Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-498/2026 27.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsi Hakim Hüseynov Salman Bilal oğlunun sədrliyi, Abdullayev Samir Zahid oğlunun katibliyi, İmanov Əlizamin Hümbət oğlunun Bərdə rayon Polis şöbəsinin Dövlət Yol Polis bölməsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli TP ******* nömrəli qərarından verdiyi şikayətin təmin edilməməsi barədə Bərdə Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli 3(5-114)- ****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin Bərdə Rayon Yol Patrul Xidməti tərəfindən qəbul edilmiş ## ### 2026-cı il tarixli, TP******* saylı inzibati xəta haqqında qərara əsasən, İmanov Əlizamin Hümbət oğlu Azərbaycan Respublikasının İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə barəsində 100 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. İmanov Əlizamin Hümbət oğlu məhkəməyə ərizə ilə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin Bərdə rayon Yol Patrul Xidməti tərəfindən onun barəsində qəbul edilmiş ## ### 2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi, həmin qərarın əsasını təşkil edən inzibati xəta haqqında protokolun etibarsız hesab edilməsi və barəsində başlanmış inzibati xəta üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-****/**** nömrəli qərarı ilə İmanov Əlizamin Hümbət oğlunun Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin Bərdə Rayon Yol Patrul Xidməti tərəfindən qəbul edilmiş ## ### 2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verilən şikayətin təmin edilməməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin həmin qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs apellyasiya şikayəti verərək məhkəmənin qərarının ləğv edilməsini və inzibati xəta haqqında protokolun etibarsız hesab edilməsi və barəsində başlanmış inzibati xəta üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ## ### 2026-cı il tarixdə idarə etdiyi nəqliyyat vasitəsi ilə Bərdə rayonu, Lək kəndi istiqamətində hərəkətdə olmuşdur. Hərəkət zamanı onun arxasıyca bir neçə yük və digər nəqliyyat vasitələrindən ibarət uzun avtomobil karvanı hərəkət etmişdir. Həmin karvanın ən arxa hissəsində Dövlət Yol Polisi avtomobili görünürdü. O hərəkət etdiyi müddətdə heç bir yol polisi əməkdaşı tərəfindən saxlanılmamış, ona hər hansı qayda pozuntusu barədə məlumat verilməmiş və ya pozuntunun yerində rəsmiləşdirilməsi həyata keçirilməmişdir. Sonradan, artıq Lək kəndi ərazisindən xeyli uzaqda, Ağdam istiqamətində yerləşən yolun üzərində, pambıq zavodunun qarşısında Dövlət Yol Polisi əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşı ona guya Lək kəndi ərazisində ötmə qaydalarını pozduğunu bildirmişdir. Bundan əlavə, saxlanıldığı yer ilə guya inzibati xəta törədildiyi iddia edilən yer arasında əhəmiyyətli məsafə mövcud olmuşdur. Əgər həqiqətən də, yol hərəkəti qaydalarının pozulması baş vermiş olsaydı, polis əməkdaşları onu dərhal həmin ərazidə saxlamalı və pozuntunu yerində rəsmiləşdirməli idilər. Həmçinin ona hadisənin baş verməsini təsdiq edə biləcək hər hansı foto və ya video sübut təqdim edilməmişdir; · pozuntunun qeydə alınmasını təsdiq edən texniki vasitənin görüntüləri göstərilməmişdir; · hadisə yerində hər hansı şahid təqdim edilməmişdir; · ötmə əməliyyatının hansı konkret yol nişanı, nişanlanma xətti və ya yol şəraitinin tələblərinə zidd olduğu izah edilməmişdir; · inzibati xəta hadisəsinin obyektiv tərəfi sübut olunmamışdır. Bundan əlavə, həmin gün iş fəaliyyətimlə əlaqədar olaraq konkret ünvana getdiyi vaxt yol polisi əməkdaşları tərəfindən heç bir qanuni əsas olmadan, hadisə yerindən xeyli uzaqda saxlanılmağı vaxt itkisinə, planlaşdırdığı işlərin gecikməsinə və normal fəaliyyətinin pozulmasına səbəb olmuşdur. Apellyasiya məhkəməsinin yeri və vaxtı barədə qabaqcadаn məlumat verilmiş inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş səlahiyyətli orqanının nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən məhkəmə inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş səlahiyyətli orqanın nümayəndəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını iş materialları ilə əlaqəli şəkildə araşdırıb işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İХM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İХM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati хətaların törədilməsində təqsirli hesab edilən və inzibati хəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəхs inzibati məsuliyyətə cəlb оlunur və tənbeh edilir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76-ci maddəsinə əsasən isə иnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görəyüz manat məbləğində cərimə edilir. Apellyasiya şikayətində qeyd edilən əsaslar yalnız mülahizədən ibarətdir, heç bir sənədlə öz təsdiqini tapmır. Belə ki, iş materiallarında olan video-görüntüdən və foto-şəkillərdən müəyyən olunur ki, İmanov Əlizamin Hümbət oğlu ## ### 2026-cı il tarixdə idarə etdiyi LADA-21214 minik markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bərdə rayonu Lək kəndində ötmə əməliyyatı edərək, 3.20 “Ötmək qadağandır” nişanının tələblərini pozmuş, bununla da o, Azərbaycan Respublikasının İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Beləliklə, məhkəmə apellyasiya şikayətinin dəlili ilə bağlı bildirir ki, iş materiallarında olan video-görüntü və foto-şəkillərə əsasən onun tərəfindən müvafiq qayda pozuntusu edilməsi təsdiqini tapmışdır. Həmçinin şəxsin məsuliyyətə cəlb edilməsini istisna edən hallar da mövcud deyil. Belə olan halda məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin həmin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur, məhkəmə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu səbəbdən şikayət təmin olunmamalı, barəsində şikayət verilən həmin qərar dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 133-136-cы maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDI: Barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İmanov Əlizamin Hümbət oğlunun Bərdə Rayon Baş Polis İdarəsinin Yol Patrul Xidməti tərəfindən qəbul edilmiş ## ### 2026-cı il tarixli TP ******* nömrəli qərarından verdiyi şikayətin təmin edilməməsi barədə Bərdə Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.
Məhkəmə qərarları › İş №3(3-7)-498/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-498/2026
27.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver