Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-497/2026 14.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə Barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs), Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin nümayəndəsi X2 iştirakı ilə “xxxx” MMC-nin nümayəndəsi Qərardan şikayət verən orqan (şəxs) tərəfindən ##.##.2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından vermiş olduğu şikayətin təmin edilməməsinə dair Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı (hakim Hüseynquliyeva Lamiyə) qərarı ilə “xxxx” MMC-nin nümayəndəsi Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilməmiş, ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin ##.##.2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmışdır. IŞIN HALLARI: Işdə olan * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin ##.##.2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından və ##.##.2026-cı il tarixli 2114076 №li protokoldan görünür ki, “xxxx” MMC-nin nümayəndəsi Qərardan şikayət verən orqan (şəxs) IXM-in 266.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsində təqsirli bilinərək vəzifəli şəxs kimi 3.000 (üç min) manat məbləğində inzibati cərimə edilmişdir. Işdə olan fotoşəkillərdən görünür ki, əraziyə çoxsaylı tullantılar dağıdılaraq ətraf mühit çirkləndirilmişdir. Işdə olan Bərdə RPŞ-nin ITB-nin ##.##.2026-cı il tarixli raportuna əsasən ##.##.2026-cı il tarixdə saat 11:30 radələrində Bərdə rayonu, Güloğlular kəndi ərazisində yerləşən Təzə Bazarda * saylı Ekologiya və Təbii Sərvətlər Idarəsinin əməkdaşları və X5 X4 əməkdaşları ilə birgə keçirilən reyd zamanı Təzə Bazarda sənaye və məişət tullantılarının qalaqlanması və bir neçə yerdə yandırılması aşkar edilmişdir. Odur ki, göstərilənlərə əsasən “xxxx” MMC-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) barəsində tədbir görülməsi xahiş edilmişdir. Işdə olan «Elektron Məhkəmə Sistemi»ndən edilən çıxarışdan görünür ki, “xxxx” MMC-nin nümayəndəsi Qərardan şikayət verən orqan (şəxs) adına VÖEN var (4000017571) və sonuncu həmin VÖEN əsasında ticarət sahəsində xidmətlərin göstərilməsi ilə məşğul olur. Işdə olan Bərdə şəhər Kommunal Təsərrüfatı Idarəsinin rəisi X1 ilə “xxxx” MMC-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) arasında olan ##.##.2026-cı il tarixli müqaviləyə əsasən Bərdə “xxxx” MMC-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) öhdəsinə götürür ki, hər ay zibil tullantılarının daşınması üçün Kommunal Təsərrüfatı Idarəsinə 1200 manat vəsait ödəyəcək. Zibil tullantıları təyin olunmuş vaxta təyin olunmuş yerə qoyacaq. Müqavilə ##.##.2026-cı il tarixə kimi etibarlıdır. Işdə olan Bərdə şəhər Kommunal Təsərrüfatı Idarəsinin rəisi X1 ilə “xxxx” MMC-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) arasında olan ##.##.2026-cı il tarixli müqaviləyə əsasən “xxxx” MMCnin direktoru Qərardan şikayət verən orqan (şəxs) öhdəsinə götürür ki, hər ay zibil tullantılarının daşınması üçün Kommunal Təsərrüfatı Idarəsinə 1500 manat vəsait ödəyəcək. Zibil tullantıları təyin olunmuş vaxta təyin olunmuş yerə qoyacaq. Müqavilə ##.##.2027-ci il tarixə kimi etibarlıdır. Inzibati xəta haqqında materiala baxan Bərdə Rayon Məhkəməsi yuxarıda qeyd olunan qərarı qəbul etmişdir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI: Məhkəmənin qeyd edilən qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) şikayət verərək Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, rəhbərlik etdiyi “xxxx” MMC ilə Bərdə şəhər Kommnunal Təsərrüfatı Idarəsi arasında ##.##.2026-cı il tarixli müqavilə imzalanmışdır. Müqavilənin şərtlərinə əsasən Bazarın ərazisində formalaşan hər növ zibil tullantılarının müntəzəm olaraq daşınması öhdəliyini rayonun Kommunal Təsərrüfat Idarəsi öz üzərinə götürmüşdür. Bunun müqabilində tullantıların daşınması üçün tərəfindən aylıq 1500 manat xidmət haqqı ödənilir. Tullantıların daşınması üçün rəsmi dövlət qurumu ilə müqaviləsi olan və bunun üçün böyük məbləğdə ödəniş edən bir müəssisənin tullantıları ərazidə yandırılması əsassızdır. Əgər ərazidə hər hansı yandırma faktı baş veribsə, bu idarədən kənar olmuş və ya tullantıların daşınmasına məsul olan qurumun öz vəzifəsini icra etməməsi nəticəsində yaranmışdır. Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Idarəsi tərəfindən olan təklif olunan bütün təkliflərə uyğun olaraq tədbirlər görülmüşdür. Ancaq buna baxmayaraq yenə də inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Odur ki, şikayətin təmin edilməsi xahiş edilir. PROSESSUAL MƏSƏLƏLƏR: Apellyasiya məhkəmə baxışı iclasında iştirak edən barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) şikayətin dəlillərini müdafiə edərək şikayətin məzmununa uyğun çıxış etdi və şikayətin təmin edilməsini xahiş etdi. O, əlavə olaraq göstərdi ki, tullantıların daşınmasına cavadeh qurum müqavilə bağladığı rayonun Kommunal Təsərrüfat Idarəsidir, buna görə aylıq ödəniş edir. Tullantıları torpağın altına basdırmamışdır, tullantılan torpağın üzərində olmuşdur. Buna görə də özünü günahkar bilmir. Tullantıların həmin ərazidən vaxtlı-vaxtında daşınması rayonun Kommunal Təsərrüfat Idarəsinin vəzifəsidir. Buna görə o, məsuliyyət daşımır. Apellyasiya məhkəmə baxışı iclasında iştirak edən inzibati orqanın nümayəndəsi Sahil Mirzəliyev şikayətin dəlillərinə etiraz edərək şikayətin əsassız olduğunu və şikayətin təmin edilməməsini, ##.##.2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın və ##.##.2026-cı il tarixli 2114076 №li protokolun qüvvəsində saxlanılmasını xahiş etdi. HÜQUQI MƏSƏLƏLƏR: IXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə, şikayətin dəlillərini iş materialları ilə araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin olunmalı, məhkəmənin qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, iş materialına əlavə edilmiş sənədləri nəzərdən keçirərək qeyd edir ki, inzibati xəta hadisəsinin baş verməsi istisna olunmasa da belə, lakin inzibati xəta hadisəsini törədən subyektin aşkar olunması iqamətində səlahiyyətli orqan tərəfindən tam və hərtərəfli araşdırma aparılmamışdır. Belə ki, iş materialına əlavə edilmiş Bərdə şəhər Kommunal Təsərrüfatı Idarəsi ilə “xxxx” MMC-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) arasında olan ##.##.2026-cı il tarixli müqavilədən görünür ki, “xxxx” MMC-nin ərazisindən hər ay zibil tullantılarının daşınması üçün Kommunal Təsərrüfatı Idarəsinə 1200 manat vəsait ödəniləcəkdir. Müqavilə ##.##.2026-cı il tarixə kimi etibarlıdır. Eyni tərəflər arasında yenidən bağlanmış ##.##.2026-cı il tarixli müqaviləyə əsasən “xxxx” MMC-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) öhdəsinə götürür ki, hər ay zibil tullantılarının daşınması üçün Kommunal Təsərrüfatı Idarəsinə 1500 manat vəsait ödəyəcək. Zibil tullantıları təyin olunmuş vaxta təyin olunmuş yerə qoyacaq. Müqavilə ##.##.2027-ci il tarixə kimi etibarlıdır. Bununla da müəyyən olunur ki, Bərdə rayon, Güloğlular kəndi ərazisində Təzə Bazarda sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulması qaydalarına cavabdeh vəzifəli şəxs Qərardan şikayət verən orqan (şəxs) məsuliyyət daşıması istisna olunan haldır. Belə ki, tərəflər arasında bağlanmış müqavilə münasibətlərindən görünür ki, sözügedən ərazidə sənaye və məişət tullantılarının qalaqlanması qaydalarına riayət olunması qaydasına Bərdə şəhər Kommunal Təsərrüfatı Idarəsinin üzərinə düşür. Apellyasiya məhkəməsi qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən Bərdə şəhər Kommunal Təsərrüfatı Idarəsi ilə “xxxx” MMC-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) arasında olan ##.##.2026-cı il tarixli müqavilə münasibətlərini nəzərə almadan bu xüsusata düzgün hüquqi qiymət verməmişdir. Eyni zamanda, mənkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, ##.##.2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda göstərilən baş vermiş inzibati xəta hadisəsinin tövsifi IXM-nin 266.1-ci maddəsinin dispozitiv əlamətlərinə uyğun deyildir. Ona görə ki, məişət tullantılan tutumlardan kənar yerlərə atılmasına görə IXM-nin 266.3cü maddəsinin və ya tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi IXM-nin 271-ci maddəsinin dispozisiyalarının birbaşa təsir dairəsinə düşə bilər. Bununla bağlı məhkəmə qeyd edir ki, səlahiyyətli orqan tərəfindən törədilmiş inzibati xətanın obyektiv cəhəti və subyekti dəqiq müəyyən olunmaqla IXM-nin müvafiq maddəsilə inzibati xəta haqqında protokolun və qərarın tərtib olunması təmin olunmalı idi. Lakin hazırki iş üzrə səlahiyyətli orqan tərəfindən törədilmiş inzibati xətanın obyektiv cəhəti və subyekti dəqiq müəyyən olunmamışdır. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə tam araşdırma aparsa da belə, işdə toplanmış sübutlara düzgün hüquqi qiymət verməyərək düzgün nəticəyə gəlməmişdir. Yuxarıda göstərilənlərə əsasən, apellyasiya məhkəməsi qeyd edir ki, vəzifəli şəxs Qərardan şikayət verən orqan (şəxs) IXM-nin 266.1-ci maddəsi təqsirli bilinməsi sübut olunmur. Məhkəmə belə nəticəyə gəlir ki, səlahiyyətli orqan inzibati tənbeh vermə haqqında qərar tərtib edərkən inzibati xətanın subyektini və obyektiv cəhətini, yəni baş vermiş inzibati xəta hadisəsinin tövsif məsələsini düzgün müəyyən etməmiş, məhz Qərardan şikayət verən orqan (şəxs) əməlində vəzifəli şəxs qismində IXM-nin 266.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkib əlaməti mövcud deyildir. Beləliklə, yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. IXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul olunur. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və dəyişdirilməsi üçün əsasdır. Qeyd edilənlərə əsasən və IXM-nin 133-136, 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: “xxxx” MMC-nin nümayəndəsi barəsində inzibati tənbeh tətbiq edilmiş vəzifəli şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı ləğv edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin ##.##.2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. “xxxx” MMC-nin nümayəndəsi barəsində inzibati tənbeh tətbiq edilmiş vəzifəli şəxs Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası IXM-nin 266.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-7)-497/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-497/2026
14.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver