Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-486/2026 24.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: ##.##.2026-cı il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Gəncə Apellyasiya Məhkəməsinin *(***)- ****/**** nömrəli, ## ####### 2024-cü il tarixli icra sənədi üzrə tələbi icra etməməklə IXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya yol vermişdir. Protokol məhkəməyə təqdim edilən günədək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs borcu 13070 manat təşkil edir. O, borcunu ödəməkdən boyun qaçırdığı üçün barəsində IXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmişdir. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı (hakim Bayramova Kəmalə) ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-nin 528.1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 (beş yüz) manat miqdarında cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. IŞIN HALLARI: Gəncə Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2024-cü il tarixli qətnaməsi ilə Gədəbəy rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsi cavabdeh X1 16700 manat pul vəsaiti alınaraq iddiaçı Zərərçəkmiş şəxs qaytarılması hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək cavabdehlər X1 və X2 müştərək qaydada 16700 manat pul vəsaiti alınaraq iddiaçı Zərərçəkmiş şəxs qaytarılması qərar alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi əsasında ##.##.2025-ci il tarixdə icraata başlanılmışdır ##.##.2025-ci il tarixli “Icraat başlamaq haqqında” qərardan və “Tələbin könüllü icrası haqqında” bildirişdən göründüyü kimi icra sənədi üzrə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra etməsi barədə məlumat verilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayət təmin edilməmiş, Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Inzibati xəta haqqında materiala baxan Gəncə Şəhər Məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada qərar qəbul edilmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI: Məhkəmənin qərarından zərərçəkmiş Zərərçəkmiş şəxs şikayət verərək Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilərək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində IXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan ən ağır cəzanın tətbiq edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iki il müddət ərzində borcdan bir manat belə ödəməməsi onu göstərir ki, qərəzli olaraq yayınır. Icra məmurunun çağrışlarına gəlmir, onu dəfələrcə aldadaraq pulu ödəmir. Ancaq məhkəmə 13070 manat borcun olmasını nəzərə almayaraq borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 500 manat miqdarında cərimə növündə inzibati tənbeh tətbiq etmişdir. Borclu 13070 manat borcu ödəmədiyi halda yenidən 500 manat miqdarında cərimə edilməsi nəyi dəyişir, onun pulu kimi onu da ödəməyəcək. Odur ki, şikayətin təmin olunması xahiş olunur. PROSESSUAL MƏSƏLƏLƏR: Apellyasiya məhkəməsinin iclasında zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs şikayətin dəlillərini müdafiə edərək şikayətin məzmununa uyğun çıxış etdi və şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış barəsində inzibati qaydada tənbeh tədbiri tətbiq olunmuş şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş şəxs gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə IXM-nin 133.2.4-cü maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQI MƏSƏLƏLƏR: IXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə, iş materiallarında olan sənədləri təkrar etməyə zərurət görmədən hesab edir ki, birinci instansiya məhkəməsi düzgün və qanuni nəticəyə gəlmiş, eyni zamanda törədilmiş əməlin tövsif məsələsi mübahisələndirilmir, yalnız inzibati cərimə tənbeh tədbirinin yüngül olması mübahisələndirilir. Apellyasiya məhkəməsində məhkəmə baxışı zamanı inzibati işin materiallarını təhlil edərək məhkəmə belə nəticəyə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi yuxarıda qeyd olunan sübutlarla öz təsdiqini tapmışdır, istər inzibati xəta haqqında protokol tərtib etmiş orqan, istərsə də işə baxmış birinci instansiya məhkəməsi IXM-nin 75-85-ci maddələrinin tələblərinə əməl edərək inzibati xəta törətmiş şəxsin ona istinad olunmuş inzibati xətanı törətməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birini mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Hazırki vəziyyətdə məhkəmənin qərarından görünür ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş icra sənədi, zərərçəkmiş şəxsin və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatları, onun IXM-nin 528.1-ci maddəsi ilə müəyyən edilmiş inzibati xəta hadisəsini törətməsi və həmin əmələ görə təqsirli olmasını sübuta yetirilmiş hesab edib, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş izahatdan göründüyü kimi atasına məxsus Gədəbəy rayonunun Slavyanka kəndində 1 ha artıq torpaq sahəsi mövcuddur və həmin torpaq sahəsi satıldıqdan sonra alınan pul zərərçəkmiş şəxsə verilə bilər dəlilini göstərməsi və hazırki iş üzrə onun əməlində ağırlaşdırıcı halların olmamasını nəzərə alıb Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində 500 (beş yüz) manat miqdarında cərimə növündə inzibati tənbeh tətbiq tədbirinin tətbiq edilməsinə dair yekun nəticəyə gəlmişdir. Yuxarıda göstərilənlərə əsasən verilmiş şikayətin dəlillərinə qiymət verərək məhkəmə hesab edir ki, həmin dəlillər şikayətin təmin olunması üçün qanuni əsas kimi qəbul oluna bilməz. Məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şəxsiyyətini, ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini nəzərə alaraq barəsində 500 (beş yüz) manat miqdarında cərimə növündə inzibati tənbeh tətbiq tədbirinin tətbiq edilməsi qanuni və əsaslı olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və IXM-in 133-136 və 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.
Məhkəmə qərarları › İş №3(3-7)-486/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-486/2026
24.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver