Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 3(3-7)-499/2026 20.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakim Hüseynov Salman Bilal oğlunun sədrliyi, Abdullayev Samir Zahid oğlunun katibliyi ilə Qərardan şikayət verən orqan (şəxs) Kamil oğlunun Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.1 və 327.2-ci maddələri ilə təqsirli bilinməsinə dair Qərarından şikayət verilən orqan ##.##.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və işə yenidən baxılması üçün həmin orqana göndərilməsi barədə Gəncə Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarxli, *(*-***)-****/**** nömrəli qərarından inzibati tənbehetmə haqqında qərar qəbul edən vəzifəli şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDI: Qərarından şikayət verilən orqan ##.##.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən Qərardan şikayət verən orqan (şəxs) Kamil oğlu ##.##.2026-cı il tarixində saat 13:00-da Gəncə şəhəri, Atatürk prospektində “Mitsubishi Pajero” minik markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydaları, yol nişanlarının tələblərinə riayət edilməsi qaydasını pozmuş və bununla Inzibati Xətalar Məcəlləsinin 327.1 və 327.2ci maddələrində nəzərdə tutulmuş xətanı törətmişdir. Qərardan şikayət verən orqan (şəxs) Kamil oğlu birinci instansiya məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli (sədrlik edən Kəmalə Bayramova) qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) Kamil oğlunun Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.1 və 327.2-ci maddələri ilə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə olunmasına dair Qərarından şikayət verilən orqan ##.##.2026-cı il tarixli, TP ******* nömrəli “inzibati tənbeh vermə haqqında” qərarının ləğv edilməsi və qərarın surəti inzibati xəta haqqında işə yenidən baxılması üçün həmin orqana göndərilməsi qərara alınmışdır. Həmin qərardan inzibati tənbehetmə haqqında qərar qəbul edən vəzifəli şəxs, R X2 apellyasiya şikayəti verərək Gəncə Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarının ləğv edilərək ##.##.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası şikayəti iş materialları ilə əlaqəli surətdə araşdıraraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Materialdan görünür ki, Gəncə Şəhər Məhkəməsində inzibati xəta haqqında qərar ## #### 2026-cı i il tarixdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə çıxarılmışdır. Iş materiallarında olan xəbərnamədən (iş materialları 29.vərəq) görünür ki, qərarın surəti Qərarından şikayət verilən orqan poçt vasitəsilə ## #### 2026-cı il tarixdə rəsmi olaraq çatdırılmışdır. Bundan sonra, inzibati tənbehetmə haqqında qərar qəbul edən vəzifəli şəxs X2 tərəfindən ## #### 2026-cı il tarixdə şikayət tərtib edilmiş, ## #### 2026-cı il tarixdə isə Gəncə Şəhər Məhkəməsinə təqdim edilmişdir. Göründüyü kimi, inzibati tənbeh edilmiş şəxs tərəfindən şikayət, apellyasiya şikayəti vermə müddəti buraxılmaqla verilmiş, lakin buraxılmış müddətin bərpa edilməsinə dair birinci instansiya məhkəməsinə vəsatət verilməmişdir. Belə ki, IХM-in 130.1-ci maddəsinə əsasən qərarın surəti həmin Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci madəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Şikayəti araşdıraraq və təqdim оlunmuş inzibati materialı nəzərdən keçirib məhkəmə hesab edir ki, vəzifəli şəxs tərəfindən qərardan şikayət vеrmə müddəti burахıldığındаn şikаyət bахılmаmış sахlаnılmаlı, şikayətin Gəncə Apellyasiya Məhkəməsinin icraatına qəbul edilməsindən imtina edilməli, şikаyət vеrmiş şəхsə burахılmış prоsеssuаl müddətin bərpаsı ilə əlаqədаr Gəncə Şəhər Məhkəməsinə vəsаtət vеrmək hüququ izаh еdilməli, mаtеriаl birinci instаnsiyа məhkəməsinə qаytаrılmаlıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası IXM-nin 130 və 132-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA ALDI: Gəncə Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından inzibati tənbehetmə haqqında qərar qəbul edən vəzifəli şəxsin verdiyi apellyasiya şikayəti, şikayət vermə müddəti buraxılmaqla verildiyindən bахılmаmış sахlаnılsın və Gəncə Apellyasiya Məhkəməsinin icraatına qəbul edilməsin. Şikаyət vеrmiş şəхsə burахılmış prоsеssuаl müddətin bərpаsı ilə əlаqədаr birinci instansiya məhkəməsinə (Gəncə Şəhər Məhkəməsinə) vəsаtət vеrmək hüququ izаh еdilsin. Qərardan şikayət verən orqan (şəxs) Kamil oğlunun barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.1 və 327.2-ci maddələri ilə olan inzibati xəta haqqında iş üzrə material birinci instansiya məhkəməsinə qaytarılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir və ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-7)-499/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-7)-499/2026
20.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver