Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-491/2026 04.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-nin 510.1-ci və 535.1-ci maddələri ilə təqsirli bilinməsinə dair Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin müdafiəçisi tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: ## #### 2026-cı il MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixində küçədə ucadan nalayiq ifadələr işlətmiş, ictimai qaydanın mühafizəsi vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da o, IXM-in 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-****/**** saylı qərarı (hakim Babazadə Ülkər) ilə ##.##.1974-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXMnin 510.1-ci və 535.1-ci maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 150 (yüz əlli) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. IŞIN HALLARI: Iş materialına əlavə edilmiş “Inzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs # #### 2026-cı il tarixdə saat 21:00-də tutulmuşdur. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI: Məhkəmənin qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi şikayət verərək Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair Gəncə Şəhər Məhkəməsində ##.##.2026-cı il tarixdə saat 10:00-da məhkəmə prosesi var idi. Həmin gün səhər saat 09 radələrində o, evdən çıxarkən Gəncə şəhər * saylı PŞ-nin əməkdaşları ona yaxınlaşıb onlarla birlikdə Polis Şöbəsinə getməli olduğunu bildirmişlər. O da onlarla birlikdə Şöbəyə getmiş və şöbəyə daxil olanda saat 09:20 olardı. Polis Şöbəsində onu 3-cü mərtəbəyə qaldırıb və dəhlizdə oturub gözləməyini bildirmişlər. Telefonunu əlindən aldıqları üçün o heç kəslə əlaqə saxlaya bilmirdi. Polis əməkdaşlarından tutulmağının səbəbini soruşduqda onlar bildiriblər ki, bizlik deyil, səni Nazirlikdən gətizdiriblər otur gözlə. Axşam saatlarına qədər onu dəhlizdə saxladıqdan sonra otağa keçirmişlər. Əməliyyatçılar ondan Gəncə Şəhər Məhkəməsində barəsində olan dələduzluq cinayət işi ilə bağlı məlumatlar soruşmuşlar və ona «sən gəl ərizə ver ki, həmin adama pul borclusan, ondan sonra narahat olma səni buraxacayıq» demişlər. O, isə onlara bildirmişdi ki, belə bir ərizə verməyəcək. Sonra onu otaqdan çıxarıb birinci mərtəbəyə müvvəqəti saxlama kamerasına yerləşdirmişlər. Bütün gecəni orda qalmış və səhərisi gün axşam saat 17:00 radələrində onu Gəncə Şəhər Məhkəməsinə apardılar. Bununla bağlı tərəflərindən məhkəməyə vəsatət verilərək həmin gün Polis Şöbəsində yerləşən kamera görüntülərinin alınması xahiş edilsə də məhkəmə heç bir səbəb göstərmədən vəsatəti təmin etməmişdir. Halbuki həmin görüntülər alınsaydı o zaman məlum olardı ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Polis şöbəsinə saat neçə də daxil olub. Eyni məqsədlə məhkəmədən həm Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həm də onu saxlayan şəxslərin istifadələrində olan telefonlarının anten dairəsinin müəyyən edilməsi xahiş olunsa da bu vəsatətdə təmin edilməmişdi. Odur ki, şikayətin təmin edilməsi xahiş edilir. PROSESSUAL MƏSƏLƏLƏR: Apellyasiya məhkəməsinin iclasında barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətin dəlillərini müdafiə edərək şikayətin məzmununa uyğun çıxış etdi və şikayətin təmin olunmasını xahiş etdi. Əlavə olaraq o, göstərdi ki, barəsində Gəncə Şəhər Məhkəməsində CM-nin 178-ci maddəsi ilə cinayət işi olmuş, hazırda həmin işlə bağlı # #### 20026-cı ildə məhkəmənin hökmü ilə ona bəraət verilmişdir. Onu şöbəyə aparılmasının səbəbi bu işlə bağlı məhkəməyə getməyinə mane olmaq və barəsində məhkəmənin qərarı ilə axtarış elan olunmaqla həbs edilməsi olmuşdur. Belə ki, # #### 2026-cı il tarixdə saat 10 radələrində Gəncə Şəhər Məhkəməsinə getməsi üçün evdən çıxmış, getdiyi yolda 2 nəfər mülki formada polis əməkdaşı ona yaxınlaşıb demişlər ki, şöbəyə getməliyik. Cavab olaraq onlara demişdir ki, saat 9.30-da məhkəməyə çağırıblar orada olmalıdır. Mülki geyimdə olan şəxslər onun sözlərinə əməl qoymayaraq demişlər ki, səni vaxtında məhkəməyə çatdıracağıq. Şöbədə ona «sən gəl ərizə ver ki, həmin adama pul borclusan, ondan sonra narahat olma səni buraxacayıq» demişlər. Buna görə bir sutka onu şöbədə saxlamışlar. Növbəti günü # #### 2026-cı ildə saat 17 radələrində şöbədən birbaşa Gəncə Şəhər Məhkəməsinə aparılmış və orada bilmişdir ki, barəsində guya polis əməkdaşlarına müqavimmət göstərdiyinə görə inzibati protokol tərtib olunmuşdur. Məhkəmədə 2 nəfər polis əməkdaşı yalan ifadə vermişlər ki, guya o, şöbəyə aparılarkən onlara müqavimət göstərmiş, küçədə səs-küy salmışdır. O, heç kimə müqavimət göstərməmiş, polislərin qanuni tələbini yerinə yetirmişdir.# #### 2026-cı ildə barəsində CM-nin 178-ci maddəsilə olan cinayət işinə bəraət verilmişdir. Şikayətinin təmin olunmasını xahiş edir. Apellyasiya məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilmiş inzibati xəta haqqında protokol tərtib etmiş orqan Gəncə şəhər 2-ci PŞ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. IXM-in 133.2.4-cü maddəsinə əsasən məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQI MƏSƏLƏLƏR: IXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə inzibati xətaya dair iş materiallarını və şikayətin dəlillərini araşdırıb, eləcə də barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin çıxışını dinləyib hesab edir ki, şikayət təmin edilməli, məhkəmənin qərarı ləğv edilməli və IXM-nin 53.1.2-ci maddəsinin tələblərinə müvafiq olaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan qərarından görünür ki, inzibati xəta haqqında ## #### 2026-cı il MN ******* nömrəli protokol, “Inzibati qaydada tutma haqqında” protokol, şahid qismində polis əməkdaşlarının izahatlarını, raportla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-in 510.1-ci və 535.1-ci maddələri ilə müəyyən edilmiş inzibati xəta hadisələrini törətməsi və həmin əməllərə görə təqsirli olmasını sübuta yetirilmiş hesab edib, barəsində IXM-nin 535.1-ci maddəsinin sanksiyası həddində 150 (yüz əlli) manat məbləğində inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair yekun nəticəyə gəlmişdir. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qeyd edilən inzibati xəta hadisəsini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən inzibati icraata başlamış səlahiyyətli orqan tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etməmiş, təqdim olunan sübutlar tədqiq edilməmiş, onlara hüquqi qiymət verilməmişdir. Işin hallarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində CM-nin 178.2.4-cü maddəsi ilə Gəncə Şəhər Məhkəməsində cinayət işi olub və məhkəmə prosesləri həmin tarixdə yekunlaşmamışdır. Belə ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs # #### 2026-cı il tarixdə saat 10 radələrində Gəncə Şəhər Məhkəməsinə getməsi üçün evdən çıxmış və 2 nəfər mülki geyimli polis əməkdaşı onu heç bir əsaslı səbəb olmadan saxlayıb polis şöbəsinə aparmışlar. Eyni zamanda həmin tarixdə polis əməkdaşları tərəfindən heç bir əsaslı səbəb olmadan onu polis şöbəsində saxlayaraq # #### 2026-cı il tarixdə saat 21:00-də tutularaq barəsində “Inzibati qaydada tutma haqqında” protokol tərtib olunmuş və ## #### 2026-cı il MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. # #### 2026-cı il tarixdə Gəncə şəhər 2-ci PŞ-də toplanmış materiallar baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmiş və həmin Məhkəmənin ##.##.2026-cı il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-nin 510.1-ci və 535.1-ci maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 150 (yüz əlli) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Eyni zamanda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində olan CMnin 178.2.4-cü maddəsi ilə cinayət işi üzrə o, özünü təqsirli bilməmiş və onun barəsində Gəncə Şəhər Məhkəməsinin # #### 2026-cı il tarixli hökmü ilə bəraət hökmü verilmişdir. Məhkəmə qeyd edir ki, işin faktiki hallarından görünür ki, birinci instansiya məhkəməsi yalnız polis əməkdaşlarının izahatlarına və inzibati orqanın tərtib etdiyi protokollara əsaslanaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qeyd edilən inzibati xəta hadisələri üzrə əsassız olaraq təqsirli bilmişdir. Halbuki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə küçədə ucadan nalayiq ifadələr işlətməsini, ictimai qaydanın mühafizəsi vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamasını təsdiq edən videogörüntü, səs yazıları, hadisəni görən şahidlərin izahatları və digər əsaslı mötəbər sübut IXM-nin 76-cı maddəsinin tələbinə müvafiq təqdim olunmamışdır. Apellyasiya məhkəməsi polis əməkdaşlarının Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs küçədə ucadan nalayiq ifadələr işləməsi, səs-küy salması və digər hüquqazidd hərəkətlər etməsi barədə izahatlarında göstərdikləri xüsusatları işin digər halları ilə təsdiq olunmadığı və işib obyektiv hallarına uyğun gəlmədiyi üçün məhkəmə onların izahatlarının bu hissəsini Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təqsirliyini təsdiq edən mötəbər sübut kimi qəbul etmir. Eyni zamanda birinci instansiya məhkəməsində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatında göstərmişdir ki,...O, qeyd edilən tarixdə və vaxtda məhkəmə prosesində iştirak edə bilmədiyindən ##.##.2026-cı il tarixə saat 17:00-a məhkəmə prosesi təxirə salınmışdır. Onu məhkəməyə gətirməmişdən öncə polis əməkdaşı onunla bir az söhbət etmiş və ona bildirmişdir ki, barəsində məhkəmədə baxılan cinayət işi üzrə özünü təqsirli bilərək, cinayət əməlinin törədilməsində əməlini etiraf etməli olduğunu, təqsirli olduğunu etiraf etdiyi təqdirdə cəzasının daha yüngül olacaqğını bildirmişdir. Cavab olaraq bildirmişdir ki, barəsində baxılan cinayət işi üzrə onun heç bir təqsiri yoxdur. O dəfələrlə hansı səbəbdən polis şöbəsinə gətirilməsini soruşmuşdur.Şöbədə Elşad adında bir polis əməkdaşı onun burada sifariş əsasında olduğunu demişdir... IXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə qeyd edilənləri yekunlaşdıraraq qeyd edir ki, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş polis əməkdaşlarının izahatları qərəzli və əsassızdır, ona görə də Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində IXM-nin 510.1-ci və 535.1-ci maddələrinin tərkib əlamətləri yoxdur. Yuxarıda qeyd olunan iş materialına əlavə edilmiş sənədlərdən göründüyü kimi protokolu tərtib edən şəxs qanunvericiliyin tələblərini düzgün qiymətləndirməmiş, tam və ətraflı araşdırma aparmadan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində protokol tərtib etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində IXM-in 510.1-ci və 535.1-ci maddələrinin tərkib əlamətləri yoxdur. IXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: Həmin Məcəllənin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıda sadalanan hallara qiymət verərək məhkəmə hesab edir ki, şikayət təmin olunmalı, məhkəmənin qərarı ləğv edilməli, ## #### 2026-cı il MN ******* nömrəli inzibati xəta haqqında protokol ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və IXM-in 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Şikayət təmin edilsin. Gəncə şəhər 2-ci PŞ-nin tərtib etdiyi ## #### 2026-cı il MN ******* nömrəli inzibati xəta haqqında protokol ləğv edilsin. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-****/**** saylı qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-7)-491/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-491/2026
04.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver