Məhkəmə qərarları › İş №3(3-7)-488/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-488/2026

23.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-488/2026 23.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakim Hüseynov Salman Bilal oğlunun sədrliyi, Abdullayev Samir Zahid oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İsmayılov Abdulla Teyyub oğlunun və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X8 Xidmətinin ** saylı Gəncə-X5 nümayəndəsi Əhmədli Elnur İlham oğlunun iştirakı ilə İsmayılov Abdulla Teyyub oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3 və 262.3-cü maddələri ilə təqsirli bilinməsinə dair Goranboy Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən verilmiş şikayətə əsasən materiala Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ Goranboy Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-****/**** nömrəli qərarı ilə İsmayılov Abdulla Teyyub oğlu İnzibati Xətalar Məcəlləsinin 262.2.3 və 262.3-cü maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinməsi və həmin Məcəllənin 34.3-cü maddəsi tətbiq edilməklə, İXM-nin 262.3-cü maddəsinə əsasən 1000 manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. İŞİN HALLARI Azərbaycan Dövlət Su X12 İstifadəsinə Və X8 Xidməti ** saylı Gəncə-X5 İsmayılov Abdulla Teyyub oğlunun barəsində İXM-in 262.2.3 və 262.3-cü maddəsi ilə MN ******* nömrəli ## ### 2026-cı il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İş üzrə Goranboy Rayon Məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada qərar qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsinin həmin qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs apellyasiya şikayət verərək məhkəmənin qərarını ləğv edərək, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə barəsində inzibati xəta ilə bağlı cərimə müəyyən edərkən işin hallarını tam, hərtərəfli araşdırmadan qərar qəbul edib onu 1 000 manat cərimə etmişdir. O, məhkəmə baxışında iştirak etməmiş, işə baxılan zaman xəstəxanada olmuşdur. Məhkəmə qərarında isə qeyd edilir ki, guya o məhkəmədə iştirak etmiş və dinlənilmişdir. Bu hal bir daha araşdırmanın obyektiv aparılmadığını sübut edir. Çirkab suyu məntəqənin arxa hissəsinə axıtsa da, bu çirkab suyun təyinatsız axıdılması anlamına gəlmir. Vergi ödəyicisi olması nəzərə alınmaqla onun barəsində inzibati cərimə təyin etməyin hüquqi əsasə yoxdur. İşlədilən suyu harasa axıtmaq lazımdır və həmin suda heç bir kimyəvi maddə yoxdur. Belə olan halda barəsində cərimə cəzası müəyyən edilməsinin hüquqi əsası yoxdur. Həmçinin özü veterandır, 44 günlük müharibədə iştirak etmişdir. Buna baxmayaraq onun iştirakı olmadan barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd olunanları nəzərə alaraq əməlində İXM-nin 263.2.3-cü və 262.3-cü maddəsinin tərkibi olmadığı üçün məlum inzibati tənbeh vermə haqqında Goranboy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarını ləğv edib iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR Apellyasiya məhkəməsində çıxışında inzibati tənbeh edilmiş şəxs apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək şikayətin təmin edilməsini xahiş etdi. Apellyasiya məhkəməsində çıxışında protokol tərtib etmiş orqanın nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etdilər. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası İXM-in 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İХM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İХM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati хətaların törədilməsində təqsirli hesab edilən və inzibati хəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəхs inzibati məsuliyyətə cəlb оlunur və tənbeh edilir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən isə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Şikayətin dəlillərini işin materialları üzrə tədqiq edərək, məhkəmə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə Goranboy rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)****/**** nömrəli qərarı dəyişdirilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilən: Azərbaycan Dövlət Su X12 İstifadəsinə və X8 Xidməti ** saylı Gəncə-X5 tərəfindən İsmayılov Abdulla Teyyub oğlunun barəsində tərtib edilmiş MN ******* nömrəli ## ### 2026-cı il tarixli inzibati xəta haqqında protokola əsasən Goranboy rayonu, Qaraçinar kəndində fəaliyyət göstərən avtoyuma məntəqəsində Abdulla İsmayılov tərəfindən su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla su götürülüb müqaviləsiz istifadə edilməsi həmçinin məntəqədə formalaşan tullantı sularının əraziyə axıdılması aşkar olunmuşdur; Azərbaycan Dövlət Su X12 İstifadəsinə və X8 Xidməti ** saylı Gəncə-X5 tərəfindən tərtib edilmiş aktdan görünür ki, Goranboy rayonu, Qaraçinar kəndində yerləşən avtoyuma məntəqəsinin su təchizatı şəbəkəsinə diametri 32 mm olan boru vasitəsilə qoşulması, sudan müqavilə olmadan istifadə olunması, həmçinin avtoyuma məntəqəsində avtomobillərin yuyulması nəticəsinde formalaşan tullantı (çirkab) sularının diametri 100 mm olan plastik boru vasitəsilə nəql edilərək məntəqənin arxa hissəsindən çölə (ətraf mühitə) təyinatsız axıdılması faktları aşkar olunmuşdur; Aşkar edilmiş faktla bağlı aparılan araşdırma zamanı özünü avtoyuma məntəqəsinin sahibinin övladı kimi təqdim edən İsmayılov Mahir Abdulla oğlu avtoyuma məntəqəsinin atası İsmayılov Abdulla Mahir oğluna məxsus olduğunu və özü tərəfindən istifadə edildiyini, atası İsmayılov Abdulla Teyyub oğlunun səhəti ilə bağlı Bakı şəhərində olduğunu yazılı izahatında bildirmişdir; Goranboy rayon İcra Hakimiyyətinin ##.##.2021-ci il tarixli, ** nömrəli “Obyektin Tikintisinə İcazə”dən görünür ki, Goranboy rayonu, Qaraçinar kəndində yerləşən avtoyuma məntəqəsinin yerləşdiyi ərazi xüsusi mülkiyyətdə olmaqla tikinti obyektinin sifarişçisi İsmayılov Abdulla Teyyub oğludur; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ******* nömrəli çıxarışdan görünür ki, Goranboy rayonu, Qaraçinar kəndində yerləşən sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı 0.04 ha torpaq sahəsi İsmayılov Abdulla Teyyub oğlunun xüsusi mülkiyyətindədir; Fotoşəkillərdən su təchizatı şəbəkəsinə boru vasitəsilə qoşulması və tullantı (çirkab) sularının plastik boru vasitəsilə məntəqənin arxa hissəsindən çölə təyinatsız axıdılması müşahidə olunur; İş materiallarında olan CD diskə mövcud olan video çarxlarda su təchizatı şəbəkəsinə boru vasitəsilə qoşulması və tullantı (çirkab) sularının plastik boru vasitəsilə məntəqənin arxa hissəsindən çölə təyinatsız axıdılması müşahidə olunur. İXM-in 262.2.3-cü maddəsinə əsasən su obyektlərindən istifadə qaydalarının pozulmasına, yəni içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. İXM-in 262.3-cü maddəsinə əsasən su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, İsmayılov Abdulla Teyyub oğlu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü və 262.3-cü maddələrində nəzərdə tutulan inzibati xəta törədilmişdir, toplanmış sübutlarla İsmayılov Abdulla Teyyub oğlunun inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü və 262.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Bundan əlavə, məhkəmə apellyasiya şikayətinin İsmayılov Abdulla Teyyub oğlunun birinci instansiya məhkəməsində keçirilən məhkəmə prosesində iştirak etmədiyi halda məhkəmə qərarında prosesdə iştirak etməsi və ifadə verməsi ilə bağlı dəlilinə münasibətdə bildirir ki, Goranboy rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)****/**** nömrəli qərarında İsmayılov Abdulla Teyyub oğlunun məhkəmə prosesində iştirakı ilə bağlı müddəalar mövcud deyildir. Beləliklə, məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən qanunvericiliyin tələbləri pozulmamışdır. Birinci instansiya məhkəməsi inzibati xəta tərkibinin yaranması üçün əsaslar olduğunu tam araşdırmışdır. Bu da qanunun tələblərinin düzgün tətbiq və təfsir edilməsidir. Beləliklə, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəldiyindən, apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli, Goranboy rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh оlunanları və Azərbaycan Respublikası İXM-in 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. İsmayılov Abdulla Teyyub oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3 və 262.3-cü maddələri ilə təqsirli bilinməsinə dair Goranboy Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)****/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir və ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar