Məhkəmə qərarları › İş №3(3-7)-474/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-474/2026

22.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-474/2026 22.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, Məmmədov Elvin Israyıl oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) oğlunun iştirakı ilə, Qərardan şikayət verən orqan (şəxs) oğlunun barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Ağdam Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından Bakı şəhər Baş Polis Idarəsinin X1 Idarəsi tərəfindən verilmiş şikayət üzrə materiala Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: Qərardan şikayət verən orqan (şəxs) şikayət ilə məhkəməyə müraciət edərək, barəsində Bakı Şəhər DYPI-nin R X2 tərəfindən qəbul edilmiş ##.##.2025-cı il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ilə Şikayət təmin edilmiş və Qərardan şikayət verən orqan (şəxs) barəsində olan Bakı Şəhər DYPI-nin R X2 tərəfindən qəbul edilmiş TP ******* saylı ##.##.2025-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından Bakı şəhər Baş Polis Idarəsinin X1 Idarəsi apellyasiya şikayəti verərək məhkəmənin qərarının ləğv edilməsini və Qərardan şikayət verən orqan (şəxs) barəsində olan Bakı Şəhər DYPI-nin R X2 tərəfindən qəbul edilmiş TP ******* saylı ##.##.2025-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanılmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Ağdam Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli iş *(*-***)-***/**** nömrəli qərarı ləğv edilməli Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən Bakı şəhəri BPI DYPI-nin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hakiminin qərarından verilmiş şikayət üzrə Bakı Şəhər X1i Idarəsinə (DYPI) məhkəmə iclasının vaxtı və yeri iclasında barədə məlumat iştirak etməmişdir. verildiyi qeyd edilsə də, həmin orqanın nümayəndəsi məhkəmə Məhkəmə isə bu halı əsas götürərək işə Bakı Şəhər DYPI nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. maddələrinin Lakin Azərbaycan mənasına Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.2.2 və 133.2.4-cü və orqanların məhkəmə görə, hakim ilk növbədə iş üzrə iştirak etməli olan şəxslərin iclasına qanunvericiliyin çağırılmadığını müəyyən tələblərinə uyğun qaydada çağırılıb- etməlidir. deyil, başqa Əgər məhkəmə quruma çağırışı iş üzrə iştirak etməli olan müvafiq inzibati orqana göndərmişdirsə, onun lazımi qaydada həmin orqanın məhkəmə iclasına gəlməməsi məlumatlandırılmamasının Belə olan halda, nəticəsi kimi qiymətləndirilməlidir. işə həmin orqanın iştirakı olmadan baxılması prosessual hüquq normalarının pozulması hesab edilməlidir. hərtərəfli Nəticə araşdırmadan, etibarilə, məhkəmə iş üzrə əhəmiyyət kəsb edən bu halı tam və da tərəflərin ədalətli məhkəmə formal mülahizələrə əsaslanaraq qərar qəbul etmiş, bununla araşdırması hüququnun pozulmasına yol vermişdir. Belə ki, inzibati Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 99.1.1-ci səlahiyyətli xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların ilə aşkar vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi kimi göstərilmişdir. edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblərdən biri Hakim iş üzrə gəldiyi nəticədə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin sübutların qiymətləndirilməsini tənzimləyən normalarını düzgün tətbiq etməmişdir. Hesab edir ki, həmin qərar maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, işin faktiki halları tam və obyektiv araşdırılmamışdır. Belə ki, məhkəmə inzibati orqan tərəfindən qəbul edilmiş qərarın qanuniliyini yoxlayarkən iş materiallarında mövcud olan sübutları tam və hərtərəfli qiymətləndirməmiş, yalnız şikayətçinin izahatına üstünlük vermişdir. Halbuki inzibati xəta haqqında qərar səlahiyyətli vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətləri çərçivəsində qəbul edilmiş və həmin qərarın qanuniliyinin prezumpsiyası mövcuddur. Apellyasiya məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) oğlu apellyasiya şikayətinə etiraz etdi və şikayətin təmin edilməməsini və birinci insansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə digər tərəfə məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişlər və gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə IXM-nin 133.2.4-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətin dəlillərini araşdıraraq və birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını iş materialları ilə əlaqəli şəkildə yoxlayaraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, IXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 48-ci maddəsində göstərilmişdir ki, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası IXM-nin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - yüz manat məbləğində cərimə edilir. Həmin Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Iş materiallarinda olan Bakı Şəhər DYPI-nin R X2 tərəfindən qəbul edilmiş TP ******* saylı ##.##.2025-cı il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası IXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyinə görə 100 manat məbləğində cərimə edilmişdir. Belə ki, iş materiallarından müəyyən edilir ki, Bakı Şəhər DYPI-nin R X2 tərəfindən Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası IXM-nin 327.2-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilmişdir. Lakin inzibati xəta haqqında iş üzrə şəxsin təqsirini təsdiq edən mötəbər və kifayət qədər sübutlar inzibati icraat materiallarına əlavə edilməmişdir. Birinci insasniya məhkəməsi hesab etmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) inzibati tənbeh vermə haqqında qərarda inzibati xəta törətməsi haqqında sübutlar öz əksini tapmamışdır. Belə olduğu halda məhkəmə hesab edir ki, şəxsin Azərbaycan Respublikası IXM- nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi həqiqəti əks etdirmir və məhkəmə iclasında öz təsdiqini tapmır. Belə olan halda şikayət təmin edilməklə Qərardan şikayət verən orqan (şəxs) barəsində Bakı Şəhər DYPI-nin R X2 tərəfindən qəbul edilmiş TP ******* saylı ##.##.2025-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Apellyasiya icraatı zamanı müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi tam, hərtərəfli və obyektiv araşdırma apararaq və işdə olan sənədləri tədqiq etmiş və müəyyən etmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) oğlunun əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində Bakı Şəhər DYPI-nin R X2 tərəfindən qəbul edilmiş TP ******* saylı ##.##.2025-cı il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Apellyasiya məhkəməsi belə nəticəyə gəlir ki, məhkəmə həmin sübutlara əsaslanmaqla düzgün nəticəyə gəlmiş, tam araşdırma aparmış və qanuni və əsaslı qərar qəbul etmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi işdə olan sübutları məcmu halında nəzərdən keçirərək hesab edir ki, məhkəmənin gəldiyi nəticə əsaslıdır. IXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Ona görə də apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirlmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası IXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Ağdam Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir. Hakim: Faiq Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar