Məhkəmə qərarları › İş №3(3-7)-492/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-492/2026

23.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-492/2026 23.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakim Hüseynov Salman Bilal oğlunun sədrliyi, Abdullayev Samir Zahid oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Hüquq İdarəsinin nümayəndəsi X3 iştirakı ilə Qərardan şikayət verən orqan (şəxs) Qərarından şikayət verilən orqan ##.##.2026- cı il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətin təmin olunması barədə Kəlbəcər Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarından X8 Xidmətinin Hüquq İdarəsinin rəis müavini tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Kəlbəcər Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarı ilə şikayətin təmin edilməsi, Qərarından şikayət verilən orqan rəisi tərəfindən Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş ## ##### 2026-cı il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi, barəsində İXM-nin 199-cu maddəsi ilə olan inzibati xəta haqqında hazırki işin icraatına İXM-nin 53.2-ci maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə xitam verilməsi qərara alınmışdır. İŞİN HALLARI X7 Xidmətinin Şərqi Zəngəzur regional şöbəsinin rəisi Abdullayev Ruslan İsmayıl oğlu tərəfindən ## ##### 2026-cı il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) İnzibati Xətalar Məcəlləsinin 199-cu maddəsi ilə təqsirli bilinib 700 (yeddi yüz) manat məbləğdə inzibati qaydada cərimə edilmişdir. Qərardan şikayət verən orqan (şəxs) Kəlbəcər Rayon Məhkəməsinə yazılı şikayət verərək, X7 Xidmətinin Şərqi Zəngəzur regional şöbəsi tərəfindən tərtib edilən ## ##### 2026-cı il tarixli MN ******* nömrəli protokol əsasında qəbul edilmiş ## ##### 2026-cı il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd olunan məhkəmə qərarı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsinin həmin qərarından X8 Xidmətinin Hüquq İdarəsi apellyasiya şikayət verərək məhkəmənin qərarının ləğv edilməsini və Şərqi Zəngəzur regional şöbəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, bədbəxt hadisə ##.##.2025-ci il tarixdə, saat 17:40 radələrində Kəlbəcər şəhərinə köçlə bağlı yaşayış binalarında qaz təchizatının yoxlanılması, qaz sızıntı hallarının qarşısının alınması, istifadəyə yararlığının yoxlanılması zamanı yaşayış binasının 4cü mərtəbəsində yerləşən mənzilə baxış keçirilərkən Qarabağ RQİİ-nin Kəlbəcər rayonu üzrə qəzabərpa işlərinin çilingəri Şahid mənzilin eyvanında qazın verilməsini yoxlayarkən kibritdən istifadə etməsi ilə baş vermiş partlayış səbəbindən bədənin üst nayihəsinin müxtəlif hissələrindən yanıq xəsarəti alması nəticəsində baş vermişdir. Lakin işə baxan hakim DƏMX tərəfindən təqdim edilən X7 Xidmətinin Şərqi Zəngəzur regional şöbəsinə verilən izahatlara, Təhqigat Aktına və digər iş üçün mühüm əhəmiyyət kəsb edən məlumatlara hüquqi qiymət verməmişdir. Belə ki, həmin izahatlardan, təhqiqat Aktından və digər iş üçün mühüm əhəmiyyət kəsb edən məlumatlardan müəyyən olunur ki, SOCAR-ın "Azəriqaz" İB-in Qarabağ Regioņal Qaz İstismarı İdarəsinin rəisinin müavini Qərardan şikayət verən orqan (şəxs) birbaşa olaraq üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Bildirirlər ki, aparılan araşdırma zamanı Qərardan şikayət verən orqan (şəxs) nəzarətsizliyi nəticəsində Qarabağ RQİİ-nin Kəlbəcər xidmət sahəsinin qaz təsərrüfatında qəza-bərpa işlərinin çilingəri Şahid xəsarət almışdır. Belə ki, Qarabağ RQİİ-in Kəlbəcər xidmət sahəsinin qaz təsərrüfatında qəza-bərpa işlərinin çilingəri Şahid ##.##.2025-ci il tarixdə, saat 17:40 radələrində xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqat aktının 6-cı bəndindən, yəni "Əməyin mühafizə üzrə qanunvericlik aktlarının və qaydalarının pozulmasına yol vermiş şəxslər haqqında komissiyanın rəyindən görünür ki, Komissiya bədbəxt hadisənin baş verməsində təhqiqat aktının 4.4-cü bəndinə əsasən SOCAR-ın "Azəriqaz" İBnin X4 İstismarı İdarəsinin rəisinin müavini Qərardan şikayət verən orqan (şəxs) nəzarətsizliyə görə cavabdehliyini müəyyən etmişdir Diqqətə alınmalıdır ki, bədbəxt hadisənin təhqiqatı zamanı Qərardan şikayət verən orqan (şəxs) cavabdehliyi müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq, Şahid xəsarət alması Qərardan şikayət verən orqan (şəxs) üzərinə düşən öhdəliyin yerinə yetirilməməsini təsdiq edir. Beləliklə, Kəlbəcər rayon Məhkəməsi tərəfindən mötəbər sübutların qiymətləndirilməsi aparılmadan işin faktiki hallarına uyğun olmayan əsassız nəticəyə gəlinmişdir. PROSSESUAL MƏSƏLƏLƏR Apellyasiya instansiya məhkəməsinin iclasında iştirak edən inzibati tənbehetmə haqqında qərar qəbul edən orqanın nümayəndəsi şikayəti müdafiə etdi, şikayətdə göstərilən məzmunda çıxış etdi və şikayətin təmin edilməsini, qərarın əsassız olduğundan ləğv edilməsini xahiş etdi. Apellyasiya instansiya məhkəməsinin iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu ## ### 2009-cu il tarixli qərarında apellyasiya instansiyasının mahiyyəti ilə bağlı hüquqi mövqeyini ifadə edərək göstərmişdir ki, bu məhkəmə instansiyası tam hüquqlu məhkəmə kimi çıxış edərək işə təkrarən mahiyyəti üzrə baxmaq, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlamaq, onu dəyişdirmək və ya ləğv edərək əvəzinə yeni qərar qəbul etmək səlahiyyətinə malikdir. Qərarda daha sonra qeyd edilmişdir ki, qanuni qüvvəyə minməmiş birinci instansiya məhkəməsinin qərarına apellyasiya qaydasında yenidən baxılmasına məhkəmə səhvlərinin düzəldilməsinin vasitəsi kimi baxılmalıdır. Bununla qəsdən və ya yanlışlıq üzündən edilmiş pozuntuların nəticəsində yaranan məhkəmə səhvləri düzəldilmiş olur və bu səhvlərin ağır nəticələrinin qarşısı vaxtında alınır. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını nəzərdən keçirib hesab edir ki, məhkəmənin barəsində şikayət verilən hazırki qərarı ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İХM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İХM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati хətaların törədilməsində təqsirli hesab edilən və inzibati хəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəхs inzibati məsuliyyətə cəlb оlunur və tənbeh edilir. İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 199-cu maddəsində görə işəgötürən tərəfindən işçilərin iş yerlərində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti ilə təmin edilməməsinə və ya kollektiv müqavilələrdə nəzərdə tutulan tədbirlərin yerinə yetirilməməsinə görə yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: - X7 Xidmətinin Şərqi Zəngəzur regional şöbəsinin əmək müfəttişi X1 tərəfindən Qərardan şikayət verən orqan (şəxs) İnzibati Xətalar Məcəlləsinin 199-cu maddəsi ilə təqsirləndirilməsi ilə bağlı ## ##### 2026-cı il tarixli MN № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol əsasında X7 Xidmətinin Şərqi Zəngəzur regional şöbəsinin rəisi Abdullayev Ruslan İsmayıl oğlu tərəfindən ## ##### 2026-cı il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, həmin qərara əsasən: “Qərardan şikayət verən orqan (şəxs) tərəfindən sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti Kəlbəcər şəhərində 1-ci yaşayış məhəlləsinin yaşayış binasında yaradılmadığından ## ###### 2025-ci il tarixdə Kəlbəcər şəhərində 1-ci yaşayış məhəlləsinin yaşayış binasında baş vermiş yanğın hadisəsi zamanı Qarabağ RQİİ-nin çilingəri Şahid xəsarət aldığı müəyyən edilmiş, nəticədə Qərardan şikayət verən orqan (şəxs) tərəfindən İnzibati Xətalar Məcəlləsinin 199-cu maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir” - SOCAR-ın “Azəriqaz” İB-nin X4 İstismarı İdarəsinin Kəlbəcər xidmət sahəsinin qaz təsərrüfatında qəza-bərpa işlərinin çilingəri Şahid ## ###### 2025-ci il tarixdə saat 17:40 radələrində xəsarət alması ilə nəticələnmiş bəxdbəxt hadisəninTəhqiqat Aktından görünür ki, “Azəriqaz” istehsalat birliyinin X4 istismar idarəsinin rəis müavini Qərardan şikayət verən orqan (şəxs) arasında bağlanılmış əmək müqaviləsinin “3. Əmək funksiyası” bölməsinin 3.1 ci (işçi aşağıdakı əmək funksiyasının icrasını öhdəsinə götürür) bəndinin (“Qaz təsərrüfatında təhlükəsizlik texnikası qaydaları”nı rəhbər tutur, qəzaların və bədbəxt hadisələrin qarşısının alınmasında baş vermə səbəblərinin araşdırılmasında iştirak edir və təhlil nəticəsində onları yarada bilən səbələrinaradan qaldırılması üçün tədbirlər görür; Xidmətlərin işini və onların bir-biri ilə qarşılıqlı müasibətini təşkil edir. İşçilərin bilik və təcrübəsindən səmərəli istifadə edilməsini, onların əməyi üçün təhlükəsiz və əlverişli şərait yaradılmasını, ətraf mühitin qorunması üzrə təlimatların tələblərinə riayət olunmasını təmin edir; Əmək və istehsalat intizamının yüksək səviyyədə saxlanılmasına nəzarət edir; İstehsalat sanitariyası, yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasına nəzarət edir) tələblərinin pozulması bədbəxt hadisənin şəraitlərindən biridir (3-cü bəndin 23-cü abzası); Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti “Azəriqaz” istehsalat birliyinin X4 istismar idarəsinin rəis müavini Qərardan şikayət verən orqan (şəxs) arasında bağlanılmış əmək müqaviləsinin “3. Əmək funksiyası” bölməsinin 3.1-ci (işçi aşağıdakı əmək funksiyasının icrasını öhdəsinə götürür) bəndinin (“Qaz təsərrüfatında təhlükəsizlik texnikası qaydaları”nı rəhbər tutur, qəzaların və bədbəxt hadisələrin qarşısının alınmasında baş vermə səbəblərinin araşdırılmasında iştirak edir və təhlil nəticəsində onları yarada bilən səbələrinaradan qaldırılması üçün tədbirlər görür; Xidmətlərin işini və onların bir-biri ilə qarşılıqlı müasibətini təşkil edir. İşçilərin bilik və təcrübəsindən səmərəli istifadə edilməsini, onların əməyi üçün təhlükəsiz və əlverişli şərait yaradılmasını, ətraf mühitin qorunması üzrə təlimatların tələblərinə riayət olunmasını təmin edir; Əmək və istehsalat intizamının yüksək səviyyədə saxlanılmasına nəzarət edir; İstehsalat sanitariyası, yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasına nəzarət edir) tələblərinə riayət edilməməsi bədbəxt hadisənin səbələrindən biridir (4.4-cü bənd). Bəxdbəxt hadisənin baş verməsində təhqiqat aktının 4.4 cü bəndinə əsasən, X4 istismar idarəsinin rəis müavini Qərardan şikayət verən orqan (şəxs) nəzarətsizliyinə görə cavabdehliyi müəyyən edilmişdir (6.3-cü bənd). “Azəriqaz” İstehsalat Birliyinin (VÖEN **********) baş direktoru X2 ilə Qərardan şikayət verən orqan (şəxs) arasında bağlanmış əmək müqaviləsindən görünür ki, X4 İstismar İdarəsinin rəis müavini vəzifəsinə işə qəbul (təyin) edilmişdir. İşçi aşağıdakı əmək funksiyasının icrasını öhdəsinə götürür: “Qaz təsərrüfatında təhlükəsizlik texnikası qaydaları”nı rəhbər tutur, qəzaların və bədbəxt hadisələrin qarşısının alınmasında baş vermə səbəblərinin araşdırılmasında iştirak edir və təhlil nəticəsində onları yarada bilən səbəblərin aradan qaldırılması üçün tədbirlər görür; Xidmətlərin işini və onların bir-biri ilə qarşılıqlı müasibətini təşkil edir, onların istehsalın yüksək inkişafı və təkmilləşdirilməsi sahəsində məqsədəuyğun fəaliyyətləri istiqamətləndirir; İşçilərin bilik və təcrübəsindən səmərəli istifadə edilməsini, onların əməyi üçün təhlükəsiz və əlverişli şərait yaradılmasını, ətraf mühitin qorunması üzrə təlimatların tələblərinə riayət olunmasını təmin edir; Əmək və istehsalat intizamının yüksək səviyyədə saxlanılmasına nəzarət edir; İstehsalat sanitariyası, yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasına nəzarət edir və s. X4 İstismar İdarəsinin rəisi Azay Muxtarov tərəfindən Qərardan şikayət verən orqan (şəxs) ## #### 2026-cı il tarixli ərizəsinə əsasən Qərardan şikayət verən orqan (şəxs) göndərilmiş ## #### 2026cı il tarixli ** nömrəli məlumatdan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ## ###### 2025-ci il, ## ###### 2026-cı il və ## ###### 2025-ci il tarixlərində X4 İstismar İdarəsinin rəhbərliyinin şifahi tapşırığına əsasən Laçın, Kəlbəcər, Cəbrayıl və X4 İstismar İdarəsinin xidmət sahələrini əhatə edən digər ərazilərdə qazpaylayıcı stansiyaların görülən işlərə ümumi baxış keçirilməsi məqsədilə qeyd olunan ərazilərə göndərilmişdir; Həmin tarixlərdə icra etdiyi tapşırıq xidmət ərazilərində yerləşən qazpaylayıcı stansiyalarda görülən işlərin ümumi vəziyyətinin müşahidə olunması və mövcud vəziyyətlə tanışlıqdan ibarət olmuşdur. “Azəriqaz” İstehsalat Birliyinin Regional qaz istismarı idarələrinin idarə rəisinin müavininin (inzibati rayonlar üzrə) vəzifə təlimatından görünür ki, idarə rəisinin müavini aşağıdakı funksiyaları yerinə yetirir: “Qaz təsərrüfatında təhlükəsizlik texnikası qaydaları”nı rəhbər tutaraq, qəzaların və bədbəxt hadisələrin qarşısının alınmasında, başvermə səbəblərinin araşdırılmasında iştirak etmək və təhlili nəticəsində onları yarada bilən səbəblərin aradan qaldırılması üçün tədbirlər görür; Xidmət sahələrinin əlaqəli fəaliyyətini təşkil etmək, onlar arasında istehsalın yüksək inkişafı və təkmilləşdirilməsi sahəsində məqsədəuyğun fəaliyyətini istiqamətləndirmək; İşçilərin bilik və təcrübəsindən səmərəli istifadə edilməsini, onların əməyi üçün təhlükəsiz və əlverişli şərait yaradılmasını, ətraf mühitin qorunması üzrə təlimatların tələblərinə riayət olunmasını təmin etmək; Əmək və istehsalat intizamının yüksək səviyyədə saxlanılmasına nəzarət etmək; İstehsalat sanitariyası, yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasına nəzarət etmək və s. Məhkəmə hesab edir ki, baş vermiş inzibati xəta hadisəsi və Qərardan şikayət verən orqan (şəxs) nəzarətsizliyi nəticəsində Qarabağ RQİİ-in Kəlbəcər xidmət sahəsinin qaz təsərrüfatında qəza-bərpa işlərinin çilingəri Şahid xəsarət alması və tapşırıq xidmət ərazilərində yerləşən qazpaylayıcı stansiyalarda görülən işlərin ümumi vəziyyətinin müşahidə olunması və mövcud vəziyyətlə tanışlığın Qərardan şikayət verən orqan (şəxs) əmək funksiyalarına olması iş materialları ilə təsdiqini tapır. Göründüyü kimi, toplanmış sübutlarla Qərardan şikayət verən orqan (şəxs) İXM-in 253.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi sübut edilir. İXM-nin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. İXM-nin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulması birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Odur ki, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, yuxarıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, Kəlbəcər Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)- ***/**** nömrəli qərarı ləğv edilməli, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Şərqi Zəngəzur regional şöbəsinin ##.##.2026- cı il tarixli MN ******* nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA ALDI: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Hüquq İdarəsinin rəis müavini tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Kəlbəcər Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarı ləğv edilsin. Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin olunmasın. Qərardan şikayət verən orqan (şəxs) barəsində Qərarından şikayət verilən orqan ##.##.2026- cı il tarixli MN ******* nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar