Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-478/2026 24.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-nin 333.1, 332.1 və 511.1.2-ci maddələri ilə təqsirli bilinməsinə dair Tovuz Rayon Məhkəməsinin ##.##.2026cı il tarixli qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı (hakim Hacıyev Süleyman) ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-nin 333.1 və 511.1.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib həmin Məcəllənin 511.1.2-ci maddəsinin sanksiyası çərçivəsində nəqliyyat vasitəsini idarə etmək hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmaqla 750 (yeddi yüz əlli) manat məbləğində cərimə edilmişdir. IŞIN HALLARI: Sərxoşluq hallarının təyini məqsədi ilə aparılan tibbi müayinə barədə ***** nömrəli protokoldan (qəbz) görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə müayinə aparılarkən sərxoş olmuşdur (alkoqolun miqdarı 4,177%) Inzibati xəta haqqında materiala baxan Tovuz Rayon Məhkəməsi yuxarıda qeyd olunan qərarı qəbul etmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI: Məhkəmənin qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayət verərək Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onun tərəfindən avtoxuliqanlıq əməli törədilməmiş və məhkəm iclasında olarkən avtomobili sərxoş halda idarə etdiyi üçün peşman olduğunu bildirmişdir. Məhkəmə isə onun özünü avtoxuliqanlıq hərəkətləri etməkdə təqsirli bilmişdir. Məhkəmə iclasında törədilmiş inzibati xətaya görə video diskə baxış keçirilsə də qeyd edilən görüntülərə düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, görüntüdə onun heç bir xuliqanlıq, yəni avtomobilin təkərlərinin qaldırılması kimi heç bir görüntü müəyyən edilməmişdir. Odur ki, şikayətin təmin edilməsi xahiş edilir. PROSESSUAL MƏSƏSƏLƏR: Apellyasiya məhkəməsinin iclasında iştirak edən barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətin dəlillərini müdafiə edərək şikayətin məzmununa uyğun çıxış etdi və şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində inzibati protokolu tərtib edən səlahiyyətli orqana məlumat verilsə də, nümayəndə məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə IXM-in 133.2.4-cü maddəsinə əsasən nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQI MƏSƏLƏLƏR: IXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə, inzibati xətaya dair işin materiallarını və şikayətin dəlillərini araşdırıb belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli və məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin qərarından görünür ki, məhkəmə toplanmış sübutlarla inzibati xətanın törədilməsinin tam sübuta yetirilməsi və törədilmiş əməlin IXMin 333.1, 332.1 və 511.1.2-ci maddələri ilə düzgün tövsif olunması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il ## #### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları“nın 2.4-cü bəndində göstərilir ki, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Belə ki, iş materialında olan ##.##.2026-cı il tarixli inzibati xəta haqqında protokoldan, ##.##.2026-cı il tarixli alkotestr qəbzdən (alkoqolun miqdarı 4,177% promilli müəyyən edilmiş) və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs birinci instansiya məhkəməsində özünü təqsirli bilməsi onu göstərir ki, onun tərəfindən qeyd edilən inzibati xəta hadisələrini törətməsi mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə iclası zamanı tərəfin iştirakı ilə video çəkiliş görüntüləri tədqiq edilmiş və müəyyən olunmuşdur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs asfalt yolu ilə hərəkətdə olarkən idarə etdiyi avtomobili gah yolun sağına, gah da yolun sol hissəsinə çəkərək qəfil hərəkətlər etməsi nəticəsində avtomobilin sol arxa təkərinin bir qədər asfalt örtüyündən qalxdığı müşahidə olunur. Eyni zamanda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən şikayətində göstərdiyi xüsusatları təsdiq edən mötəbər sübutları təqdim edə bilməmişdir. Belə olan halda birinci instansiya məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs törətmiş olduğu əməlləri düzgün olaraq tövsif etməsi barədə gəldiyi nəticə əsaslı və qanunidir. Odur ki, apellyasiya məhkəməsi yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki verilmiş şikayətin dəlilləri formal xarakterli dəlillər olmaqla və inzibati məsuliyyətdən boyun qaçırmaq məqsədi daşıdığından şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və IXM-nin 133-136, 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Şikayət təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-7)-478/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-478/2026
24.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver