Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-475/2026 21.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin hakimi Əzizov Sevindik Əziz oğlunun sədrliyi, X3 iclas katibliyi ilə «AQK MANUFACTURİNG COMPANY» Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 539.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında iş üzrə Ağdam Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarından «AQK MANUFACTURİNG COMPANY» MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər İdarəsi tərəfindən ünvan 1 4437663.73 ünvanında yerləşən «AQK MANUFACTURİNG COMPANY» MMC (VÖEN **********) barəsində # ##### 2026-cı il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötrü ki, vətəndaş X2 şikayəti əsasında Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən «AQK MANUFACTURİNG COMPANY» MMC-yə ##.##.2026-cı il tarixli məktubla müraciət olunaraq sənədlərin təqdim edilməsi tələb olunmasına baxmayaraq, tələb olunan sənədlər təqdim olunmamışdır. Qeyd olunan inzibati xəta haqqında protokolun məzmununa görə hüquqi şəxs «AQK MANUFACTURİNG COMPANY» MMC İXM-nin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Ağdam Rayon Məhkəməsinə göndərilmişdir. Ağdam Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarı ilə (sədrlik edən hakim R.R.Məmmədov) «AQK MANUFACTURİNG COMPANY» MMC İXM-nin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 2000 (iki min) manat miqdarında cərimə edilmişdir. Həmin qərardan barəsində inzibati xəta haqqında icraat aparılan «AQK MANUFACTURİNG COMPANY» MMC Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verərək Ağdam Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-***)-***/**** saylı inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsini, işin icraatına xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, “Birinci instansiya məhkəməsi qərar çıxararkən işin faktiki hallarını tam və hərtərəfli araşdırmamışdır. Belə ki, şirkətin direktoru İskəndərov Elçin Xankişi oğlu tərəfindən X4 Xidməti Bakı şəhər İdarəsinin rəis müavini Fərid Bağırova ünvanlanmış cavab məktubunda birmənalı olaraq bildirilmişdir ki, aparılmış araşdırma nəticəsində X2 «AQK MANUFACTURİNG COMPANY» MMC-də əmək fəaliyyəti ilə bağlı hər hansı əmək müqaviləsinin bağlanması və ya əmək münasibətlərinin mövcudluğu faktı təsdiqini tapmamışdır. Həmin məktubda xüsusi olaraq vurğulanmışdır ki, X2 ilə şirkət arasında əmək münasibətləri mövcud olmadığından, əmək qanunvericiliyi çərçivəsində şirkətin hər hansı öhdəliyi yaranmamışdır və müvafiq olaraq əmək haqqının ödənilməməsi ilə bağlı iddialar əsassızdır. Ümumiyyətlə mövcud olmayan əmək münasibətlərinə dair əmək müqaviləsi, əmək haqqı cədvəli və ya digər aidiyyəti sənədləri X4 Xidmətinə təqdim edilməsi fiziki və ya hüquqi cəhətdən qeyri-mümkündür. Olmayan sənədlərin təqdim edilməməsi İXM-nin 539.3-cü maddəsinin tərkibini yarada bilməz. Eyni zamanda, müraciət onların tərəfindən cavabsız qoyulmamışdır. Qeyd olunan cavab məktubu ## ##### 2026-cı il tarixində saat 16:20-də elektron poçt vasitəsilə X4 Xidmətinin rəsmi elektron poçt ünvanına göndərilmişdir. Birinci instansiya məhkəməsi şikayətçi X2 həqiqətən şirkətin işçisi olub-olmamasını və yuxarıda qeyd edilən cavab məktubunun X4 Xidmətinə göndərilməsi faktlarını araşdırmadan, sadəcə inzibati xəta haqqında protokolun formallığına əsaslanaraq qərar çıxarmışdır”. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını iş materialları ilə əlaqəli şəkildə araşdırıb işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İХM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati хətaların törədilməsində təqsirli hesab edilən və inzibati хəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəхs inzibati məsuliyyətə cəlb оlunur və tənbeh edilir. İХM-nin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İХM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İХM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-nin 539.3-cü maddəsinə əsasən, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. İXM-nin 539.3-cü maddəsindən göründüyü kimi həmin maddə ilə inzibati məsuliyyət təkcə sənədlərin deyil, həm də məlumatların və həm də tam, düzgün və vaxtında təqdim edilməməsinə görə yaranır. İş materiallarında olan vətəndaş X2 tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər İdarəsinə ünvanlanmış ərizədən görünür ki, o, ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək «AQK MANUFACTURİNG COMPANY» MMC-də Ağdam rayonu Eyvazxanbəyli lahiyəsində anbardar olaraq müqaviləsiz işləmiş və ona ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək əmək haqqı ödənilməmişdir. Qeyd olunanları şahid X1 təsdiq edə bilər. Onu rəsmi şəkildə işə götürmək adı ilə işlətmişlər, sonra isə onu işdən uzaqlaşdırmışlar və əmək haqqının bir hissəsini verməmişlər. «AQK MANUFACTURİNG COMPANY» MMC-ə ünvanlanmış ##.##.2026-cı il tarixli məktubdan görünür ki, X2 aid müvafiq sənədlərin (vətəndaşın müraciətində qeyd edilən məsələlərə münasibət bildirilməsinə dair cavab məktubu, iş vaxtının uçot tabeli (işlədiyi dövr üzrə), əmək haqqının hesablanması və ödənilməsini təsdiq edən sənədlər (işlədiyi dövr üzrə)) 7 iş günü ərzində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər İdarəsinə təqdim edilməsi xahiş edilmişdir. «AQK MANUFACTURİNG COMPANY» MMC-ə ünvanlanmış ##.##.2026-cı il tarixli məktubdan görünür ki, X2 aid sənədlər tələb olunmasına baxmayaraq həmin sənədlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər İdarəsinə təqdim edilməmişdir. Bu səbəbdən «AQK MANUFACTURİNG COMPANY» MMC inzibati xəta haqqında protokolun tərtib olunmasına dəvət olunmuşdur. Apellyasiya şikayətinə əlavə edilmiş «AQK MANUFACTURİNG COMPANY» MMC tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər İdarəsinə ünvanlanmış ##.##.2026-cı il tarixli “X2 müraciətində qeyd edilən məsələlərə münasibət bildirilməsinə dair” cavab məktubundan görünür ki, X2 «AQK MANUFACTURİNG COMPANY» MMC-də əmək fəaliyyəti ilə bağlı hər hansı əmək müqaviləsinin bağlanması və ya əmək münasibətlərinin mövcudluğu faktı təsdiqini tapmamışdır. X2 ilə şirkət arasında əmək münasibətləri mövcud olmadığından, əmək qanunvericiliyi çərçivəsində şirkətin hər hansı öhdəliyi yaranmamışdır və müvafiq olaraq əmək hqqının ödənilməməsi ilə bağlı iddialar əsassızdır. Beləliklə, iş materilalları ilə müəyyən edilir ki, X2 aid müvafiq 7 iş günü ərzində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər İdarəsinə təqdim edilməsi ##.##.2026-cı il tarixli məktubla xahiş edilmiş, lakin «AQK MANUFACTURİNG COMPANY» MMC tərəfindən həmin məktuba cavab ##.##.2026-cı il tarixdə verilmiş, bununla da təqdim edilməsi tələb olunan sənədlər təqdim edilməmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, «AQK MANUFACTURİNG COMPANY» MMC-nin İXM-nin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materiallarında olan mötəbər sübutlarla təsdiq olunur. Odur ki, birinci instansiya məhkəməsi «AQK MANUFACTURİNG COMPANY» MMC-ni həmin maddə ilə təqsirli bilməkdə düzgün nəticəyə gəlmişdir. İşdən görünür ki, birinci instansiya məhkəməsi «AQK MANUFACTURİNG COMPANY» MMC-ə istinad edilən inzibatı xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, inzibati xətanın törədilməsi səbəblərini və törədilmiş inzibati xətaya münasibətini, ış üzrə əhəmiyyət kəsb edən digər xüsusatları, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə almaqla ona aşağı həddə cərimə tənbehi tətbiq etmişdir. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq «AQK MANUFACTURİNG COMPANY» MMC-ni İXM-nin 539.3-cü maddəsi təqsirli bilərək aşağı həddə cərimə tənbehi tətbiq etmişdir. Beləliklə, məhkəmə işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmaqla qanuni və əsaslı qərar qəbul etmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda göstərilənlərə əsasən apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti əsassızdır və «AQK MANUFACTURİNG COMPANY» MMC-nin barəsində İXM-nin 539.3-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, Ağdam Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. İXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Qeyd olunanlara əsasən və İXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq, apelyasiya instansiyası məhkəməsi QƏRARA ALDI: «AQK MANUFACTURİNG COMPANY» MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında iş üzrə Ağdam Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarından “AQK MANUFACTURİNG COMPANY” MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağdam Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.
Məhkəmə qərarları › İş №3(3-7)-475/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-475/2026
21.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver