Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-484/2026 24.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə Qərardan şikayət verən orqan (şəxs) IXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı (hakim Həsənli Məhəmməd) qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət təmin edilməmiş, Azərbaycan Respublikası DIN BDYPI tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli qərar dəyişdirilmədən saxlanılmışdır. IŞIN HALLARI: Işdə olan 01 ədəd “DVD” diskdən görünür ki, Qərardan şikayət verən orqan (şəxs) idarə etdiyi “Kia Sorento” minik markalı, **-EV-*** dövlət qeydiyyat nişanlı avtomobillə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola dönmüşdür. Inzibati xəta haqqında materiala baxan Gəncə Şəhər Məhkəməsi yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI: Qərarla razılaşmayan barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti verərək Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, o, idarə etdiyi avtomobil ilə hərəkətdə olduğu yolda hadisə baş verən günü qoşa xətt və ya tək xətt olmamışdır. Təqdim edilmiş video görüntülərdən isə ümumiyyətlə heç bir yol nişanı görünmür. Odur ki, şikayətin təmin olunmasını xahiş edir. PROSSESUAL MƏSƏLƏLƏR: Apellyasiya məhkəməsinin iclasında iştirak edən barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Anar şikayətin dəlillərini müdafiə edərək şikayətin məzmununa uyğun çıxış etdi və şikayətin təmin olunmasını xahiş etdi. Əlavə olaraq o, göstərdi ki, hadisə baş verən yolda ümumiyyətlə qoşa xətt olmamış, ona görə də o, qoşa xətti tapdalamamışdır. O, müvafiq yol nişanına əməl etmədiyi üçün 10 manat cərimə olunmalı idi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbələri barədə məhkəməyə məlumat verməmişdir. IXM-in 133.2.4-cü maddəsinə əsasən məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQI MƏSƏLƏLƏR: IXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Şikayətin dəlillərini işin materialları ilə əlaqəli şəkildə tədqiq edərək məhkəmə hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin olunmamalı, iş üzrə məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmaldır. Məhkəmə materialda olan sənədləri tam, obyektiv və hərtərəfli araşdıraraq şikayətlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, iş materialında olan ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli qərar və ona əlavə edilmiş fotoşəkildən göründüyü kimi inzibati xətanın törədildiyi yer, tarix və saat, barəsində qərar çıxarılan fiziki şəxsin soyadı, adı və atasının adı, vətəndaşlığı, doğulduğu tarix və şəxsiyyətini təsdiq edən seriyası və nömrəsi, fərdi identifikasiya nömrəsi, xətanın mahiyyəti, bundan başqa qərara əlavə edilmiş fotoşəkildən aydın olaraq görünür ki, kameranın nömrəsi, xətanın növü və yeri, tarix və saat, nəqliyyat vasitəsinin qeydiyyat nömrəsi və avtomobil markası qeyd olunmuşdur. Eyni zamanda IXM-nin 122.1-ci maddəsinin tələbindən göründüyü kimi Qərardan şikayət verən orqan (şəxs) barəsində tərtib edilmiş ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli qərar və ona əlavə edilmiş fotoşəkil hadisə baş verən günü real vaxt rejimində tərtib edilmişdir. Bundan başqa, iş materialına əlavə edilmiş “DVD” diskdəki video görüntüdən görünür ki, Qərardan şikayət verən orqan (şəxs) idarə etdiyi “Kia Sorento” minik markalı, **-EV-*** dövlət qeydiyyat nişanlı avtomobillə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola dönmüşdür. Belə olan halda Qərardan şikayət verən orqan (şəxs) birinci instansiya məhkəməsinə və apellyasiya məhkəməsinə təqdim etdiyi şikayət ərizəsində mübahisələndirdiyi hallar formal mülahizələr və subyektiv fərziyyələrdən ibarət olduğuna görə şikayətdə qeyd edilən dəlillərin əsassız olması iş materialları ilə öz təsdiqini tapır. Eyni zamanda Qərardan şikayət verən orqan (şəxs) tərəfindən yuxarıda qeyd edilən xüsusatların əksini təkzib edə biləcək mötəbər sübutları təqdim edə bilməmişdir. Qeyd olunan hüquq normasını hazırki işin faktiki halları ilə müqayisəli şəkildə təhlil etdikdə Qərardan şikayət verən orqan (şəxs) IXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir. Qeyd edilənlərə əsasən və IXM-in 133-136, 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Apellyasiya şikayəti təmin olunmasın. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-7)-484/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-484/2026
24.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver