Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-459/2026 16.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsi Cinayət Kollegiyası Hakim Hüseynov Salman Bilal oğlunun sədrliyi, Abdullayev Samir Zahid oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların Istifadəsinə və X3 Xidməti ** saylı Gəncə-X2 nümayəndəsi X1 iştirakı ilə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Azərbycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə təqsirli bilinməsi barədə Gəncə Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-****/**** nömrəli qərarından Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların Istifadəsinə və X3 Xidməti ** saylı Gəncə-X2 rəisi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDI: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların Istifadəsinə və X3 Xidməti ** saylı Gəncə- X2 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında ##.##.2026-cı il tarixli, MN ******* nömrəli protokola əsasən ünvan 1 ünvanında fəaliyyət göstərən “Depo ucuzluq” mağazasında ##.##.2026-cı il tarixədək su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarda ziyan vurulması faktı aşkar edilmiş və qeyd olunan protokol baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Gəncə Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-****/**** nömrəli qərarı ilə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 262.3cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törədilməsində təqsirli bilinərək, 200 manat məbləğində cərimə edilməsi və “Su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində vurulmuş ziyanın ödənilməsi” barədə vəsatət mülki məhkəmə icraatının predmeti olduğundan maddi ziyanla bağlı məsələnin mülki mühakimə icraatı qaydasında mübahisələndirilməsi hüququnun izah edilməsi qərara alınmışdır. Həmin qərardan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların Istifadəsinə və X3 Xidməti ** saylı Gəncə-X2 rəisi apellyasiya şikayəti verərək məhkəmənin qərarının dəyişdirilərək barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 IXM-nin 262.3-cü maddəsində vəzifəli şəxslər üçün müəyyən edilmiş sanksiya çərçivəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, IXM-nin 262.3-cü maddəsinə əsasən Su təchizatı şəbəkəsinə qanunsuz qoşulma suyun talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər isə min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə cərimə edilir. Belə olan halda, məhkəmə ilk növbədə inzibati məsuliyyətə cəlb olunan şəxsin hüquqi statusunu müəyyən etməli və yalnız bundan sonra müvafiq subyekt üçün qanunda nəzərdə tutulmuş sanksiyanı tətbiq etməli idi. Lakin məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını, inzibati xətanın məhz həmin fəaliyyət çərçivəsində törədilməsini nəzərə almamış, onu əsassız olaraq fiziki şəxs kimi qiymətləndirərək vəzifəli şəxslər üçün nəzərdə tutulmuş sanksiyanı tətbiq etməmişdir. Odur ki, Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*- ***)-****/**** nömrəli qərarı dəyişdirilərək barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 IXM-nin 262.3-cü maddəsində vəzifəli şəxslər üçün muəyyən edilmiş sanksiya məbləği çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə iclasında iştirak edən protokol tərtib edən orqanın nümayəndəsi şikayəti müdafiə etdi, qərarın dəyişdirilərək barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 IXM-in 262.3-cü maddəsində vəzifəli şəxslər üçün müəyyən edilmiş sanksiya çərçivəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Apellyasiya məhkəmə iclasında barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını iş materialları ilə əlaqəli şəkildə araşdırıb işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. IХM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. IХM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati хətaların törədilməsində təqsirli hesab edilən və inzibati хəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəхs inzibati məsuliyyətə cəlb оlunur və tənbeh edilir. IXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. IXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76-ci maddəsinə əsasən isə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası IXM-in 262.3-cü maddəsinə əsasən su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iş materiallarını və proses iştirakçısının mövqeyini nəzərdən keçirərək apellyasiya şikayətində qeyd edilən dəlillləri əsassız hesab edir. Belə ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 hüquqi şəxs yaratmadan fərdi sahibkarlıqla məşğul olub-olmaması, bu fəaliyyətə dair VÖEN-ə malik olub-olmaması iş materialları ilə təsdiqini tapmır. Eyni zamanda protokol tərtib etmiş orqan tərəfindən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 məxsus aktiv VÖEN olduğu halda ##.##.2026-cı il tarixədək su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması inzibati xəta hadisəsinin baş verdiyi “ Depo ucuzluq” adlı mağazasının həmin VÖEN-ə uyğun fəaliyyət növü ilə bağlı olub-olmadığına dair sübutlar da məhkəməyə təqdim edilməmişdir. Beləliklə, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 inzibati məsuliyyətə vəzifəli şəxs kimi yox, fiziki şəxs kimi cəlb edilməlidir. Belə olan halda, məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin həmin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur, məhkəmə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu səbəbdən, şikayət təmin olunmamalı, barəsində şikayət verilən həmin qərar dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası IXM-nin 133-136-cы maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Azərbycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə təqsirli bilinməsi barədə Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli 3(5-121)-2013/2025nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.
Məhkəmə qərarları › İş №3(3-7)-459/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-459/2026
16.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver