Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-481/2026 14.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə MÜƏYYƏN ETDI: Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı ilə (hakim Babazadə Ülkər) ##.##.2001-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əlilliyi olmayan, Gəncə şəhəri, Gəncəvi küçəsi, ev 25 qeydiyyatda olan IŞIN HALLARI: “Inzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə saat 12:50-də inzibati qaydada tutulmuşdur. 2026-cı il ## #### tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktının surətindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs sidiyində narkotik vasitə PGB, TDL, THC və MET aşkar edilmişdir. ##.##.2026-cı il tarixli rəydən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən və psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 2026-cı il ## #### tarixli qərardan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində IXM-in 206, 510.1 və 535.1-ci maddələrinin tərkib əlamətləri olduğu üçün onun barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Gəncə şəhəri 1-ci Polis Şöbəsinin ITB-nə göndərilməsi qərara alınmışdır. Elektron məhkəmə informasiya sistemi vasitəsi ilə edilmiş elektron sorğudan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs bir azyaşlı uşağı vardır. Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-nin 206-cı maddəsi ilə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati həbs tənbehi tətbiq edilmişdir. Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2023-cü il və ##.##.2025-ci ildə Azərbaycan Respublikası IXM-in 206 maddəsində nəzərdə tutulmuş inzibati xətanı, ##.##.2024-cü ildə isə 510, 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə inzibati qaydada məsuliyyətə cəlb edilmiş, həmin vaxt onun vətən müharibəsi iştirakçısı olması yüngülləşdirici hal kimi nəzərə alınmış, lakin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs bundan nəticə çıxarmamış və yenidən eyni xarakterli inzibati xətaları törətmişdir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI: Məhkəmənin qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayət verərək Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə razı deyil, ona görə ki, xəstədir və onun işinə yenidən baxılmasını xahiş etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Apellyasiya məhkəmə baxışı iclasında barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətin dəlillərini dəqiqləşdirərək göstərdi ki, məhkəmənin qərarı ləğv edilməsini və həbsdən buraxılmasını xahiş etdi. Əlavə olaraq o, göstərdi ki, o, 2-ci Vətən müharibəsinin iştirakçısı olub, kontuziya alıb və xəstəliyinə görə dərman almaq üçün xəstəxanaya getmiş, lakin dərmanlarının bir hissəsi ona verilmədiyi üçün o da əsəbi olmuş, ona görə də xəstəxanada səs-küy salmışdır. Eyni zamanda narkotik vasitədən epizodik istifadə etmiş, qanında aşkarlanmış narkotik vasitə isə istifadə etdiyi dərmanlara görə olmuşdur. Həmçinin həmin dərmanlar həkim tərəfindən ona yazılmışdır. Odur ki, şikayətin təmin edilməsini xahiş etdi. Apellyasiya məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilmiş inzibati xəta haqqında protokol tərtib etmiş orqan Gəncə şəhəri 1-ci PŞ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə IXM-in 133.2.4-cü maddəsinə əsasən nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQI MƏSƏLƏLƏR: IXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Inzibati xəta üzrə işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini tədqiq edərək məhkəmə hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin olunmamalı və məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş materialında olan sənədləri təkrar etməyə zərurət görmədən hesab edir ki, birinci instansiya məhkəməsi düzgün və qanuni nəticəyə gəlmiş, eyni zamanda şikayətin dəlillərindən göründüyü kimi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində təyin olunmuş inzibati həbs tənbeh tədbiri ilə razı olmadığını və cəzadan azad olunmasını xahiş edir. Hazırki vəziyyətdə birinci instansiya məhkəməsinin mübahisə olunan qərarından görünür ki, birinci instansiya məhkəməsi iş materialına əlavə edilmiş sənədləri və protokol, inzibati protokolu tərtib edən səlahiyyətli orqanın nümayəndəsinin izahatı, raportla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-nin 206-cı və 510.1-ci maddələri ilə müəyyən edilmiş inzibati xəta hadisəsini törətməsi və həmin əməllərə görə təqsirli olmasını sübuta yetirilmiş hesab edib, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində yüngülləşdirən hallar kimi onun Vətən müharibəsi iştirakçısı olmasını, himayəsində azyaşlı uşağının olmasını və əməllərini qismən etiraf etməsini və IXM-nin 33.1.2-ci maddəsinin tələbinə əsasən əməlini ağırlaşdıran hal kimi o, ##.##.2025-ci ildə IXM-nin 206 maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsini nəzərə alıb barəsində 15 (on beş) gün müddətində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsinə dair yekun nəticəyə gəlmişdir. Bundan başqa, Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-nin 206-cı maddəsi ilə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati həbs tənbehi tətbiq edilmiş, eyni zamanda həmin qərardan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2023-cü il və ##.##.2025-ci ildə IXM-nin 206 maddəsində nəzərdə tutulmuş inzibati xətanı, ##.##.2024-cü ildə isə 510, 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə inzibati qaydada məsuliyyətə cəlb edilmiş, həmin vaxt onun Vətən müharibəsi iştirakçısı olması yüngülləşdirici hal kimi nəzərə alınmış, lakin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs bundan nəticə çıxarmamış və yenidən eyni xarakterli inzibati xətaları törətmişdir. Belə ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində yüngülləşdirən və ağırlaşdıran halların olmasını, dəfələrlə analoji xarakterli inzibati xəta hadisələrini törətməsi və barəsində inzibati həbs tənbeh tədbirlərinin tətbiq edilməsinə baxmayaraq, onun yenidən analoji xarakterli inzibati xəta hadisəsi törətməsi, törətdiyi inzibati xəta hadisələrinin ictimai təhlükəliliyi və xarakterikası, şəxsiyyətini nəzərə alaraq hazırki vəziyyətdə inzibati həbs tənbeh tədbirinin ləğv olunması və ya cəzasının yüngülləşdirilməsi əsasları inzibati xətalar qanunvericiliyində öz əskini tapmamışdır. Belə olan halda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətinin dəlillərinə qiymət verərək məhkəmə hesab edir ki, həmin dəlillər şikayətin təmin olunması üçün qanuni əsas kimi qəbul edilə bilməz. Yuxarıda qeyd olunanlara qiymət verərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə almaqla qanuni və əsaslı nəticəyə gəlmiş, ona görə də Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təyin edilmiş inzibati həbs tənbeh tədbirinin azad olunmasına və ya cəzasının yüngülləşdirilməsinə əsas olan xüsusatlar hazırda mövcud deyil. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və IXM-in 133-136 və 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı saylı qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-7)-481/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-481/2026
14.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver