Məhkəmə qərarları › İş №3(3-7)-462/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-462/2026

17.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-462/2026 17.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, Məmmədov Elvin Israyıl oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və tələbkar Zərərçəkmiş şəxs iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xitam verilməsinə dair Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, Şəmkir Rayon Məhkəməsinin icra sənədi üzrə yaranmış borcunu ödəməyərək, Şəmkir rayon Icra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-nin 528.1- ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində IXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Məhkəmənin qeyd olunan qərarından tələbkar Zərərçəkmiş şəxs apellyasiya şikayəti verərək, borclunun barəsində IXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş həbs tədbiri haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində qeyd edilmişdir ki,Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixli *(*****)-***/**** saylı Inzibati xəta haqqında iş üzrə qərarı ilə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirləndirilərək barəsində olan inzibati xəta üzrə inzibati işin icraatına xitam verilmişdir. Aşağıdakı xüsusatlara əsasən həmin qərardan narazıdır. Belə ki, Məhkəmə həmin qərarında əsassız olaraq onun adından izahat tərtib edərək göstərmişdir ki, guya borclu ilə onun arasında borcun ödənilməsi barədə razılıqları vardır və qu meqsədlə o, borcluya borcun ödəliməsi üçün vaxt verilməsini və hazırda borcluya qarşı şikayətçi olmamasını, borcludan 300(üç yüz) manat məbləğində pulu borclu ona ödədiyindən onun barəsində olan işin icraatına xitam verilməsini xahiş etmişdir. X1 Famil oğlunun da adından tərtib edilmiş izahatında qeyd edilmşidir ki, borclu tələbkar olaraq onunla barışmasını, tələbkara hazırda üç yüz manat pul ödəməsini və hər ay da ayrıca tələbkara üç yüz manat pul ödəyəcəyinə görə barəsində olan inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. Əslində isə məhkəmə iclasında iştirak etmiş və verdiyi izahatda bildirmişdir ki, borclu özü könüllü olaraq icra sənədinin icrasını təmin etməmiş, əvvəl işlədiyi iş yerindən icra sənədi üzrə heç bir ödəmə etməməsinə görə cəmisi 2000(iki min) manat məbləğində borcu yaranmışdır. Məhkəmənin təklif etməsinə baxmayaraq ona ödəniləcəyi təklif edilmiş üç yüz manatla razı olmayaraq borclu tərəfindən ona olan aliment borcu üzrə yığılmış iki min manat pulu tam ödənilməsini, əks halda barəsində inzibati həbs cəzasının verilməsini tələb etmişdir. Məhkəmə isə həm onun izahatını yanlış məzmunda qeyd etmiş, həm də guya məhkəmə iclasında borclunun ona üç yüz manat pul ödəmiş olmasını göstərmişdir, halbuki, borclu ona məhkəmənin qərının elan edilməsindən 10 gün sonra üç yüz manat pulu ödəmişdir. Həmin qərarda qeyd edilənin əksinə olaraq borclu barəsində olan icra sənədini maddi imkanı olmasına baxmayaraq qəsdən icra etmir. Onun isə tənha ana olaraq həm himayəsində olan qızının yaşamaq və orta təhsini hazırlıqlar da nəzərə alınmaqla təmin etməlidir və oğlunun hazırda hərbi xidmətə getməsinə görə onun aliment borcu üzrə ödənilməli olan pulla onun görüşünə gedərək xəstəliyi ilə bağlı müvafiq dərmanları almalı idi. Borclu icra məmurunun icra sənədini könüllü icra etməli olmasına dair tələblərini borclu heç bir üzürlü səbəb olmadan icra etməməsinə görə barəsində məlum protokol tərtib edilərək məhkəmə məsuliyyətinə verilmişdir. Digər tərəfdən məhkəmə əsassız olaraq borclunun icra sənədini icrasını qəsdən təmin etməməsini nəzərə almayaraq guya həmin icra sənədini könüllü olaraq icra etməsinə görə əməlində AR IXM-nin 528.1-ci maddəsinin tərkibinin olmaması qənaətinə gələrək işin icratına əsassız olaraq xitam vermiş, nəticədə Şəmkir rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli 2(076)-1177\**** saylı icra sənədinin icrasının təmininə maneə yaratmış, cəzasızlıqdan ruhlanan X1 Famil oğlu məhkəmənin icra sənədinin icrasını heç vaxt icra etməyəcəyi barədə ona əminliklə birdirmişdir. Ona görə də hesab edir ki, məhkəmə həmin qərarını əsassız və ədalətsiz çıxarmaqla həm onun hüquqlarını pozmuş, həm də qanuni qüvvəsini almış məhkəmə qərarının icrasının təmininə mane olmuşdur. Apellyasiya baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, 2026-cı ilin ###ın ##-u 200 manat, 07 iyun tarixində 300 manat, 16 iyun tarixində 300 manat, 16 iyul tarixində isə 300 manat ödəniş etmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini və barəsində olan qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya baxışı zamanı zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs bildirdi ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 2026-cı ilin ###ın ##-u 200 manat, 07 iyun tarixində 300 manat, 16 iyun tarixində 300 manat, 16 iyul tarixində isə 300 manat ödəniş etmişdir. Lakin borcunun tam olaraq birdəfəlik ödənilməsini tələb edir və şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada inzibati xəta haqqında protokolu tərtib edən şəxsə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə inzibati xəta haqqında protokolu tərtib edən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, məhkəmənin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası IXM-nin 12-ci maddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. IXM-nin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair ## ####### 2012-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, icra sənədini icra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Beləliklə, qərəzliliyin ümumi əlamətləri ondan ibarətdir ki, təqsirkara məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmənin qətnaməsini icra edilmir və s. Belə hallarda IXM-nin 528.1-ci maddəsində təsvir olunan qərəzlilikdən söhbət gedə bilər. Iş materiallarından olan Şəmkir Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, 2(076)- ****/**** saylı icra sənədinə əsasən, cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2008-ci il təvəllüdlü X2 və ##.##.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün sabit pul məbləği ilə 170 (bir yüz yetmiş) manat olmaqla, ümumilikdə 340 (üç yüz qırx) manat aliment tutularaq, iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Iş materiallarına əlavə edilmiş ##.##.2024-cü il tarixli qərardan görünür ki, Şəmkir Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** saylı icra sənədi üzrə icraata başlanılmışdır. Iş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, icra orqanı borcludan icra sənədində göstərilən tələbi icra etməyi tələb etmiş, əks halda məsuliyyət daşıyacağı barədə ona xəbərdarlıq edilmişdir. Iş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tələbkar Zərərçəkmiş şəxs 300 manat ödəniş etmişdir. Iş materiallarına əlavə edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən təqdim edilmiş ##.##.2026-cı il tarixli qəbzdən görünür ki, həmin tarixdə MilliÖn elektron ödəmə sistemi vasitəsilə H***** N***** H***** qızına məxsus kart nömrəsi üzrə 300 manat ödəniş edilmişdir. Göründüyü kimi, borclu icra sənədinin icrasından qərəzli olaraq yayınmır. Məhkəmə işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmaqla qərar qəbul etmişdir. Birinci insansiya məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikası IXM-nin 528.1-ci maddəsində borclunun icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi müəyyən edilmir. Borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Bu səbəbdən Azərbaycan Respublikası IXM-nin 53.1.2-ci maddəsinə əsasən borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Apellyasiya məhkəməsi hesab edir ki, tələbkarın şikayətinin təmin olunması və borclunun IXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinməsi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya məhkəməsi hazırki qərarın dəyişdirilmədən saxlanılması nəticəsinə gəlir. IXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası IXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq, apelyasiya instansiyası məhkəməsi QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir. Sədrlik edən: Faiq Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar