Məhkəmə qərarları › İş №3(3-7)-482/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-482/2026

24.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-482/2026 24.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, Məmmədov Elvin Israyıl oğlunun katibliyi ilə, Barəsində inzibati xəta üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X4 nümayəndəsi Nümayəndə iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X4 Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin (bundan sonra IXM) 347-ci maddəsi ilə ilə barəsində başlanmış inzibati xəta haqqında iş üzrə Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- ****/**** saylı qərarından xxxx” publik hüquqi şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDI: Gəncə şəhər X1 şöbəsinin R X5 tərəfindən tərtib edilmiş, hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X4 Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə ##.##.2026-cı il tarixli, IXP ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Həmin protokol Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X4 sorğuya əsasən mülkiyyətində olan nəqliyyat vasitəsilə inzibati xəta törətmiş fiziki şəxs barədə məlumatı bugünədək təqdim etmədiyi üçün tərtib edilərək məhkəməyə göndərilmişdir. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs publik hüquqi şəxs ##.##.2026-cı il tarixli, IXP ******* saylı inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin həmin qərarından xxxx” publik hüquqi şəxs “ şikayət verərək Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs publik hüquqi şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirli bilinərək 300 manat məbləğində cərimə edilmişdir. Qərar qanuni və əsaslı hesab edilə bilməz. Məhkəmə iş üçün mühüm əhəmiyyət daşıyan faktiki halları tam araşdırmamış, inzibati orqanın sübut etməli olduğu halları hüquqi şəxsin üzərinə keçirmiş, protokolun natamamlığına hüquqi qiymət verməmiş və IXM-in 347-ci maddəsini formal tətbiq etmişdir. Inzibati xəta haqqında protokola görə guya Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs PHŞ-nin mülkiyyətində və ya istifadəsində olan “X3” markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə ##.##.2026-cı il tarixdə, saat 17:39-da Bakı-Qazax yolunda yol nişanlarının tələbləri pozulmuşdur. Bununla əlaqədar Gəncə şəhər X1 Şöbəsi tərəfindən hüquqi şəxsdən həmin vaxt nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs barədə məlumat istənildiyi qeyd edilmişdir. Daha sonra guya həmin məlumatın 5 gün müddətində təqdim edilməməsi əsası ilə IXM-in 347-ci maddəsi üzrə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında bildirildi ki, hüquqi şəxsin rəhbərliyi tərəfindən elektron sistem vasitəsilə Gəncə şəhər X1 Şöbəsinə məlumat verilməsi ilə bağlı məktub sistemə yerləşdirilmişdir. Yəni hüquqi şəxs məlumatı gizlətməmiş, sorğuya cavab verməkdən boyun qaçırmamış və inzibati orqanın tələb etdiyi məlumatın verilməsi istiqamətində hərəkət etmişdir. Lakin məhkəmə bu halı araşdırmaq əvəzinə, faktiki olaraq sübutetmə yükünü hüquqi şəxsin üzərinə qoymuşdur. Məhkəmə iclasında “məlumat göndərilibsə, göndərilməsi barədə sübut verin” mövqeyi bildirilmişdir. Halbuki IXM-in 347-ci maddəsi üzrə məsuliyyətin yaranması üçün inzibati orqan sübut etməli idi ki, sorğu hüquqi şəxsə rəsmi qaydada daxil olmuş, 5 günlük müddət həmin tarixdən hesablanmış və həmin müddətdə məlumat verilməmişdir. Bu sübutlar təqdim edilmədən hüquqi şəxsin təqsirli bilinməsi qanuni deyil. Məhkəmə sorğunun hüquqi şəxsə rəsmi daxil olmasını təsdiq edən sübut göstərmir. Məhkəmə məlumatın DYP-yə verilmədiyini təsdiq edən reyestr, sistem çıxarışı və ya rəsmi arayış göstərmir. Məhkəmə hüquqi şəxsin “məlumat elektron sistemə yerləşdirilib” dəlilinə hüquqi qiymət vermir. Belə qərar əsaslandırılmış qərar sayıla bilməz Hazırkı işdə inzibati xəta tərkibi sübut olunmamışdır. Sorğunun daxilolma tarixi, 5 günlük müddətin başlanğıcı və məlumatın verilməməsi faktı inzibati orqan tərəfindən sübut edilməmişdir. Belə olan halda hüquqi şəxsin təqsirli bilinməsi yolverilməzdir. Aradan qaldırılmayan şübhələr hüquqi şəxsin xeyrinə qiymətləndirilməlidir. Bu səbəbdən Gəncə Şəhər Məhkəməsinin qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Birinci instansiya məhkəməsi hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X4 Azərbaycan Respublikası IXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini və barəsində IXM-nin 34.4-cü maddəsi nəzərə alınmaqla cərimə növündə inzibati tənbeh tədbiri tədbiq edilməsi barədə qərar qəbul edərkən aşağıdakı sübutlara- Gəncə şəhəri X1 Şöbəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs publik hüquqi şəxs haqqında ##.##.2026-cı il tarixli, IXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərə əsaslanmışdır. Həmin aktdan görünür ki, ##.##.2026-cı il tarixdə, saat 17:39-da Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X4 mülkiyyətində olan“X3” minik markalı “**-AB-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən Bakı-Qazax yolunda yol nişanlarının tələblərinə riayət etməmişdir. Törədilmiş xətaya görə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə məsuliyyət nəzərdə tutulur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs publik hüquqi şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat (adı, soyadı, atasının adı, sürücülük vəsiqəsinin seriya və nömrəsi) verilməsi xahiş olunmuş, sorğunun rəsmi qaydada alındığı vaxtdan 5 gün müddətində tələb olunan məlumatın verilməməsinə görə Məcəllənin 347-ci maddəsi ilə məsuliyyət nəzərdə tutulduğu barədə xəbərdar olunmuşdur Apellyasiya Məhkəməsinin iclasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X4 nümayəndəsi Nümayəndə şikayəti müdafiə etdi, şikayətdə göstərilən məzmunda çıxış etdi və apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə digər tərəfə məlumat verilsə də, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası IXM-in 133.2.4-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 129-cu maddəsinin III hissəsində qeyd edilmişdir ki, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu ## ### 2009-cu il tarixli qərarında apellyasiya instansiyasının mahiyyəti ilə bağlı hüquqi mövqeyini ifadə edərək göstərmişdir ki, bu məhkəmə instansiyası tam hüquqlu məhkəmə kimi çıxış edərək işə təkrarən mahiyyəti üzrə baxmaq, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlamaq, onu dəyişdirmək və ya ləğv edərək əvəzinə yeni qərar qəbul etmək səlahiyyətinə malikdir. Qərarda daha sonra qeyd edilmişdir ki, qanuni qüvvəyə minməmiş birinci instansiya məhkəməsinin qərarına apellyasiya qaydasında yenidən baxılmasına məhkəmə səhvlərinin düzəldilməsinin vasitəsi kimi baxılmalıdır. Bununla, qəsdən və ya yanlışlıq üzündən edilmiş pozuntuların nəticəsində yaranan məhkəmə səhvləri düzəldilmiş olur və bu səhvlərin ağır nəticələrinin qarşısı vaxtında alınır. IXM-nin 3-cü maddəsinə görə Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. IXM-nin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən olunduqda şəxs inzibati məsuliyyətə cəlb edilməlidir; 1. inzibati xəta hadisəsi; 2. inzibati xəta törətmiş şəxs; 3. inzibati xəta törətmiş şəxsin təqsiri. IXM-in 8.1-ci maddəsinə əsasən Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. 8.2-ci maddəsinə əsasən Inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-ci maddəsinə əsasən Inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. IXM-nin 12-ci maddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 14-cü maddəsinə əsasən Inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) zərərli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüşdürsə, lakin onların qarşısını alacağına yüngül fikirlə ümid bağlamışdırsa, yaxud bu nəticələrin baş verəcəyini qabaqcadan görə bilməli və görməli olduğu halda, onları görməmişdirsa, bu xəta ehtiyatsızlıq üzündən törədilmiş xəta hesab olunur. Həmin Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası IXM-nin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Iş materiallarına əlavə edilmiş Gəncə şəhəri X1 Şöbəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs publik hüquqi şəxs haqqında ##.##.2026-cı il tarixli, IXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, ##.##.2026-cı il tarixdə, saat 17:39da Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X4 mülkiyyətində olan“X3” minik markalı “**-AB-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən Bakı-Qazax yolunda yol nişanlarının tələblərinə riayət etməmişdir. Törədilmiş xətaya görə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə məsuliyyət nəzərdə tutulur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs publik hüquqi şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat (adı, soyadı, atasının adı, sürücülük vəsiqəsinin seriya və nömrəsi) verilməsi xahiş olunmuş, sorğunun rəsmi qaydada alındığı vaxtdan 5 gün müddətində tələb olunan məlumatın verilməməsinə görə Məcəllənin 347-ci maddəsi ilə məsuliyyət nəzərdə tutulduğu barədə xəbərdar olunmuşdur Iş materiallarında olan ##.##.2026-cı il tarixli Gəncə Şəhər Yol Polisi Idarəsinə ünvanlanmış məktubdan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X4 mülkiyyətində olan“X3” minik markalı “**-AB-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən şəxs barədə məlumatlat təqdim olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərini işin müəyyən edilmiş halları əsasında nəzərdən keçirərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı iş üzrə faktiki halların tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmadığından apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli tarixli Qərarı ləğv edilərək qərarı ləğv edilməli və işin bütün hallarının araşdırılması üçün inzibati xəta haqqında iş həmin məhkəməyə göndərilməlidir. Iş materiallarının araşdırılması zamanı müəyyən olunur ki, məhkəmə hüquqi şəxsin Azərbaycan Respublikası IXM-in 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olması qənaətinə gələrkən əsasən inzibati xəta haqqında protokola və X1 orqanının sorğusuna istinad etmiş, lakin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs publik hüquqi şəxs tərəfindən sürücü barədə məlumatın müəyyən edilmiş müddətdə təqdim edilməməsi faktını təsdiq edən mötəbər sübutları tam araşdırmamışdır. Iş materiallarında olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X4 məktubundan görünür ki, nəqliyyat vasitəsinin həmin tarixdə sürücü X2 idarəçiliyində olması müəyyən edilmiş və onun barəsində zəruri məlumatlar X1 orqanına göndərilmişdir. Lakin birinci instansiya məhkəməsi həmin məlumatların sorğu verən orqana hansı müddətdə çatıbçatmamasını araşdırmamış, bu xüsusata qərarında hüquqi qiymət verməmişdir. Birinci instansiya məhkəməsi isə qeyd olunan halları tam araşdırmadan, yalnız inzibati xəta haqqında protokola və iş materiallarında olan məhdud məlumatlara əsaslanaraq hüquqi şəxsin təqsirli olması qənaətinə gəlmişdir. Halbuki inzibati məsuliyyətə cəlb edilən şəxsin təqsirinin sübuta yetirilməsi inzibati icraatı aparan orqanın vəzifəsidir və şəxsin təqsiri ehtimallara deyil, mötəbər və kifayət qədər sübutlara əsaslanmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi qeyd olunanları nəzərə almamış, işə, iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadan baxaraq qərar qəbul etmişdir. IXM-nin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. IXM-nin 134.1.4-cü maddəsinə görə bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. Ona görə də məhkəmə hesab edir ki, Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli tarixli qərarı ləğv edilməli və işin bütün hallarının araşdırılması üçün inzibati xəta haqqında iş həmin məhkəməyə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası IXM-nin 133-136-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(5-121)-2049/2026 qərarı ləğv edilsin. Iş yenidən araşdırılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar