Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-490/2026 16.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair Samux Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: ## #### 2026-cı il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, ##.##.2026-cı il tarixdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən qeyri-rəsmi həyat yoldaşı X1 Samux rayonu Institut qəsəbəsində yerləşən ünvanda onu döydüyü üçün əməlində IXM-nin 157-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Samux Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı (hakim Kərimova Tərifə) ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXMnin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 30 (otuz) gün müddətində inzibati həbs edilmiş, inzibati həbsdə etmənin əvvəli ## #### 2026-cı il tarixdən saat 02:20-dan hesablanmışdır. IŞIN HALLARI: ## #### 2026-cı il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, yuxarıda qeyd olunan döyülmə hadisəsi ilə əlaqədar Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində cinayət tərkibinin olmadığından onun barəsində cinayət işinin başlanılmasının rədd edilməsi və onun əməlində Inzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibinin olması müəyən edildiyindən, barəsində inzibati qaydada tədbirlər görülməsi üçün qərarın surətinin Samux Rayon Polis şöbəsinə göndərilməsi qərara alınmışdır. Inzibati qaydada tutma haqqında ##.##.2026-cı il tarixli protokoldan görünür ki, ##.##.1980-cı il təvəllüdlü Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-ci ildə saat 02:20-də inzibati qaydada tutulmuşdur. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan ##.##.2026-cı il tarixli tibbi müayinə protokolundan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs yüngül dərəcəli alkaqol sərxoşluğu müəyyən olunmuşdur. Samux Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmündən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 360 (üç yüz altmış) saat ictimai işlər cəzasına məhkum edilmişdir. Samux Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-nin 510.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək həmin Məcəllənin 535.1-ci maddəsinin sanksiyası həddində 8 (səkkiz) gün müddətində inzibati həbs edilmişdir. Samux Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-nin 510.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək həmin Məcəllənin 535.1-ci maddəsinin sanksiyası həddində 10 (on) gün müddətində inzibati həbs edilmişdir. Inzibati xəta haqqında materiala baxan Samux Rayon Məhkəməsi yuxarıda qeyd olunan qərarı qəbul etmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI: Məhkəmənin qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayət verərək Samux Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə razı olmadığını və işinə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Apellyasiya məhkəmə baxışında barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və müdafiəçisi şikayətin dəlillərini dəqiqləşdirərək göstərdilər ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ya barəsində tətbiq edilmiş inzibati həbs tənbeh tədbirindən azad olunsun, ya da cəzası azaldılsın. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əlavə olaraq göstərdi ki, o, əvvəllər zərərçəkmiş şəxsi döymüş, hadisə günü içkili olmuş, lakin onu döyməmişdir. Buna baxmayaraq, baş vermiş hadisəyə görə peşmandır və gəlcəkdə belə əməllər törətməyəcəyini bildirmişdir. Apellyasiya məhkəmə baxışında zərərçəkmiş şəxs Sevinc Əsgərova şikayətin dəlillərinə münasibət bildirərək göstərdi ki, son zamanlar Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs içki aludəçisi olmuşdur. O, evə gələrkən evdə dava-dalaş yaradır. Hadisə günü Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs onu döymüş, hazırda onunla barışmır. HÜQUQI MƏSƏLƏLƏR: IXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə, şikayətin dəlillərini işin materiallarına əsasən araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin olunmamalı və iş üzrə məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş materialında olan sənədləri təkrar etməyə zərurət görmədən hesab edir ki, birinci instansiya məhkəməsi düzgün və qanuni nəticəyə gəlmişdir. Belə ki, birinci instansiya məhkəməsində inzibati protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi protokolun dəlillərini müdafiə edərək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlini düzgün tövsif etmişdir, çünki iş materialında olan sənədlər, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs özünü təqsirli bilməsi və zərəçəkmiş şəxsin ifadəsi ilə tam sübuta yetirilmişdir, əksini təkzib edə biləcək mötəbər sübutlar təqdim olunmamışdır. Ona görə də məhkəmə birinci instansiya məhkəməsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlinin düzgün tövsif olunması hissəsi ilə razılaşır. Cəza məsələsinə gəldikdə məhkəmə aşağıdakıları göstərir. Samux Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmündən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 360 (üç yüz altmış) saat ictimai işlər cəzasına məhkum edilmiş və o, hazırda cəzasını çəkdiyi dövrdə təqsirli bilindiyi inzibati xəta hadisəsini törətmişdir. Bundan başqa, Samux Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-nin 510.1 və 535.1ci maddələri ilə təqsirli bilinərək 8 (səkkiz) gün müddətinə və həmin məhkəmənin ##.##.2026-cı il tarixli qərarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-nin 510.1 və 535.1-ci maddələri ilə təqsirli bilinərək 10 (on) gün müddətində inzibati həbs edilmişdir. Belə olan halda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində birinci instansiya məhkəməsi tərəfindən 30 (otuz) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, yəni Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hazırda məhkəmənin hökmünə əsasən CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək təyin olunmuş ictimai işlər cəzasını çəkməkdə olmasını və il ərzində bundan öncə iki dəfə müvafiq inzibati xətaların törədilməsində təqsirli bilinərək həbs növündə inzibati tənbeh olunmasını nəzərə alaraq sözügedən cəza və inzibati tənbehlərin şəxsin islah olunmasında yetərli olmadığı qənaətinə gəlinməsi, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar düzgün olaraq nəzərə alınmışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təyin edilmiş tənbeh IXM-nin 21 və 31-ci maddəsinə uyğundur. Yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək apellyasiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və IXM-nin 133-138-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Şikayət təmin edilməsin. Samux Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-7)-490/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-490/2026
16.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver