Məhkəmə qərarları › İş №3(3-7)-457/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-457/2026

15.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-457/2026 15.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, Məmmədov Elvin Israyıl oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) oğlunun və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin nümayəndəsi X1 iştirakları ilə, Qərardan şikayət verən orqan (şəxs) oğlunun Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 198.1.1-ci maddəsi ilə təqsirləndirilməsinə inzibati xəta haqqında iş üz üzrə icraata xitam verilməsinə dair Kəlbəcər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(5-133)- 267/2026 saylı qərarından X13 Xidmətinin Hüquq Idarəsinin rəis müavini Tamerlan Məlikli tərəfindən verilmiş şikayət üzrə materiala Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: Qərardan şikayət verən orqan (şəxs) Xankəndi Şəhər Məhkəməsinə yazılı şikayət verərək, X13 Xidmətinin Şərqi Zəngəzur regional şöbəsi tərəfindən tərtib edilən ## ##### 2026-cı il tarixli MN ******* nömrəli protokol əsasında qəbul edilmiş ## ##### 2026-cı il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və başlanılmış inzibati xəta üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X13 Xidmətinin Şərqi Zəngəzur regional şöbəsi (bundan sonra- DƏMX) tərəfindən qəbul edilmiş ## ##### 2026-cı il tarixli MN******* nömrəli qərar ilə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 198.1.1-ci maddəsi ilə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində cərimə olunmuşdur. Hesab edir ki, qeyd olunan qərar tamamilə əsassız və qanunsuzdur. O, SOCAR-ın “Azəriqaz” IB-nin X3 Istismarı Idarəsində (bundan sonra – Qarabağ RQII) Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və keyfiyyətə nəzarət şöbəsinin (bundan sonra – SƏTƏMM) rəisi vəzifəsində çalışır. ## ###### 2025-ci il tarixdə saat 17:40 radələrində Kəlbəcər şəhərinə köçlə bağlı yaşayış binalarında qaz təchizatının yoxlanılması, qaz sızıntı hallarının qarşısının alınması, istifadəyə yararlılığının yoxlanılması zamanı yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilə baxış keçirilərkən Qarabağ RQII-nin Kəlbəcər xidmət sahəsinin qaz təsərrüfatında qəza-bərpa işlərinin çilingəri X7 mənzilin eyvanında qazın verilməsini yoxlayarkən kibritdən istifadə etməsi ilə baş vermiş ani yanğın səbəbindən bədənin üst nahiyəsinin müxtəlif hissələrindən yanıq xəsarəti alması nəticəsində bədbəxt hadisə baş vermişdir. Bədbəxt hadisənin formal olaraq təhqiqatını aparmış X13 Xidmətinin Şərqi Zəngəzur regional şöbəsi onu Inzibati Xətalar Məcəlləsinin 198.1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində əsassız olaraq təqsirli bilib. Həmin orqan, komissiya üzvlərinin şəxslərin cavabdehliyi hissəsində razılaşmadığı və xüsusi rəylər təqdim edilən təhqiqat aktına istinadən belə qərar qəbul etmişdir. Işəgötürən tərəfindən məhkəmədə mübahisələndirilməsi nəzərdə tutulan və hələ təhqiqat prosesində komissiya üzvləri tərəfindən təqsirinin olmadığı qənaətinə gəlinən xüsusi rəy verilmiş bir akta əsaslanaraq qərar qəbul edən DƏMX təhqiqat aktında birmənalı olaraq hadisənin ilkin araşdırmasını aparmış Kəlbəcər Rayon Prokurorluğunun ## ####### 2025-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarına istinad etmişdir. Lakin əsaslandıqları qərara düzgün istinad edilməmiş, formal məsuliyyət yaratmaq üçün ancaq maraqlarına uyğun hissələr qeyd edilmişdir. Əvvəla qeyd edilməlidir ki, Qarabağ RQII 11 şəhər və rayonu əhatə ədən böyük regional bir müəssisədir. Istənilən bir müəssisədə SƏTƏMM tərəfindən əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların tələblərinə əməl edilməsi üçün çilingər vəzifəsində çalışan işçilər müvafiq olaraq gördükləri işlər üzrə fərdi mühafizə və geyimlə təmin edilməli, müvafiq kurslara cəlb edilməli, “Əməyin mühafizəsi və texniki təhlükəsizlik texnikası qaydaları”, “Peşə hazırlığı” seritfikasiyalardan keçmələri üçün tədbirlər görülməli, “Qaz təsərrüfatında qəza-bərpa işləri üzrə çilingərin təhlükəsizlik texnikası Təlimatı” və digər təlimat qaydaları ilə təlimatlandırılmalıdır. Şikayətə əlavə etdiyi sənədlər əsasında eləcə də bütün təhqiqat və prokurorluq araşdırması zamanı müəyyən edilir ki, hadisəni bilavasitə törətmiş Məftun Sadıqzadə bütün təlimatlarla təlimatlandırılmış, müvafiq kurslardan keçmiş və sertfikasiyalara malik olmuşdur. DƏMX-nin Şərqi Zəngəzur regional şöbəsi təhqiqat aktı tərtib edərkən cavabdehlik anlayışının mahiyyətini nəzərə almamışdır. Əgər bir şəxsin bir hadisədə cavabdehliyi müəyyən edilirsə deməli baş vermiş hadisə ilə onun əməli arasında səbəbli əlaqə mövcud olmalıdır. Aidiyyəti orqan protokol tərtib edərkən və ya qərar qəbul edərkən cavabdehlik anlayışının mahiyyətini nəzərə almadığı kimi, inzibati xəta tərkibinin nədə ehtiva olunduğunu da nəzərə almamışdır. Bir şəxsin hər hansı vəzifədə çalışması onun baş vermiş və ya verə biləcək bütün hadisələr zamanı inzibati məsuliyyətini yaratması və yaradacağı mənasına gəlmir. Bunun üçün əməldə inzibati xəta tərkibi olmalı, inzibati xəta tərkibi olması üçün isə “tərkib” anlayışın bütün əlamətləri eyni anda mövcud olmalıdır. Inzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində də məhz bu öz əksini tapmışdır: inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Formal tərtib edilmiş təhqiqat aktına istinadən onun Inzibati Xətalar Məcəlləsinin 198.1.1-ci maddəsi ilə təqsirini müəyyən edən DƏMX həmin aktın 6.4-cü bəndində göstərmişdir ki, cavabdehliyi aktın 4.5-ci bəndinə əsasən, yəni həmin bənddəki tələblərə riayət etmədiyindən müəyyən edilmişdir. 4.5ci bəndin müddəaları isə birbaşa olaraq Qarabağ RQII ilə onun aramda bağlanılmış əmək müqaviləsinin bəndlərinə görə gəlinmiş nəticədir. DƏMX xüsusilə 2 bəndinin tələbini yerinə yetirmədiyimi qeyd etmişdir: 1) Əməyin mühafizəsi üzrə qanunvericiliyin və digər normativ hüquqi aktların tələblərinə riayət olunmasına nəzarət; 2) istehsalat sahələrində təhlükəsiz əmək şəraitinin yaradılması məqsədi ilə əmək şəraiti vəziyyətinin ardıcıl olaraq yoxlanılması işini təşkil etmək. Nəzərə alınsa ki, hadisənin Məftun Sadıqzadənin fərdi müstəqil davranışı olan kibrit yandırmaqla baş verməsi prosesual sənədlərlə (ekspert rəyləri, prokurorluğun qərarı və.s) öz təsdiqini tapmışdır. Kəlbəcər rayon Prokurorluğunun ## ####### 2025-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarında birbaşa göstərilir ki, Məhkəməyanğın və texnoloji partlayışların tədqiqi ekspertizasının ## ####### 2025-ci il tarixli **/**** nömrəli rəyindən görünür ki, baş vermiş hadisə zamanı “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları” və texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs, yəni Məftun Sadıqzadə tərəfindən bu qaydalar pozulmuşdur. Məftun Sadıqzadənin bu qaydaları pozması, yəni kibrit yandırması hadisəyə bilavasitə səbəb olduğundan prokurorluq tərəfindən onun barəsində Inzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə material Kəlbəcər Rayon Məhkəməsinə göndərilmiş və məhkəmənin qərarı ilə cərimə edilmişdir. Ekspert rəyində hadisənin baş verməsinə səbəb olmuş faktlar konkret sadalanmışdır. Həmin rəydə hadisənin baş verməsinə səbəblərdən biri kimi Əməyin mühafizəsi üzrə qanunvericiliyin və digər normativ hüquqi aktların tələblərinə riayət olunmasına nəzarətsizlik göstərilməmişdir. Onun təqsirini təhqiqat aktının 4.5-ci bəndi ilə, xüsusilə əməyin mühafizəsi üzrə qanunvericiliyin və digər normativ hüquqi aktların tələblərinə riayət olunmasına nəzarətsizliyə görə əmək müqaviləsində qeyd edilən bəndlərin tələblərini pozmağı ilə əlaqələndirən DƏMX ## ##### 2026-cı il tarixli, MN******* nömrəli inzibati tənbeh vermə haqqında qərarında mötəbər sübut sayılan ekspert rəyində, prokurorluğun qərarında göstərilənləri təkzib edən inzibati xəta kimi heç bir hərəkət və ya hərəkətsizliyini göstərməmiş, ümumi cümlə ilə əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların tələblərinə əməl edilməməsini göstərmişdir. Qeyd edilməlidir ki, inzibati məsuliyyət zamanı təqsir tam sübuta yetirilməlidir və bütün şübhələr şəxsin xeyrinə şərh olunur. Əgər orqan səbəbli əlaqəni sübut edə bilməyibsə, konkret pozuntunu tam müəyyən etməyibsə bu qərar əsassız hesab edilməlidir. Əgər, DƏMX təqsirin dərəcəsinin, nədə ehtiva olunduğunun dəqiq göstərilmədiyi təhqiqat aktını sübut kimi qəbul edirsə, nəzərə alınmalıdır ki, Komissiya üzvlərinin özlərinin belə yekdil olmadığı və razılaşmadığı, xüsusi rəylərin mövcud olduğu şəraitdə DƏMX tərəfindən həmin aktın mübahisəsiz sübut kimi qəbul edilməsi də əsassızdır. Prokurorluq araşdırması zamanı baş vermiş hadisədə onun aidiyyətinin olmadığına görə ondan izahat tələb etməmiş və ya hadisənin araşdırılmasına bu və ya digər formada cəlb edilməmişdir. DƏMXnin istehsalatda bədbəxt hadisələrin təhqiqatını müstəqil aparmaq və izahatlar almaq səlahiyyəti olduğundan o, bu təhqiqat araşdırmasına cəlb edilmişdir. Bunun isə əsası sadəcə olaraq tutduğu vəzifə olmuşdur. Təhqiqat aktı tərtib edilərkən onun cavabdehliyini müəyyən edən DƏMX ekspert rəyində nələrin qeyd edildiyini, işçinin tərəflərindən, fərdi mühafizə vasitələri və geyimlə təmin edildiyini, müvafiq kurslara cəlb olunduğunu, “Əməyin mühafizəsi və texniki əhlükəsizlik texnikası qaydaları”, “Peşə hazırlığı” seritfikasiyalardan keçmələri üçün tədbirlər görüldüyünü, “Qaz təsərrüfatında qəza-bərpa işləri üzrə çilingərin təhlükəsizlik texnikası Təlimatı” və digər təlimat qaydaları ilə təlimatlandırıldığını təsdiq edən sənədləri və.s nəzərə almamışdır. DƏMX tərəfindən onun cavabdehliyinin hansı əsaslara görə müəyyən edildiyi və inzibati xətada nəyə görə təqsirli hesab edildiyi müəyyən deyildir. DƏMX öz gəldiyi nəticəni nə təhqiqat aktında nə inzibati tənbeh vermə haqqında qərarında əsaslandırmamış, sadalananları təkzib edən yeni sübut təqdim etməmişdir. Həmçinin, Kəlbəcər rayon Prokurorluğunun ## ####### 2025-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarının sonunda birbaşa qeyd edilmişdir ki, araşdırma zamanı digər inzibati xəta faktının aşkar edilməməsi nəzərə alınmalıdır. Görünən sadəcə odur ki, DƏMX izahat aldığı şəxslərin hər birini təqsirli olub-olmamasını müəyyən etmədən və sübuta yetirmədən cavabdeh kimi müəyyən etmiş və əməlində inzibati xəta tərkibinin olması qənaətinə gəlmişdir. Əgər hesab edilsə ki, DƏMX ümumiyyətlə prokurorluqdan və komissiyanın üzvlərindən ayrıca bir müstəqil mövqe formalaşdırıb və SƏTƏMM rəisi olaraq onu əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların tələblərinə əməl edilməməsində təqsirli bilib, onda bu təqsirin nədə ehtiva olunduğu dəqiq və konkret müəyyən edilməli idi. Ümumiyyətlə DƏMX ilk öncə müəyyənləşdirməli idi ki: onun tərəfindən əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların tələblərinə əməl edilməməsi dedikdə nə nəzərdə tutmuşlar? Bu tələblərə sadaladığı əsaslar xaric necə əməl olunmalı idi və yaxud necə olmamışdır? O, bu tələblərə necə riayət etməmişdir və ya nəzarəti necə təmin etməli idi yaxud necə təmin etməmişdir? Ümumiyyətlə onun 11 şəhər və rayonu əhatə edən regional müəssisənin SƏTƏMM rəisi kimi işçiləri kurslara cəlb etmək, , fərdi mühafizə vasitələri və geyimlə təmin etmək, mütəmadi təhlükəsizlik qaydaları ilə təlimatlandırmaq, serfitkasiyalara cəlb etmək və.s vəzifə öhdəliklərindən əlavə bütün rayonlarda görülən işlər zamanı eyni vaxtda iş yerində faktiki olma imkanı varmı və ya bütün rayonlarda eyni vaxtda görülən işlər zamanı iş yerində olmalı idimi? Ümumən əməyin mühafizəsi üzrə qanunvericiliyin və digər normativ hüquqi aktların tələblərinə riayət edilməsinə nəzarət etmə dedikdə faktiki nəzarət imkanının mövcud olubolmaması nəzərə alınmışdırmı? O, konkret hansı hərəkət(lər)i və ya hərəkətsizliyi etməmişdir? Həmin hərəkət və ya hərəkətsizlik hadisəyə necə səbəb olub? Bütün təhqiqat materiallarından, xüsusilə ekspertiza qərarlarından və prokurorluğun müvafiq qərarından isə aydın müəyyən olunur ki, hadisə zamanı hadisə yerində hər hansı əməyin mühafizəsi üzrə qanunvericiliyin və digər normativ hüquqi aktların tələblərinə riayət olunmasına nəzarətsizlik heç bir rol oynanamış, işəgötürən tərəfindən müvafiq kurslara cəlb edilmiş, , fərdi mühafizə vasitələri və geyimlə təmin edilmiş, “Əməyin mühafizəsi və texniki təhlükəsizlik texnikası qaydaları”, “Peşə hazırlığı” seritfikasiyalardan keçmiş, “Qaz təsərrüfatında qəza-bərpa işləri üzrə çilingərin təhlükəsizlik texnikası Təlimatı” və digər təlimat qaydaları ilə təlimatlandırılmış Məftun Sadıqzadə bu işləri yerinə yetirilməyə göndərilmiş və ehtiyatsızlıq nümayiş etdirərək kibrit yandırmaqla hadisəni törətməsinə səbəb olmuşdur. Indi DƏMX qarşısında sual yaranır: hadisənin baş verməsində SƏTƏMM-in iştirakı ilə işəgötürən tərəfindən işçilərə dair bütün əməyin mühafizəsi üzrə qanunvericiliyin və digər normativ hüquqi aktların tələblərinə əməl edildiyi halda 11 şəhər və rayonu əhatə edən regional bir müəssisənin SƏTƏMM rəisi baş verən hadisəylə əlaqədar hansı hərəkətləri etməli idi? Işinin peşəkarı hesab edilən, müvafiq kurslara cəlb olunmuş, sertfikasiyalara malik, təhlükəsizlik qaydaları ilə təlimatlandırılmış Məftun Sadıqzadənin bütün norma və qaydalara əməl etdikdən sonra qadağalara zidd şəkildə özbaşına kibrit yandırmağını öncədən proqnazlaşdıra bilərdimi? Işçinin qabaqcadan proqnozlaşdırılması mümkün olmayan fərdi və qaydalara zidd davranışına görə vəzifəli şəxsin avtomatik məsuliyyəti yaranırmı? Çünki, hadisənin baş verməsinə səbəb bütün sənədlər əsasında təsdiqini tapmışdır ki, bilavasitə Məftun Sadıqzadənin kibrit yandırması olmuşdur. Əgər DƏMX bundan fərqli qənaətə gəlmişsə bu mövqeyini yuxarıda sadaladığı bütün sualların cavabları ilə əsaslandırmalı idi. Qeyd edilən əməyin mühafizəsi üzrə qanunvericiliyin və digər normativ hüquqi aktların tələblərinə riayət edilmə və ya nəzarət bir şəkildə təmin edilə bilər: işi icra etməyə göndərilən şəxs işinin peşəkarı olsun, müvafiq kurslara cəlb edilmiş olsun, fərdi mühafizə vasitələri və geyimlə təmin edilmiş olsun, “Əməyin mühafizəsi və texniki təhlükəsizlik texnikası qaydaları”, “Peşə hazırlığı” seritfikasiyalardan keçmiş olsun, “Qaz təsərrüfatında qəza-bərpa işləri üzrə çilingərin təhlükəsizlik texnikası Təlimatı” və digər təlimat qaydaları ilə təlimatlandırılmış olsun- bunlar isə həyata keçirilmiş və təsdiqedici sənədlərdə öz əksini tapır. çMəhkəmə-yanğın və texnoloji partlayışların tədqiqi ekspertizasının ## ####### 2025-ci il tarixli **/**** nömrəli rəyinə əsasən, Məftun Sadıqzadə tərəfindən “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın 9.22-ci maddəsinin tələbləri pozulmuşdur. 9.22-ci bənd isə yəni, üfürmənin həyata keçirilməsi- Məftun Sadıqzadə tərəfindən aparılmış hərəkətdir və bu hərəkət zamanı necə addımlar atılmalı olduğuna dair biliklərə malik olmuş, , fərdi mühafizə vasitələri və geyimlə təmin edilmiş, müvafiq təlimatlandırmalar da keçirilmişdir (sənədlərlə təsdiq edilir). Belə olan halda, məlum məsələdir ki, Məftun Sadıqzadənin fərdi ehtiyatsız davranışı ilə özbaşına kibrit yandırması SƏTƏMM rəisi tərəfindən Əməyin mühafizəsi üzrə qanunvericiliyin və digər normativ hüquqi aktların tələblərinə riayət edilməmə və ya nəzarət etməmə demək deyildir. Çünki, bu peşəkarlığı sənədlərlə təsdiq edilən işçinin proqnozlaşdırılması mümkün olmayan müstəqil davranışıdır. Işçinin bu cür fərdi özbaşına davranışı işəgötürənə münasibətdə Əməyin mühafizəsi üzrə qanunvericiliyin və digər normativ hüquqi aktların tələblərinə riayət edilməmə və ya nəzarət etməmə anlayışı ilə eyniləşdirmək ehtimallarla şəxsi məsuliyyətə cəlb etmək olar. Bundan əlavə, aparılmış ekspertizalar zamanı ekspertlər və prokurorluq orqanı baş vermiş hadisədə yalnız Məftun Sadıqzadəyə münasibətdə texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması kimi qiymətləndirmiş, SƏTƏMM və ya bilavasitə işəgötürən tərəfindən əməyin mühafizəsi üzrə qanunvericiliyin və digər normativ hüquqi aktların tələblərinə riayət etməmə və ya nəzarət etməmə kimi səbəblər haqlı olaraq təsbit edilməmiş, Məftun Sadıqzadənin barəsində isə Inzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə material Kəlbəcər Rayon Məhkəməsinə göndərilmiş və məhkəmənin qərarı ilə cərimə edilmişdir. Onun təqsirinin təhqiqat aktının 4.5-ci bəndinə istinad edilməsi özü belə əsassızdır. Bütün bunların xülasəsi budur ki, Təhqiqat aktında komissiya üzvləri və sədr ayrı nəticəyə gəlib, xüsusi rəylər mövcuddur; Ekspertiza və prokurorluq bir-birilə eyni amma DƏMXdən fərqli nəticəyə gəlib; DƏMX isə özlüyündə başqa nəticəyə gəlib, lakin bunu hüquqi cəhətdən əsaslandırmamışdır. Deməli, hüquqi qeyri-müəyyənlik var. Mövcud ziddiyyətlər fonunda aradan qaldırılmayan şübhələr onun xeyrinə şərh edilməli idi. Bütün qeyd edilənlər ona dəlalət edir ki, hər bir halda onun barəsində Inzibati Xətalar Məcəlləsinin 198.1.1-ci maddəsi ilə tərtib edilmiş ## ##### 2026-cı il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar tam qanunsuz və əsassızdır. Ona görə də hesab edir ki, həmin qərar məhkəmə tərəfindən ləğv edilməli, qərarın istinad edildiyi protokol əsasında aparılan iş üzrə icraata xitam verilməlidir. Kəlbəcər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(5-133)-267/2026 saylı qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilmiş və Qərarından şikayət verilən orqan rəisi tərəfindən Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş ## ##### 2026cı il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməsi, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 198.1.1-ci maddəsi ilə olan inzibati xəta haqqında hazırki işin icraatına Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə xitam verilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından X13 Xidmətinin Hüquq Idarəsinin rəis müavini Tamerlan Məlikli apellyasiya şikayəti verərək Kəlbəcər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsi və Qərarından şikayət verilən orqan tərəfindən Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli Inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. O, tələbini belə əsaslandırmışdır ki, Kəlbəcər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarı ilə Qərarından şikayət verilən orqan tərəfindən Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş ##.##.2026-cl il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxılaraq şikayət təmin edilmiş, inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Məhkəmə qərarı onunla əsaslandırmışdır ki, inzibati orqan tərəfindən kifayət qədər ətraflı araşdırma aparılmamış, Qərardan şikayət verən orqan (şəxs) əməlində inzibati xəta tərkibi olmadığı üçün başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Hesab edir ki, Kəlbəcər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(5-133)- ***/**** nömrəli qərarı ləğv edilməli və X13 Xidmətinin Şərqi Zəngəzur regional şöbəsinin ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qüvvədə saxlanılmalıdır. Bildirir ki, X3 Istismarı Idarəsində çilingər işləmiş X7 ## ###### 2025-ci il tarixində saat 17:40 radələrində xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə barəsində Xidmətin Şərqi Zəngəzur regional şöbəsi tərəfindən araşdırılma aparılmışdır. Belə ki, SOCAR-ın “Azəriqaz” IB-nin X3 Istismarı Idarəsinin Kəlbəcər xidmət sahəsinin qaz təsərrüfatında qəza-bərpa işlərinin çilingəri X7 ## ###### 2025-ci il tarixdə saat 17:40 radələrində xəsarət alması ilə nəticələnmiş bəxdbəxt hadisənin Təhqiqat Aktından görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "Azəriqaz" istehsalat birliyinin X3 istismarı idarəsinin Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və keyfiyyətə nəzarət şöbəsinin rəisi Qərardan şikayət verən orqan (şəxs) arasında bağlanılmış əmək müqaviləsinin "3. Əmək funksiyası" bölməsinin 3.1-ci (Işçi aşağıdakı əmək funksiyasının icrasını öhdəsinə götürür) bəndinin (Əməyin mühafizəsi üzrə qanunvericiliyin və digər normativ hüquqi aktların tələblərinə riayət olunmasına; aşkar edilmiş pozuntuların və nöqsanların aradan qaldırılması barədə tövsiyə və göstərişlər vermək; istehsalat sahələrində işçilərin həyatına və səhhətinə təhlükə yaradan hallar aşkar olunduqda işi dərhal dayandırmaq; istehsalat sahələrində təhlükəsiz əmək şəraitinin yaradılması məqsədilə əmək şəraiti vəziyyətinin ardıcıl olaraq (iş planı üzrə) yoxlanılması işini təşkil etmək) tələblərinə riayət edilməməsi bədbəxt hadisənin. səbələrindən biridir (4.5-ci bənd). Bəxdbəxt hadisənin baş verməsində təhqiqat aktının 4.5-ci bəndinə əsasən, X3 istismar idarəsinin Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və keyfiyyətə nəzarət şöbəsinin rəisi Qərardan şikayət verən orqan (şəxs) nəzarətsizliyinə görə cavabdehliyi müəyyən edilmişdir (6.4-cü bend) Göründüyü kimi Qərardan şikayət verən orqan (şəxs) tərəfindən əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların tələblərinə əməl edilməməsi təhqiqat aktında öz təsdiqini tapmış və imzalanaraq təsdiq edilmişdir. Odur ki, Xidmətin Şərqi Zəngəzur regional şöbəsi tərəfindən Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 135.1.4-cü maddəsinin tələblərinə əsasən, hakimin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması onun qərarının ləğv edilməsi üçün əsasdır və Kəlbəcər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilməlidir. Həmin Məcəllənin 198.1.1-ci maddəsinə əsasən, Işəgötürən tərəfindən işçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin, təlimatlandırılmasının, biliklərinin yoxlanılmasının təşkilinin və əməyin mühafizəsinin təbliğinin təmin edilməməsinə görə beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında iştirak edən Qərardan şikayət verən orqan (şəxs) oğlu apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin nümayəndəsi apellyaisya şikayətini müdafiə etdi, şikayətin dəlillərinə uyğun çıxış etdi və şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə şikayətin dəlillərini araşdıraraq və birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını iş materialları ilə əlaqəli şəkildə yoxlayaraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, IXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 48-ci maddəsində göstərilmişdir ki, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 198.1 və 198.1.1-ci maddəsinə əsasən, əməyin mühafizəsi qaydalarının pozulmasına, yəni əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların tələblərinə əməl edilməməsinə görə beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Iş materiallarından olan X13 Xidmətinin Şərqi Zəngəzur regional şöbəsinin rəisi X15 tərəfindən ## ##### 2026-cı il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın məzmunu yuxarıda təsvir olunmuşdur. Iş materiallarında olan “Azəriqaz” X24 regoinal qaz istismar idarəsinin Kəlbəcər xidmət sahəsi tərəfindən tərtib edilmiş “Işçilərin iş yerində təlimatlandırılmasının qeydiyyat jurnalı”nın surətindən görünür ki, qaz təsərrüfatında qəzabərpa işlərinin çilingəri vəzifəsində işləyən X7 ## ####### 2024-cü il, ## ###### 2024-cü il, ## #### 2025-ci il, ## ### 2025-ci il və ## #### 2025-ci il tarixlərdə texniki təhlükəsizlik qaydaları ilə bağlı təlimatlandırılmışdır. Iş materiallarında olan “Azəriqaz” X24 regoinal qaz istismar idarəsinin “Işçilərə keçirilən giriş təlimatının qeydiyyat jurnalı”nın surətindən görünür ki, X7 ## ####### 2024-cü il tarixdə təlimatlandırılmışdır Iş materiallarında olan “Azəriqaz” X24 regoinal qaz istismar idarəsinin Kəlbəcər xidmət sahəsi tərəfindən tərtib edilmiş “Işçilərin biliklərinin yoxlanmasının qeyd olunması jurnalı”nın surətindən görünür ki, Qaz təsərrüfatında qəzabərpa işlərinin çilingəri vəzifəsində işləyən X7 qaz təsərrüfatında texniki təhlükəsizlik qaydaları ilə bağlı bilikləri “kafi” qiymətləndirilmişdir Iş materiallarında olan SOCAR Təlim, Tədris və Sertifikatlaşdırma Idarəsi tərəfindən verilmiş YIQEI ƏMTT-T-*/**/**/*** nömrəli sertifikatın surətindən görünür ki, X7 ## ###### 2025-ci il tarixdən ## ###### 2025-ci il tarixədək X16 Mərkəzində yeni işə qəbul edilən işçilərin Əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydaları” təlimatlandırma kursunu müvəffəqiyyətlə bitirmişdir. Iş materiallarında olan Azərbaycan Respublikası Əmək və X17 Nazirliyinin tabeliyində Dövlət məşğulluq idarəsinin tabeliyində Gəncə peşə hazırlığı publikhüquqi şəxsi tərəfindən verilmiş ****** nömrəli “Peşə hazırlığı üzrə” sertifikatdan görünür ki, X7 “Qaz avadanlıqlarının təmiri və istismarı peşə hazırlığı kursunu bitirmişdir. Iş materiallarında olan AIB-**-SƏTƏMM-TL-*** nömrəli Qaz təsərrüfatında qəzabərpa işləri üzrə çilingərin təhlükəsizlik texnikası təlimatının surətindən görünür ki, X7 ## ####### 2024-cü il tarixdə həmin təlimatla tanış olmuşdur. Iş materiallarında olan Kəlbəcər rayon prokurorunun böyük köməkçisi, R X4 icraatında olan **C-** nömrəli material üzrə qəbul etdiyi ## ####### 2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, material üzrə izahatı alınmış X7 göstərmişdir ki, ## ####### 2024-cü il tarixdən Xankəndi şəhərində yerləşən “Azəriqaz” Istehsalat Birliyinin X3 Istismarı idarəsində Qaz Bərpa xidmətində çilingər vəzifəsində çalışır, vəzifələrinə qaz xətlərinə və avadanlıqlara xidmət, qaz boru xətlərinin, sayğacların və digər qaz qurğularının quraşdırılması, sazlanması, təmiri və s. aiddir. ## ###### 2025-ci il tarixdə Kəlbəcər şəhərində inşa edilmiş yaşayış kompleksində yerləşən 81 mənzilli 3 ədəd yaşayış binasına sakinlərin köçürülməsi ilə əlaqədar həmin mənzillərə təbii qazın verilməsi ilə bağlı Azəriqaz IB tərəfindən Kəlbəcər QPS-dən təbii qazın verilməsinə rəsmi qaydada icazə verilmişdir. 20 mənzilə təbii qazın verilməsi ilə bağlı olaraq idarə tərəfindən ## ###### 2025ci il tarixdə o, müvafiq qaydada təlimatlandırılaraq həmin mənzillərə çəkilmiş daxili qaz kəmərlərinə texniki xidmət göstərərək (ilkin təbii qazın verilməsi ilə əlaqədar mənzillərə çəkilmiş daxili xətt də ki, olan qaz kəmərlərində ola biləcək havanın çıxarılması, sızma hallarının yoxlanılması və xəttin təbii qazla təmin edilməsi) mənzilləri təhlükəsiz qaydada təbii qazla təmin edib, yanğın və partlayış təhlükəsinin qarşısını almaqla mənzillərde quraşdırılmış qaz piltələri və kombi-istilik sistemlərinə təbii qazın təhlükəsiz çatmasını təmin etmək tapşırılmış və o, əraziyə göndərilmişdir. ## ###### 2025-ci il tarixdə saat 17 radələrində ərazidə işə başlamışdır. Ilk öncə təhlükəsizlik təlimatlarına uyğun olaraq onunla birlikdə gələn idarənin Anar adlı işçisi ilə yaşayış binasının yaxınlığında yerləşən "ŞQTM" adlandırılan qaz paylayıcı yeşikdə ana borudan gələn havanı çıxararaq təmizləmişdir. Qazın təzyiqi yoxlanılmış və manometrə baxış keçirilmişdir. Daha sonra köməkçi xətt (by pass xətti) ilə həmin qaz paylayıcı yeşikdən qazı binaya verilmişdir. Bundan sonra Anar, həmin vaxt orada olan idarənin işçisi Elmir Ələkbərov və o 1-ci bloka daxil olub 1-сi mərtəbədən 4-cü mərtəbəyə qədər bütün yaşayış mənzillərinə daxil olaraq mənzilin eyvan hissəsində yerləşən qaz giriş ventillərini bağlamışdır. Bundan sonra Anar yenidən "ŞQTM”- in yanına getmişdir. O, Elmirlə birlikdə qaz borusundakı havanın çıxarılması üçün 4-cü mərtəbədə * nömrəli mənzilə daxil olmuşlar. Mənzilin qapalı eyvan hissəsində yerləşən sayğacın dib hissəsinə yuyucu maddə vurmuş və köpükləndiyini görmüş, sızma olduğunu başa düşmüşdür. Həmin vaxt yanlarında ev sahibi Nəsimi və Kəlbəcər tikinti bərpa xidmətinin Kənan adlı əməkdaşı da olmuşdur. Bundan sonra ventili bağlayıb sayğacı açıb yerə qoymuşdur. Bu zaman anidən havada yanığın olub sönmüş, bu zaman o, həmin vaxt və ora da olan Elmir, ev sahibi Nəsimi Şükürov və Kəlbəcər tikinti bərpa xidmətinin Kənan adlı əməkdaşı yanıq xəsarətləri almışlar. Yanğının hansı səbəbdən baş verməsini bilmir, o cümlədən kimin alovdan istifadə etməsini görməmişdir. Qərarın Nəticə hissəsində: **C-** nömrəli araşdırma materialı üzrə X7 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1 və 225.1-ci maddələri ilə cinayət işinin başlanmasının Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilməsi, X7 əməlində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsinin tərkib əlamətləri mövcud olduğundan sonuncunun barəsində Inzibati Xətalar Məcəlləsinin qeyd olunan maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması məsələsinə baxılmasından ötrü qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Kəlbəcər rayon prokuroruna təqdim olunması, **C-** nömrəli material üzrə digər inzibati xəta, o cümlədən əməyin mühafizəsi qaydalarının pozulması faktının aşkar edilməməsinin nəzərə alınması qərara alınmışdır. Iş materiallarında olan SOCAR-ın “Azəriqaz” IB-nin X3 Istismarı Idarəsinin Kəlbəcər xidmət sahəsinin qaz təsərrüfatında qəza-bərpa işlərinin çilingəri X7 ## ###### 2025-ci il tarixdə saat 17:40 radələrində xəsarət alması ilə nəticələnmiş bəxdbəxt hadisəninTəhqiqat Aktından görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azəriqaz” istehsalat birliyinin X3 istismarı idarəsinin Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və keyfiyyətə nəzarət şöbəsinin rəisi Qərardan şikayət verən orqan (şəxs) arasında bağlanılmış əmək müqaviləsinin “3. Əmək funksiyası” bölməsinin 3.1-ci (Işçi aşağıdakı əmək funksiyasının icrasını öhdəsinə götürür) bəndinin (Əməyin mühafizəsi üzrə qanunvericiliyin və digər normativ hüquqi aktların tələblərinə riayət olunmasına; aşkar edilmiş pozuntuların və nöqsanların aradan qaldırılması barədə tövsiyə və göstərişlər vermək; istehsalat sahələrində işçilərin həyatına və səhhətinə təhlükə yaradan hallar aşkar olunduqda işi dərhal dayandırmaq; istehsalat sahələrində təhlükəsiz əmək şəraitinin yaradılması məqsədilə əmək şəraiti vəziyyətinin ardıcıl olaraq (iş planı üzrə) yoxlanılması işini təşkil etmək) tələblərinə riayət edilməməsi bədbəxt hadisənin səbələrindən biridir (4.5-ci bənd). Bəxdbəxt hadisənin baş verməsində təhqiqat aktının 4.5- ci bəndinə əsasən, X3 istismar idarəsinin Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və keyfiyyətə nəzarət şöbəsinin rəisi Qərardan şikayət verən orqan (şəxs) nəzarətsizliyinə görə cavabdehliyi müəyyən edilmişdir (6.4-cü bənd). Iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəznin Məhkəmə-təhlükəsizlik texnikası ekspertizasının ## ####### 2025- ci il tarixli **/**** saylı rəyindən görünür ki, qaz kəmərlərinə qaz buraxılan zaman üfürülən qaz-hava qarışığı binaya (pəncərələri olan eyvana) buraxılmış, üfürmənin keyfiyyətinin (nəticəsinin) yoxlanılması götürülməli olan nümunənin kənar açıq sahədə yandırılması ilə deyil, qaz-hava qarışığının toplandığı eyvanda açıq alovdan istifadə edilməklə (kibrit yandırmaqla) aparılmışdır ki, bu da eyvana toplanmış qaz-hava qarışığının alışmasının və hadisənin baş verməsinin bilavasitə texniki səbəbi olmuşdur. Qaz kəmərlərinə qaz buraxılması işi ixtisaslaşdırılmış briqadalara həvalə edilmədiyinə və xətlərin üfürülməsi prosesi təhlükəsiz üsulla aparılmadığına görə baş vermiş hadisə ilə əlaqədar “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın 9.19 və 9.22 bəndlərinin tələbləri pozulmuşdur. Qaz kəmərlərinə qaz buraxılması işi ixtisaslaşdırılmış briqadalara həvalə edilmədiyinə və xətlərin üfürülməsi prosesi təhlükəsiz üsulla aparılması təmin edilmədiyinə görə “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın 9.19 və 9.22 bəndlərinin tələbləri X3 Istismar Idarəsinin baş mühəndisi X19 tərəfindən pozulmuşdur. Qaz xəttindən üfürülən qaz-hava qarışığını eyvana buraxdığına və üfürmənin nəticəsini qaz-hava qarışığının toplandığı eyvanda açıq alovdan istifadə etməklə (kibrit yandırmaqla) yoxladığına görə “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın 9.22 bəndinin tələbləri X3 Istismar Idarəsinin Kəlbəcər rayonu üzrə çilingəri X7 tərəfindən pozulmuşdur. Iş materiallarında olan Təhqiqat komissiyasının sədri X9 komissiyasının üzvü X5 tərəfindən verilmiş xüsusi rəydən görünür ki, Təhqiqat aktının 3. Bədbəxt hadisənin şəraiti bölməsinin sonuncu iki abzası, 4. Bədbəxt hadisənin səbələri bölməsinin 4.4 və 4.5-ci bəndləri və 6. Əməyin mühafizəsi üzrə qanunvericilik aktlarının və qaydaların pozulmasına yol vermiş şəxslər haqqında komissiyanın rəyi bölməsində 6.3 və 6.4-cü bəndlərin Təhqiqat aktından çıxarılmasının nəzərə alınmışdır. Iş materiallarında olan Təhqiqat komissiyasının sədri X9 komissiyasının üzvü X2 tərəfindən verilmiş xüsusi rəydən görünür ki, Təhqiqat aktının 3. Bədbəxt hadisənin şəraiti bölməsinin sonuncu iki abzası, 4. Bədbəxt hadisənin səbələri bölməsinin 4.4 və 4.5-ci bəndləri və 6. Əməyin mühafizəsi üzrə qanunvericilik aktlarının və qaydaların pozulmasına yol vermiş şəxslər haqqında komissiyanın rəyi bölməsində 6.3 və 6.4-cü bəndlərin Təhqiqat aktından çıxarılmasının nəzərə alınmışdır. Iş materiallarında olan Kəlbəcər Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)- ***/**** saylı qərarından görünür ki, məhkəmə araşdırması nəticəsində təsdiq olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-X7 “Azəriqaz” Istehsalat Birliyinin X3 istismarı idarəsinin Kəlbəcər rayonu üzrə çilingəri vəzifəsini icra etdiyi ## ###### 2025-ci il tarixdə qaz xəttindən üfürülən qaz-hava qarışığını eyvana buraxdığına və üfürmənin nəticəsini qaz-hava qarışığının toplandığı eyvanda açıq alovdan istifadə etməklə (kibrit yandırmaqla) yoxladığına görə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## #### 1999-cu il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 7.22-ci bəndinin tələblərini pozmuş və nəticədə X11, X6 və X12 hər birinin sağlamlıqlarına az ağır zərər vurmaya aid xəsarət almalarına səbəb olmuş, bununla da Inzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində zərərçəkmiş şəxslərin sağlamlığına az ağır zərər vurulması inzibati xətasını törətmişdir. Bu hal məhkəmə icraatında tədqiq edilən sübutlarlazərərçəkmiş şəxs X11, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X7 izahatları, məhkəmətibbi ekspertizasının ## ######## 2025-ci il tarixli *** saylı, ## ######## 2025-ci il tarixli *** saylı, ## ######## 2025-ci il tarixli *** saylı və məhkəmə-təhlükəsizlik texnikası ekspertizasının ## ####### 2025-ci il tarixli **/**** saylı rəyləri və digər sübutlarla təsdiq olunur. Qərarın nəticə hissəsində: X7 Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə təqsirli bilinməsi və 1500 (min beş yüz) manat məbləğdə cərimə edilməsi qərara alınmışdır Iş materiallarında olan “Azəriqaz” Istehsalat Birliyinin X3 istismarı idarəsinin Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və keyfiyyətə nəzarət şöbəsinin rəisinin vəzifə təlimatından görünür ki, şöbə rəisi aşağıdakı funksiyaları yerinə yetirir: Əməyin mühafizəsi üzrə texniki sənədlərin təhlükəsizlik qaydalarında, standartlarda və digər normativ sənədlərdə göstərilən tələblərə uyğun olaraq aparılmasına nəzarət etmək; Əməyin mühafizəsi və təhlükəsizliyin təşkili və ətraf mühitin qorunması və keyfiyyətin idarə olunması sahəsində qazanılmış qabaqcıl təcrübələrin ümumiləşdirilərək struktur bölmələrində tətbiq olunmasını təklif etmək; Şöbənin işinə aid olan məsələlər haqqında metodiki məlumatların, sənədlərin hazırlanması və onların iş prosesində tətbiqinə nəzarət və s. a Apellyasiya icraatı zamanı müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi tam, hərtərəfli və obyektiv araşdırma apararaq və işdə olan sənədləri tədqiq etmiş və müəyyən etmişdir ki, şikayət verən (barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs) Qərardan şikayət verən orqan (şəxs) Inzibati Xətalar Məcəlləsinin 198.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməsi sübuta yetirilmir. Belə ki, Kəlbəcər rayon prokurorunun böyük köməkçisi, R X4 icraatında olan **C-** nömrəli material üzrə qəbul etdiyi ## ####### 2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, **C-** nömrəli material üzrə digər inzibati xəta, o cümlədən əməyin mühafizəsi qaydalarının pozulması faktı aşkar edilməmişdir. Ona görə də Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilməli, X13 Xidmətinin Şərqi Zəngəzur regional şöbəsinin rəisi tərəfindən Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş ## ##### 2026-cı il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və Qərardan şikayət verən orqan (şəxs) barəsində Inzibati Xətalar Məcəlləsinin 198.1.1-ci maddəsi ilə olan hazırki inzibati xəta haqqında işin icraatına Inzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən Qərardan şikayət verən orqan (şəxs) təqsirliliyi sübuta yetirilmədiyinə görə xitam verilməlidir. Apellyasiya məhkəməsi belə nəticəyə gəlir ki, məhkəmə həmin sübutlara əsaslanmaqla düzgün nəticəyə gəlmiş, tam araşdırma aparmış və qanuni və əsaslı qərar qəbul etmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi işdə olan sübutları məcmu halında nəzərdən keçirərək hesab edir ki, məhkəmənin gəldiyi nəticə əsaslıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin dəlilləri isə işdə olan sübutlarla təsdiq edilmir. IXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər Ona görə də apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası IXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Iş üzrə Kəlbəcər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(5-133)-267/2026 saylı qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir. Hakim: Faiq Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar