Məhkəmə qərarları › İş №3(3-7)-480/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-480/2026

23.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-480/2026 23.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin hakimi Əzizov Sevindik Əziz oğlunun sədrliyi, X2 iclas katibliyi ilə Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 327.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə Kəlbəcər Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qərardan şikayət verən orqan (şəxs) Kəlbəcər Rayon Məhkəməsinə yazılı şikayət verərək, onun barəsində qəbul edilmiş ## ### 2026-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Həmçinin hadisənin başvermə səbəbləri və yolnəqliyyat hadisəsinin qarşısının alınmasının hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən mümkün olmasının müəyyən edilməsi üçün avtotexniki ekspertizanın təyin edilməsini, hadisə yerində mövcud olmuş təhlükəsizlik kameralarının görüntülərinin tələb edilərək məhkəmədə tədqiq edilməsini xahiş etmişdir. Kəlbəcər Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarı ilə (sədrlik edən hakim H.S.Qəniyev) şikayət təmin edilməmiş, Qərardan şikayət verən orqan (şəxs) barəsində Baş Dövlət Yol Polisi İdarəsinin Yolpatrul xidməti alayının səkkizinci (VIII) taqımının yol-patrul xidməti inspektoru, R X1 tərəfindən qəbul edilmiş ## ### 2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti verərək Kəlbəcər Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarının və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin ## ### 2026-cı il tarixli, TP******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının qanunsuz hesab edilərək ləğv edilməsini, iş üzrə yolnəqliyyat hadisəsinin baş vermə mexanizminin, qəzanın qarşısının texniki baxımdan hansı sürücü tərəfindən alına bilməsinin, hər iki sürücünün hərəkətlərinin və onlar arasında səbəbli əlaqənin obyektiv müəyyən edilməsi məqsədilə məhkəmə-avtotexniki ekspertizasının təyin edilməsini, iş üzrə toplanmış bütün sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verilməklə qanuni və əsaslandırılmış qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ”Kəlbəcər Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*)-***/***/**** nömrəli qərarı ilə razı deyil və hesab edir ki, qərar iş üzrə faktiki halların tam, hərtərəfli və obyektiv araşdırılmaması, sübutların düzgün qiymətləndirilməməsi, maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi nəticəsində qəbul edildiyindən qanunsuz və əsassızdır. Belə ki, ## ### 2026-cı il tarixdə idarə etdiyi "KAMAZ 53212"markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı–Qazax avtomobil yolunun 361-ci kilometrliyində geri dönmə manevri həyata keçirərkən "Toyota RAV4" markalı, **-OM-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi baş vermiş, bu səbəbdən barəsində İXM-nin 327.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və inzibati tənbeh tətbiq edilmişdir. Birinci instansiya məhkəməsinə müraciət edərkən əsas dəlili ondan ibarət olmuşdur ki, iş üzrə mübahisə predmeti yalnız geri dönmə manevrinin yol hərəkəti qaydalarına uyğun olub-olmaması deyil, baş vermiş yol-nəqliyyat hadisəsinin qarşısının texniki baxımdan hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən alına bilməsinin müəyyən edilməsidir. Bu məqsədlə iş üzrə avtotexniki ekspertiza təyin edilməsini, ekspert qarşısında hadisənin qarşısını texniki cəhətdən hansı sürücünün ala bilməsi barədə sual qoyulmasını, eləcə də hadisənin baş vermə mexanizminin tam müəyyən olunmasını xahiş etmişdir. Lakin birinci instansiya məhkəməsi həmin vəsatətlərini təmin etməmiş, digər nəqliyyat vasitəsinin sürücüsünün hərəkətlərinə hüquqi qiymət verməmiş, hadisənin qarşısının texniki baxımdan hansı sürücü tərəfindən alına bilməsini araşdırmamış, avtotexniki ekspertiza keçirmədən və iş üzrə həlledici əhəmiyyət kəsb edən halları müəyyən etmədən şikayətinin təmin edilməməsi barədə qərar qəbul etmişdir. Bundan əlavə, məhkəmə onun izahatını düzgün qiymətləndirməmiş, geri dönmə əməliyyatının qadağan olunduğunu bilmədiyini və həmin inzibati xətaya görə tətbiq edilmiş cəriməni ödədiyini bildirməyini, əsassız olaraq yol-nəqliyyat hadisəsinin baş verməsində hüquqi təqsirini etiraf etməyi kimi qiymətləndirmişdir. Halbuki o heç bir mərhələdə yol-nəqliyyat hadisəsinin hüquqi səbəbinin onun hərəkətlərindən ibarət olduğunu qəbul etməmiş, əksinə, israrla hadisənin qarşısının texniki baxımdan hansı sürücü tərəfindən alına bilməsinin yalnız avtotexniki ekspertiza vasitəsilə müəyyən edilə biləcəyini bildirmişdir. Birinci instansiya İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati qayda pozuntusunu yol-nəqliyyat hadisəsinin hüquqi səbəbi ilə eyniləşdirmiş, hadisənin baş verməsi ilə həmin qayda pozuntusu arasında səbəbli əlaqəni müəyyən etməmiş, digər nəqliyyat vasitəsinin sürücüsünün davranışına hüquqi qiymət verməmiş və qəzanın qarşısının texniki baxımdan hansı sürücü tərəfindən alına bilməsini araşdırmadan nəticəyə gəlmişdir. Hesab edir ki, qeyd olunan hallar məhkəmə qərarının qanuniliyini və əsaslılığını şübhə altına alır, bu isə həmin qərarın apellyasiya qaydasında ləğv edilməsini zəruri edir. 1. Məhkəmə iş üzrə sübutetmə predmetini düzgün müəyyən etməmişdir: Birinci instansiya məhkəməsi işə baxarkən mübahisənin predmetini düzgün müəyyən etməmiş, nəticədə iş üzrə həll edilməli olan əsas hüquqi məsələni araşdırmadan qərar qəbul etmişdir. Məhkəmə qərarından görünür ki, iş üzrə əsas diqqət onun geri dönmə manevrini yol hərəkəti qaydalarının tələblərini pozmaqla həyata keçirməyimə yönəldilmiş, bu hal isə avtomatik olaraq baş vermiş yol-nəqliyyat hadisəsinin hüquqi səbəbi kimi qəbul edilmişdir. Halbuki hazırkı iş üzrə mübahisə predmeti geri dönmə əməliyyatının qadağan olunmuş yerdə həyata keçirilib-keçirilməməsi deyil. Mübahisə predmeti ondan ibarətdir ki, baş vermiş yol nəqliyyat hadisəsinin qarşısını texniki baxımdan hansı nəqliyyat vasitəsinin sürücüsü ala bilərdi və hadisənin baş verməsi ilə tərəflərin hərəkətləri arasında hüquqi səbəbli əlaqə mövcud idimi. Bu iki məsələ hüquqi baxımdan fərqli anlayışlardır. Sürücünün yol hərəkəti qaydasını pozması faktı həmin sürücünün yol-nəqliyyat hadisəsinin baş verməsində mütləq təqsirli olması və ya hadisənin qarşısını almaq imkanına malik olması demək deyildir. Yolnəqliyyat hadisəsinin hüquqi səbəbinin müəyyən edilməsi üçün yalnız qayda pozuntusunun mövcudluğu kifayət etmir. Bunun üçün hadisənin baş vermə mexanizmi, hər iki sürücünün davranışı, onların yol hərəkəti qaydalarından irəli gələn vəzifələri yerinə yetirib-yetirməməsi, yaranmış təhlükəyə reaksiyaları və qəzanın qarşısını almaq imkanları obyektiv qaydada araşdırılmalıdır. O da məhz buna görə həmin inzibati orqana, həmdə birinci instansiya məhkəməsinə müraciətlərimdə iş üzrə avtotexniki ekspertiza keçirilməsini və ekspert qarşısında hadisənin qarşısını texniki baxımdan hansı sürücünün ala bilməsi barədə sual qoyulmasını xahiş etmişdir. Lakin məhkəmə iş üzrə müəyyən edilməli olan əsas faktiki halları araşdırmaq əvəzinə yalnız geri dönmə manevrinin yol nişanının tələblərinə uyğun olmamasına istinad etməklə kifayətlənmiş və bunun əsasında şikayətimin təmin edilməməsi barədə nəticəyə gəlmişdir. 2. Məhkəmə onun izahatını düzgün qiymətləndirməmiş və əsassız olaraq yolnəqliyyat hadisəsində təqsirini etiraf etdiyi nəticəsinə gəlmişdir. Birinci instansiya məhkəməsi qərarında göstərmişdir ki, guya o məhkəmə iclasında inzibati xətanı törətdiyini etiraf etmiş, qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın qanuni olduğunu bildirmiş və tətbiq edilmiş inzibati cəriməni ödədiyini qeyd etmişdir. Məhkəmə də məhz bu qənaətə əsaslanaraq avtotexniki ekspertiza keçirilməsinə ehtiyac olmadığını hesab etmişdir. Hesab edir ki, məhkəmənin bu qənaəti iş materiallarına və onun verdiyi izahatın həqiqi məzmununa uyğun deyildir. O məhkəmə iclasında yalnız onu bildirmişdir ki, geri dönmə əməliyyatını həyata keçirdiyi yerdə geri dönmə manevrin qadağan olunduğunu bilməmişdir. Uzun illər həmin yoldan istifadə etdiyi üçün əvvəllər də eyni yerdən geri dönmüşdür. Əgər həmin hərəkəti yol hərəkəti qaydalarının pozulması kimi qiymətləndirilmişdirsə, həmin inzibati xətaya görə tətbiq olunmuş inzibati cəriməni də ödəmişdir. Lakin bu izahat heç bir halda baş vermiş yol-nəqliyyat hadisəsinin hüquqi səbəbinin onun hərəkətlərindən ibarət olduğunu etiraf etməyi kimi qiymətləndirilə bilməz. Əksinə, o həm inzibati orqanda, həm də birinci instansiya məhkəməsində ardıcıl olaraq bildirmişdir ki, mübahisələndirdiyi məsələ geri dönmə manevrinin qadağan olunması deyil, baş vermiş yol-nəqliyyat hadisəsinin qarşısının texniki baxımdan hansı sürücü tərəfindən alına bilməsinin müəyyən edilməməsidir. Məhz buna görə iş üzrə avtotexniki ekspertiza keçirilməsi barədə vəsatət vermiş, ekspert qarşısında hadisənin qarşısını texniki baxımdan hansı nəqliyyat vasitəsinin sürücüsünün ala bilməsi barədə sual qoyulmasını xahiş etmişdir. Bu vəsatətin məqsədi hadisənin baş verməsində səbəbli əlaqənin obyektiv şəkildə müəyyən edilməsini təmin etmək olmuşdur. Əgər o həqiqətən yol-nəqliyyat hadisəsinin baş verməsində hüquqi təqsirini qəbul etsəydi, avtotexniki ekspertiza keçirilməsini tələb etməyinin heç bir hüquqi və məntiqi əsası qalmazdı. Məhkəmə onun izahatını natamam qiymətləndirmiş, onun hüquqi məzmununu təhrif etmiş və əsassız olaraq belə nəticəyə gəlmişdir ki, guya o həm inzibati xətanı, həm də yol-nəqliyyat hadisəsinin baş verməsində hüquqi məsuliyyətini qəbul etmişdir. Halbuki İXM-in 327.1-ci maddəsi üzrə inzibati məsuliyyətin mövcudluğunu qəbul etmək ilə yol-nəqliyyat hadisəsinin hüquqi səbəbini qəbul etmək eyni hüquqi anlayış deyildir. Məhkəmə məhz bu iki anlayışı bir-birinə qarışdırmaqla iş üzrə düzgün olmayan hüquqi nəticəyə gəlmişdir. 3. Birinci instansiya məhkəməsi İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati qayda pozuntusunu yol-nəqliyyat hadisəsinin hüquqi səbəbi ilə eyniləşdirmişdir. Qərardan görünür ki, məhkəmə yalnız geri dönmə manevrinin yol hərəkəti qaydalarının tələblərinə zidd həyata keçirilməsini əsas götürərək şikayətinin təmin edilməməsi nəticəsinə gəlmiş, lakin həmin hərəkətlə baş vermiş yol-nəqliyyat hadisəsi arasında hüquqi səbəbli əlaqənin mövcud olub-olmadığını araşdırmamışdır. Halbuki hüquqi baxımdan inzibati qayda pozuntusu ilə yol-nəqliyyat hadisəsinin hüquqi səbəbi eyni anlayışlar deyildir. Yol nəqliyyat hadisəsinin baş vermə səbəbinin müəyyən edilməsi üçün aşağıdakı hallar mütləq araşdırılmalıdır: -yol hərəkəti qaydasının pozulması ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu; -hadisədə iştirak etmiş hər iki sürücünün davranışı və sərxoşluq vəziyyəti; -digər nəqliyyat vasitəsinin sürücüsünün yol hərəkəti qaydalarına əməl edibetməməsi; yaranmış təhlükəni vaxtında aşkar etmək və qəzanın qarşısını almaq üçün real texniki imkanının olub-olmaması. Hazırkı iş üzrə isə məhkəmə bu halların heç birini müəyyən etməmişdir. Əksinə, yalnız onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola və geri dönmə manevrinin qaydalara uyğun olmaması faktına əsaslanaraq baş vermiş yolnəqliyyat hadisəsinin hüquqi səbəbinin də onun hərəkətlərindən ibarət olduğu nəticəsinə gəlmişdir. Bu yanaşma hüquqi baxımdan əsaslı hesab edilə bilməz. Məhz buna görə o birinci instansiya məhkəməsindən avtotexniki ekspertiza keçirilməsini xahiş etmişdir. Çünki yalnız ekspertiza vasitəsilə hadisənin baş vermə mexanizmi, sürücülərin texniki imkanları və qəzanın qarşısının hansı sürücü tərəfindən alına bilməsi müəyyən edilə bilərdi. Lakin məhkəmə bu mühüm sübutun əldə edilməsini təmin etmədən hüquqi nəticəyə gəlmişdir. Yol hərəkəti qaydalarının məqsədi yalnız qayda pozuntusunu qeydə almaq deyil, ilk növbədə baş verə biləcək təhlükənin qarşısını almaqdır. Bu baxımdan məhkəmə yalnız onun geri dönmə manevrinə hüquqi qiymət verməklə kifayətlənməməli, digər sürücünün yaranmış təhlükəni görmək, qiymətləndirmək və onun qarşısını almaq imkanlarını da araşdırmalı idi. Məhz bu araşdırma aparılmadığından iş üzrə obyektiv həqiqət müəyyən edilməmişdir. Beləliklə, birinci instansiya məhkəməsi İXM-in 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətin mövcudluğunu yol-nəqliyyat hadisəsinin hüquqi səbəbi ilə eyniləşdirməklə iş üzrə sübutetmə predmetini düzgün müəyyən etməmiş və nəticədə işin düzgün həlli üçün həlledici əhəmiyyət kəsb edən halları araşdırmamışdır. Hazırkı iş üzrə məhkəmə təqdim etdiyi vəsatətləri, xüsusilə avtotexniki ekspertiza keçirilməsi barədə vəsatətini təmin etmədən, iş üzrə həlledici əhəmiyyət kəsb edən halları araşdırmadan qərar qəbul etmişdir ki, bu da konstitusion prinsiplərin pozulmasına səbəb olmuşdur. Hazırkı işdə qəzanın baş vermə mexanizmi, digər nəqliyyat vasitəsinin sürücüsünün texniki imkanları və yol nəqliyyat hadisəsinin qarşısının hansı sürücü tərəfindən alına bilməsi xüsusi texniki bilik tələb edən məsələlər olduğu halda, məhkəmə avtotexniki ekspertiza təyin etmədən həmin məsələlər üzrə hüquqi nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi digər nəqliyyat vasitəsinin sürücüsünün bu vəzifələrə əməl edibetmədiyini, yaranmış təhlükəyə münasibətini və qəzanın qarşısını almaq imkanlarını ümumiyyətlə araşdırmamışdır”. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını iş materialları ilə əlaqəli şəkildə araşdırıb işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İХM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati хətaların törədilməsində təqsirli hesab edilən və inzibati хəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəхs inzibati məsuliyyətə cəlb оlunur və tənbeh edilir. İХM-nin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İХM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İХM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-nin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud ara məsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə qırx manat məbləğində cərimə edilir. İş materiallarında olan: Baş Dövlət Yol Polisi İdarəsinin Yol-patrul xidməti alayının səkkizinci taqımının yol-patrul xidməti inspektoru, R X1 tərəfindən “KAMAZ 53212 yük” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Qərardan şikayət verən orqan (şəxs) barəsində tərtib edilmiş ## ### 2026-cı il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ## ### 2026-cı il tarixdə saat 08:44-də avtomobili idarə edərkən İXM-nin 327.1-ci (əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə) maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirləndirilmişdir. Baş Dövlət Yol Polisi İdarəsinin Yol-patrul xidməti alayının səkkizinci taqımının yolpatrul xidməti inspektoru, R X1 tərəfindən “KAMAZ 53212 yük” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Qərardan şikayət verən orqan (şəxs) barəsində ## ### 2026-cı il tarixli İPX ******* nömrəli inzibati xəta haqqında protokol və inzibati xəta haqqında işin digər materialları əsasında qəbul edilmiş ## ### 2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərarın surətindən görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ## ### 2026-cı il tarixdə saat 08:44-də avtomobili idarə edərkən İXM-nin 327.1-ci (əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə) maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinməklə, barəsində 40 (qırx) manat cərimə tənbehi tətbiq edilmişdir. Qərardan şikayət verən orqan (şəxs) birinci instansiya məhkəməsində verdiyi ifadəsindən görünür ki, o, idarə etdiyi “KAMAZ” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Bakı Qazax avtomobil yolunda Qazax istiqamətində hərəkətdə olarkən Göygöl rayonu ərazisində “Göygöl sütunu” kimi tanınan və onun hərəkət etdiyi həmin istiqamətdə sola dönüş qadağan edilən yerdə sola dönüb əks istiqamətli yola çıxarkən Bakı-Qazax avtomobil yolunda əks istiqamətdə, yəni Bakı istiqamətində hərəkətdə olan “Toyota Rav 4” markalı **-OM-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Göründüyü kimi, Qərardan şikayət verən orqan (şəxs) özü birinci instansiya məhkəməsinə verdiyi izahatında əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etdiyini etiraf etmiş, həmçinin apellyasiya şikayətində də bunu bildirmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmaqla qərar qəbul etmişdir. Belə ki, iş materiallarında olan sübutlar, Qərardan şikayət verən orqan (şəxs) birinci instansiya məhkəməsində verdiyi ifadəsi ilə onun İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetirilir. Apellyasiya şikayətində qeyd edilmişdir ki, məhkəmə Qərardan şikayət verən orqan (şəxs) izahatını düzgün qiymətləndirməmiş, geri dönmə əməliyyatının qadağan olunduğunu bilmədiyini və həmin inzibati xətaya görə tətbiq edilmiş cəriməni ödədiyini bildirməyini, əsassız olaraq yolnəqliyyat hadisəsinin baş verməsində hüquqi təqsirini etiraf etməyi kimi qiymətləndirmişdir. Halbuki o heç bir mərhələdə yol-nəqliyyat hadisəsinin hüquqi səbəbinin onun hərəkətlərindən ibarət olduğunu qəbul etməmiş, əksinə, israrla hadisənin qarşısının texniki baxımdan hansı sürücü tərəfindən alına bilməsinin yalnız avtotexniki ekspertiza vasitəsilə müəyyən edilə biləcəyini bildirmişdir. Göründüyü kimi apellyasiya şikayətində də Qərardan şikayət verən orqan (şəxs) inzibati xəta hadisəsində təqsiri olduğunu dolayı yolla etiraf etmiş, ## ### 2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsasında cəriməni ödədiyini bildirmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda göstərilənlərə əsasən apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, Kəlbəcər Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli 3(5-133)-277/2026 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. İXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Qeyd olunanlara əsasən və İXM-nin 133-136-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə Kəlbəcər Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Kəlbəcər Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar