Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-473/2026 20.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə Qərardan şikayət verən orqan (şəxs) IXM-nin 327.1 və 327.2-ci maddələri ilə təqsirli bilinməsinə dair Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası BDYPI tərəfindən ##.##.2026-ci il tarixli TP ******* nömrəli “Inzibati tənbeh vermə haqqında” elektron qərar ona görə qəbul edilmişdir ki, o, ##.##.2026-cı il tarixdə saat 11:48-də “BMW 5281” minik markalı **-KY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol ayrıcını keçmə qaydalarının pozulması, yol nişanlarının tələblərinə riayət edilməməsi, yəni IXM-nin 327.1 və 327.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 100 (yüz) manat miqdarında inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. IŞIN HALLARI: Işdə olan ##.##.2026-cı il tarixli TP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixdə saat 11:48-də “BMW 5281” minik markalı **-KY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol ayrıcını keçmə qaydalarının pozulması, yol nişanlarının tələblərinə riayət etməmiş, ona görə də o, IXM-nin 327.1 və 327.2-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunmuşdur. Işdə olan videogörüntü ilə müəyyən olunur ki, şikayətçi S.Mehraliyev idarə etdiyi “BMW 5281” minik markalı avtomobil ilə üstünlük nişanı dairəvi yolda olduğu halda, dairəvi yolda hərəkətdə olan avtomobilə yol verməyərək yolunu davam etmişdir. Inzibati xəta haqqında materiala baxan Gəncə Şəhər Məhkəməsi yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI: Qərarla razılaşmayan barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti verərək Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. PROSSESUAL MƏSƏLƏLƏR Apellyasiya məhkəməsinin iclasında iştirak edən barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) şikayətin dəlillərini müdafiə edərək şikayətin məzmununa uyğun çıxış etdi və şikayətin təmin edilməsini xahiş etdi. O, əlavə olaraq göstərmişdir ki, dairəvi yola daxil olarkən heç bir avtomobilin hərəkətənə mane olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbələri barədə məhkəməyə məlumat verməmişdir. IXM-in 133.2.4-cü maddəsinə əsasən məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQI MƏSƏLƏLƏR: IXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Şikayətin dəlillərini işin materialları ilə əlaqəli şəkildə tədqiq edərək məhkəmə hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin olunmamalı, iş üzrə məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmaldır. Məhkəmə materialda olan sənədləri tam, obyektiv və hərtərəfli araşdıraraq şikayətlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, iş materialında olan ##.##.2026-cı il tarixli TP ******* nömrəli inzibati xəta haqqında protokol, ##.##.2026-ci il tarixli TP ******* nömrəli “Inzibati tənbeh vermə haqqında” elektron qərar (inzibati xətanın törədildiyi yer, tarix və saat, barəsində qərar çıxarılan fiziki şəxsin soyadı, adı və atasının adı, vətəndaşlığı, xətanın mahiyyəti) və iş materialına əlavə edilmiş CD-R diskdəki videogörüntüdən açıq-ayın şəkildə görünür ki, Qərardan şikayət verən orqan (şəxs) idarə etdiyi “BMW 5281” minik markalı avtomobil ilə üstünlük nişanı dairəvi yolda olduğu halda, dairəvi yolda hərəkətdə olan avtomobilə yol verməyərək yoluna davam etmiş, bununla da onun barəsində IXM-in 327.1 və 327.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 100 (yüz) manat miqdarında inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. IXM-nin 122.1-ci maddəsinin tələbinə əsasən Qərardan şikayət verən orqan (şəxs) barəsində tərtib edilmiş ##.##.2026-cı il tarixli TP ******* nömrəli inzibati xəta haqqında protokol və həmin tarixli TP ******* nömrəli “Inzibati tənbeh vermə haqqında” elektron qərar və CD-R diskdəki videogörüntü hadisə baş verən günü real vaxt rejimində tərtib edilmişdir. Belə olan halda Qərardan şikayət verən orqan (şəxs) birinci instansiya məhkəməsinə və apellyasiya məhkəməsinə təqdim etdiyi şikayət ərizəsində mübahisələndirdiyi hallar formal mülahizələr və subyektiv fərziyyələrdən ibarət olduğuna görə şikayətdə qeyd edilən dəlillərin əsassız olması iş materialları ilə öz təsdiqini tapır. Eyni zamanda Qərardan şikayət verən orqan (şəxs) tərəfindən yuxarıda qeyd edilən xüsusatların əksini təkzib edə biləcək mötəbər sübutları təqdim edə bilməmişdir. Qeyd olunan hüquq normasını hazırki işin faktiki halları ilə müqayisəli şəkildə təhlil etdikdə Qərardan şikayət verən orqan (şəxs) IXM-nin 327.1 və 327.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi sübuta yetirilir. Qeyd edilənlərə əsasən və IXM-in 133-136, 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Apellyasiya şikayəti təmin olunmasın. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-7)-473/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-473/2026
20.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver