana kompleksi X2 istifadəsinə verilmişdir və müqavilənin 7.1-ci bəndində təsbit olunmuş şərtə görə müqavilə 8 il müddətinə bağlanmışdır. Maraqlı şəxs (üçüncü şəxs) ASC-nin cavab məktubundan görünür ki, Maraqlı şəxs (üçüncü şəxs) ASC ilə X2 arasında bağlanmış 2023-cü il ## ###### tarixli müqavilənin 7.2-ci bəndinin şərtlərinə uyğun olaraq, həmin müqavilə eyni şərtlərlə və eyni müddətdə avtomatik olaraq uzadılmış və hazırda qüvvədədir. Məhkəmə qeyd edilənləri yekunlaşdıraraq qeyd edir ki, ## ###### 2026-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunan zaman Şəmkir Maşın kanalın sağ istiqamətində yerləşən istixananın fəaliyyəti zamanı formalaşan tullantı sularının boru vasitəsi ilə təyinatsız olaraq kanalın beton üzlüklü yamacına və oradan da kanalın məcrasına axıdılması hadisəsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə məxsus olması mötəbər sübutlarla öz təsdiqini tapmır. Beləliklə, apellyasiya instansiyası məhkəməsinə verilmiş şikayətdə hər hansı sübuta əsaslanmamış və şikayət formal xarakterli olmuşdur. Odur ki, şikayət formal xarakterli olmaqla birinci instansiya məhkəməsi qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas kimi qəbul oluna bilməz. Qeyd edilənlərə əsasən və IXM-in 133-136, 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Apellyasiya şikayəti təmin olunmasın. Samux Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar