Məhkəmə qərarları › İş №3(3-7)-460/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-460/2026

17.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-460/2026 17.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Barəsində inzibati tənbeh tətbiq edilmiş hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi (vəkil) X2 iştirakı ilə Hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin IXM-nin 210.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş hüquqi şəxsin nümayəndəsi tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI : Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı (hakim Hünmətov Zaur) ilə X1” MMC Azərbaycan Respublikası IXM-nin 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 20.000 (iyirmi min) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. IŞIN HALLARI: ##.##.2026-cı il tarixli operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında ************** nömrəli qərara əsasən Tovuz rayonu Aşağı Öysüzlü kəndində yerləşən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən ##.##.2026-cı il tarixli çıxarışın surətindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-də yoxlama ##.##.2026-cı il tarixdə başlanır, ##.##.2026-cı il tarixdə bitir. ##.##.2026-cı il tarixli aktdan görünür ki, ##.##.2026-cı il tarixdə saat 15:10 radələrində Tovuz rayonu Aşağı Öysüzlü kəndində yerləşən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsnin fəaliyyət göstərdiyi Referans tibbi laboratoriyada xüsusi razılıq olmadan və ya digər ünvana aid olan lisenziya ilə qan analizi fəaliyyəti xidməti göstərdiyi faktı aşkar olunmuşdur. ##.##.2026-cı il tarixli aktan görünür ki, NKA tətbiq edilmədən ##.##.2026-cı il tarixdə saat 15:10-da Tovuz rayonu Aşağı Öysüzlü kəndində yerləşən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin fəaliyyət göstərdiyi Referans tibbi laboratoriyada müştəri tərəfindən qan analizinə görə 11 manat ödənilmiş, ödəniş müqabilində müştəriyə **** nömrəli çek təqdim edilmişdir. Araşdırma zamanı digər ünvanda Tovuz şəhəri Sabir küçəsi ev 11, mənzil 1 ünvanında qeydiyyatda olan NKA-dan istifadə etdiyi müəyyən edilmişdir. Fəaliyyət göstərilən ünvanda NKA-nın quraşdırılmadığı müəyyən edilmişdir. Bununla da əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulması faktı aşkar edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə ##.##.2024-cü il tarixdə verilmiş lisenziyadan və lisenziyanın əlavəsindən görünür ki, cəmiyyətə laboratoriya, klinik, klinik-biokimyəvi sahədə səyyar tibbi xidmət göstərilməsi üçün lisenziya verilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin qanuni təmsilçisi Toğrul Vəliyev tərəfindən verilmiş izahatdan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Tovuz rayonu, Aşağı Öysüzlü kəndində yerləşən obyektdə fəaliyyət göstərir, referans tibbi laboratoriyanın vergi orqanına ona görə uçota alınmamışdır ki, müəyyən səbəblərdən fiziki bina dəyişdirilmişdir və hazırda binanın çıxarışının olmaması səbəbindən digər obyektdə qeydiyyatda olan posterminal kassa aparatı bu obyektə gətirilmişdir. Çıxarış olmadığı üçün icarə müqaviləsi bağlaya bilməmişlər və 1 mart tarixindən həmin bina fəaliyyət göstərir. Obyektin qeydiyyata alınması, NKA, posterminalın quraşdırılması və lisenziyanın alınmasını təmin edəcəklər. Inzibati xəta haqqında materiala baxan Tovuz Rayon Məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada qərar qəbul edilmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI: PROSESSUAL MƏSƏLƏLƏR: Apellyasiya məhkəməsinin iclasında iştirak edən hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi (vəkil) Nazim Məmmədov şikayətin dəlillərini müdafiə edərək şikayətin məzmununa uyğun çıxış etdi və şikayətin təmin edilməsini xahiş etdi. Apellyasiya məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilmiş inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə IXM-in 133.2.4-cü maddəsinə əsasən nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQI MƏSƏLƏLƏR: IXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə şikayətin dəlillərini və nümayəndənin izahatını, iş materiallarına əsasən araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin olunmamalı və iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il ## ######## tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş Tibb və qeyri-ənənəvi tibb fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi Qaydalarının 5-ci maddəsinə əsasən əgər başqa bir binada aparatlar quraşdırıb, analizlərin birbaşa həmin binanın daxilində yoxlanılması (icra edilməsi) həyata keçirilirsə, bu artıq səyyar xidmət yox, stasionar laboratoriya fəaliyyəti sayılır. Tibb fəaliyyəti üçün verilən lisenziya konkret ünvana (və ya ünvanlara) bağlanır. Iş materialında olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin qanuni təmsilçisi Toğrul Vəliyevin izahatından görünür ki, laboratoriya analizlərinin aparıldığı binanın çıxarışının olmaması səbəbindən digər obyektdə qeydiyyatda olan posterminal kassa aparatı bu obyektə gətirilmiş, çıxarış olmadığı üçün icarə müqaviləsi bağlaya bilməmişlər və 1 mart tarixindən həmin bina fəaliyyət göstərir. Obyektin qeydiyyata alınması, NKA, posterminalın quraşdırılması və lisenziyanın alınmasını təmin edəcəklər. Bununla da müəyyən olunur ki, inzibati xəta hadisəsi aşkar olunan zaman Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən lisenziya olmadan digər bir binada özəl tibb fəaliyyət ilə, yəni labaratoriya fəaliyyəti ilə məşğul olmuş, səbəbini isə səyyar labarotoriya fəaliyyəti ilə izah edilmişdir. Halbuki iş materialında olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə ##.##.2024-cü il tarixdə verilmiş lisenziyadan və lisenziyanın əlavəsindən görünür ki, cəmiyyətə laboratoriya, klinik, klinik-biokimyəvi sahədə səyyar tibbi xidmət göstərilməsi üçün lisenziya verilmişdir. Məhkəmə qeyd edir ki, iş materialında olan sənədlərdən görünür ki, ##.##.2026-cı il tarixdə Tovuz rayonu Aşağı Öysüzlü kəndində yerləşən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə məxsus klinikada Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər Idarəsinin əməkdaşları tərəfindən keçirilən yoxlama zamanı lisenziya olmadan özəl tibb fəaliyyəti (laboratoriya işi) aşkar edilməsi faktı mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən törətmiş olduğu əməli düzgün tövsif etmişdir. Belə ki, apellyasiya şikayətində göstərilən dəlillər inzibati məsuliyyətdən boyun qaçırma kimi qiymətləndirildiyindən hazırda inzibati xəta haqqında protokolun qanunsuz olması və ləğv edilməsi əsasları müəyyən edilməmişdir. Qeyd olunan inzibati xəta hadisəsini hazırki işin faktiki halları ilə müqayisəli şəkildə təhlil etdikdə hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin IXM-nin 210.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir. Yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, şikayətin təmin edilməsi üçün hər hansı əsas yoxdur, ona görə də birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və IXM-nin 133-136, 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Şikayət təmin olunmasın. Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar