Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-468/2026 29.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakim Hüseynov Salman Bilal oğlunun sədrliyi, Abdullayev Samir Zahid oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və Azərbaycan Dövlət X2 yanında Suların İstifadəsinə və X4 Xidməti ** saylı Gəncə-X3 nümayəndəsi Nümayəndə iştirakları ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair Gəncə Şəhər Məhkəməsinin ## #### 2026cı il tarixli qərarından Azərbaycan Dövlət X2 yanında Suların İstifadəsinə və X4 Xidməti ** saylı Gəncə- X3 rəisi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Gəncə Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-****/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3cü maddəsi ilə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə edilməsi, X2 yanında Suların İstifadəsinə və X4 Xidməti ** saylı Gəncə-X3 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 2280 manat maddi ziyanın tutulmasına dair vəsatətinin təmin edilməməsi, vəsatət verən orqana həmin tələblə mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun izah edilməsi qərara alınmışdır. İŞİN HALLARI Azərbaycan Dövlət X2 Yanında Suların İstifadəsinə və X4 Xidməti ** saylı Gəncə-X3 tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində qəbul edilən MN ******* nömrəli, ## #### 2026-cı il tarixli protokol tərtib edilərək baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Protokola əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən ünvan 1 ünvanında fəaliyyət göstərən dönərxanada ##.##.2026-cı il tarixədək su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarda ziyan vurmuş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsində göstərilən inzibati xətanı törətmişdir. İş üzrə Gəncə Şəhər Məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada qərar qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsinin həmin qərarından Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyi yanında Suların İstifadəsinə və X4 Xidməti ** saylı Gəncə-X3 rəisi İlqar Məhərrəmov apellyasiya şikayət verərək məhkəmənin qərarının dəyişdirilməsini və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 262.3 cü maddəsinə əsasən vəzifəli şəxs kimi qiymətləndirilərək barəsində həmin maddədə vəzifəli şəxslər üçün müəyyən edilmiş sanksiya çərçivəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə əsassız olaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs fiziki şəxs qismində inzibati tənbeh tətbiq etmiş və qərarını sonuncunun adına VÖEN müəyyən edilmədiyi, vergi ödəyicisi olmaqla vəzifəli şəxs olmasının təsdiq edilməməsi ilə əsaslandırmışdır. Lakin hesab edirik ki, məhkəmənin qəbul etdiyi qərar maddi hüquq normalarının düzgün tətbiq edilməməsi nəticəsində qanunsuz qəbul edilmiş və dəyişdirilməlidir. Belə ki, iş materiallarından da göründüyü kimi, obyekt Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs xüsusi mülkiyyətindədir, o vergi ödəyicisi kimi qeydiyyatdadır və onun adına 8500821192 VÖEN nömrəsi qeydə alınmışdır və qanunsuz su təchizatına qoşulması da məhz sahibkarlıq fəaliyyətini həyata keçirdiyi obyektə münasibətdə törədilmişdir. İXM-nin 17-ci maddəsinin qeydinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Həmin maddədəqeydedilir ki, vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Belə olan halda, məhkəmə ilk növbədə inzibati məsuliyyətə cəlb olunan şəxsin hüquqi statusunu müəyyən etməli və yalnız bundan sonra müvafiq subyekt üçün qanunda nəzərdə tutulmuş sanksiyanı tətbiq etməli idi. Lakin məhkəmə iş materiallarında olan məlumatlara baxmayaraq, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını, inzibati xətanın məhz həmin fəaliyyət çərçivəsində törədilməsini nəzərə almamış, onu əsassız olaraq fiziki şəxs kimi qiymətləndirərək vəzifəli şəxslər üçün nəzərdə tutulmuş sanksiyanı tətbiq etməmişdir. Nəticədə məhkəmə maddi hüquq normasını düzgün tətbiq etməmiş, qanunun tələb etdiyi subyekt kateqoriyasını düzgün müəyyən etməmiş və buna uyğun olmayan inzibati tənbeh seçmişdir. PROSES İŞTIRAKÇILARININ ÇIXIŞLARI Apellyasiya məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs şikayətə etiraz edərək bildirdi ki, apellyasiya şikayətinin dəlilləri tam əsassız olmaqla təmin edilməməlidir. Apellyasiya məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş orqanın nümayəndəsi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-in 262.3-cü maddəsində vəzifəli şəxslər üçün nəzərdə tutulan həddə cərimə edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu ## ### 2009-cu il tarixli qərarında apellyasiya instansiyasının mahiyyəti ilə bağlı hüquqi mövqeyini ifadə edərək göstərmişdir ki, bu məhkəmə instansiyası tam hüquqlu məhkəmə kimi çıxış edərək işə təkrarən mahiyyəti üzrə baxmaq, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlamaq, onu dəyişdirmək və ya ləğv edərək əvəzinə yeni qərar qəbul etmək səlahiyyətinə malikdir. Qərarda daha sonra qeyd edilmişdir ki, qanuni qüvvəyə minməmiş birinci instansiya məhkəməsinin qərarına apellyasiya qaydasında yenidən baxılmasına məhkəmə səhvlərinin düzəldilməsinin vasitəsi kimi baxılmalıdır. Bununla qəsdən və ya yanlışlıq üzündən edilmiş pozuntuların nəticəsində yaranan məhkəmə səhvləri düzəldilmiş olur və bu səhvlərin ağır nəticələrinin qarşısı vaxtında alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 137.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest üzrə qəbul edilmiş qərardan fiziki şəxs, yetkinlik yaşına çatmayanın qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən verilən şikayətə, habelə prokurorun protestinə məhkəmələrdə bu Məcəllədə müəyyən edilmiş qaydada və müddətdə baxılır. Məhkəmə tərəfləri dinləyib, inzibati xəta üzrə işin materiallarını və şikayətin dəlillərini tədqiq edərək hesab edir ki, şikayət təmin edilməli, iş üzrə Gəncə Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-****/**** nömrəli qərarı tətbiq edilmiş cərimə inzibati tənbeh tədbirinin həcminə münasibətdə dəyişdirilməlidir. Aşağıda qeyd olunanlara görə şikayətin dəlillərini əsaslı hesab edir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilən: DƏDRX-nin * saylı Ərazi İdarəsinin ******* nömrəli çıxarışının surətindən görünür ki, ünvan 1 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs xüsusi mülkiyyətindədir. Azərbaycan Dövlət X2 “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1 ****** nömrəli, ##.##.2026-cı il tarixli aktından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məxsus ünvan 1 ünvanında müqaviləsiz su və çirkab su xidmətindən istifadə edilmişdir. Bundan əlavə, birinci instansiya məhkəməsi qərarında EMİS vasitəsi ilə edilmiş elektron sorğu zamanı onun adına hər hansı VÖEN müəyyən edilmədiyi və onun vergi ödəyicisi olmaqla vəzifəli şəxs olması öz təsdiqini tapmadığını qeyd etsə də, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron bazasında yer alan vergi ödəyicilərinin reyestrindən əldə edilmiş çıxarışa əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs vergi ödəyicisi olmaqla, ********** nömrəli aktiv VÖEN-ə sahib olması müəyyən olunur. Azərbaycan Respublikası İXM-in 262.3-cü maddəsinə əsasən su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə inzibati işin materiallarını və yuxarıda qeyd olunan sübutları araşdırıb belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən haqlı olaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə təqsirli bilinsə də, şəxsin fərdi sahibkar və aktiv VÖEN-ə sahib olması, eyni zamanda sahib olduğu VÖEN-in fəaliyyəti sahəsilə uyğunluğu nəzərə alınmadan fiziki şəxs kimi cərimələnmişdir. Odur ki, yuxarıda qeyd olunan hallar nəzərə alınmaqla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsini 262.3-cü maddəsi ilə təqsirli bilinməklə vəzifəli şəxs üçün nəzərdə tutulmuş qaydada cərimə tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərarlardan biri qəbul edilir. Həmin Məcəllənin 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənlərə əsasən hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən verilmiş şikayət təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-****/**** nömrəli qərarı dəyişdirilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində təyin edilmiş inzibati cərimə tənbeh tədbirinin həcmi dəyişdirilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-****/**** nömrəli qərarı apellyasiya şikayətinə əsasən dəyişdirilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-in 262.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində təyin edilmiş cərimənin miqdarı dəyişdirilərək vəzifəli şəxs qismində 1000 (bir min) manat məbləğində cərimə edilsin. Qərarın icrası Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs yaşadığı yer üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir və ondan şikayət və ya protest verilə bilməz. .
Məhkəmə qərarları › İş №3(3-7)-468/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-468/2026
29.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver