Məhkəmə qərarları › İş №3(3-7)-489/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-489/2026

23.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-489/2026 23.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakim Hüseynov Salman Bilal oğlunun sədrliyi, Abdullayev Samir Zahid oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy Rayon Şöbəsinin nümayəndəsi X1 iştirakı ilə, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon şöbəsinin ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətin təmin olunması barədə Gədəbəy Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarından vəzifəli şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, MÜƏYYƏN ETDİ: Gədəbəy Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli (sədrlik edən Fizuli Mirzəquliyev ) qərarı ilə şikayət təmin edilmiş, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy Rayon Şöbəsinin ##.##.2026-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi, iş üzrə icraata xitam verilməsi və Qərardan şikayət verən orqan (şəxs) inzibati məsuliyyətdən azad edilməsi qərara alınmışdır. İŞİN HALLARI: Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy Rayon Şöbəsinin inzibati tənbeh verilmə haqqında ##.##.2026-ci il tarixli MN ******* saylı qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) qanunla nəzərdə tutulmuş hallarda həqiqi hərbi xidmətə çağırış, tibbi müayinə (tibbi şəhadətləndirilmə), hərbi hissələrə təhkim edilmə, müvafiq toplanışlarla əlaqədar çağırış üzrə müvafiq icra hakimiyyəti orqanına üzrlü səbəblər olmadan gəlməmiş, bu hərəkətləri ilə Azərbaycan Respublikası İXM-in 606.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaya yol vermişdir. Qeyd edilən əmələ görə Qərardan şikayət verən orqan (şəxs) 300 (üç yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Qərardan şikayət verən orqan (şəxs) Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy Rayon Şöbəsinin inzibati tənbeh verilmə haqqında ##.##.2026-ci il tarixli MN ******* saylı qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd olunan məhkəmə qərar qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: Birinci instansiya məhkəməsinin həmin qərarından Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon şöbəsi tərəfindən apellyasiya şikayəti verilərək məhkəmənin qərarının ləğv edilməsi və Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş ##.##.2026-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının qüvvədə saxlanılması barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Qərardan şikayət verən orqan (şəxs) 2024-cü ilin II rüb çağırış dövrü üzrə qanunvericiliyin tələblərinə uyğun olaraq ##.##.2024-cü il tarixdə tibbi müayinə ilə əlaqədar SHXÇDX-in Gədəbəy rayon şöbəsi tərəfindən tibbi müayinədən keçməsi barədə ona çağırış vərəqəsi göndərilmişdir. Lakin Qərardan şikayət verən orqan (şəxs) ##.##.2024-cü il tarixdən tibbi müayinə olunması üçün heç bir üzrlü səbəb olmadan SHXÇDX-in Gədəbəy rayon şöbəsinə müayinən keçmək üçün yaxınlaşmamışdır. Bununla da, onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi yaranmışdır. Məhkəmənin gəldiyi mövqe tamamilə yanlışdır. Belə ki, birincisi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsində, eləcə də Məcəllənin hərbi uçot, hərbi qeydiyyat və səfərbərlik qaydaları əleyhinə olan inzibati xətalar fəslində çağırışçının ayrıca olaraq təkrar müayinə gəlməməsi halı deyil ümumilikdə çağırışçının tibbi müayinə (tibbi şəhadətləndirilmə) ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanına üzrlü səbəblər olmadan gəlməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Yeni çağırış dövrü ərzində çağırışçının ilkin və ya təkrar tibbi müayinəyə üzürlü səbəblər olmadan gəlməməsi inzibati xəta əməli hesab olunur və İXM-in 606.3-cü maddəsi ilə inzibati məsuliyyət yaranır.Odur ki, məhkəmənin bu əsasla Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarı ləğv etməsi qanunsuzdur. İkincisi, çağırışçı Qərardan şikayət verən orqan (şəxs) 2024-cü ilin ll rüb çağırış dövrü üzrə ##.##.2024-cü il tarixdən tibbi müayinə ilə əlaqədar SHXÇDX-nin Gədəbəy rayon şöbəsinə müayinədən keçmək üçün yaxınlaşmamışdır. Qərardan şikayət verən orqan (şəxs) tibbi müayinə məlumatlarının qeydiyyatı vərəqəsindən və müvafiq təsdiqedici sənədlərdən görünür ki, çağırışçının qeydiyyat ünvanına çağırış vərəqəsi göndərilmiş, lakin ünvan 1 icra nümayəndəliyi tərəfindən mobil telefon vasitəsi ilə məlumatlandırılmışdır. Çağırışçı Vatsap mobil tətbiqi vasitəsi ilə icra nümayəndəliyinə səsli mesaj göndərmiş (səs qeydi mövcuddur) və ##.##.2024-cü il tarixdə SHXÇDX-nin Gədəbəy rayon şöbəsinə gələcəyini bildirmişdir. Həmçinin çağırışçının qeydiyyat ünvanına xəbərdarlıq məktubu göndərilmişdir. Qeyd olunanları nəzərə alaraq, çağırışçı Qərardan şikayət verən orqan (şəxs) məlumatsız olmasını əsas gətirməsi əsassızdır. Odur ki, məhkəmə yuxarıda qeyd olunan hallara düzgün hüquqi qiymət vermədən və aydınlaşdırmadan əsassız qərar qəbul etmişdir Qeyd olunanlara əsasən Gədəbəy Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli, *(*- ***)-***/**** saylı qərarı əsassız olduğundan ləğv edilməli və çağırışçı Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş inzibati tənbehin verilməsi haqqında qərarın ləğv edilməsi barədə şikayət təmin edilməməlidir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən inzibati tənbehetmə haqqında qərar qəbul etmiş orqanın nümayəndəsi apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, şikayətdə göstərilən məzmunda çıxış etdi, şikayətin təmin edilməsini və Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş MN ******* nömrəli ## ### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası İXM-in 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 9.2-ci maddəsində göstərilir ki, bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən isə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Məhkəmə, inzibati xətaya dair işin materiallarını və şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Gədəbəy Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi haqlı olaraq göstərmişdir ki, Azərbaycan Respublikası İXM-nin 606.3-cü maddəsinin dispozisiyasına əsasən, həmin maddədə nəzərdə tutulmuş əməlin tərkib hissəsi qanunla nəzərdə tutulmuş hallarda həqiqi hərbi xidmətə çağırış, tibbi müayinə (tibbi şəhadətləndirilmə), hərbi hissələrə təhkim edilmə, müvafiq toplanışlarla əlaqədar çağırış üzrə müvafiq icra hakimiyyəti orqanına üzrlü səbəblər olmadan gəlməməyə görə yarandığı hallarda yaranır. Şikayət vermiş şəxs tibbi müayinədən keçməsi üçün gəlməsi barədə lazımı qaydada məlumatlandırılmadığını, telefon vasitəsilə ona məlumat verilərkən xəstəxanada müalicədə olduğunu, bundan sonra ona heç bir məlumat verilmədiyini, böyrəklərindən birinin olmadığı üçün təkrar tibbi müayinədən keçmək zərurətinin olmadığı nəticəsinə gəldiyini bildirmişdir. Yəni, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 606.3-cü maddəsində nəzərdə tutulmuş əməlin tərkib hissəsi yoxdur. Bundan başqa, qərarı çıxarmış orqan tərəfindən bildirişin çağırışçıya çatdırılması haqqında da sübut təqdim edilməmişdir. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşır və hesab edir ki, şikayət təmin edilməməli və məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon şöbəsinin ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətin təmin olunması barədə Gədəbəy Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar