Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-493/2026 04.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə Qərardan şikayət verən orqan (şəxs) tərəfindən ##.##.2026-cı il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətin təmin edilməsinə dair Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından X1 Xidmətinin Hüquq Idarəsi tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI : ## ### 2026-cı il tarixli, MN ******* nömrəli qərardan görünür ki, “xxxx” MMC Azərbaycan Respublikası IXM-nin 192.3-cü maddəsi ilə təqsirli bilinərək 1000 (bir min) manat məbləğində cərimə edilmişdir. Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı (hakim Mustafayev Rəşad) ilə Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət təmin edilmiş, barəsində Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX-nin ##.##.2026-cı il tarixli, MN ******* saylı Azərbaycan Respublikası IXM-nin 192.3-cü maddəsi ilə inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. IŞIN HALLARI: ##.##.2026-cı il tarixli məktubdan görünür ki, “xxxx” MMC-nin fəaliyyəti ## ##### 2022-ci il tarixdən ## ### 2047-ci il tarixədək dayandırılmışdır, hazırda fəaliyyəti dayandırılmış vəziyyətdədir. ##.##.2026-cı il tarixli məktubda göstərilmişdir ki, “xxxx” MMC tərəfindən ##.##.2022-ci il tarixdən ##.##.2026-cı il tarixədək olan dövr üzrə dövlət büdcəsinə muzdlu işlə əlaqədar MDSS haqqı üzrə ##.##.2022-ci il üzrə 1.51 manat, ##.##.2022-ci il üzrə 7.65 manat, ##.##.2022-ci il üzrə 14.49 manat və ##.##.2022-ci il üzrə 1.51 manat olmaqla cəmi 25.16 manat ödənişlər edilmişdir. Inzibati xəta haqqında materiala baxan Göygöl Rayon Məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada qərar qəbul edilmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI: Məhkəmənin qərarı ilə razılaşmayan DƏMX-nin Hüquq Idarəsinin nümayəndəsi şikayət verərək Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv olunmasını və .05.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılması xahiş olunmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, MMC-nin fəaliyyətinin dayandırılması işçiyə əmək haqqının verilməsinin dayandırılması üçün əsas deyildir, əmək müqaviləsi qüvvədə olduğu müddətdə, yəni qanunvericiliklə müəyyən edilmiş qaydada xitam verilmədiyi halda işçiyə əmək haqqı ödənilməlidir. Həmçinin bu əmək haqqının miqdarı dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az olmamalıdır. Məhkəmə qeyd olunan halları diqqətə yetirməmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq şikayətin təmin edilməsi xahiş edilir. PROSESSUAL MƏSƏLƏLƏR: Apellyasiya məhkəməsi iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) şikayətin dəlillərinə etiraz edərək şikayətin əsassız olduğunu və şikayətin təmin edilməməsini xahiş etdi. Əlavə olaraq o, göstərdi ki, 2022-ci ilin aprel ayından təsisçisi olduğu “xxxx” MMC-nin fəaliyyəti dayandırılmış və müəssisə işləməmişdir. Əmək Müfəttişliyi Xidməti MMC-nin fəaliyyətinin dayandırıldığı halda ona əsassız olaraq ##.##.2026-cı il tarixli elektron qərarla cərimə yazmışdır. Ondan başqa MMC-də işçi olmamışdır. O, özünə 300 manat əmək haqqı yazmış, həmin vaxtı minimum əmək haqqı o qədər olmuşdur. 2025-ci ilin yanvar ayının 1-dən isə minimum əmək haqqı 400 manat olmuşdur. 2022-ci ildən fəaliyyəti dayandırıldığı və MMC işləmədiyi halda özünə 400 manat maaş yaza bilməzdi. Müəssisənin dayandırılması barədə vergi orqanlarından sənədi Göygöl Rayon Məhkəməsinə təqdim etmişdir. Odur ki, apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir. Apellyasiya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış inzibati xəta haqqınd protokolu tərtib edən səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. IXM-nin 133.2.4-cü maddəsinə əsasən məhkəmə nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQI MƏSƏLƏLƏR: IXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə, şikayətin dəlillərini iş materialları ilə araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin olunmamalı və iş üzrə məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, iş materialına əlavə edilmiş sənədləri nəzərdən keçirərək qeyd edir ki, iş materialında olan sənədləri təkrar etməyə heç bir zərurət görmədən hesab edir ki, birinci instansiya məhkəməsi düzgün və qanuni nəticəyə gəlmişdir. Belə ki, işdə olan ##.##.2026-cı il tarixli məktubdan göründüyü kimi “xxxx” MMC-nin fəaliyyəti ## ##### 2022-ci il tarixdən ## ### 2047-ci il tarixədək dayandırılmışdır, hazırda fəaliyyəti dayandırılmış vəziyyətdədir. Eyni zamanda ##.##.2026-cı il tarixli məktubda göstərilir ki, “xxxx” MMC tərəfindən ##.##.2022-ci il tarixdən ##.##.2026-cı il tarixədək olan dövr üzrə dövlət büdcəsinə muzdlu işlə əlaqədar MDSS haqqı üzrə ##.##.2022-ci il üzrə 1.51 manat, ##.##.2022-ci il üzrə 7.65 manat, ##.##.2022-ci il üzrə 14.49 manat və ##.##.2022-ci il üzrə 1.51 manat olmaqla cəmi 25.16 manat ödənişlər edilmişdir. Belə olan halda ## ### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərar tərtib olunan zaman “xxxx” MMC fəaliyyətini ##.##.2022-ci il tarixdən dayandırdığından və hazıradək fəaliyyət göstərmədiyindən həmin şirkətin direktoru Qərardan şikayət verən orqan (şəxs)da heç bir əmək haqqı ödənilməmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, IXM-nin 8-ci maddəsinə görə şəxsin təqsirli olmasını sübuta yetirmək vəzifəsi hazırkı halda DƏMX-nin üzərinə qoyulsa da, həmin orqan tərəfindən apellyasiya şikayətində mübahisələndirilən dəlilləri ilə mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Apellyasiya məhkəməsi yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə nəticəyə gəlmişdir. Beləliklə, vuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və IXM-nin 133-136, 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Şikayət təmin olunmasın. Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-7)-493/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-493/2026
04.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver