Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-461/2026 17.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin hakimi Əzizov Sevindik Əziz oğlunun sədrliyi, X3 iclas katibliyi, inzibati xəta haqqında qərar qəbul etmiş şəxs – Şəmkir Rayon İcra Hakimiyyətinin nümayəndəsi X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraaat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakları ilə Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 395.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə Şəmkir Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraaat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəmkir Rayon İcra Hakimiyyətinin ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında elektron qərarına əsasən fiziki şəxs Qərardan şikayət verən orqan (şəxs) Şəmkir şəhəri Şuşa prospekti ərazisində yerləşən icarədə olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsində qanunsuz tikinti işləri apardığından İXM-nin 395.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1000 manat məbləğində inzibati cərimə edilmişdir. Barəsində qərar çıxarılmış fiziki şəxs Qərardan şikayət verən orqan (şəxs) inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqənda qərar qəbul edilməsini Şəmkir Rayon Məhkəməsindən xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarı ilə (sədrlik edən hakim S.M.Yusifli) şikayət təmin edilməmiş, Qərardan şikayət verən orqan (şəxs) İXM-nin 395.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair Şəmkir Rayon İcra Hakimiyyətinin ## ##### 2026-cı il tarixli MN******* nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti verərək Şəmkir Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarının ləğv edilməsini və şikayətinin təmin edilərək Şəmkir Rayon İcra Hakimiyyətinin ##.##.2026-cı il tarixli MN******* nömrəli qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Azərbaycan Respublikası Şəmkir Rayon İcra Hakimiyyətinin ##.##.2026-cı il tarixli MN******* nömrəli qərarında göstərilmişdir ki, Şəmkir şəhəri Şuşa prospekti ərazisində yerləşən icarədə olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsində qanunsuz tikinti işləri aparılmışdır. Nəticədə, onun İXM-nin 395.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyi və həmin maddənin tələbinə əsasən 1000 (min) manat məbləğində cərimə olunmağı qərara alınmışdır. Azərbaycan Respublikası Şəmkir Rayon İcra Hakimiyyətinin ##.##.2026-cı il tarixli MN******* nömrəli qərarından narazı qaldığı üçün Şəmkir Rayon Məhkəməsinə şikayət vermişdir. Qeyd edir ki, onun barəsində tərtib olunmuş ##.##.2026-cı il tarixli inzibati xəta haqqında protokolda qeyd olunanları qəbul etmir. Belə ki, Azərbaycan Respublikası Şəmkir Rayon İcra Hakimiyyətinin nümayəndələrinin apardığı yoxlamada onun iştirakı təmin olunmamışdır. Ümumiyyətlə, Azərbaycan Respublikası Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli ******* saylı protokoda və 04.2026-cı il tarixli MN******* nömrəli qərarda qeyd olunanları qəbul etmir. Qeyd olunan ərazidə heç bir qanunsuz tikili mövcud deyil. Hesab edir ki, həmin qərar qəbul edilərkən qərəzli olaraq onun iştirakı təmin edilməmişdir. Onun qeyd olunan tikiliyə sərəncamı var. Həmin tikililər 2026cı il tarixdən əvvəl inşa olunmuşdur. Həmçinin protokolun və qərarın baxılması ilə bağlı ona heç bir məlumat verilməmişdir. Hesab edir ki, onun tərəfindən heç bir hüquq pozuntusu olmadan, güman və ehtimallara əsaslanaraq barəsində İXM-nin 395.1-ci maddəsi ilə protokol tərtib olunması qanunun tələbinə ziddir. Araşdırılma aparıldıqda onun heç bir qanuna zidd hərəkət etmədiyi müəyyən olunacaqdır. Onun qeyd olunan əməldə təqsiri yoxdur. Onun qeyd olunan xətanı törətməyi sübut olunmalıdır”. Apellyasiya baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətini müdafiə edib onun dəlillərinə uyğun çıxış edərək Şəmkir Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Apellyasiya baxışı zamanı Şəmkir Rayon İcra Hakimiyyətinin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qanuni və əsaslı qərar qəbul etdiyini bildirdi və Şəmkir Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını iş materialları ilə əlaqəli şəkildə araşdırıb işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İХM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati хətaların törədilməsində təqsirli hesab edilən və inzibati хəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəхs inzibati məsuliyyətə cəlb оlunur və tənbeh edilir. İХM-nin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İХM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İХM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-nin 395.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə - fiziki şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. İş materiallarında olan: ##.##.2026-cı il tarixli MN******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Qərardan şikayət verən orqan (şəxs) İXM-nin 395.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 1000 (min) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. ##.##.2026-cı il tarixli aktdan görünür ki, ##.##.2026-cı il tarixdə Şəhərsalma və Tikinti Məcəlləsinin 92-ci maddəsinə əsasən Şəmkir Rayon İcra Hakimiyyətinin nümayəndələri Ruslan İsmayılov, Araz Hüseynov, Mehrab Məmmədov, Pərviz İbrahimov və qanunsuz tikinti aparan Qərardan şikayət verən orqan (şəxs) iştirakları ilə reyd keçirilmiş və reyd nəticəsində Şəmkir şəhəri Şuşa prospekti (Qəsr restoranının yaxınlığında) ünvanında qanunsuz olaraq icarəsində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsində qeyri-yaşayış tikinti aşkar olunmuşdur. Aşkar olunan tikintinin hündürlüyü 3.7 metr, sahəsi 256 kvadratmetrdir. Tikinti obyektinin istismarına aid * nömrəli icazədən görünür ki, Şəmkir Rayonu İcra Hakimiyyəti tərəfindən Şəmkir şəhəri Şəmkir-Gədəbəy avtomobil yolunun kənarında yerləşən qeyri-yaşayış binası ümumi sahəsi 33.60kam və 1828.60 kvm olmaqla Qərardan şikayət verən orqan (şəxs) istismarına verilmişdir. ******* nömrəli çıxarışdan görünür ki, Şəmkir Rayon İcra hakimiyyəti tərəfindən Şəmkir şəhərində yerləşən 0.20 ha torpaq sahəsi ##.##.2010-cu il tarixdən ##.##.2025-ci il tarixədək 15 il müddətinə Qərardan şikayət verən orqan (şəxs) icarəsinə verilmişdir. Şəmkir Rayonu İcra Hakimiyyəti başçısının Sərəncamından ##.##.2020-ci il tarixli ** nömrəli çıxarışdan görünür ki, Şəmkir şəhəri Şəmkir-Gədəbəy avtomobil yolunun kənarında yerləşməklə, Şəmkir şəhəri sakini Qərardan şikayət verən orqan (şəxs) məxsus torpaq sahəsində 2019-cu ildə tikilmiş tikinti sahəsi 44.8 kv.m, ümumi sahəsi 33.60 kv.m olan Tikili "A" və tikinti sahəsi 1918.0 kv.m, ümumi sahəsi 1828.60 kv.m olan Tikili "B" (talvar) tikililərindən ibarət qeyri-yaşayış binasının hüquqi qeydiyyatına icazə verilmişdir. Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi Cənab Vaqif İbrahimova, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri cənab Anar Quliyevə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X9 Agentliyinin rəisi cənab Bəxtiyar Tağıyevə və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və X1 Dövlət Agentliyinin rəisi cənab Vüsal Ağayevə göndərilmiş məktublardan görünür ki, Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Aparatının mütəxəssisləri tərəfindən Azərbaycan Respublikası "Şəhərsalma və Tikinti Məcəlləsi"nin 92-ci maddəsinə uyğun olaraq Şəmkir rayonu ərazisində qanunsuz tikintilərlə bağlı keçirilən reyd zamanı Şəmkir şəhəri Şuşa prospekti ərazisində (Qəsr restoranının yaxınlığı) Qərardan şikayət verən orqan (şəxs) tərəfindən icarəsində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsində tikinti işlərinin aparıldığı aşkarlanmışdır. Tikintiyə yerində baxış keçirilərək mövcud vəziyyət aktlaşdırılmışdır. Vətəndaş tikilinin sənədləşdirilməsi üçün "Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il ## #### tarixli **** nömrəli Fərmanına uyğun olaraq aidiyyəti üzrə müraciət etdiyini bildirsə də araşdırma zamanı həmin tikilinin Fərmanın təsir dairəsinə düşmədiyi (2026-cı ildə) və "Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi"nin 75-ci maddəsinin tələblərinə əməl edilmədən qanunsuz olaraq inşa edildiyi məlum olmuşdur. Qərardan şikayət verən orqan (şəxs) Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən qanunsuz tikinti işləri apardığına görə İXM-nin 395.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilmişdir. İş materiallarında olan fotoşəkillərdən Qərardan şikayət verən orqan (şəxs) icarəsinə verilmiş torpaq sahəsi ilə onun tərəfindən tikilmiş tikilinin kordinatlarının üst-üstə düşmədiyi müşahidə edilir. İş materialları ilə müəyyən edilir ki, tikinti obyektinin istismarına aid * nömrəli icazə əsasında Şəmkir Rayonu İcra Hakimiyyəti tərəfindən Şəmkir şəhəri Şəmkir-Gədəbəy avtomobil yolunun kənarında yerləşən qeyri-yaşayış binası ümumi sahəsi 33.60 kvm və 1828.60 kvm olmaqla Qərardan şikayət verən orqan (şəxs) istismarına verilmiş, lakin ##.##.2026-cı il tarixli aktda həmin torpaq sahəsinin ümumi sahəsi 256 kvm olaraq göstərilmişdir. Qərardan şikayət verən orqan (şəxs) icarəsinə verilmiş torpaq sahəsi ilə tikilmiş tikilinin kordinatları üst-üstə düşmədiyindən onun Şəmkir şəhəri Şuşa prospekti ərazisində yerləşən icarədə olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsində qanunsuz tikinti işləri apardığı sübuta yetirilir. Belə ki, Qərardan şikayət verən orqan (şəxs) tikilinin sənədləşdirilməsi üçün "Qeyriyaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il ## #### tarixli **** nömrəli Fərmanına uyğun olaraq aidiyyəti üzrə müraciət etdiyini bildirsə də, araşdırma zamanı həmin tikilinin Fərmanın təsir dairəsinə düşmədiyi (2026-cı ildə) və "Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi"nin 75-ci maddəsinin tələblərinə əməl edilmədən qanunsuz olaraq inşa edildiyi məlum olmuşdur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri formal özünü müdafiə xarakteri daşıdığından əsassız hesab edilir, birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmaqla qərar qəbul etmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda göstərilənlərə əsasən apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, Şəmkir Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. İXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Qeyd olunanlara əsasən və İXM-nin 133-136-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə Şəmkir Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.
Məhkəmə qərarları › İş №3(3-7)-461/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-461/2026
17.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver