Məhkəmə qərarları › İş №3(3-7)-463/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-463/2026

20.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-463/2026 20.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə Qərardan şikayət verən orqan (şəxs) IXM-nin 253.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI : Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı (hakim Məmmədova Şəfəq) ilə Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilməmiş, Qərarından şikayət verilən orqan * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmışdır. IŞIN HALLARI: ##.##.2026-ci il tarixli Ətraf mühitin mühafizə sahəsində pozuntularının aradan qaldırılması barədə tələbdən görünür ki, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən qeyriqanuni yolla quyuda kustar üsulla ağac kömürü hazırlanması fəaliyyətini həyata keçirərək ekoloji qanunvericilinin tələblərinin pozumuşdur. ##.##.2026-ci il tarixli bildirişdən görünür ki, Yeni-Həyat kəndində yaxınlığında Şəmkir çayının kənarında ümumilikdə 10 ədəd kök üstə yaş halda akasiya və tut cinsindən ağacların kəsilərək məhv edildiyi aşkar olunmuş, ağacın kəsilməsi nəticəsində təbiətə (yaşıllığa) 3480 manat məbləğində ziyan dəyməsi müəyyən edilmişdir. Qeyd olunan məbləği ödənilməsi tələb edilmişdir. ##.##.2023-cü il tarixli icarə müqaviləsindən görünür ki, Şəmkir Rayon Bələdiyyəsi Qərardan şikayət verən orqan (şəxs) Şəmkir şəhərinin ərazisində 20 il müddətinə 5 ha torpaq sahəsi icarəyə verilmişdir. Yüklü edilən əmlakın ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışından görünür ki, Şəmkir şəhərinin ərazisində yerləşən 5 ha torpaq sahəsi Qərardan şikayət verən orqan (şəxs) icarəyə verilmişdir. ##.##.2026-ci il tarixli bildirişdən görünür ki, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən IXM-nin 253.2, 234.0.1 maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmiş, 2000 manat məbləğində cərimə edilmişdir. Inzibati xəta haqqında materiala baxan Şəmkir Rayon Məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada qərar qəbul edilmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI: Barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti verərək Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ona Şəmkir Bələdiyyəsi tərəfindən 20 il müddətinə 5 hektar əkin təyinatlı kənd təsərrüfatı torpağı verilmişdir. Bu torpağa görə hər il təxminən 2000 manat icarə haqqı ödəyir. Torpaq ona əkin aparılması məqsədilə verilsə də, faktiki olaraq ağaclarla örtülü olduğundan təyinatı üzrə istifadə etmək mümkün olmamışdır. Bu vəziyyətlə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət edilmiş, lakin problem aradan qaldırılmamışdır. Torpağın əkin üçün yararlı vəziyyətə gətirilməsi məqsədilə ağaclar kəsilmişdir. Məqsəd təbiətə zərər vurmaq və ya gəlir əldə etmək deyil, dövlət tərəfindən ayrılmış torpaqdan təyinatına uyğun istifadə etmək olmuşdur. Odur ki, şikayətin təmin edilməsi xahiş edilir. PROSESSUAL MƏSƏLƏLƏR: Apellyasiya məhkəməsinin iclasında iştirak edən barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) şikayətin dəlillərini müdafiə edərək şikayətin məzmununa uyğun çıxış etdi və şikayətin təmin edilməsini xahiş etdi. Apellyasiya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış inzibati protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. IXM-nin 133.2.4-cü maddəsinə əsasən məhkəmə nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQI MƏSƏLƏLƏR: IXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə şikayətin dəlillərini və nümayəndənin izahatını, iş materiallarına əsasən araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin olunmamalı və iş üzrə məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş materialında olan sənədləri təkrar etməyə zərurət görmədən hesab edir ki, birinci instansiya məhkəməsi düzgün və qanuni nəticəyə gəlmişdir. Iş materialına əlavə edilmiş sənədlərdən və izahatlardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən istifadəsində olan torpaq sahəsində 10 ədəd akasiya və tut cinsli ağacı qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq icazə almadan kəsmişdir. Məhkəmə qeyd edir ki, “Yaşıllıqların götürülməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2016-cı il tarixli qərarında aşağıdakı hallarda yaşıllıqların götürülməsinə icazə verilir. 2.1. Yaşıllıqların götürülməsi Qərarından şikayət verilən orqan rəyi nəzərə alınmaqla, istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanlarının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarı əsasında həyata keçirilir. 2.2. Yaşıllıqların götürülməsinə aşağıdakı hallarda yol verilir: 2.2.1. dövlət ehtiyacları üçün yaşıllıq altına düşən torpaqlar geri alındıqda; 2.2.2. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, strateji ekoloji qiymətləndirilmə (SEQ) və ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədləri və həmin sənədlərin dövlət ekoloji ekspertizasının müsbət rəyi olan ərazi planlaşdırılması sənədlərində nəzərdə tutulan, habelə strateji ekoloji və ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin dövlət ekoloji ekspertizasının obyekti olan və dövlət ekoloji ekspertizasının müsbət rəyi olan layihə həyata keçirildikdə; 2.2.3. şəhərsalma və tikinti qaydalarına zidd olaraq əkilmiş ağaclar yaşayış və qeyriyaşayış binalarında işıqlanma (inşaat fizikası) rejimini pozduqda; 2.2.4. ağac və kol bitkiləri olan sahədə sanitar qırma işləri (qurumuş, müalicəsi mümkün olmayan xəstə ağac və kol bitkilərinin kəsilməsi və s.) aparıldıqda; 2.2.5. texnogen və ya təbii xarakterli fövqəladə hallar (ekoloji fəlakət) baş verdikdə və onların nəticələri aradan qaldırıldıqda; 2.2.6. ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndis-kommunikasiya təminatı sistemlərinə mane olduqda. Yuxarıda qeyd olunan hüquqi normalardan göründüyü kimi Qərardan şikayət verən orqan (şəxs) Qərarından şikayət verilən orqan müraciət etmədən özü tərəfindən istifadəsində olan torpaq sahəsində 10 ədəd akasiya və tut cinsli ağacı özbaşına kəsilərək götürülmüşdür. Həmin fakt aşkar edildikdən sonra səlahiyyətli orqan tərəfindən pozuntunun aradan qaldırılması üçün Qərardan şikayət verən orqan (şəxs) 5 günlük müddət verilmiş, lakin göstərilən müddət ərzində qanuni tələb yerinə yetirilməmişdir. Apellyasiya məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi Qərardan şikayət verən orqan (şəxs) törətmiş olduğu əməli düzgün tövsif etmişdir, çünki iş materialına əlavə edilmiş sənədlərdən və izahatlardan göründüyü kimi Qərardan şikayət verən orqan (şəxs) istifadəsində olan torpaq sahəsində ağacların kəsilməsini qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq icazə almadan həyata keçirmiş, habelə səlahiyyətli orqan tərəfindən ağacların məhv edilməsinin və yandırılmasının qarşısının alınması məqsədilə şikayətçiyə qanuni göstəriş verilmiş, lakin səlahiyyətli orqanın qanuni və icrası məcburi olan göstərişini müəyyən edilmiş müddətdə yerinə yetirməmişdir. Yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək apellyasiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli və məhkəmənin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və IXM-in 133-136, 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Şikayət təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar