Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-476/2026 05.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Abdullayev Əlizamin Gülzalı oğlunun sədrliyi, Quliyev Anar Elcan oğlunun katibliyi, Barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra IXM) 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından tələbkar Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDI: Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs apellyasiya şikayəti verərək Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarının ləğv edilməsini və borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində IXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati tənbeh cəzası tətbiq edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs apellyasiya şikayətində qeyd etmişdir ki, Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarı əsassız olduğuna görə ləğv edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası IXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati protokol əsasında ona real inzibati tənbeh cəzası tətbiq edilməlidir. Belə ki, Tovuz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** saylı icra sənədi üzrə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs aliment borcu 4000 manat təşkil etdiyi halda, aliment borcunu ödəməkdən qəsdən boyun qaçırdığına görə onun barəsində inzibati protokol tərtib edilmişdir. Məhkəmədə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs borcundan bir qəpik də ödəməmiş və ödəməyəcəyini bildirmişdir. Lakin məhkəmə iş üzrə icraata xitam verərək onu cəzadan azad etmişdir. Ona görə də Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** saylı inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsinə və borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası IXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati tənbeh cəzası tətbiq edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin iclasında iştirak edən zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs apellyasiya şikayətini müdafiə edərək eyni məzmunda izahat vermiş və əlavə olaraq göstərmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs aliment borcunu ödəməkdən qəsdən boyun qaçırır. Buna görə də məhkəmənin qərarından şikayət vermişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs aliment borcunu ödəməkdən yayındığına görə onun həbs olunmasını istəyir. Apellyasiya instansiyası məhkəməsinin iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətinə etiraz edərək göstərdi ki, zərərçəkmiş şxəs uşaqlarla ünsiyyətdə olmasına maneçilik törədir. Bu səbəbdən aliment borcunu ödəməmiş və onun borcu yaranmışdır. Qeyd edilən məbləğdə aliment borcunu bir dəfəyə ödəməsinə imkanı yoxdur. Borcunu hissə-hissə ödəyə bilər. Qeyd etdiklərini nəzərə alaraq məhkəmənin qərarının dəyişdirilmədən saxlanılmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Tovuz rayon Icra şöbəsinin böyük icra məmuru X1 məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə, göstərilənləri nəzərə alaraq icra məmurunun iştirakı olmadan işə baxılaraq yekunlaşdırıl-masını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini araşdıraraq və təqdim olunmuş inzibati materialı nəzərdən keçirib hesab edir ki, şikayət təmin edilməli, Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ləğv edilərək iş üzrə yeni qərar qəbul edilməlidir. Iş materiallarında olan Tovuz Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli icra sənədindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 2 uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər uşaq üçün minimum əmək haqqının 0.5 misli məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməlidir. Iş materiallarında olan Tovuz rayon Icra şöbəsinin böyük icra məmuru X1 tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, həmin protokol borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hal-hazıradək 4000 manat aliment borcunun olması və qanunla müəyyən edilmiş müddətdə aliment borcunu ödəməkdən boyun qaçırması, bununla da Azərbaycan Respublikası IXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair tərtib edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının (mətndə bundan sonra: “Konstitusiya”) 60-cı maddəsinin birinci (İ) hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ikinci (II) hissəsinə əsasən, hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Konstitusiyanın 125-ci maddəsinin yeddinci (VII) hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 129-cu maddəsinin üçüncü (III) hissəsinə əsasən, məhkəmə qərarı qanuna və sübutlara əsəslanmalıdır. IXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.2 və 8.3-cü maddələrinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barədə şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12-ci maddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmçinin, IXM-nin 48-ci maddəsində göstərilmişdir ki, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində IXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul etməklə işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində IXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibinin olmadığı qənaətinə gələrkən, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs yaranmış borcdan müəyyən ödənişlər etməsi, hətta ay ərzində bir neçə dəfə müəyyən ödənişlər etməsi, onun məhkəmə qətnaməsinin icrası ilə bağlı hərəkətsizlik göstərməməsi, barəsində inzibati xəta haqında icraat aparılan şəxsin əməli qərəzli olaraq törətməməsinə əsaslanmışdır. Lakin, işdə olan həmin halları və işin digər hallarını əlaqəli şəkildə araşdırmamış, o cümlədən ödənişlərin əsas hissəsinin inzibati xəta haqqında protokol tərtib edilənədək ödənilməsini nəzərə almamış, nəticədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi halının mövcud olmadığı qənaətinə gələrək onun əməlinə düzgün hüquqi qiymət verməmişdir. IXM-nin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulur. Qeyd edilməlidir ki, borclu tərəfindən icra məmurunun qanuni tələblərinin yerinə yetiriməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin icra edilməməsi üzrsüz səbəbdən baş verdiyi, həmçinin qərəzli olaraq icra edilmədiyi hallarda şəxsin məsuliyyətə cəlb edilməsinə səbəb olur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” ## ####### 2012-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, icra sənədini icra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hərəkətlərində qərəzliliyi təsdiq edən kifayət qədər hallar olsa da, birinci instansiya məhkəməsi tərəfindən həmin hallar nəzərə alınmamışdır. Iş materialları ilə təsdiq olunur ki, həqiqətən də borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ona verilmiş vaxt ərzində tələbi könüllü icra etməmiş, icra məmurunun dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, borcunu tam ödəməkdən, məhkəmə qərarı ilə müəyyən edilmiş alimenti vaxtı-vaxtında ödəməkdən boyun qaçıraraq icra sənədinin icrası üçün yetərli tədbirlər görməmiş, müxtəlif bəhanələr gətirərək tələbkara borcunu tam məbləğdə ödəməkdən yayınmış, borcunu ödəməməkdə davam etmiş, bununla da icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Nəticədə bir il ərzində borclunun 4000 manat aliment borcu yaranmışdır. Borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs borclu olduğu məbləğin az bir hissəsini ödəməklə icra sənədinin icrasından boyun qaçırmadığı görüntüsünü yaratması, bununla da borcun tam ödənilməsi və icra sənədində nəzərdə tutulan borcun ödənilməsi üçün heç bir real hərəkət etməməsi onun qərəzli olaraq icra sənədini icra etməməsinə və həmin sənədin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməməsinə dəlalət edir. Həmçinin qeyd edilməlidir ki, borcun borclu tərəfindən az-az ödəməsi onu borcunu tam icra etməkdən azad etmir və borcun hissə-hissə ödənilməsini şərtləndirmir. Bu səbəbdən apellyasiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs yaranmış borcunu, eləcə də icra sənədində müəyyən edilən borc məbləğini maddi imkansızlığı ilə əlaqədar ödəyə bilməməsi dəlilini qəbul etmir və bunu borclunun məsuliyyətdən yayınma məqsədi güdməsi kimi qiymətləndirir. Qeyd edilənlər belə nəticəyə gəlməyə əsas verir ki, işin halları ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədinin icra olunmamasında qərəzli olduğu təsdiq olunduğu halda, birinci instansiya məhkəməsi işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmiş və əsassız olaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində IXMnin 528.1-ci maddəsinin tərkibi olmadığı qənaətinə gələrək onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul etmişdir. Işin faktiki halları ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ona istinad edilən inzbati xətanı törətməsi təsdiq olunduğundan o, Azərbaycan Respublikası IXM-nin 528.1ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyası daxilində inzibati tənbeh tətbiq edilməlidir. IXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Apellyasiya məhkəməsi işin faktiki hallarını, eləcə də Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şəxsiyyətini xarakterizə edən halları nəzərə alaraq ona IXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həbs növündə inzibati tənbehin tətbiq edilməsini məqsədə uyğun hesab edir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həbs növündə inzibati tənbehin tətbiq edilməsi törədilən inzibati xətanın xarakterinə və inzibati xətanı törədənin şəxsiyyətinə uyğundur, ona həbs növündə inzibati tənbehin tətbiq edilməsi ilə IXMnin 21-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbehin məqsədlərinə nail olunmasının təmin edilməsi mümkündür. IXM-nin 134-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; 135.1.5-2. inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti əsaslı hesab edilməli, hazırkı iş üzrə Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar çıxarılmalı, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-nin 528.1ci maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası IXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilsin. Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ləğv edilsin. Iş üzrə yeni qərar çıxarılsın. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törtəməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) gün müddətə inzibati həbs təyin edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclas zalından həbsə alınsın və onun həbsdə saxlanılmasının əvvəli ## ###### 2026-cı il tarixdən, saat 14:20-dən hesab edilsin. Qərar elan edildiyi andan dərhal sonra qüvvəyə minir. Qərar qətidir və ondan şikayət və protest verilə bilməz. Hakim Əlizamin Abdullayev
Məhkəmə qərarları › İş №3(3-7)-476/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-476/2026
05.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver