Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-479/2026 22.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin hakimi, Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, Məmmədov Elvin Israyıl oğlunun katibliyi, Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların Istifadəsinə və X12 Xidmətinin * saylı Şərqi Zəngəzur regional bölməsinin nümayəndəsi nümayəndə1 iştirakı ilə, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası IXM-nin 264.0.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair Kəlbəcər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDI: Hüquqi şəxs “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Inzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Suların Istifadəsinə və X12 Xidməti * saylı Şərqi Zəngəzur regional bölməsində tərtib olunmuş material baxılması üçün Kəlbəcər Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş: Suların Istifadəsinə və X12 Xidməti * saylı Şərqi Zəngəzur regional bölməsinin aparıcı məsləhətçisi, müfəttiş nümayəndə1 tərəfindən tərtib edilmiş ## ### 2026-cı il tarixli MN № ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, “Kəlbəcər rayonu ərazisində ## ### 2026-cı il tarixdə su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirininqarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin istismar edilməsi müəyyən edilmiş, nəticədə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Inzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir”. Kəlbəcər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarı ilə Hüquqi şəxs “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 7500 (yeddi min beş yüz) manat məbləğdə inzibati cərimə edilməsi qərara alınmışdır. Həmin qərardan barəsində “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti apellyasiya şikayəti verərəkKəlbəcər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı Qərarını ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Inzibati tənbeh vermə haqqında qərar tərtib etmiş səlahiyyətli orqan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların Istifadəsinə və X12 Xidmətinin * saylı Şərqi Zəngəzur regional bölməsi xxxx MMC barəsində ## ### 2026-cı il tarixli ****** nömrəli akta əsasən ## ### 2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmişdirlər. Belə ki, “Inzibati tənbeh vermə haqqında qərar tərtib etmiş səlahiyyətli orqan-Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların Istifadəsinə və X12 Xidmətinin * saylı Şərqi Zəngəzur regional bölməsi tərəfindən tərtib olunmuş ## ### 2026-cı il tarixli ****** nömrəli aktda qeyd olunmuşdur ki, xxxx MMC-nin qumçınqıl karxanasının fəaliyyəti zamanı formalaşan tullatı sularının heç bir tullantı təmizləmə qurğusundan keçirilmədən birbaşa Tərtər çayına axıtması faktı aşkarlanmışdır. Bu akt əsasında ## ### 2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş, xxxx MMC-nin Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsində (“su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsi”) nəzərdə tutulmuş inzibati xətanı törətdiyi qeyd olunmuşdur”. Yuxarıda göstərilənlərin əleyhinə olaraq ##.##.2026 tarixli yazdığımız etirazda bildirmişik ki: xxxx MMC sözügedən protokolda qeyd olunmuş inzibati xətanı törətməmiş və onun barəsində tərtib olunmuş ## ### 2026-cı il tarixli MN******* nömrəli inzibati xəta haqqında protokol əsassızdır. Bildirir ki, xxxx MMC Tərtər çayından çınqıl çıxarıb daha sonra onu emal edən zaman aşağıdakı prosesləri ardıcıl olaraq həyata keçirir: 1. xxxx MMC tərəfindən Tərtər çayından xammal olaraq əldə olunan çınqıl Tərtər çayın öz suyu ilə birlikdə çaydan çöküntü şəklində və palçığa qarışıq formada çıxarılır; 2. Daha sonra Tərtər çaydan götürülmüş çınqıl elə həmin çaydan götürülən lilli su ilə daş-doğrayıcı qurğuda (drabilkada) yuyulur və həmin xammaldan qum ayrılır. Yəni Tərtər çaydan götürülmüş çirkli su Tərtər çaydan götürülmüş çınqıl yuyulmasında istifadə olunmuşdur. 3. Tərtər çaydan çıxarılmış çınqıl yuyulub ondan qum ayrıldıqdan sonra avadanlıqda toplanan su xxxx MMC-yə məxsus avadanlıq olan vintşəkilli çıxıntıları olan şnek avadanlığı ilə təmizlənir. 4. Ən sonda isə xxxx MMC -yə məxsus avadanlıq vintşəkilli çıxıntıları olan şnek avadanlığı ilə təmizlənmiş su daha da saflaşdırılması məqsədilə qazılmış quyularda çökdürülür və nəticədə əldə olunan saf su çaya Tərtər çayına axıdılır; Yuxarıda izah olunmuş emal prosesindən görünür ki, xxxx MMC şnek sənaye tipli avadanlıqdan istifadə edərək suyun tullantılardan, palçıqdan və lildən təmizlənməsində əsas rolu oynayır.Daha sonra təmizlənmiş su saf su şəklində çaya axıdılır. Xüsusilə diqqətinizə çatdırırıq ki, suyun saf hala gətirilməsi üçün effektiv avadanlıq olan vintşəkilli çıxıntıları olan təmizləyici qurğu proqressiv sıxılma qabiliyyətinə malik olan süzgəc barabanı, maye toplama çənləri və mühərrik reduktor sistemi ilə suyun təmizlənərək saf su halına gətirilməsi fəaliyyətini yerinə yetirir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların Istifadəsinə və X12 Xidməti * saylı Şərqi Zəngəzur Regional Bölməsi tərəfindən baxış keçirilən zaman avandanlığın olmadığını söylənmiş,vintşəkilli çıxıntıları olan şnek avadanlığını bilərəkdən gözdən qaçırtmışlar. Aşağıda qeyd olunanlarla, Kəlbəcər Rayon Məhkəməsi ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı Qərarındakı mövqeyinin qismən yalnışdır və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların tam aydınlaşdırılmamışdır. Bu səbəbdən Qətnamə ləğv edilməlidir. Məlumat üçün bildirir ki, suyun tərkibində heç bir kimyəvi və zəhərli maddə yoxdur. Çaya süzülən su sadəcə ərazinin öz təbii torpağı və çınqıl tozudur.Yəni o təbii töküntüdür. Apellyasiya məhkəmə baxışı iclasında Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların Istifadəsinə və X12 Xidmətinin * saylı Şərqi Zəngəzur regional bölməsinin nümayəndəsi nümayəndə1 apellyasiya şikayətinə etiraz etdi və birinci insansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi Apellyasiya məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilmiş barəsində inzibati xəta haqqında icraat aparılan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası IXM-in 133.2.4-cü maddəsinə əsasən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir Məhkəmə birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını iş materialları ilə əlaqəli şəkildə araşdırıb işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, IXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının Su Məcəlləsinin 103-cü maddəsinə əsasən, su qanunvericiliyini pozan vəzifəli şəxslər, fiziki və hüquqi şəxslər su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğu və avadanlıqlarsız müəssisələri, kommunal və digər obyektləri istismar etdikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada mülki, maddi, inzibati və cinayət məsuliyyəti daşıyırlar IXM-nin 264.0.1-ci maddəsinə əsasən su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə görə fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Iş materiallarında olan Suların Istifadəsinə və X12 Xidməti * saylı Şərqi Zəngəzur regional bölməsinin rəisi Ayaz Nəcəfov tərəfindən verilmiş ## ### 2026-cı il tarixli *** nömrəli Sərəncamından görünür ki, Suların Istifadəsinə və X12 Xidməti * saylı Şərqi Zəngəzur regional bölməsinin əməkdaşları-böyük məsləhətçi, müfəttiş Vüsal Ismayılova və aparıcı məsləhətçisi, müfəttiş nümayəndə1 Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl və Kəlbəcər rayonlarında 5 (beş) gün müddətində monitorinq və nəzarət tədbirlərinin aparılması, aparılmış monitorinq və nəzarət tədbirləri nəticəsində vəzifə səlahiyyətlərinə uyğun olaraq müvafiq tədbirlər görülməklə sənədləşmə işlərinin aparılması və bu barədə rəhbərliyə arayış (xidməti məruzə) təqdim edilməsi tapşırılmışdır. Iş materiallarında olan, Dövlət Suların Istifadəsinə və X12 Xidməti * saylı Şərqi Zəngəzur regional bölməsi tərəfindən tərtib olunmuş ## ### 2026-cı il tarixli ****** nömrəli aktdan görünür ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların istifadəsinə və X12 xidməti * saylı Şərqi Zəngəzur regional bölməsinin ## ### 2026-cı il tarixli *** nömrəli Sərəncamına əsasən, “xxxx” MMC-nin müşahidəçisi X3 ilə birgə Kəlbəcər rayonu ərazisində nəzarət tədbirləri həyata keçirilmiş, keçirilən nəzarət tədbirləri zamanı Kəlbəcər rayonu ərazisində, Kəlbəcər-Istisu yolunun sol hissəsində (39°59'46,057"N **°57'48,279"E) fəaliyyət göstərən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə aid olan qum-çınqıl karxanasının fəaliyyəti zamanı formalaşan tullantı sularının heç bir tullantı su təmizləmə qurğusundan keçirilmədən birbaşa Tərtər çayına axıdılması faktı tərəflərindən aşkarlanmışdır. Araşdırma zamanıhəmin ərazidə olan və özünü “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətində sahə rəisi kimi təqdim edən X1 adlı şəxs aşkarlanmış faktı şifahi olaraq təsdiq etsə də, aktda iştirak etməkdən və yazılı izahat verməkdən imtina etmişdir. Tərəflərindən sözügedən faktın qanun pozuntusu olduğu və qanunvericiliyin tələbləri həmin şəxsə izah edilmiş, yerində ## ### 2026-cı il tarixli **/*** nömrəli monitorinq aktı tərtib olunmuş və inzibati araşdırma aparılması haqqında *** nömrəli qərardad qəbul edilərək müvafiq sənədlərin əldə olunması üçün inzibati icraatda iştiraklarını təmin etmək məqsədilə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərliyinə ## ### 2026-cı il tarixli 3-53- 1-8/2- **/**** nömrəli dəvət məktubu ünvanlanmışdır. Həmçinin əlavə olaraq aşkar olunmuş qanun pozuntusunun hansı şəxs tərəfindən törədilməsi və həmin karxananın sözügedən ərazidə yerləşməsilə bağlı məlumat əldə etmək məqsədilə Dövlət Vergi Xidmətinin Şərqi Zəngəzur Ərazi vergilər idarəsinə ## ### 2026-cı il tarixli *-**-*-*/*-**/**** nömrəli X9 və Şəhərsalma Baş Idarəsinə ## ### 2026-cı il tarixli 3-53-1- */*-**/**** nömrəli və Kəlbəcər Rayon Polis Şöbəsinə ## ### 2026-cı il tarixli 3-53-1-8/2- **/**** nömrəli məktub tərəflərindən göndərilmişdir. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərliyinə inzibati icraatda iştiraklarını təmin etmək məqsədilə ünvanlanmış dəvət məktubuna əsasən özünü sözügedən şirkətin sahə rəisi kimi təqdim edən etibarnamə ilə nümayəndəsi X1 * saylı Şərqi Zəngəzur regional bölməsinin yerləşdiyi ünvana gələrək dəvətdə iştirak etmiş, lakin akt və protokolu imzalamaqdan və yazılı izahat verməkdən imtina etmişdir. Bununla da “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikasının Su Məcəlləsinin 103-cü maddəsinin tələbləri pozulmuşdur. Iş materiallarında olan Dövlət Suların Istifadəsinə və X12 Xidməti * saylı Şərqi Zəngəzur regional bölməsi tərəfindən tərtib olunmuş ## ### 2026-cı il tarixli **/*** nömrəli monitorinq aktından görünür ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların istifadəsinə və X12 xidməti * saylı Şərqi Zəngəzur regional bölməsinin ## ### 2026-cı il tarixli *** nömrəli Sərəncamına əsasən, “xxxx” MMC-nin müşahidəçisi X3 ilə birgə Kəlbəcər rayonu ərazisində nəzarət tədbirləri həyata keçirilmiş, keçirilən nəzarət tədbirləri zamanı Kəlbəcər rayonu ərazisində, Kəlbəcər-Istisu yolunun sol hissəsində Tərtər çayının su mühafizə zonasında (39°59'46,057"N **°57'48,279"E) fəaliyyət göstərən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə aid olan qum-çınqıl karxanasının fəaliyyəti zamanı formalaşan tullantı sularının heç bir tullantı su təmizləmə qurğusundan keçirilmədən birbaşa Tərtər çayına axıdılması faktı tərəflərindən aşkarlanmışdır. Araşdırma zamanı həmin ərazidə olan və özünü “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətində sahə rəisi kimi təqdim edən X1 adlı şəxs aşkarlanmış faktı şifahi olaraq təsdiq etsə də, aktda iştirak etməkdən və yazılı izahat verməkdən imtina etmişdir. Tərəflərindən sözügedən faktın qanun pozuntusu olduğu və qanunvericiliyin tələbləri həmin şəxsə bildirilmişdir. Əlavə olaraq bununla bağlı müvafiq sənədlərin əldə edilməsi və inzibati araşdırma aparılması məqsədilə inzibati icraata başlanılmış, inzibati araşdırma aparılması haqqında ## ### 2026-cı il tarixli *** nömrəli qərardad qəbul edilmiş və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətin rəhbərliyinə inzibati icraatda iştiraklarını təmin etmək məqsədilə ## ### 2026-cı il tarixli 3- **-*-*/*-**/**** nömrəli dəvət məktubu ünvanlanmışdır. Iş materiallarında olan: Suların Istifadəsinə və X12 Xidməti * saylı Şərqi Zəngəzur regional bölməsinin aparıcı məsləhətçisi, müfəttiş nümayəndə1 tərəfindən tərtib edilmiş ## ### 2026-cı il tarixli “Fakt üzrə tərtib edilmişaktı və inzibati xəta haqqında protokolu imzalamaqdan imtina barədə” aktın surətindən görünür ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin sahə rəisi X4 aktda iştirak etməkdən imtina etmişdir. Iş materiallarında olan: Suların Istifadəsinə və X12 Xidməti * saylı Şərqi Zəngəzur regional bölməsinin aparıcı məsləhətçisi, müfəttiş nümayəndə1 tərəfindən tərtib edilmiş ## ### 2026-cı il tarixli “Fakt üzrə tərtib edilmiş aktı və inzibati xəta haqqında protokolu imzalamaqdan imtina barədə” aktın surətindən görünür ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin sahə rəisi X4 protokolu imzalamaqdan imtina etmişdir. Iş materiallarında olan: Suların Istifadəsinə və X12 Xidməti * saylı Şərqi Zəngəzur regional bölməsinin rəisi X2 tərəfindən qəbul edilmiş ## ### 2026-cı il tarixli “Inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında” qərardaddan görünür ki, **/*** nömrəli monitorinq aktı və toplanmış material üzrə Azərbaycan Respublkasının Inzibati Xətalar Məcəlləsinin 264.0.1- ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması qərara alınmışdır. Iş materiallarında olan: Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət vergi xidmətinin Şərqi Zəngəzur ərazi vergilər idarəsi tərəfindən Suların Istifadəsinə və X12 Xidməti * saylı Şərqi Zəngəzur regional bölməsinə ünvanlanmış ## ### 2026-cı il tarixli *-**-*- **/*-****/**** saylı məktubdan görünür ki, Kəlbəcər rayonunda Kəlbəcər-Istisu avtomobil yolunun sol hissəsində (39°59'46,057"N **°57'48,279"E koordinatlarında) yerləşən düşərgədə fəaliyyət göstərən vergi ödəyicisi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin VÖEN-i **********, hüquqi ünvanı AZ2300, ünvan 1 Iş materiallarında olan: “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş ## ### 2026-cı il tarixli **/** nömrəli etibarnamədən görünür ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti adından Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların Istifadəsinə və X12 Xidmətinə müraciət etmək, lazımi sənədləri almaq, imzalamaq və şirkətin adından zəruri tədbirləri görmək səlahiyyəti şirkətin nümayəndəsi X1 həvalə edilmişdir. Etibarnamə ## ###### 2026-cı il tarixədək qüvvədədir. Iş materiallarında olan: “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti, nümayəndə2 ilə X1 arasında ## ###### 2025-ci il tarixdə elektron qaydada bağlanmış əmək müqaviləsinin kağız daşıyıcıda dərc olunmuş surətindən görünür ki, X1 rəisi vəzifəsində işə qəbul edilmişdir. Iş materiallarında olan, ## ### 2026-cı il tarixdə çəkilmiş fotoşəkillərdən (üzərində ərazinin koordinat nöqtələri qeyd olunmuşdur) görünür ki, Kəlbəcər rayonu ərazisində Kəlbəcər-Istisu yolunun sol hissəsində yerləşən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə aid qum-çınqıl karxanasında formalaşan tullantı sularının Tərtər çayına axıdılması faktı baş vermişdir. Iş materiallarını nəzərdən keçirən məhkəmə hesab edir ki, inzibati xətanın törədilməsi bu barədə tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər halları ilə tam təsdiq olunur. Birinci insansiya məhkəməsi hesab etmişdir ki, xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən hüquqi şəxs olaraq Kəlbəcər rayonu ərazisində istifadələrində olan ərazidə ## ### 2026-cı il tarixdə su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsi müəyyən edilmişdir. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsininin 264.0.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati tənbeh vermə haqqında qərar tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin izahatı və iş materialları ilə tam sübuta yetirilmişdir və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti etirazda göstərdiyi dəlilləri təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmiş, həmçinin etirazda göstərilən dəlillər məhkəmədə öz təsdiqini tapmamışdır. Inzibati xətaya görə məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Iş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir Apellyasiya məhkəməsi belə nəticəyə gəlir ki, məhkəmə həmin sübutlara əsaslanmaqla düzgün nəticəyə gəlmiş, tam araşdırma aparmış və qanuni və əsaslı qərar qəbul etmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi işdə olan sübutları məcmu halında nəzərdən keçirərək hesab edir ki, məhkəmənin gəldiyi nəticə əsaslıdır. IXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. IXM-nin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. IXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Beləliklə, apellyasiya instansiya məhkəməsi hesab edir ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin apellyasiya şikayəti əsassızdır və bu səbəbdən təmin edilməməli, Kəlbəcər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası IXM-nin 133-136-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Iş üzrə Kəlbəcər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.
Məhkəmə qərarları › İş №3(3-7)-479/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-479/2026
22.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver