Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-464/2026 17.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin hakimi Abdullayev Əlizamin Gülzalı oğlunun sədrliyi, Xəlilov Ramiq Rövşən oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, M Ü Ə Y Y Ə N E T D İ: Qərardan şikayət verən orqan (şəxs) Gəncə Şəhər Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası IXM-nin 192.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair ##.##.2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs şikayətini onunla əsaslandırmışdır ki, o, 2015-ci il tarixdən fəaliyyətini dayandırmışdır. Həmin tarixdən heç bir fəaliyyət göstərməmiş, heç bir gəlir əldə etməmişdir. Həmin qərardan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Hüquq Idarəsi tərəfindən apellyasiya şikayəti verilərək Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarının ləğv edilməsini və Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş ##.##.2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın qüvvədə saxlanılması haqqında qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aşağıdakılara əsasən hesab edir ki, Gəncə Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, 3(5-121 )-2021 /**** nömrəli qərarı ləğv edilməli və Xidmətin 17.02.026-cı il tarixli, MN ******* saylı Inzibati tənbeh vermə haqqında elektron qərarı qüvvədə saxlanılmalıdır. Belə ki, məhkəmə qərar qəbul edərkən əmək qanunvericiliyinin tələblərinin, işçilərin əmək müqaviləsi ilə əldə etdikləri hüquqlarının pozulması məsələsinə toxunmadan, təkcə təqdim edilmiş fəaliyyətin dayandırılması barədə çıxarışa istinad etmişdir. Həmçinin, IXM-nin elektron qərarla bağlı müvafiq normalarını düzgün tətbiq etməmişdir. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin ## ###### 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il ######ın #-dən 400 manat müəyyən edilmişdir. Hazırkı iş üzrə “Əmək və Məşğulluq" altsistemindəki müqavilələrə baxış keçirilərkən faktiki olaraq işçilərin əməkhaqları minimum əmək haqqından (dörd yüz manat) az olduğu müəyyən edilmişdir. Bununla da işəgötürənin əsas vəzifələrindən biri olan Əmək Məcəlləsinin 12-ci maddəsinin “b” bəndinə əsasən bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək vəzifəsi yerinə yetirilməmişdir. Məhkəmə tərəfindən işəgötürənin fəaliyyətinin dayandırılmasına istinad edilməsi ilə bağlı bildiririk ki, işəgötürənin fəaliyyətini dayandırması işçiyə əmək haqqının verilməsinin dayandırılması üçün əsas deyildir, əmək müqaviləsi qüvvədə olduğu müddətdə yəni qanunvericiliklə müəyyən edilmiş qaydada xitam verilmədiyi halda işçiyə əmək haqq ödənilməlidir. Həmçinin bu əmək haqqının miqdarı dövlətin müəyyən etdiyi minimum haqqı miqdarından az olmamalıdır. Qeyd olunan hal artıq məhkəmələr tərəfindən qəbul edilmiş və məhkəmə təcrübəsi formalaşmışdır (nümunə qərar əlavə edilir). Göründüyü kimi qanunvericilikdə elektron qərar qəbul edilərkən şəxsin iştirakı olmadan real vaxt rejimində qərar qəbul edilməsi müəyyən edilsə də məhkəmə şəxsin iştirakı olmadan baxılmanı əsassız olaraq pozuntu kimi müəyyən etmişdir. Göründüyü kimi müvafiq icraat elektron aparıldığından hər hansı əlavə araşdırma tələb olunmur. Xidmətin 17.02.026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarı tam qanuni və əsaslıdır. Ona görə də Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarının ləğv edilməsini və Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş ##.##.2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın qüvvədə saxlanılması haqqında qərar qəbul edilməsini xahiş edilmişdir. Məhkəmə baxışında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək şikayətdə göstərilən məzmunda çıxış etdi və şikayətin təmin edilərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və inzibati tənbeh vermə haqqında qərarların dəyişdirilmədən saxlanılmasını xahiş etdi. O, həmçinin bildirdi ki, inzibati xətanın törədilməsinə dair inzibati tənbeh vemə haqqında elektron qərar qəbul ediləndən dərhal sonra qərar və bu barədə məlumat elektron informasiya sistemi üzərindən Qərardan şikayət verən orqan (şəxs) çatdırılmışdır. Məhkəmə baxışının vaxtı və yeri barədə Qərardan şikayət verən orqan (şəxs) məhkəmə bildirişi və SMS bildiriş göndərilməklə məlumat verilsə də, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasına gəlməmişdir. Işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə bununla bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. IXM-nin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 127-3.1-ci maddəsinə əsasən bu Məcəllənin 191.2-ci, 192.1-ci, 192.3cü, 194-cü, 195.2-ci, 469-1-ci, 477-1.1.2-ci, 477-1.1.4-cü və 540.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar üzrə dövlət informasiya sistemlərindən (ehtiyatlarından) istifadə edilməklə aşkar olunmuş inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. Həmin Məcəllənin 127-3.2-ci maddəsinə əsasən bu Məcəllənin 127-3.1-ci maddəsində göstərilən inzibati xətalar dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edildikdə, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində səlahiyyətli orqanların informasiya sistemlərində “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və bu Məcəllənin 45-2.3-cü maddəsinə uyğun olaraq “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin “ICMAL” altsistemi tərəfindən unikal nömrə verilməklə elektron sənəd şəklində hüquqi şəxslər, o cümlədən onların vəzifəli şəxsləri barəsində inzibati xəta haqqında elektron protokol tərtib olunur, fiziki və vəzifəli şəxslər (hüquqi şəxs barəsində elektron protokol tərtib edilmədiyi halda) barəsində isə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və səlahiyyətli orqanın müvafiq səlahiyyətli əməkdaşının gücləndirilmiş elektron imzası ilə təsdiqlənir. Həmin Məcəllənini 127-3.5-ci maddəsinə əsasən dövlət informasiya sistemlərinin ehtiyatlarının) məlumatları inzibati xəta haqqında iş üzrə icraat başa çatanadək və hər bir halda barəsində inzibati icraat aparılan şəxs inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 57-1-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan üç aydan az olmayan müddətdə saxlanılmalıdır. Həmin Məcəllənini 127-4.1-ci maddəsinə əsasən barəsində bu Məcəllənin 127-3.2-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılmış fiziki şəxs və ya vəzifəli şəxs qərarla razılaşmadığı hallarda həmin qərar ona bu Məcəllənin 57-ci maddəsi ilə müəyyən olunmuş rəsmi qaydada verildiyi vaxtdan iyirmi gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət verə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə elektron qaydada göndərilə bilər. Həmin Məcəllənini 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənini 128.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı məhkəməyə və səlahiyyətli orqana (vəzifəli şəxsə) verilir: 128.2.1. hakimin qərarından - apellyasiya instansiyası məhkəməsinə; 128.2.2. kollegial orqanın qərarından - kollegial orqanın olduğu yerin məhkəməsinə; 128.2.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə. Həmin Məcəllənin 129.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı qaydada verilir: 129.1.1. hakimin qərarından apellyasiya instansiyası məhkəməsinə verilən şikayət və ya protest - həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə; 129.1.2. kollegial orqanın qərarından məhkəməyə verilən şikayət və ya protest- birbaşa kollegial orqanın olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə; 129.1.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət inzibati xətanın törədildiyi yer üzrə rayon (şəhər) məhkəməsinə (bu Məcəllənin 129.1.3-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla); 129.1.3-1. bu Məcəllənin 122.1-ci və 127-3.2-ci maddələrində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərarlardan məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə; 129.1.4. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən protest səlahiyyətli orqanın olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə; 129.1.5. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) verilən şikayət - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə). Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci və 127-4.1-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. 130.3-ci maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. IXM-nin 57.5-1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin (əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər istisna olmaqla) məlumatlandırılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərilmiş inzibati xəta haqqında protokollar, o cümlədən elektron protokollar, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərarlar (qərardadlar), o cümlədən elektron qərarlar aşağıdakı hallarda da rəsmi qaydada verilmiş hesab olunur: 57.5-1.1. inzibati xəta törətmiş şəxsin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta haqqında bu Məcəllənin 57-1.1.2-ci maddəsində nəzərdə tutulan qaydada SMS məlumat çatdırıldığı vaxtdan; 57.5-1.2. inzibati xəta törətmiş şəxs bu Məcəllənin 57-1.1.1-ci maddəsində nəzərdə tutulan qaydada onun elektron kabinetinə yerləşdirilmiş sənədlər və onların əlavələri ilə tanış olduğu vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda). Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi səlahiyyətli orqanın qərarından verilmiş şikayəti icraata qəbul edib, işi məhkəmə baxışına təyin etməklə qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, IXM-nin 57.5-1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta haqqında bu Məcəllənin 57-1.1.2-ci maddəsində nəzərdə tutulan qaydada SMS məlumat çatdırıldığı vaxtdan, həmin Məcəllənin 57.5-1.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs bu Məcəllənin 57-1.1.1-ci maddəsində nəzərdə tutulan qaydada onun elektron kabinetinə yerləşdirilmiş sənədlər və onların əlavələri ilə tanış olduğu vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) elektron qaydada çıxarılmış qərar inzibati xəta törətmiş şəxsə çatdırılmış hesab olunur. Belə olan halda IXM-nin 127-4-cü maddəsinə əsasən həmin qərardan şikayət vermə müddəti elektron qaydada çıxarılmış qərar inzibati xəta törətmiş şəxsə çatdırılmış vaxdan hesablanmalıdır. Qanunun tələbinə görə həmin müddət başa çatdıqdan sonra verilmiş şikayət müddət buraxılmaqla verilmiş hesab edilməlidir. Apellyasiya icraatı zamanı səlahiyyətli orqanın nümayəndəsinin verdiyi izahatında inzibati xətanın törədilməsinə dair inzibati tənbeh vemə haqqında elektron qərar qəbul ediləndən dərhal sonra qərarın surətinin və bu barədə məlumatın elektron informasiya sistemi üzərindən Qərardan şikayət verən orqan (şəxs) çatdırıldığını bildirmişdir. Iş materiallarından görünür ki, hazırki iş üzrə inzibati tənbeh vermə haqqında elektron qərar ##.##.2026-cı il tarixdə qəbul edildiyi halda, barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs tərəfindən şikayət ##.##.2026-cı il tarixdə, yəni həmin qərar qəbul edildiyi gündən 3 ay 26 gün keçdikdən sonra verilmişdir. Qanunvericiliyin tələbinə görə prosessual müddət ötürüldükdə prosessual hüquq da keçmiş olur. Bu isə özlüyündə o deməkdir ki, müddətin ötürülməsi hüququn olmasını istisna edir ki, qanunvericilik belə hallarda şikayətin icraata qəbul edilməsindən imtina edilməsini nəzərdə tutur. Lakin birinci instansiya məhkəməsi işin məhkəmə baxışına hazırlanması ilə bağlı qanunun tələblərinə əməl etməmiş və qərardan şikayətin qanunla müəyyən edilmiş müddət buraxılmaqla verilib-verilmədiyini aydınlaşdırmayaraq icraata qəbul edib məhkəmə baxışına təyin etmişdir. Bundan başqa, birinci instansiya məhkəməsi işə baxarkən IXM-nin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəmə baxışında iştirakına dair tələblərini də pozmuşdur. IXM-nin 61.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin aşağıdakı hüquqları vardır: 61.1.1. inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq; 61.1.2. izahat vermək; 61.1.3. sübutlar təqdim etmək; 61.1.4. vəsatət və etirazlar vermək; 61.1.5. işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək; 61.1.6. inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək; 61.1.7. ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətlərindən pulsuz istifadə etmək; 61.1.8. inzibati xəta hadisəsinin baş verdiyi yer videomüşahidə vasitələrinin (videokameraların) nəzarəti altındadırsa, hadisənin görüntülərinin elektron daşıyıcıda surətini almaq; 61.1.9. yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının nömrəsi, inzibati xəta sürət həddinin aşılması ilə əlaqədar olduqda sürətölçən cihazın göstəricisi, inzibati xətanın törədilmə yeri və tarixi barədə məlumatlar göstərilməklə, inzibati xətanın törədildiyi anın fotoşəklini almaq. Həmin Məcəllənin 61.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs bu Məcəllə ilə müəyyən edilmiş digər hüquqlardan da istifadə edə bilər. Həmin Məcəllənin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərmək üçün inzibati xəta haqqında iş üzrə icraatda müdafiəçi, zərər çəkmiş şəxsə hüquqi yardım göstərmək üçün isə nümayəndə iştirak edə bilər. Həmin Məcəllənin 65.1-1-ci maddəsinə əsasən məhkəmənin baxdığı inzibati xəta haqqında iş üzrə icraata fiziki şəxsin müdafiəçisi qismində yalnız vəkil, zərər çəkmiş fiziki şəxsin nümayəndəsi qismində isə onun yaxın qohumu və ya vəkil buraxılır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən bu Məcəllənin 65.1-1-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, müdafiəçi qismində və nümayəndə kimi inzibati xəta haqqında iş üzrə icraatda vəkil və ya digər şəxslər iştirak edə bilərlər. Həmin Məcəllənin 65.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat başlandığı vaxtdan müdafiəçi və nümayəndə inzibati xətalar haqqında işlər üzrə icraatda iştirak etməyə buraxılırlar. Törədilmiş inzibati xətaya görə fiziki şəxs barəsində inzibati qaydada tutma tətbiq edildiyi hallarda müdafiəçi həmin şəxs inzibati qaydada tutulduğu vaxtdan inzibati xəta haqqında iş üzrə icraatda iştirak etməyə buraxılır. Qanunun qeyd edilən müddəalarından göründüyü kimi, inzibati xətalara dair işlərə baxılmasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsinin iştirakı nəzərdə tutulmamışdır. Inzibati xətalara dair işlərə baxılmasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin yalnız müdafiəçisinin (yetkinlik yaşına çatmayan şəxslərin həmçinin qanuni nümayəndəsinin) iştirakı nəzərdə tutulmuşdur. Lakin iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan onun etibarnamə üzrə nümayəndəsinin iştirakı ilə baxmışdır ki, bu da qanunun yuxarıda qeyd edilən tələblərinə ziddir. Bundan başqa, birinci instansiya məhkəməsi işə baxarkən inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsinə əsas olmuş inzibati xəta haqqında materialı(sübutları) səlahiyyətli orqandan tələb edib tədqiq etməmiş, həmçinin işlə bağlı səlahiyyətli orqanın nümayəndəsinin mülahizəsini öyrənməmiş, bununla da işin bütün hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasını təmin etməmişdir. IXM-nin 75.0-cı maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1 və 84.2-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.0.5-ci maddəsinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanması məsələsini həll edir. IXM-nin yuxarıda qeyd edilən tələblərindən göründüyü kimi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilə bilər. Şəxsin qanunla nəzərdə tutulmuş inzibati xətanı törətməsi isə qanunla müəyyən edilmiş qaydada əldə edilmiş sübutlarla təsdiq edilməlidir. Bu sübutlara barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları, digər sənədlər, xüsusi texniki vasitələrin göstəriciləri, ekspertin rəyi və maddi sübutlar aiddir. Beləliklə də, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətin icraata qəbul edilməsi məsələsi həll edilərkən ilk növbədə şikayətin qanunun tələblərinə uyğun verilibverilmədiyi(şikayət vermə müddətinin ötürülüb-ötürülmədiyi) aydınlaşdırılmalı, şikayət icraata qəbul edildiyi halda şikayətdə göstərilən səlahiyyətli orqanın Qərardan şikayət verən orqan (şəxs) barəsində inzibati tənbeh tətbiq etmə haqqında qərarının qanuni və əsaslı olubolmamasının aydınlaşdırılması baxımından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və səlahiyyətli orqanın məhkəmə baxışında iştirakları təmin edilməklə onların işin faktiki halları ilə bağlı izahatları dinlənilməli, bu qərarın qəbul edilməsinə əsas olmuş material (iş üçün əhmiyyətli olan sübutlar) tələb edilib tədqiq edilməli və araşdırmanın nəticəsi olaraq səlahiyyətli orqan tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati məsuliyyətə cəlb edilərək ona inzibati tənbehin tətbiq edilməsinin qanuni və əsaslı olub-olmamasına hüquqi qiymət verilməlidir. Işə baxılarkən həm də nəzərə alınmalıdır ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xətanı törətməkdə təqsirli olub-olmaması mötəbər sübutlarla sübut edilməlidir. IXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılması üçün hakimə göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin gəldiyi nəticələr üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Qeyd edilənləri yekunlaşdıraraq apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı və “Inzibati xəta haqqında materialın baxılması üçün icraata qəbul edilməsi barədə” ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərardadı ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılması üçün Gəncə Şəhər Məhkəməsinə işin baxılmağa hazırlanması mərhələsinə göndərilməli, işə yenidən baxılarkən qərarın təsviri-əsaslandırıcı hissəsində qeyd edilən halların araşdırılması üçün zəruri tədbirlər görülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş X1 Idarəsinin şikayəti qismən təmin edilsin. Qərardan şikayət verən orqan (şəxs) barəsində olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin ##.##.2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı və “Inzibati xəta haqqında materialın baxılması üçün icraata qəbul edilməsi barədə” ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərardadı ləğv edilsin. Inzibati xəta haqqında material yenidən baxılması üçün Gəncə Şəhər Məhkəməsinə işin məhkəmə baxışına hazırlanması mərhələsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.
Məhkəmə qərarları › İş №3(3-7)-464/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-464/2026
17.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver