Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-487/2026 24.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin hakimi Abdullayev Əlizamin Gülzalı oğlunun sədrliyi Xəlilov Ramiq Rövşən oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra IXM) 510.2-ci maddəsi ilə təqsirli bilinib inzibati tənbeh edilməsinə dair Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti əsasında işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDI: Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilməsi qərara alınmışdır. Həmin qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti verərək Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarının ləğv edilməsi və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır, maddi və prosessual hüquq normalarının ciddi şəkildə pozulması ilə qəbul edilmişdir. Belə ki, məhkəmə iş üzrə bütün halları tam, hərtərəfli və obyektiv araşdırmadan, sübutlara lazımi hüquqi qiymət vermədən və müdafiə tərəfinin qanuni vəsatətlərini əsassız olaraq rədd edərək bu qərarı çıxarmışdır. Məhkəmə tərəfindən təqsirinin təsdiq edən əsas sübut kimi qəbul edilmiş video görüntünün iş materiallarında qeyd olunan hadisə tarixi (##.##.2026-cı il) ilə heç bir əlaqəsi yoxdur. Həmin video bir neçə ay əvvəl çəkilmiş, cəmi 2 saniyəlik zarafat xarakterli bir görüntüdür. Geyim və xarici görünüş fərqi, saxlanıldığı gecə əynində qara köynək olmuş və saçı qısa kəsilmiş vəziyyətdə idi. Lakin sübut kimi təqdim olunan videoda o, ağ köynəkdədir və saç düzümü tamamilə fərqlidir. O, ##.##.2026-cı il tarixindən ##.##.2026-cı il tarixinə keçən gecə saat 01:30 radələrində "Şah Sarayı" restoranında saxlanılmışdır. Iş materiallarındakı video isə tamamilə fərqli bir məkana aiddir. Inzibati Xətalar Məcəlləsinin tələblərinə görə, yalnız qanunla müəyyən edilmiş qaydada əldə olunmuş, aidiyyət və mötəbərlik baxımından şübhə doğurmayan faktiki məlumatlar sübut kimi qəbul edilə bilər. Məhkəmə isə bu ziddiyyətləri araşdırmamış və qərarda onlara hüquqi qiymət verməmişdir. Məhkəmə baxışı zamanı müdafiəçisi tərəfindən qanuni saxlanılma protokolunun məhkəməyə təqdim edilməsi barədə vəsatət qaldırılmışdır. Lakin prosesdə iştirak edən polis əməkdaşı Sadiq Novruzov həmin protokolu məhkəməyə təqdim etməkdən yayınmışdır. Məhkəmə iş üçün mühüm əhəmiyyət kəsb edən bu ilkin sənəd olmadan, tələsik qərar qəbul etmişdir. Bu hal onun müdafiə hüququnu birbaşa məhdudlaşdırmış və işin obyektiv araşdırılmasına mane olmuşdur. Iş materiallarından görünür ki, sözügedən video ilə bağlı hər hansı bir vətəndaşın şikayəti və ya zərərçəkmiş şəxs mövcud deyil iş yalnız polis orqanının birtərəfli qaydada tərtib etdiyi materiallar əsasında qurulmuş, məhkəmə isə təqsirsizlik prezumsiyası prinsipini pozaraq ittiham meyilli qərar çıxarmışdır. Odur ki, Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarının ləğv edilməsi və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə baxışında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətini müdafiə edərək eyni məzmunda çıxış etdi və şikayətinin təmin edilməsini xahiş etdi. Gəncə şəhər Baş Polis Idarəsinin 2-ci Polis Şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Gəncə şəhər Baş Polis Idarəsinin 2-ci Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərini araşdıraraq və təqdim olunmuş inzibati materialı nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Iş materiallarına əlavə edilmiş 2026-cı il ## #### tarixli inzibati xəta haqqında protokoldan görünür ki, həmin protokol Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs internet informasiya ehtiyatlarında (yəni kütləvi nümayiş halında) əxlaqsız ifadələr işlətməsi və bununla da Azərbaycan Respublikası IXM-nin 510.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməsi ilə bağlı tərtib edilmişdir. Işin faktiki hallarından və işdə olan sübutlardan müəyyən edilir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs “Tiktok” sosial şəbəkəsində canlı yayımda nalayiq ifadə işlətmişdir. Bununla da o, IXM-nin 510.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Birinci instansiya məhkəməsində qeyd edilən material əsasında inzibati xəta haqqında işə baxılaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikası IXM-nin 510.2-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinmişdir. Məhkəmə iş üzrə toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halında hüquqi qiymət verərək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-nin 510.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinin iş materialları ilə tam sübuta yetirilməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının (mətndə bundan sonra: Konstitusiya) 60-cı maddəsinin birinci (İ) hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ikinci (II) hissəsinə əsasən, hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Konstitusiyanın 125-ci maddəsinin yeddinci (VII) hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 129-cu maddəsinin üçüncü (III) hissəsinə əsasən, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası IXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 510.2-ci maddəsinə əsasən internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə, beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə icraat aparılan şəxsin, inzibati xəta haqqında protokolu tərtib etmiş vəzifəli şəxsin, işin bütün halları ilə müqayisəli şəkildə tədqiq edərək hərtərəfli, tam və obyektiv araşdırmış, sübutları düzgün qiymətləndirmişdir. Həmin sübutlarla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan və inzibati məsuliyyətə səbəb olan əməli qəsdən törətməsi təsdiq olunur. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ona istinad edilən inzibati xətanı törətməsi birinci və apellyasiya instansiya məhkəmələrinin iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş sübutlarla, o cümlədən özünün həm ilkin araşdırma zamanı, həm də birinci instansiya məhkəməsində verdiyi etiraf izahatları təsdiq edildiyindən birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-nin 510.2-ci maddəsi ilə təqsirli bilib ona cərimə növündə inzibati tənbehi tətbiq etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Birinci instansiya məhkəməsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-nin 510.2-ci maddəsində nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq edərkən bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə əməl edilmiş, tətbiq olunan inzibati tənbehin həddi müəyyən edilərkən inzibati xəta törətmiş şəxsin şəxsiyyəti, inzibati məsuliyyəti yüngülləşdirən hallar və iş üzrə müəyyən edilmiş digər hallar kifayət qədər nəzərə alınmışdır. Işə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək qanun pozuntusuna yol verilməmişdir. Qeyd edilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-nin 510.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi və ona həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq etməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilməsi və ya ləğv edilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur. IXM-nin 134-cü maddəsinə əsasən, Inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Beləliklə, apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-nin 510.2-ci maddəsi ilə təqsirli bilinib inzibati tənbeh edilməsinə dair Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, həmin qərar dəyişdirilmədən saxlanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası IXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.
Məhkəmə qərarları › İş №3(3-7)-487/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-487/2026
24.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver