Məhkəmə qərarları › İş №3(3-7)-466/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-466/2026

10.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-466/2026 10.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin hakimi Əzizov Sevindik Əziz oğlunun sədrliyi, X3 iclas katibliyi, Gəncə Şəhəri Üzrə İcra İdarəsinin icra məmuru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakları ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında iş üzrə Gəncə Şəhər Məhkəməsinin # #### 2026-cı il tarixli *(*-***)- ****/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə Şəhər Məhkəməsinin # #### 2026-cı il tarixli *(*-***)-****/**** saylı qərarı ilə (sədrlik edən hakim M.V.Həsənli) ##.##.1969-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 8 (səkkiz) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilmiş, inzibati həbs etmənin başlanğıcı # #### 2026-cı il tarixdən hesablanmışdır. Məhkəmənin qərarına əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmiş, tələbin könüllü icra edilməsi ilə bağlı bildirişi aldıqdan sonra hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən yaranmış borcun lazımi qaydada ödənilməsinə laqeydlik göstərmiş, bununla da, icra sənədinin icrasına səhlənkar yanaşmışdır. Həmin qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verərək Gəncə Şəhər Məhkəməsinin # #### 2026-cı il tarixli *(*-***)-****/**** saylı qərarından narazı olduğunu bildirmiş və işinə yenidən baxılaraq cəzadan azad edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətini müdafiə edərək icra sənədini icra etdiyini, hər ay maaşından tutulmalar olduğunu, əməlində qərəzlilik və inzibati xəta tərkibinin olmadığını qeyd edərək apellyasiya şikayətinin təmin edilməsini, Gəncə Şəhər Məhkəməsinin # #### 2026-cı il tarixli *(*-***)-****/**** saylı qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında icra məmuru X1 hazırda borcdan 10350 manat ödəniş edildiyini, lakin az-az ödənişlər edildiyini və bunun da zərərçəkmiş şəxsi qane etəmədiyini, zərərçəkmiş şəxsin şikayətçi olmasını və aylıq 2-3 min manat ödəniş edilməsinin tələb edildiyini bildirərək apellyasiya şikayəti üzrə qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə zərərçəkmiş şəxsə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Sədrlik edən işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını iş materialları ilə əlaqəli şəkildə araşdırıb işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İХM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati хətaların törədilməsində təqsirli hesab edilən və inzibati хəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəхs inzibati məsuliyyətə cəlb оlunur və tənbeh edilir. İХM-nin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İХM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İХM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə görə, fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İXM-nin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair # ####### 2012-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, icra sənədini icra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Beləliklə, qərəzliliyin ümumi əlamətləri ondan ibarətdir ki, təqsirkara məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmənin qətnaməsini icra edilmir və s. Belə hallarda İXM-nin 528.1-ci maddəsində təsvir olunan qərəzlilikdən söhbət gedə bilər. İş materiallarında olan: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-*****/**** saylı, ##.##.2015-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 360000 (üç yüz altmış min) ABŞ dolları ödəniş vaxtına məzənnəsi üzrə pul tutulmalıdır. “İcraata başlamaq haqqında” ##.##.2017-ci il tarixli qərardan görünür ki, ##.##.2017-ci il tarixdə icra sənədi üzrə icraata başlanılmışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ünvanlanmış tələbin könüllü icrası barədə bildirişin surətindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra məmuru tərəfindən ona, icra sənədi icra edilmədiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-*/**** saylı, ##.##.2025-ci il tarixli icra vərəqəsindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-*****/**** saylı, ##.##.2015-ci il tarixli icra sənədi üzrə tutulmalı olan 360000 ABŞ dolları indeksasiya olunaraq, 535680 (beş yüz otuz beş min altı yüz səksən) ABŞ dolları məbləğində icra edilməli, icra zamanı ödənilmiş 8065 (səkkiz yüz altmış beş) manat məbləğində vəsait nəzərə alınmalıdır. “İcraata başlamaq haqqında” ##.##.2026-cı il tarixli qərardan görünür ki, ##.##.2026- cı il tarixdə icra sənədi üzrə icraata başlanılmışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ünvanlanmış tələbin könüllü icrası barədə bildirişin surətindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra məmuru tərəfindən ona, icra sənədi icra edilmədiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. “Bir neçə icra sənədinin bir icraatda birləşdirilməsi haqqında” ## ###### 2026-cı il tarixli qərardan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-*****/**** saylı, ##.##.2015-ci il tarixli və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-*/**** saylı, ##.##.2025-ci il tarixli icra sənədləri bir icraatda birləşdirilmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ## ### 2022-ci il tarixli hökmündən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq dövründə həbsdə olduğu (tutulduğu) 2 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının ## ### 2022-ci il tarixdən hesablanması hökm edilmişdir. Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** saylı # ### 2025-ci il tarixli qərarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 10 (on) gün müddətində inzibati həbs edilmiş, həbsdə sаxlаmа müddətinin əvvəli # ### 2025-ci il tаrixdən, saat 12:20-dən hesablanmışdır. “Elektron İcra” İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, icra məmuru tərəfindən icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclunun əmlak və gəlirinin olub-olmamasına dair elektron qaydada aidiyyəti dövlət qurumlarına sorğular verilmiş, onun adına qeydə alınmış “ZAZ 968” minik markalı avtomobil müəyyən edilmiş, lakin borclunun adına tələbin yönələ biləcəyi hər hansı bir əmlakını müəyyən etmək mümkün olmamışdır. Birinci instansiya məhkəməsinin mövqeyinə əsasən hazırda borcun məbləğinin 529591 ABŞ dolları olduğu nəzərə alınsa, borclunun hər ay 200-300 manat ödəniş etmək istəməsi qalıq borcun hələ bundan sonra da uzun müddətə ödənilməməsi deməkdir. Bu isə tələbkarın mənafeyinə zidd olmaqla məhkəmə qətnaməsinin də vaxtında icrasının təmin edilməməsinə gətirib çıxarar. Bu isə onu deməyə əsas verir ki, borclunun məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borcun hissə-hissə ödənilməsini tələb etməsi qətnamənin icrasını lüzumsuz ləngitmək məqsədi daşıyır. Apellyasiya instansiya məhkəməsi də birinci instansiya mhkəmsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 528.1ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materiallarında olan mötəbər sübutlarla təsdiq olunur. Odur ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həmin maddə ilə təqsirli bilməkdə düzgün nəticəyə gəlmiş və işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmaqla qanuni və əsaslı qərar qəbul etmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda göstərilənlərə əsasən apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin # #### 2026-cı il tarixli *(*-***)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. İXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Qeyd olunanlara əsasən və İXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq, apelyasiya instansiyası məhkəməsi QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında iş üzrə Gəncə Şəhər Məhkəməsinin # #### 2026-cı il tarixli *(*-***)-****/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin inzibati xəta haqqında iş üzrə # #### 2026-cı il tarixli *(*- ***)-****/**** saylı qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar