Məhkəmə qərarları › İş №3(3-7)-485/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-485/2026

23.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-485/2026 23.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakim Hüseynov Salman Bilal oğlunun sədrliyi, Abdullayev Samir Zahid oğlunun katibliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsinin nümayəndəsi X4 iştirakları ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1- ci maddəsi ilə təqsirli bilinməsi barədə Gəncə Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli 3(5- ***)-****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin direktoru tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Gəncə Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-****/**** nömrəli (sədrlik edən Elçin Məmmədov) qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********, hüquqi şəxsin ünvanı – ünvan 1) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi və hüquqi şəxs qismində inzibati xətanın bilavasitə obyekti olan 43495 (qırx üç min dörd yüz doxsan beş) manat təşkil edən malların dəyərinin qırx faizi məbləğində, yəni 17398 (on yeddi min üç yüz doxsan səkkiz) manat məbləğində cərimə edilməsi qərara alınmışdır. İŞİN HALLARI Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsindən hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə ##.##.2026-cı il tarixli, *****-*****/** nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. İş üzrə Gəncə Şəhər Məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada qərar qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsinin qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin direktoru apellyasiya şikayəti verərək məhkəmənin qərarının ləğv edilməsini və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-in barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarı hüquqi və faktiki baxımdan əsassız olmaqla, işin həqiqi halları ilə ziddiyyət təşkil edir. İlk növbədə qeyd edilməlidir ki, məhkəmə tərəfindən əsas götürülmüş "X1 Azərbaycan" QSC-nin ##.##.2026-cı il tarixli, **/** nömrəli mütəxəssis rəyi obyektiv hesab edilə bilməz və işin faktiki hallarına uyğun gəlmir. Belə ki, mütəxəssis rəyinə əsasən gömrük bəyannaməsində düzgün göstərilmədiyi və bəyan edilmədiyi iddia olunan malların ümumi dəyəri 43.495 manat müəyyən edilmiş və məhkəmə də heç bir əlavə araşdırma aparmadan həmin rəyi əsas götürərək inzibati cərimənin məbləğini hesablamışdır. Lakin iş materiallarına faktura (invoys) həmin rəyin həqiqəti əks etdirmədiyini açıq şəkildə sübut edir. Belə ki, gömrük orqanının bəyan edilmədiyini iddia etdiyi mallar invoysun 6, 7,9,10,57,98,143, 144,192,196,197,217,218,223,224,225,226,228, 302, 303, 309 va 410-cu sətirlərində ayrıca göstərilmiş,hər bir mal üzrə miqdarı və satış qiyməti dəqiq qeyd edilmişdir. Aparılmış hesablamaya əsasən həmin malların invoys üzrə ümumi dəyəri cəmi 11.038,56 ABŞ dolları təşkil edir. Bundan başqa, məhkəmə "X1 Azərbaycan" QSC-nin mütəxəssis rəyini əsas götürərkən malların gömrük dəyərinin müəyyən edilməsini tənzimləyən qanunvericiliyin imperativ tələblərini də nəzərə almamışdır. Belə ki, "Gömrük tarifi haqqında" Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən, gömrük ərazisinə gətirilən malların gömrük dəyəri altı üsulla müəyyən edilir və həmin üsullar arasında malların sövdələşmə qiyməti ilə müəyyən edilməsi ilkin (əsas) üsul hesab olunur. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən isə malların sövdələşmə qiyməti ilə gömrük dəyərini müəyyən etmək mümkün olmadıqda digər üsullar yalnız qanunda müəyyən edilmiş ardıcıllıqla tətbiq edilə bilər. Başqa sözlə, sövdələşmə qiyməti ilə gömrük dəyərinin müəyyən edilməsinin mümkünsüzlüyü sübuta yetirilmədən digər qiymətləndirmə üsullarına keçilməsi yolverilməzdir. Hazırkı iş üzrə isə mübahisə predmeti olan malların faktiki alış qiymətini təsdiq edən faktura (invoys) iş materiallarında mövcuddur. Həmin invoys malların satıcısı tərəfindən tərtib edilmiş ilkin kommersiya sənədi olmaqla, mübahisəli malların hər biri üzrə malın adı, OEM nömrəsi, miqdarı, vahid qiyməti və ümumi satış dəyərini əks etdirir. Bu səbəbdən malların faktiki sövdələşmə qiymətinin müəyyən edilməsi üçün kifayət qədər sübut mövcud olmuşdur. Buna baxmayaraq, mütəxəssis rəyində invoysda göstərilən sövdələşmə qiymətləri əsas götürülməmiş, malların hansı hüquqi və iqtisadi əsaslarla 43.495 manat məbləğində qiymətləndirildiyi izah edilməmiş, istifadə edilən qiymətləndirmə metodologiyası, bazar araşdırmasının mənbələri, müqayisə meyarları və sövdələşmə qiymətinin tətbiq edilməsinin hansı səbəbdən mümkün olmadığı göstərilməmişdir. İş materiallarında da əsas üsulun tətbiqinin mümkünsüzlüyünü təsdiq edən hər hansı sübut mövcud deyildir. Əksinə, invoys məlumatlarından açıq şəkildə görünür ki, mübahisəli malların ümumi alış dəyəri 11.038,56 ABŞ dolları təşkil etdiyi halda, mütəxəssis rəyi ilə həmin malların dəyəri 43.495 manat müəyyən edilmişdir. Mütəxəssis rəyi ilə invoys arasında mövcud olan bu əhəmiyyətli fərqin yaranma səbəbləri nə ekspert tərəfindən əsaslandırılmış, nə də məhkəmə tərəfindən araşdırılmışdır. Halbuki, inzibati məsuliyyət tədbirinin məbləği bilavasitə malların dəyərindən asılı olduğundan, həmin dəyərin dəqiq, obyektiv və qanunvericiliyin tələblərinə uyğun müəyyən edilməsi məhkəmənin əsas vəzifələrindən biri olmuşdur. Belə olan halda, malların dəyərinin sövdələşmə qiyməti əsasında deyil, hüquqi əsası göstərilmədən fərqli qaydada müəyyən edilməsi "Gömrük tarifi haqqında" Qanunun 12.1 və 12.2-ci maddələrinin tələblərinə ziddir. Məhkəmə isə bu qanun pozuntusunu aradan qaldırmadan, mütəxəssis rəyini tənqidi qiymətləndirmədən və invoysda əks olunmuş faktiki alış qiymətlərinə hüquqi qiymət vermədən həmin rəyi yeganə sübut kimi qəbul etmişdir. Beləliklə, məhkəmənin gəldiyi nəticə iş materiallarında olan yazılı sübutlarla təsdiq olunmur, tətbiq edilən cərimənin məbləği isə malların real sövdələşmə qiyməti deyil, hüquqi vəiqtisadi əsaslandırılması aparılmamış mütəxəssis rəyi əsasında müəyyən edilmişdir. Bu isə məhkəmə qərarının qanuniliyi və əsaslılığına şübhə yaradır və qərarın apellyasiya qaydasında dəyişdirilməsi və ya ləğv edilməsini zəruri edən hallardan biridir. PROSES İŞTIRAKÇILARININ ÇIXIŞLARI Apellyasiya məhkəmə iclasında iştirak edən Gəncə Gömrük İdarəsinin nümayəndəsi şikayətə etiraz edərək bildirdi ki, birinci instansiya məhkəməsinin qərarı əsaslı və qanunauyğundur, apellyasiya şikayətinin dəlilləri tam əsassız olmaqla təmin edilməməlidir. Apellyasiya məhkəməsi iclasının yeri və vaxtı barədə qabaqcadan məlumat verilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu ## ### 2009-cu il tarixli qərarında apellyasiya instansiyasının mahiyyəti ilə bağlı hüquqi mövqeyini ifadə edərək göstərmişdir ki, bu məhkəmə instansiyası tam hüquqlu məhkəmə kimi çıxış edərək işə təkrarən mahiyyəti üzrə baxmaq, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlamaq, onu dəyişdirmək və ya ləğv edərək əvəzinə yeni qərar qəbul etmək səlahiyyətinə malikdir. Qərarda daha sonra qeyd edilmişdir ki, qanuni qüvvəyə minməmiş birinci instansiya məhkəməsinin qərarına apellyasiya qaydasında yenidən baxılmasına məhkəmə səhvlərinin düzəldilməsinin vasitəsi kimi baxılmalıdır. Bununla qəsdən və ya yanlışlıq üzündən edilmiş pozuntuların nəticəsində yaranan məhkəmə səhvləri düzəldilmiş olur və bu səhvlərin ağır nəticələrinin qarşısı vaxtında alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 137.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest üzrə qəbul edilmiş qərardan fiziki şəxs, yetkinlik yaşına çatmayanın qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən verilən şikayətə, habelə prokurorun protestinə məhkəmələrdə bu Məcəllədə müəyyən edilmiş qaydada və müddətdə baxılır. Məhkəmə tərəfləri dinləyib, inzibati xəta üzrə işin materiallarını və şikayətin dəlillərini tədqiq edərək hesab edir ki, şikayət təmin qismən edilməli, iş üzrə Gəncə Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli 3(5- ***)-****/**** nömrəli qərarı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən verilmiş şikayətə əsasən dəyişdirilməli, inzibati xəta predmetinə münasibətdə hüquqi şəxs barəsində təyin edilmiş cərimənin məbləği dəyişdirilməlidir. Aşağıda qeyd olunanlara görə şikayətin dəlillərini əsaslı hesab edir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsi tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli, *****-*****/** nömrəli inzibati xəta haqqında protokola əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMCnin ünvanına Çin Xalq Respublikası “X2 (Guandzhou) CO.LTD” Şirkəti tərəfindən BF***BB/RT***T nömrəli yük nəqliyyat vasitəsi ilə müxtəlif yüklər ##.##.2026-cı il tarixində Qırmızı körpü gömrük keçid postundan keçməklə təyinatı üzrə Gəncə Gömrük İdarəsinə rəsmiləşdirilməsi üçün göndərilmişdir. Qeyd olunan nəqliyyat vasitəsindəki yüklər Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən ##.##.2026-cı il tarixli 01261000121196 sorğu nömrəli və ##.##.2026-cı il tarixli 01261000121098 sorğu nömrəli gömrük bəyannamələri ilə bəyan edilmişdir. Həmin gömrük bəyannamələri Gəncə Gömrük idarəsində rəsmiləşdirildikdən sonra ##.##.2026-cı il tarixində Gəncə şəhəri Gəncə-Şəmkir şosesində yerləşən MMC-yə məxsus qeydiyyatda olan anbarda yüklər boşaldılan zaman gömrük bəyannaməsində göstərilən məlumatlarla faktiki malın eyniləşdirilməsi ilə əlaqədar Rəsmiləşdirmə Mərkəzinə təhkim olunmuş “Azərterminalkompleks” Birliyinin Gəncə şöbəsinin inspektoru X3 tərəfindən sözügedən gömrük bəyannamələrində bəyan olunmamış “Ford” markalı avtomobilə aid 152 ədəd üzərində G3GH19710CA və DG9H19710AE yazısı olan avtomobil üçün radiator, 140 ədəd üzərində DG9C2C300A3B yazısı olan avtomobil üçün ön təkər oxu, 60 ədəd üzərində DG9C2C299B3C yazısı olan avtomobil üçün arxa təkər oxu, 50 ədədüzərində DS7316E166CD yazısı olan avtomobil üçün radiator çərçivəsi (aşağı),10 ədəd üzərində FG9P7P094AB yazısı olan avtomobil üçün transmissiya yağ nasosu, 50 ədəd üzərində DS7317E857CB yazısı olan avtomobil üçün fara dayağı, 50 ədəd üzərində DS7317E856CB yazısı olan avtomobilüçün fara dayağı, 20 ədəd üzərində DS739C675BB yazısı olan avtomobil üçün mühərrikin hava alma borusu, 5 ədəd üzərində DG9311779BD yazısı olan avtomobil üçün mühərrikin aşağı qoruması, 5 ədəd üzərində DG9311778AE yazısı olan avtomobil üçün mühərrikin aşağı qoruması, 50 ədəd üzərində KS73515B0AB yazısı olan avtomobil üçün arxa bamper reflektoru, 50 ədəd üzərində KS73515C0AB yazısı olan avtomobil üçün arxa bamper reflektoru, 50 ədəd üzərində KS7317K922KAW yazısı olan avtomobil üçün arxa bamper qoşqu qapağı, 10 ədəd üzərində DS7311787BF yazısı olan avtomobil üçün arxa bamperin aşağı həddi, 10 ədəd üzərində DS7378403B23AE yazısı olan avtomobil üçün arxa bamperin sol alt dayağı, 10 ədəd üzərində DS7378403B22AE yazısı olan avtomobil üçün arxa bamperin sağ alt dayağı, 20 ədəd üzərində DS7317E850CB yazısı olan avtomobil üçün arxa bamperin darağı, 100 ədəd üzərində HS7317B968CCW və KS7317B968BAW yazısı olan avtomobil üçün qabaq bamperin alt barmaqlığı, 50 ədəd üzərində DG9C18K001AAC yazısı olan avtomobil üçün qabaq amortizator və 30 ədəd üzərində KS738200ABSMAS yazısı olan avtomobil üçün qabaq bamperin barmaqlığı yükləri aşkar edilmişdir, iş üzrə ##.##.2026-cı il tarixdə mütəxəssis təyin olunmuş və hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin ünvanına göndərilmiş, gömrük bəyannaməsində düzgün göstərilməyən və bəyan edilməyən predmetlərin orta bazar qiymətinin müəyyən edilməsi məqsədilə ##.##.2026-cı il tarixli, 3- **-****/*-******/**** saylı məktubla «X1 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssis müraciət olunmuşdur. “X1 Azərbaycan” QSC tərəfindən verilmiş ##.##.2026-cı il tarixli **/** saylı mütəxəssis rəyindən görünür ki, “Ford” markalı avtomobilə aid ümumi sayı 913 olan ehtiyyat hissələrinin ##.##.2026-cı il tarixə ümumi dəyəri 43495 (qırx üç min dörd yüz doxsan beş) manat təşkil etdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-in 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən gömrük ərazisinə gətirilən malların gömrük dəyəri aşağıdakı üsullarla müəyyən edilir: 12.1.1. malların sövdələşmə qiyməti ilə; 12.1.2. eyni malların sövdələşmə qiyməti ilə; 12.1.3. eynicinsli malların sövdələşmə qiyməti ilə; 12.1.4. dəyərin çıxılması üsulu ilə; 12.1.5. dəyərin toplanması üsulu ilə; 12.1.6. ehtiyat üsulu ilə. Məhkəmə inzibati işin materiallarını və yuxarıda qeyd olunan sübutları araşdırıb belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən “X1 Azərbaycan” QSC tərəfindən təqdim edilən malların həmin tarixə “bazar dəyəri” əsasında aparılan qiymətləndirmə əsas götürülməklə inzibati xətanın predmeti 43495 (qırx üç min dörd yüz doxsan beş) manat məbləğində müəyyən edilmişdir. Lakin iş materiallarında olan fakturaya (invoys) əsasən 6,7,9,10,57,98,143, 144,192,196,197,217,218,223,224,225,226,228, 302, 303, 309 va 410-cu sətirlərində olan mallar bəyan edilməmiş və həmin malların invoys üzrə ümumi dəyəri cəmi 11.038,56 ABŞ dolları təşkil edir. Məhkəmə qeyd edir ki, “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən hazırkı iş üzrə birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1- ci maddəsi ilə təqsirli bilinməsi hissəsində düzgün nəticəyə gəlsə də, səhvə yol verərək inzibati xətanın predmetini bəyan edilməmiş malların invoys dəyəri, yəni sövdələşmə dəyəri ilə deyil, Azərbaycan Respublikası ərazisindəki bazar qiyməti ilə hesablamışdır. Odur ki, Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC İXM-nin 482.1- ci maddəsi ilə təqsirli bilinib inzibati xəta predmeti həddi, yəni bəyan olunmamış malların həcmi 11.038,56 ABŞ dolları həcmində müəyyən edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərarlardan biri qəbul edilir. Həmin Məcəllənin 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənlərə əsasən hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən verilmiş şikayət qismən təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli 3(5- ***)-****/**** nömrəli qərarı dəyişdirilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində təyin edilmiş inzibati cərimə tənbeh tədbirinin həcmi dəyişdirilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA ALDI: Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-****/**** nömrəli qərarı apellyasiya şikayətinə əsasən dəyişdirilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-in İXM-in 482.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində təyin edilmiş cərimə inzibati tənbeh tədbirinin miqdarı dəyişdirilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC inzibati xətanın bilavasitə obyekti olan 11.038,56 ABŞ dolları təşkil edən malların dəyərinin 40 faizi həcmində, yəni 4.415,42 ABŞ dolları (dörd min dörd yüz on beş dollar qırx iki sent) məbləğində cərimə edilsin. Qərarın icrası Gəncə Şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir və ondan şikayət və ya protest verilə bilməz. .

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar