Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-496/2026 24.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin hakimi Əzizov Sevindik Əziz oğlunun sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakları ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə Bərdə Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-***)-****/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İXM-nin 528.1-1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Protokolu tərtib edən orqan tərəfindən # #### 2026-cı il tarixdə inzibati xəta haqqında prоtоkоl tərtib оlunаrаq baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Bərdə Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-***)-****/**** saylı qərarı ilə (sədrlik edən L.Q.Hüseynquliyeva) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 528.1- 1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tənbehi tətbiq edilmiş, həbsetmənin əvvəli ## ### 2026-cı il tarixdən, saat 17:30-dan hesablanmışdır. Həmin qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti verərək Bərdə Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-***)-****/**** saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Bərdə rayon Məhkəməsinin *(*-***)- ****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı qəbul olunarkən iş üçün əhəmiyyəti olan hallar nəzərə alınmamışdır. Məhkəmə onun işsiz olmağını, daimi gəlir mənbəyinin olmamasını, ailə vəziyyətini və həyat yoldaşının ağır sağlamlıq vəziyyətini lazımi qaydada qiymətləndirməmişdir. Məhkəmə onun borcu ödəməkdən qəsdən yayınmağını deyil, obyektiv olaraq ödəmə imkanının olmamasını təsdiq edən halları araşdırmamışdır. Məhkəmə qərarı qəbul edilərkən onun təqdim etdiyi izahatlara və müdafiə tərəfinin dəlillərinə lazımi hüquqi qiymət verilməmişdir. Qərarda yalnız borcun ödənilməməsi faktına istinad edilmiş, lakin bunun obyektiv səbəbləri araşdırılmamışdır. Onun hazırda biznesini itirməyi və bütün bunlar baş verərkən yavaş-yavaş sağlamlığını itirməyi nəzərə alınmamışdır. Ona 15 günlük həbs tənbehi verilməsinin nə məhkəməyə, nə cavabdehə bir xeyri yoxdur. O hazırda iş axtarır, amma həyat yoldaşına baxdığı üçün uyğun iş tapmaqda çətinlik çəkir. Həm özü, həm də həyat yoldaşı xəstədir. Həyat yoldaşı ruhi xəstəlikdən əziyyət çəkir, onun daima qayğı və qulluğa ehtiyacı var. Onun həbs edilməsi ilə bağlı qərar onun vəziyyətini daha da ağırlaşdırmış, bu səbəbdən də o onu xeyli müalicə etdirməyə məcbur olub əlavə borca girməli olmuşdur. Həmçinin bu borc bir baxıma onun borcu da deyil, o da aldadılmışdır. Ondan götürdüyü pulu o faizlə qatbaqat geri ödəmişdir. Bərdə rayon Məhkəməsi qərar qəbul edərkən bütün bu halları nəzərə almamışdır. Onun işsiz və xəstə olmağını, hazırda o pulu ödəyəcək bir maddi imkanının olmadığını, ailədə gəlir yerinin sadəcə ruhi xəstə olan həyat yoldaşının pensiyası olmasını və o pensiyaya da icranın yönəlməsini nəzərə alınmamış və qərar qəbul edilmişdir. Bu qərar nəticəsində onun həyat yoldaşının vəziyyəti daha da pisləşmiş, onun müalicəsi üçün onlar əlavə borca da düşmüşdür. Bu qərar tamamilə haqsızlıqla qəbul edilmişdir”. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək Bərdə Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-***)-****/**** saylı qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, icra məmuru yalan danışaraq ödəniş edilmədiyini bildirmişdir, lakin yanvar ayından etibarən hər ay ondan 120 manat pul tutulur, haqsız yerə həbs edilmişəm. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsə və zərərçəkmiş şəxsə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Sədrlik edən işə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını apellyasiya şikayətinin dəlilləri və iş materialları ilə əlaqəli şəkildə araşdırıb işin müəyyən olunmuş hallarına qiymət verərək, həmçinin tərəfləri dinləyərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İХM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati хətaların törədilməsində təqsirli hesab edilən və inzibati хəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəхs inzibati məsuliyyətə cəlb оlunur və tənbeh edilir. İХM-nin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İХM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İХM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə görə, fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İXM-nin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair # ####### 2012-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, icra sənədini icra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Beləliklə, qərəzliliyin ümumi əlamətləri ondan ibarətdir ki, təqsirkara məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmənin qətnaməsini icra edilmir və s. Belə hallarda İXM-nin 528.1-ci maddəsində təsvir olunan qərəzlilikdən söhbət gedə bilər. İş materiallarında olan: Bərdə Rayon Məhkəməsinin *-(***)-****/****-*** saylı, ##.##.2025-ci il tarixli icra sənədindən görünür ki, cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 16000 manat məbləğində pul və ödənilmiş 138 manat dövlət rüsumu tutularaq iddiaçı X2 ödənilməlidir. ##.##.2025-ci il tarixli Qərar (icraata başlama haqqında) və Bildirişdən (tələbin könüllü icrası haqqında) görünür ki, Bərdə Rayon Məhkəməsinin *-(***)-****/****-*** saylı, ##.##.2025-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış və tələbin könüllü icrası üçün borcluya 10(on) gün müddət verilmişdir. ##.##.2026-cı il tarixli, №e******/****-**-** nömrəli xəbərdarlıqdan görünür ki, 2- (***)- ****/****-*** saylı, ##.##.2025-ci il tarixli icra sənədi üzrə tələbi qısa müddət ərzində ödənilmədiyi təqdirdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunacağı barədə məlumat verilmişdir. Protokolu tərtib edən orqan tərəfindən tərtib edilmiş ## ### 2026-cı il tarixli, MN №******* nömrəli protokoldan görünür ki, *-(***)-****/****-*** saylı, ##.##.2025-ci il tarixli icra sənədinə əsasən borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X2 16138 manat borcu vardır. Protokolu tərtib edən orqan tərəfindən tərtib edilmiş 0# #### 2026-cı il tarixli, MN №******* nömrəli protokoldan görünür ki, *-(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli icra sənədinə əsasən borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X2 15936 manat borcu vardır. Bərdə rayonu, Güloğlular kəndində ##.##.2025-ci il tarixdə tərtib olunmuş akta əsasən icra sənədi üzrə borclunun əmlakına baxış keçirilmiş və üzərinə həbs qoyula biləcək zəruri istifadədən kənar əmlak aşkar edilməmişdir. Apellyasiya məhkəməsi qeyd edir ki, inzibati xəta haqqında işin materialları ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hərəkətləri İXM-nin 528.1-1-ci maddəsinin təsiri altına düşdüyündən birinci instansiya məhkəməsi haqlı olaraq onu İXM-nin 528.1-1-ci maddəsi ilə inzibati tənbeh etmişdir. İnzibati tənbehlə bağlı məsələyə gəldikdə isə məhkəmə qeyd edir ki, İXM-nin 31.1 və 31.2-ci maddələrinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İşdən görünür ki, birinci instansiya məhkəməsi cərimə təyin edərkən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə almışdır. Belə olan halda, məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin həmin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur, məhkəmə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu səbəbdən şikayət təmin olunmamalı, barəsində şikayət verilən həmin qərar dəyişdirilmədən saxlanılmalıdır. İXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Qeyd olunanlara əsasən və İXM-nin 133-136-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə Bərdə Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-***)-****/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli 3(5-114)-1324/2026 qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.
Məhkəmə qərarları › İş №3(3-7)-496/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-496/2026
24.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver