Məhkəmə qərarları › İş №3(3-7)-467/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-467/2026

17.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-467/2026 17.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, Məmmədov Elvin Israyıl oğlunun katibliyi, Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsi X3 iştirakı ilə, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin X5nin ##.##.2026-ci il tarixli MN ******* nömrəli və ##.##.2026-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- ****/**** saylı qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin hüquq idarəsinin rəis müavini Tamerlan Məlikli tərəfindən verilmiş şikayət üzrə materiala Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin X5nin ##.##.2026-ci il tarixli MN ******* nömrəli və ##.##.2026-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarlardan şikayət verərək, qərarların ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissədə 01.12.202018-ci il tarixli ** nömrəli qərarı ilə təsdiqlənmiş tələbnaməsində “Əmək müqavilərinin və əmrlərin uçotu” Azərbaycan Ordusunun dövlət qulluqçuları və mülki işçilərin idarə edilməsi və uçotun barədə təlimatın 4.10-cu maddəsinə əsasən Mülki işçilərlə bağlanmış əmək müqavilələrinin (onlara əlavə və dəyişikliklərin), həmçinin onların rəsmiləşdirilməsi ilə bağlı verilmiş əmrələrin ( sərəncamların, qərarların) uçotu kadr orqanları tərəfindən aparılır. N nömrəli hərbi hissənin X2 bölmə rəisi vəzifəsində xidmət edən R X4 xidmət vəzifələrinin fəaliyyəti Quru Qoşunlarının Hərbi inspeksiyası tərəfindən ##.##.2026-ci il tarixdən 31.01,2026-ci tarixədək kompleks yoxlanılmış, yoxlama nəticəsində mövcüd olan problem, çatışmazlıq və nöqsanların olubolmamasına dair ##.##.2026-ci il tarixli *** nömrəli aktı tərtib edilmişdir. Yoxlamada iştirak edən şəxslərlə aktda hər-hansı etirazın, şikayətin olması haqqında qeydlər göstərməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2016-cı il tarixli *** nömrəli qərarın * nömrəli əlavəsini və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2000-ci il tarixli ** nömrəli qərarın rəhbər tutaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini Yanında X7 Xidmətinin X5 tərəfindən R Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 192.1-ci və 469.1-ci maddələrinə əsasən vəzifəli şəxs qismində inzibati xəta nömrəli inzibati tənbeh vermə haqqında qərarlar çıxarılmışdır, qərarlara əsasən R Qərardan şikayət verən orqan (şəxs) 4500 (dörd min beş yüz) manat cərimə cəzası Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 192.1-ci və 469.1-ci maddələri ilə tədbiq olunmuşdur. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə işğaldan azad olunmuş ərazidə yerləşdi üçün ərazisində və yaxınlığında internet xətti olmadığından Asan Imzaya qoşulmaq mümkün olmamışdır. Bu səbəbdən Müdafiə Nazirliyinin N nömrəli hərbi hissədə işçilərlə müqavilə bağlanması və sığorta olunmalarında çətinliklər yaranmışdır. Həmçinin 2025-ci ilin may ayına qədər mülki işçilər N nömrəli hərbi hissə komandirinin Asan Imzası ilə işə qəbul olunduqları üçün yuxarda sadalanan çətinliklər baş verməmişdir. Lakin 2025-ci ilin iyun ayından mülki işçilərin işə götürülməsini hərbi hissələrin özünə həvalə edilmişdir. Bu səbəbdən yuxarda qeyd olunan çətinliklər baş vermişdir. Halhazırda da internet xətti olmadığında Asan Imzaya qoşulmağına çətinliklər yaranır, bu səbəbdən N nömrəli hərbi hissənin X2 bölmə rəisi vəzifəsində xidmət edən R X4 şəxsi Noutbukla işğaldan azad olunmuş ərazidən çıxaraq Asan Imza qoşularaq mülki işçilərin müqavillələrini hazırlayır. Füzuli rayonu Böyük Bəhmənli kəndində qeydiyyatında olan X1 ##.##.2025-ci il tarixində N nömrəli hərbi hissədə işləmək üçün ərizə ilə müraciət etmişdir. ##.##.2025-ci il tarixli *** nömrəli əmri tam qanuna uyğul olaraq işə götürülməsi əmri verilmişdir. Mülki işçilərin müqavilə bağlanması və sığorta olunmalarını Asan Imza ilə olduğu üçün və yuxarda qeyd etdiyi kimi N nömrəli hərbi hissə işğaldan azad olunmuş ərazidə yerləşdi üçün ərazisində və yaxınlığında internet xətti olmadığından Asan Imzaya qoşulmaq mümkün olmamışdır. N nömrəli hərbi hissənin Maddi-Texniki Təminat bölüyünün qabyuyan vəzifəsində işləyən mülki işçi X1 deməsinə görə ##.##.2025-ci il tarixdə yeməkxanada iş görən zaman ayağı sürüşərək yıxılmışdır. Lakin həmin zaman bu barədə heç kimə məlumat verilməmişdir. Məlumatı ##.##.2025-ci il tarixdə hərbi hissənin tibb məntəqəsinə müraciət edərək iş görən zaman yığılaraq xəsarət aldığını iddia edir. *** nömrəli hərbi hisənin X2 Idarəsinən gələcəkdə Müdafiə Nazirliyinin strukturların Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini Yanında X7 Xidməti tərəfindən cərimələrə məruz qalmaması üçün N nömrəli hərbi hissə komandirinə köməklik göstərilməsi məqsədilə məlumatın verilməsi xahiş olunmuşdur. Bunlara baxmayaraq, ## ###### 2026-ci il tarixli *-**-*/*-*-***/**** nömrəli əmri ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2000-ci il tarixli ** nömrəli qərarın rəhbər tutaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini Yanında X7 Xidmətinin X5 ##.##.2026-ci il tarixli 3-25-157/1- ****/**** nömrəli bildirişə əsasən barəmdə Inzibati xəta haqqında icraatın aparılması və icraat aparılan şəxs qismində ##.##.2026-ci il tarixdə saat 10:00 radələrində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.1-ci və 469.1 maddələrini nəzərdə tutulmuş inzibati xəta törədilməsinə dair olan *** nömrəli işinə baxılmasında iştirak etmək üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini Yanında X7 Xidməti X5 çağrılmışdır. Daxil olmuş bildirişə aşağıda göstərilən məzmunda cavab bildirilmişdir “Məlumat üçün bildirirəm ki, hərbi hissə komandiri Müdafiə Naziri tərəfindən təyin olunur, hər hansı silahlı birləşmələrə, hüquq mühafizə orqanları, dövlət və özəl strukturlarına dəvət olunması yalnız yuxarı komandanlığın icazəsi ilə həyata keçirilir. Hərbi hissədə Asan Imzasının işləmək məqsəd ilə internet xəttinin çəkdirilməsinin aparılması səlahiyyətində deyildir. Qeyd edilənlərə əsasən Qərarından şikayət verilən orqan inzibati tənbeh vermə haqqında ##.##.2026-ci il tarixli MN ******* nömrəli və və ##.##.2026-ci il tarixli MN ******* nömrəli qərarlarının ləğv edilməsini xahiş etmişdir.. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) şikayəti qismən təmin edilmiş və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin X5nin ##.##.2026-ci il tarixli MN ******* nömrəli və ##.##.2026-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi, həmin inzibati xəta haqqında işə yenidən baxılması üçün qərarın surəti Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Qarabağ regional regional şöbəsinə göndərilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin hüquq idarəsinin rəis müavini Tamerlan Məlikli apellyasiya şikayəti verərək Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- ****/**** nömrəli qərarının ləğv edilməsi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən Qərardan şikayət verən orqan (şəxs) Alxaloviç barəsində qəbul edilmiş ##.##.2026-cı il tarixli, MN HYPERLINK "tel:1871930" 1871930 və ##.##.2026-cı il tarixli, MN HYPERLINK "tel:1871931" ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarların qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. O, tələbini belə əsaslandırmışdır ki, hesab edir ki, Gəncə Şəhər Məhkəməsinin (hakim Ülkər Babazadə) ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (Nazirlik) yanında X7 Xidmətinin (Xidmət) X5 tərəfindən Qərardan şikayət verən orqan (şəxs) Alxaloviç barəsində ##.##.2026cı il tarixli, MN HYPERLINK "tel:1871930" 1871930 və ##.##.2026-cı il tarixli, MN HYPERLINK "tel:1871931" ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarlar ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Belə ki, Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ləğv edilməli və X7 Xidmətinin ##.##.2026-cı il tarixli, MN HYPERLINK "tel:1871930" 1871930 və ##.##.2026-cı il tarixli, MN HYPERLINK "tel:1871931" ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qüvvədə saxlanılmalıdır. Öncəliklə məhkəmə tərəfindən müxtəlif inzibati tənbeh vermə haqqında qərarlardan verilmiş şikayət bir icraata götürülmüş və bir icraatda baxılmaqla prosessual pozuntuya yol verilmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsində müxtəlif qərarlardan verilmiş şikayətlərin birləşdirilməsi nəzərdə tutulmamışdır. Məhkəmə tərəfindən hazırkı şikayətin icraata götürülməsindən imtina edilməli, hər bir qərardan müstəqil şikayət verilməli və müstəqil icraatda baxı lmalı idi.Mahiyyəti üzrə isə bildiririk ki, Məhkəmə işə baxılmasında, yalnız barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxsin müdafiəsi və məsuliyyətdən yayındırılması məqsədi ilə sonradan düşünülərək irəli sürülmüş mülahizələrə əsaslanmışdır. Inzibati xəta haqqında qərar qəbul etmiş orqanın mövqeyi nəzərə alınmadan, əsassız olaraq iş üzrə Qərardan şikayət verən orqan (şəxs) Alxaloviç barəsində qərarlar ləğv edilmişdir.Halbuki, məhkəmənin qərarında istinad etdiyi sübutlar Qərardan şikayət verən orqan (şəxs) Alxaloviçin təqsirini və onun əməlində olan inzibati xəta tərkibinin əlamətlərini tam təsdiq edir. Göründüyü kimi qanunverici əmək münasibətlərinin yaranması üçün əmək müqaviləsinin hüquqi qüvvəyə minməsini imperativ tələb kimi müəyyənləşdirmiş, əmək müqaviləsinin hüquqi qüvvəyə minmədiyi təqdirdə işçinin işə cəlb edilməsinə görə məsuliyyət yaratmayan heç bir istisna hal nəzərdə tutmamışdır. Odur ki, müəssisənin təqdim etdiyi arayış hüquq pozuntusunu törədilməsinin üzrlü səbəbi kimi deyil, işəgötürən tərəfindən hüquq pozuntusunun törədilməsinin etiraf edilməsi kimi qiymətləndirilməlidir. Bununla da, işçinin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən, işəgötürən tərəfindən əmək münasibətlərinə cəlb edildiyi sübut olunmuşdur. Beləliklə, Gəncə Şəhər Məhkəməsi tərəfindən sübutların qiymətləndirilməsi düzgün aparılmadan işin faktiki hallarına uyğun olmayan əsassız nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin tərəfindən IXM-in 192.1-ci maddəsi ilə qəbul olunmuş Qərardan şikayət verən orqan (şəxs) Alxaloviç barəsində ##.##.2026-cı il tarixli, MN HYPERLINK "tel:1871930" 1871930 və ##.##.2026-cı il tarixli, MN HYPERLINK "tel:1871931" ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarlar tam qanuni və əsaslıdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 135.1.2-ci maddəsinin tələblərinə əsasən, hakimin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması onun qərarının ləğv edilməsi üçün əsasdır və Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə etdi, şikayətin dəlillərinə uyğun çıxış edərək şikayətin təmin olunmasını və Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş Qərardan şikayət verən orqan (şəxs) məlumat verilsə də, məhkəmə iclasında nümayəndəsi iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası IXM-in 133.2.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətin dəlillərini araşdıraraq və birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını iş materialları ilə əlaqəli şəkildə yoxlayaraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, IXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 48-ci maddəsində göstərilmişdir ki, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası IXM-nin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə- fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası IXM-nin 469-1-ci maddəsinə görə “Istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmamasına, o cümlədən müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası IXM-nin 17-ci maddəsinin qeydinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Həmin Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Iş materiallarından olan ## ##### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin nəzərdə tutulmuş tələbləri pozularaq, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən X1 işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə Azərbaycan Respublikasının IXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmiş və o, 3000 (üç min) manat inzibati cərimə edilmişdir.. Iş materiallarından olan # ##### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin nəzərdə tutulmuş tələbləri pozularaq, X1 işlədiyi dövrdə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi halında icbari sığorta etməməsinə görə Azərbaycan Respublikasının IXM-nin 469-1ci maddəsində nəzərdə tutulmuş xətanı törətmiş və o, 1500 (min beş yüz) manat inzibati cərimə edilmişdir. Iş materiallarından olan arayışa əsasən Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə işğaldan azad olunmuş ərazidə yerləşdiyi üçün ərazisində və yaxınlığında internet xətti olmadığından, Asan imzaya qoşulmaq mümkün olmamışdır. Bu şəbədən N nömrəli hərbi hissədə mülki işçilərlə müqavilə bağlanmasında və sığorta olunmalarında çətinliklər yaranmışdır. 2025-ci ilin may ayına qədər mülki işçilər N nömrəli hərbi hissə komandirinin asan imzası ilə qəbul olunduqları üçün yuxarıda sadalanan çətinliklər baş verməmişdir.Lakin 2025-ci il iyun ayından mülki işçiləri işə götürülməsini hərbi hissələrin özünə həvalə edilmişdir. Bu səbəbdən qeyd olunan çətinliklər baş vermişdir. Iş materiallarından olan N nömrəli hərbi hissə komnadirinin vəzifəsini müvəqqəti icra edən R Turxan Rzayevin əmrindən çıxarışdan görünür ki, X1 ## #### 2025-ci il tarixdən hərbi hissənin maddi-texniki təminat örtüyünün təsərrüfat taqımının yeməkxanasının qabyuyanı vəzifəsinə 3 ay sınaq müddəti ilə işə qəbul edilmişdir. Birinci insansiya məhkəməsi hesab etmişdir ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə işğaldan azad edilmiş ərazidə yerləşdiyindən və orada internet xətti olmadığından asan imzaya qoşulmaq mümkün olmamış və bu səbəbdən də əmək müqaviləsi hüquqi qüvvəyə minmədən X1 işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Həmçinin X1 istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi halında icbari sığortalanması həyata keçirilə bilməmişdir. Həmçinin X1 işə götürülməsi barədə əmri N nömrəli hərbi hissə komnadirinin vəzifəsini müvəqqəti icra edən R Turxan Rzayev tərəfindən verildiyi müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, qeyd edilən inzibati xətanın kim tərəfindən, hansı vəzifəli şəxs tərəfindən törədilməsi dəqiq müəyyənləşdirilməmiş, qeyd edilən inzibati xətaların baş verməsinə səbəb olan hallar ( işğaldan azad edilmiş əraizlərdə internet xəttinin olmaması və s.) araşdırılmadan inzibati tənbeh vermə haqqında qərarlar qəbul edilmişdir. Apellyasiya icraatı zamanı müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi tam, hərtərəfli və obyektiv araşdırma apararaq və işdə olan sənədləri tədqiq etmiş və müəyyən etmişdir ki, şikayət qismən təmin edilməli, Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin X5 göndərilməlidir. Apelyasiya məhkəməsi belə nəticəyə gəlir ki, məhkəmə həmin sübutlara əsaslanmaqla düzgün nəticəyə gəlmiş, tam araşdırma aparmış və qanuni və əsaslı qərar qəbul etmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi işdə olan sübutları məcmu halında nəzərdən keçirərək hesab edir ki, məhkəmənin gəldiyi nəticə əsaslıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin hüquq idarəsinin dəlilləri isə işdə olan sübutlarla təsdiq edilmir. IXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər Ona görə də apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirlmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası IXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar