Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-477/2026 23.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakim Hüseynov Salman Bilal oğlunun sədrliyi, Abdullayev Samir Zahid oğlunun katibliyi, Azərbaycan Respublikası X4 X2 Idarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə X5 Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair Tovuz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDI: Azərbaycan Respublikası X4 X2 Idarəsi tərəfindən vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş ## ### 2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün aidiyyəti üzrə Tovuz Rayon Məhkəməsinə göndərilmişdir. Inzibati xəta haqqında protokola əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən Tovuz rayonu Qovlar şəhəri Vağzal küçəsi ## ### 2026-cı il saat 11:00 da açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verilən yazılı göstərişləri vaxtında və tam yerinə yetirilməmişdir. Tovuz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarı ilə vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Inzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 1500 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin həmin qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs apellyasiya şikayət verərək məhkəmənin qərarının tamamilə ləğv edilməsini və barəsində olan inzibati xəta haqında materialın icraatına xitam verilməsini xahiş etmişdir. Apellasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə qərarının əsası kimi qeyd etmişdir ki, guya ## ##### 2026-cı il tarixdə Azərbaycan Respublikası X4 X2 Idarəsi tərəfindən X1 “açıq məkanda reklam yayımının həyata keçirilməsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulması hallarının aradan qaldırılması barədə” göstəriş verilərək, Tovuz rayonu Qovlar şəhəri Vağzal küçəsində yerləşən “Istanbul ekonom” adlı obyektə açıq məkanda yayımlanan reklam yayımının dərhal dayandırılması və “Reklam Haqqında” Azərbaycan Respublikasının Qanununun 26.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icazənin alınması üçün 5 gün müddətində AR X4 X2 Idarəsinə müraciət etməyi tələb olunmuşdur. Lakin məhkəmə nəzərə almamışdır ki, ona bu barədə heç bir rəsmi yazılı bildiriş, rəsmi yazılı xəbərdarlıq və ya rəsmi yazılı göstəriş verilməmiş, həmçinin bu cür rəsmi yazılı bildirişin, rəsmi yazılı xəbərdarlığın və ya rəsmi yazılı göstərişin ona verilməsini təsdiq edəcək hər hansı bir sübut növü inzibati işin materiallarına əlavə edilməmişdir. Bununla da məhkəmə qərar qəbul edərkın inzibati işin materiallarına deyil inzibati xəta haqqında protokolu tərtib etmiş AR X4 X2 Idarəsinin nümayəndəsinin məhkəmə iclasında dediklərinə və diktəsinə istinad etmişdir. O, bütün bunları inzibati xəta haqqında materiala Tovuz Rayon Məhkməsində baxılarkən hakimin diqqətinə çatdırsa da, məhkəmə tərəfindən onun dediklərinə ümumiyyətlə hüquqi qiymət verilməmişdir. Bundan əlavə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs vergi ödəyicisi olmaqla dövlət büdcəsinə mütəmadi olaraq vergilər ödəyir, hazırki vəziyyətdə ona qanunsuz və əsassız olaraq əlavə 1500 (bir min beş yüz) manat cərimə ödəməyi onun həm sahibkarlıq fəaliyyətinə, həm də ödədiyi vergilərə ciddi təsir göstərəcəkdir. Göründüyü kimi Tovuz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı inzibati xəta haqqında qanunsuz və əsassız qərarı tamamilə ləğv edilməli və inzibati xəta haqqında materialın icraatına xitam verilməlidir. Apellyasiya instansiyası iclasında inzibati tənbehetmə haqqında qərar qəbul edən orqanın nümayəndəsi şikayətə etiraz edərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya məhkəməsi iclasının yeri və vaxtı barədə qabaqcadan məlumat verilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası IXM-in 133.2.4-cü maddəsinə əsasən məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək, habelə tərəfləri dinləyərək aşağıdakı əsaslara görə hesab edir ki, məhkəmənin qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası IXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. IXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. IXM-in 428.7.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində (o cümlədən tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində) nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Apellyasiya icraatı zamanı müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi tam, hərtərəfli və obyektiv araşdırma apararaq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-in 428.7.3-cü maddəsi ilə təqsirli bilərək inzibati qaydada tənbeh etmişdir. Azərbaycan Respublikası X4 X2 Idarəsi tərəfindən tərtib edilmiş ## ### 2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Qovlar şəhəri Vağzal küçəsi ünvanında yerləşən “Istanbul ekonom” adlı obyektin üzərində ## ### 2026-cı il saat 11:00 da açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verilən yazılı göstərişlərin vaxtında və tam yerinə yetirilməməsi səbəbindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmişdir. Inzibati xəta haqqında protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, “Istanbul ekonom” adlı obyektin üzərində açıq məkanda reklam yerləşdirilmişdir. “Açıq məkanda reklam yayımının həyata keçirilməsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulması hallarının aradan qaldırılması barədə” ## ##### 2026-cı il tarixli göstərişdən görünür ki, Tovuz rayonu Qovlar şəhəri Vağzal küçəsi yerləşən “Istanbul ekonom” adlı obyektdə açıq məkanda yayımlanan reklam yayımının dərhal dayandırılması və “Reklam haqqında“ Azərbaycan Respublikası Qanununun 26.2 maddəsində nəzərdə tutulmuş müvafiq icazənin alınması üçün 5 gün müddətində Protokolu tərtib edən orqan X2 Idarəsinə müraciət etməyi tələb olunmuşdur. Iş materiallarında olan xəbərnamənin surətindən görünür ki, həmin göstəriş ## ##### 2026-cı il tarixdə X5 tərəfindən qəbul edilmişdir. Iş materiallarında olan X4 X2 Idarəsi tərəfindən tərtib olunan **** nömrəli, ## ### 2026-cı il tarixli aktın surətindən görünür ki, X5 tərəfindən “açıq məkanda reklam yayımının həyata keçirilməsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulması hallarının aradan qaldırılması barədə” qanunvericiliyin tələbləri pozulmaqla reklam yayınlanmaqda davam etmişdir. Beləliklə, iş materiallarında olan mötəbər sübutlarla müəyyən olunur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən IXM-in 428.7.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsi törədilmişdir. Eləcə də şikayətin dəlillərindən asılı olmayaraq apellyasiya instansiya məhkəməsi işin hallarını yoxlayarkən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində IXM-in 428.7.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolun və həmin protokol əsasında qəbul edilmiş qərarın ləğvi üçün heç bir qanuni əsas müəyyən etmədi. Apellyasiya məhkəməsi belə nəticəyə gəlir ki, məhkəmə həmin sübutlara əsaslanmaqla düzgün nəticəyə gəlmiş, tam araşdırma aparmış və qanuni və əsaslı qərar qəbul etmişdir. Beləliklə, apellyasiya məhkəməsi hesab edir ki, şikayət təmin olunmamalı və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası IXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. X5 Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair Tovuz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-7)-477/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-477/2026
23.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver