Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-470/2026 17.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin hakimi Əzizov Sevindik Əziz oğlunun sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 342.5-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə Ağstafa Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi ilə Ağstafa Rayon Məhkəməsinə müraciət edərək, onun barəsində İXM-nin 342.5-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən qəbul edilmiş ## ##### 2026-cı il tarixli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ağstafa Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarı ilə (sədrlik edən hakim H.M.Mürsəlova) şikayət təmin edilməmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi Bakı şəhər Səbail Rayon DYP İdarəsi tərəfindən Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş ##.##.2026-cı il tarixli İXP ******* nömrəli protokol əsasında tərtib edilmiş ## ##### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti verərək Ağstafa Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarının qanunsuz və əsassız olması səbəbindən ləğv edilməsini, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ Bakı şəhər Səbail Rayon DYP İdarəsi tərəfindən ##.##.2026-cı il tarixli İXP ******* nömrəli protokol əsasında barəsində tərtib edilmiş ## ##### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “##.##.2026-cı il tarixində DYP-dən əldə etdiyi ##.##.2026-cı il tarixli İXP7997743 saylı protokol əsasında yazılmış ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən ünvan 1 ünvanında İXM-nin 327.1, 327.2, 327.7, 342.5-ci maddələri ilə təqsirli bilinərək barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin qərara əsasən onun sürücülük hüququ 6 ay müddətinə məhdudlaşdırılmışdır. Səbəb kimi isə, ona məxsus “CHEVROLET CRUZE” minik markalı **-EY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulması, İXM-nin 327.1-1, 327.1-2, 327.2-327.6, 327.8, 328.2, 328.3, 328.4, 331, 331.1, 333-1.1, 342.7, 343.1, 343-1.1 və 346.2-346.9-cu maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməkdə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə, xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsini idarə etdiyinə görə qeyd edilmişdir. Onu DYP-nin əməkdaşı ##.##.2026-cı il tarixdə Bakı şəhəri, Neftçilər pr-ti 26 S ünvanında saxlamış və onun cərimə balının 17 bal olduğunu nəzərinə çatdıraraq, əgər 3 bal daha yazılarsa sürücülük hüququnun məhdudlaşdırılacağını bildirmişlər. O da öz növbəsində inzibati xəta törətmədiyi halda inzibati məsuliyyətə cəlb edilməyinin qanunsuz olduğunu onların nəzərinə çatdırmışdır. Lakin, əməkdaşlar onun sözlərinə fikir verməyərək, maşınını duracağa yerləşdirmişlər. ##.##.2026-cı il tarixdə isə ona qərar verilmişdir. Həmin qərara baxanda da qanunsuz olmasının ortaya çıxdığını qeyd etmişdir. Qərarın nömrəsi yoxdur, qərar yazılması üçün əsas olan İXP-nun yazılma yeri başqa bir ünvan olan Bakı şəhəri, Səbail rayonu, Mikayıl Useynov küçəsi 53 ünvanı və saat 01:53 göstərilmişdir ki, həmin vaxt və həmin ünvanda o DYP əməkdaşları ilə nə rastlaşmamış, nə də ki, onlar onu həmin ünvanda saxlamamışlar. Onu saxladıqları ünvan Bakı şəhəri, Neftçilər pr-ti 26 S ünvanıdır ki, protokolda bu qeyd yoxdur. Bundan başqa protokolda qərarda sadalanan inzibati xətaların heç biri yoxdur və DYP əməkdaşlarının bu xətaların törədilməsini sübut edəcək bir video-görüntü belə yoxdur. DYP əməkdaşının bilərəkdən qanunsuz olaraq yazdığı inzibati tənbeh vermə haqqında qərarla o sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə sürücülük hüququ 6 ay müddətinə məhdudlaşdırılmış olur. Hesab edir ki, həmin qərar qanunsuzdur və ləğv edilməlidir. Lakin, Ağstafa Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarı ilə şikayəti təmin edilməmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi Bakı şəhər Səbail rayon DYP idarəsi tərəfindən ##.##.2026-cı il tarixli İXP******* nömrəli protokol əsasında onun barəsində qəbul edilmiş ## ##### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə öz qərarını əsaslandırarkən qeyd edir ki, şikayətçi kimi o öz mövqeyini təsdiq edən mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Bu tamamilə yanlış yanaşmadır. Çünki inzibati xəta haqqında işlərə baxarkən sübut etmə vəzifəsi qərarıqəbul etmiş inzibati orqanın üzərinə düşür, onun deyil. İnzibati məsuliyyətə cəlb edilmiş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barədə şübhələr onun xeyrinə həll olunur. O barəsində qəbul edilmiş qərarın elektron video görüntüsünü tələb etmişdir ki, həmin görüntü ilə onun inzibati xəta törədibtörətmədiyi sübut edilə bilərdi. Amma elə bir görüntü məhkəməyə təqdim edilməmiş, məhkəmə də bu görüntünü inzibati orqandan tələb etməmişdir. Əgər inzibati xətanın törədildiyi sübut edəcək video görüntü yoxdursa, inzibati orqanın qərarı necə qəbul edilmiş sayıla bilərki? İnzibati orqan isə belə bir görüntü ortaya qoya bilmir və məhkəmə də qanunsuz qərarını qüvvədə saxlayır. Bununla da onun hüquqları kobud şəkildə pozulmuş olur. Məhkəmənin gəldiyi nəticə düzgün deyil. Çünki, o inzibati orqanın qərarından şikayət ərizəsində də qeyd etmişdir ki, inzibati xəta törətməmişdir, İXM-ə əsasən inzibati xətanın olub-olmamasını yalnız qanunvericiliklə müəyyən edilmiş şəkildə yəni, video görüntü vasitəsi ilə sübut etmək mümkündür. Belə bir fakt yoxdursa, o, təqsiri olmayan hesab edilməlidir. Qanunvericiliyə əsasən də İinzibati məsuliyyətə cəlb edilmiş şəxs kimi o öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Məhkəməyə də şikayət edərkən nə səbəbə məsuliyyətə cəlb edilməyini, təqsirinin sübuta yetirilmədiyini, məsuliyyətə cəlb olunmağı üçün ortada hər hansı bir fakt olmadığını bildirib inzibati orqanın qərarının ləğv edilməsini xahiş etmişdir. Bundan başqa, protokol ##.##.2026-cı il tarixdə yazılmış, inzibati tənbeh vermə haqqında qərar isə ##.##.2026-cı il tarixdə qəbul edilmişdir. DYP-nin onu saxladığı yer ilə protokolda inzibati xətanın törədildiyi yer tamam fərqli yerlərdir. Həmin nüansların araşdırılmasını tələb etsə də, məhkəmə bu faktları araşdırmamışdır. Eyni zamanda onu da vurğulamışdır ki, inzibati tənbeh vermə haqqında qərarın nömrəsi də yoxdur ki, məhkəmə bu faktları da araşdırmamış buna aydınlıq gətirməmişdir. Məhkəmə qərar qəbul edərkən səhvə yol vermiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir, hakim gəldiyi nəticə üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktki halları araşdırmamışdır”. Apellyasiya baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) oğlu apellyasiya şikayətini müdafiə edib onun dəlillərinə uyğun çıxış edərək şikayətinin təmin edilməsini, Ağstafa Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi Bakı şəhər Səbail Rayon Dövlət Yol Polis İdarəsinə lazımi qaydada məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi Bakı şəhər Səbail Rayon Dövlət Yol Polis İdarəsinə nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını iş materialları ilə əlaqəli şəkildə araşdırıb işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İХM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati хətaların törədilməsində təqsirli hesab edilən və inzibati хəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəхs inzibati məsuliyyətə cəlb оlunur və tənbeh edilir. İХM-nin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İХM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İХM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-nin 342.5-ci maddəsinə əsasən xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə əlli manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinin II hissəsinə əsasən nəqliyyat vasitələrinin sahibləri və ya nəqliyyat vasitələrinin texniki vəziyyətinə cavabdeh olan şəxslər nəqliyyat vasitələrinin istismarı zamanı onların texniki vəziyyətinə dair müəyyən edilmiş tələblərə riayət etməli, nəqliyyat vasitələrinin texniki cəhətdən saz vəziyyətdə saxlanılması üçün onlara vaxtlı vaxtında texniki xidmət göstərməli, texniki vəziyyəti dövlət standartlarının, yol hərəkəti qaydalarının tələblərinə uyğun gəlməyən, habelə müəyyənləşdirilmiş qaydada qeydə alınmamış, normativ tələblər pozulmaqla avadanlıq quraşdırılmış və ya avadanlığı dəyişdirilmiş və ya qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçməmiş nəqliyyat vasitələrinin istismarına yol verməməlidirlər. İş materiallarında olan ## ##### 2026-cı il tarixli İXP******* nömrəli protokol əsasında tərtib edilmiş inzibati tənbeh vermə haqqında ## ##### 2026-cı il tarixli qərarın surətindən görünür ki, “Chevrolet Cruze” minik markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Qərardan şikayət verən orqan (şəxs) yol hərəkəti haqqında qanunun tələblərini pozaraq İXMnin 342.5-ci maddəsi ilə cərimə edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyinə əsasən ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarla ##.##.2026-cı il tarixdə, saat 01:53-də “Chevrolet Cruze” minik markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən “Yol hərəkəti haqqında” Qanunun tələblərini pozaraq nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulması İXM-nin 342.5-ci maddəsi ilə 50 manat cərimə edilmişdir. İş üzrə Qərardan şikayət verən orqan (şəxs) onun barəsində əsassız protokol tərtib edilməsini bildirsə də, məhkəməyə həmin faktı təsdiq edəcək heç bir sübut təqdim etməmiş, qeyd edilən hallar məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri formal özünü müdafiə xarakteri daşıdığından əsassız hesab edilir, birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmaqla qərar qəbul etmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda göstərilənlərə əsasən apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, Ağstafa Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. İXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Qeyd olunanlara əsasən və İXM-nin 133-136-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Qərardan şikayət verən orqan (şəxs) oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə Ağstafa Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağstafa Rayon Məhkəməsinin inzbati xəta haqqında iş üzrə # #### 2026-cı il tarixli 3(5- 109)-483/2026 saylı qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.
Məhkəmə qərarları › İş №3(3-7)-470/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-470/2026
17.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver