Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-458/2026 17.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, Məmmədov Elvin Israyıl oğlunun katibliyi ilə, Barəsində inzibati xəta üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəmkir Regional Ədliyyə Idarəsinin nümayəndəsi X2 iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin (bundan sonra IXM) 549.2-ci maddəsi ilə barəsində başlanmış inzibati xəta haqqında iş üzrə Gədəbəy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(5-120)- 163/2026 qərarından Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəmkir Regional Ədliyyə Idarəsinin rəisi Zahir Hümbətov tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDI: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəmkir Regional Ədliyyə Idarəsi tərəfindən vəzifəli şəxs Gədəbəy rayon Bələdiyyə sədri Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası IXM-nin 549.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında MN ******* saylı ##.##.2026-ci il tarixli protokol baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə təqdim edilmişdir. Gədəbəy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(5-120)-163/2026 saylı qərarı ilə Gədəbəy Rayon Söyüdlü Kənd Bələdiyyəsinin nümayəndəsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası IXM-nin 549.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və onun inzibati məsuliyyətdən azad edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin həmin qərarından Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Şəmkir Regional Ədliyyə Idarəsinin rəisi X1 apellyasiya şikayəti verərək Gədəbəy Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı ## #### 2026- sı il tarixli qərarının ləğv edilərək, Gədəbəy Rayon Söyüdlü kənd Bələdiyyəsinin sədri Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində cərimə növündən inzbati tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Gədəbəy Rayon Məhkəməsinin 3(5-120)–***/**** saylı ## #### 2026-sı tarixli qərarı ilə Gədəbəy Rayon Söyüdlü kənd Bələdiyyəsinin sədri Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası IXM- nin 549.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilmiş və o, inzibati məsuliyyətdən azad edilmişdir. Qeyd olunan qərardan aşağıda qeyd olunan səbəblərə görə narazıdır və hesab edir ki, Gədəbəy Rayon Söyüdlü kənd Bələdiyyəsinin sədri Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-nin 549.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək, barəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Gədəbəy Rayon Söyüdlü kənd Bələdiyyəsi tərəfindən Bələdiyyənin ## ##### 2026-cı il tarixli, * nömrəli iclas protokolu inzibati nəzarət üçün Şəmkir Regional Ədliyyə Idarəsinə vaxtında, yəni 3 iş günü ərzində təqdim edilməmişdir. Həmin protokol yalnız ## ### 2026-cı il tarixdə Şəmkir Regional Ədliyyə Idarəsinə göndərilmişdir. Ona görə də, Gədəbəy Rayon Söyüdlü kənd Bələdiyyəsinin sədri Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası IXM-nin 549.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək, məhkəməyə göndərilmişdir. Məhkəmə mötəbər araşdırması zamanı Bələdiyyə sədri Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəməyə heç bir sübut təqdim etmədən kompüter sistemində olan nasazlıqla bağlı iclas protokolunu vaxtında təqdim edə bilmədiyini göstərmişdir. Məhkəmə tərəfindən isə yalnız inzibati xəta törətmiş şəxsin izahatına istinad edilməklə Onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Halbuki, ## ##### 2026-cı il tarixdən 3 iş günü ərzində kompüter sistemində olan nasazlıqla bağlı protokolun yüklənməməsi barədə Bələdiyyə tərəfindən heç bir müraciət Şəmkir Regional Ədliyyə Idarəsinə daxil olmamış, ümumiyyətlə həmin tarixlərdə elektron informasiya sistemində heç bir nasazlıq olmamış və hər hansı nasazlıq olması barədə elektron informasiya sisteminə Bələdiyyə tərəfindən hər hansı müraciət daxil olmamışdır. Lakin, məhkəmə tərəfindən qeyd olunan halların heç biri araşdırılmadan, inzibati xəta törətmiş şəxs Gədəbəy Rayon Söyüdlü kənd Bələdiyyəsinin sədri Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati məsuliyyətdən azad edilmişdir. Azərbaycan Respublikası IXM-in 549.2-ci maddəsinə əsasən bələdiyyə qərarlarının qəbul edildiyi vaxtdan 3 iş günü ərzində onların surətinin bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın informasiya sistemində yerləşdirilməməsinə yüz görə vəzifəli şəxslər dörd yüz manatdan altı manatadək məbləğdə cərimə edilir. ədəbəy Rayon Söyüdlü kənd Bələdiyyəsinin sədri Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs maddəsinin Çoban oğlunun əməlində Azərbaycan Respublikası IXM-in 549.2-ci tərkibi olduğu halda, onun barəsində inzibati tənbeh tətbiq edilmədən, inzibati məsuliyyətdən Azərbaycan qanunsuz və əsassız olaraq azad edilmişdir. Odur ki, yuxarıda qeyd olunan xüsusatlara əsasən Gədəbəy Rayon Məhkəməsinin Gədəbəy Rayon Söyüdlü kənd Bələdiyyəsinin sədri Abdullayev barəsində Fərman Çoban oğlunun barəsində çıxardığı qərarın ləğv edilərək, onun cərimə növündə inzibati tənbeh tətbiq edilməsini ədalətli nəticə hesab edir. Apellyasiya Məhkəmə iclasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəmkir Regional Ədliyyə Idarəsinin nümayəndəsi X2 şikayəti müdafiə etdi, şikayətdə göstərilən məzmunda çıxış etdi və apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. Apellyasiya Məhkəmə iclasında barəsində inzibati xəta üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətinə etiraz etdi, şikayətin təmin olunmmasını və birinci insansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərini işin müəyyən edilmiş halları əsasında nəzərdən keçirərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 129-cu maddəsinin III hissəsində qeyd edilmişdir ki, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu ## ### 2009-cu il tarixli qərarında apellyasiya instansiyasının mahiyyəti ilə bağlı hüquqi mövqeyini ifadə edərək göstərmişdir ki, bu məhkəmə instansiyası tam hüquqlu məhkəmə kimi çıxış edərək işə təkrarən mahiyyəti üzrə baxmaq, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlamaq, onu dəyişdirmək və ya ləğv edərək əvəzinə yeni qərar qəbul etmək səlahiyyətinə malikdir. Qərarda daha sonra qeyd edilmişdir ki, qanuni qüvvəyə minməmiş birinci instansiya məhkəməsinin qərarına apellyasiya qaydasında yenidən baxılmasına məhkəmə səhvlərinin düzəldilməsinin vasitəsi kimi baxılmalıdır. Bununla, qəsdən və ya yanlışlıq üzündən edilmiş pozuntuların nəticəsində yaranan məhkəmə səhvləri düzəldilmiş olur və bu səhvlərin ağır nəticələrinin qarşısı vaxtında alınır. IXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. IXM-nin 12-ci maddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Birinci instansiya məhkəməsi inzibati xəta haqqında işə xitam verərkən hesab etmişdir ki, qərarın elektron informasiya sisteminə vaxtında yerləşdirilməməsi bələdiyyə sədrinin qəsdən inzibati xəta əməlinin törətmək niyyəti ilə deyil, kompüter sistemində yaranmış nasazlıqlar, yəni, obyektiv səbəblərdən baş vermişdir. Nasazlıq aradan qaldırıldıqdan sonra isə qərar elektron informasiya sisteminə yüklənmiş, ictimai münasibətlərə dəymiş zərər aradan qalxmışdır. Ona görə də Gədəbəy Rayonu Söyüdlü Kənd Bələdiyyəsinin vəzifəli şəxsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, o, inzibati məsuliyyətdən azad edilməlidir. Inzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsinə əsasən bələdiyyə qərarlarının qəbul edildiyi vaxtdan 3 iş günü ərzində onların surətinin bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın informasiya sistemində yerləşdirilməməsinə görə vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. Apellyasiya məhkəməsi şikayəti iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, məhkəmə inzibati məsuliyyətə cəlb edilən şəxsin kompüter sistemində nasazlığın olması barədə izahatını əsas götürsə də, həmin nasazlığın həqiqətən mövcud olmasını, onun hansı müddətdə davam etməsini və qərarın qanunla müəyyən edilmiş müddətdə informasiya sistemində yerləşdirilməsinə mane olub-olmamasını təsdiq edən hər hansı sübutu araşdırmamışdır. Iş materiallarında kompüter nasazlığını təsdiq edən texniki akt, mütəxəssis rəyi, aidiyyəti qurumun arayışı və ya digər mötəbər sübutlar mövcud deyildir. Birinci instansiya məhkəməsi yalnız barəsində protokol tərtib edilmiş şəxsin izahatına əsaslanaraq inzibati xəta tərkibinin olmaması nəticəsinə gəlmişdir. Ona görə də apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin həmin qərarı ləğv edilməli və iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalı, yuxarıda göstərilən hallar birinci instansiya məhkəməsi tərəfindən tam, obyektiv və hərtərəfli araşdırılmalıdır. IXM-nin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. IXM-nin 134.1.4-cü maddəsinə görə bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. Ona görə də məhkəmə hesab edir ki, Gədəbəy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilməli və qeyd edilən işin bütün hallarının araşdırılması üçün inzibati xəta haqqında iş həmin məhkəməyə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası IXM-nin 133-136-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA ALDI: Apellyasiya şikayəti qismən təmin edilsin. Gədəbəy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(5-120)-163/2026 saylı qərarı ləğv edilsin. Iş yenidən araşdırılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir. Hakim: Faiq Mahmudov
Məhkəmə qərarları › İş №3(3-7)-458/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-458/2026
17.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver