Məhkəmə qərarları › İş №3(3-7)-501/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-501/2026

18.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-501/2026 18.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin hakimi Əzizov Sevindik Əziz oğlunun sədrliyi, X6 iclas katibliyi, barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiəçisi – Gəncə Regional Vəkil Bürosunun vəkili İskəndərov Fuad İnqlab oğlunun iştirakları ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510.1 və 535.1-ci maddələri ilə təqsirli bilinməsinə dair Daşkəsən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin müdafiəçisi İskəndərov Fuad İnqlab oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Daşkəsən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarı ilə (sədrlik edən hakim K.H.Vəliyev) ##.##.1977-ci ildə Samux rayonu Qarayeri qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Samux rayonu Qarayeri qəsəbəsində Bələdiyyə sədrinin müavini vəzifəsində işləyən, Samux rayonu Qarayeri qəsəbəsində qeydiyyatda olan və yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 510.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən daha ciddi xəta hesab edilən 535.1-ci maddəsinin sanksiyası həddində tənbeh edilərək 30 (otuz) gün müddətində inzibati həbs edilmiş, inzibati həbsdə olmanın əvvəlinin inzibati qaydada tutulduğu ##.##.2026-cı il tarixdən saat 20:00-dan hesablanması, qərarın icrasının Daşkəsən Rayon Polis Şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin müdafiəçisi İskəndərov Fuad İnqlab oğlu apellyasiya şikayəti verərək Daşkəsən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Birinci instansiya məhkəməsi işin həqiqi hallarını tam araşdırmamış, subatlara düzgün qiymət verməmiş və bunun nəticəsində səhv qərar qəbul etmişdir. Belə ki, iddia olunur ki, guya Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs küçədə ucadan nalayiq ifadələr işlətmiş və ictimai qaydanın mühafizəsi vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Göründüyü kimi, polisin mülahizəsinə görə hadisə ictimai yerdə olmuşdur. Lakin hadisə ictimai yerdə olması qeyd edilsə də, həmin ərazidə olan bir nəfər olsun belə şəxs dindirilməmiş, izahatı alınmamışdır. İnzibati icraatı aparan şəxs isə yalnız işdə marağı olan polis əməkdaşlarının izahatlarını almış və bununla kifayətlənmişdir. Bundan başqa hesab edir ki, birinci instansiya məhkəməsi də heç bir araşdırma aparmamış, yalnız tərtib edilmiş yarımçıq sənədlər əsasında qərar qəbul etmişdir. Belə ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs istinad edilən əməl yuxarıdada qeyd edildiyi kimi, yalnız polis əməkdaşlarının ifadələrinə əsaslanmış, işdə olan digər sübutlara o cümlədən video görüntüyə düzgün qiymət verməmişdir. Halbuki video görüntüsündən də aydın şəkildə görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hər-hansı bir xuliqanlıq hərərkəti etmir, hec kəsə müqavimət göstərmir. Bundan başqa videogörüntüdən də görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hər hansı bir pozuntuya yol verməmişdir. O, nalayiq ifadə işlətməmiş və polislərə qarşı tabesizlik göstərməmişdir. Əflatun özü könüllü olaraq taksi ilə polis şöbəsinə gedibdir. Əgər vətəndaş söyüş söyübsə və polisə müqavimət göstəribsə niyə onu polis şöbəsinə polis avtomobili ilə aparmayıblar. Göründüyü kimi bu cürə ziddiyyətli məqamlar olsa da, məhkəmə bunların heç birini araşdırmamışdır. Bundan başqa hesab edir ki, məhkəmə X15 cəza təyin edərkən də qanunun tələblərini pozmuşdur. Məhkəmənin ilk dəfə istər inzibati məsiliyyətə cəlb edilən, əvvələr nə inzibati nə də ki, cinayət məsuliyyətinə cəlb edilməyən, 50 yaşı olmaqla, ailə başçısı olan, öhdəsində 3, onların biri yetkinlik yaşına catmayan övladı olan, eyni zamanda öhdəsində yataq xəstəsi olan anası olan, uzun müddət Bələdiyyədə rəhbər vəzifələrində işləyən, cəmiyyət arasında böyük hüfuza malik olan şəxsə təqsirli bilindiyi maddənin ən yuxarı həddində cəza təyin etməsini anlamaq mümkün deyil. Yuxarıda da qeyd etdiyi kimi, maddənin saksiyasında nəzərdə tutulan inzibati həbs növündə cəza o vaxt tətbiq edilə bilər ki, daha yüngül cəzanın tətbiqi mümkün olmasın. Lakin məhkəmə qəbul etdiyi qərarda bu qeyd edilən məsələləri, yəni Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şəxsiyyətinin, yoxsa işin hansısa hallının bu cəzanın verilməsi üçün əsas ola bilməsini əsaslandırmamışdır”. Məhkəmə iclasında barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiəçisi İskəndərov Fuad İnqlab oğlu apellyasiya şikayətini müdafiə edərək ona uyğun çıxış etdilər və Daşkəsən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarının əsassız olması səbəbindən ləğv edilməsini, iş üzrə icraata xitam verilməsini, bu mümkün olmadıqda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs yüngül cəza verilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs məhkəmə iclasında iştirak etməmişdir. Apellyasiya instansiya məhkəməsi işə inzibati xıta haqqında protokolu tərtib etmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını iş materialları ilə əlaqəli şəkildə araşdırıb işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İХM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati хətaların törədilməsində təqsirli hesab edilən və inzibati хəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəхs inzibati məsuliyyətə cəlb оlunur və tənbeh edilir. İХM-nin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İХM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İХM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-nin 510.1-ci maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İş materiallarında olan: ##.##.2026-cı il tarixli MN ******* saylı protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə polisinin qanuni tələblərinə qəsdən tabe olmamışdır. ##.##.2026-cı il tarixli MN ******* saylı protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə ictimai yerdə uca səslə nalayiq ifadələr işlətmiş, ictimai yerdə ictimai qaydaların pozulmasına səbəb olan hərəkətlərə yol vermişdir. “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Nüsrəddin oğlu İXM-nin 510.1 və 535.1-ci maddələri ilə təqsirli bilinib, ##.##.2026-cı il tarixdə saat 20:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəsi haqqında” ##.##.2026-cı il tarixli ****/**** nömrəli protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs alkaqol qəbulunun qalıq əlamətləri olmuşdur. İşə əlavə olunmuş CD diskdə olan audio və video yazıya məhkəmə iclasında baxış keçirilən zaman Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ictimai qaydalara uyğun olmayan və tabesizlik bildirən hərəkətlərə yol vermiş olması halları müşahidə olunur. Həmçinin audio və video yazıdan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əvvəlcə “səhv etmişəm” ifadəsini işlətmiş, sonra isə “yaxşı etmişəm” deyərək yol vermiş olduğu pozuntunu saymazyana şəkildə təsdiq etmişdir. Həmçinin birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X2 izahatında göstərmişdir ki, … ##.##.2026-cı il tarixdə işlədiyi yerə gedərkən yolda səs-küy eşitmişdir. Səs gələn tərəfə baxdıqda üç nəfər şəxsin polislərlə mübahisə etdiyini, polislərə söyüşlər etdiyini, onlara müqavimət göstərdiyini görmüşdür. Onlardan biri də Əflatun adlı şəxs olmuşdur. Sonra hadisə yerinə əlavə polislər gələrək həmin şəxsləri aparmışlar. Şahid qismində dindirilmiş polis əməkdaşı X12 izahatında göstərmişdir ki, … Vətəndaşa bu cür hərəkətlərə yol verməməli olduğunu izah etsələr də o, yaxşı etdiyini deyərək uca səslə onlara qarşı nalayiq ifadələr işlədərək onlarla kobud şəkildə rəftar etmişdir. Sonradan səs salan vətəndaşın Əflatun olduğunu bilmişlər. Sonradan adlarını bildiyi Vasif və Elçin adlı şəxlər də onlara qarşı eyni hərəkətləri etmişlər. Onların tələbi ilə Əflatun Daşkəsən rayon polis şöbəsinə özü gəlmişdir. Həmin vaxt pozuntu törədənlər sipirtli içkinin təsirində olmuşlar. Şahid qismində dindirilmiş digər şəxslər - X9, X3, X7, Mayılov Cavid İsa oğlu, X4 və Cəfərov İlkin Vidadi oğlu da X12 ilə eyni mzmunda izahatlar vermişlər. Beləliklə, iş materiallarında olan inzibati xəta haqqında protokollar, şahid izahatları, CD diskdə olan görüntülər ilə sübuta yetirilir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs spirtli içki qəbul etdikdən sonra ##.##.2026- cı il tarixdə Daşkəsən rayonu Xoşbulaq kəndi ərazisində, ictimai yerdə polis əməkdaşlarına qarşı ucadan nalayiq ifadələr işlədərək, yəni, cəmiyyətdə, insanlar arasında təşəkkül tapmış, həmçinin qanunvericiliklə müəyyən edilən davranış qaydalarına zidd hərəkətlər edərək ictimai qaydanı pozmuş, bununla da xırda xuliqanlıq hərəkətinə yol vermiş və nəticədə İXM-nin 510.1-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bundan başqa o, ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis işçilərinin qanuni tələblərinə qəsdən tabe olmamamışdır. Bununla da o, İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, şikayətin dəlilləri formal özünü müdafiə xarakteri daşımaqla iş materialları ilə öz təsdiqini tapmır. Beləliklə, apellyasiya məhkəməsi hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ictimai yerdə ictimai qaydaların pozulmasına səbəb olan hərəkətlərə yol verməsi və polisinin qanuni tələblərinə tabe olmaması iş materialları ilə tam təsdiq olunur və ona görə də onun hərəkəti İXM-nin 510.1 və 535.1-ci maddələrinin təsiri altına düşür. Apellyasiya instansiya məhkəməsi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs polis avtomobili ilə polis şöbəsinə aparılmaması və onun digər avtomobil ilə polis şöbəsinə gəlməsinə dair apellyasiya şikayətində qeyd olunanlara münasibətdə də birinci instansiya məhkəməsinin mövqeyini təsdiq edərək qeyd edir ki, bu hal Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məsuliyyətini aradan qaldırmır. Belə ki, o, xırda xuliqanlıq hərəkətlərinə yol verdikdən və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamaqla bağlı hərəkətlərini başa çatdırdıqdan sonra bunu etmişdir. Həmçinin onun Daşkəsən rayon polis şöbəsinə getməsinin səbəbi öz əməlini etiraf etmək və yaxud hadisə ilə əlaqəli məsələlərin araşdırılmasına imkan yaratmaqla bağlı deyil, onunla bir yerdə olmuş Vasif və Elçin adlı şəxlərin polis şöbəsinə aparılmasından irəli gələn narahatlığı olmuşdur. İnzibati tənbehlə bağlı məsələyə gəldikdə isə məhkəmə qeyd edir ki, İXM-nin 31.1 və 31.2-ci maddələrinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İşdən görünür ki, birinci instansiya məhkəməsi inzibati tənbeh təyin edərkən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şəxsiyyətini, xətanın xarakterini, onun məsuliyyətini yüngülləşdirən halların olmamasını və sərxoş halda olararaq inzibati xətanı törətməsi və səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsi onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alıb 30 (otuz) gün müddətə təyin edilməsini məqsədə müvafiq bilmişdir. Belə olan halda da, məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin həmin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur, məhkəmə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 21-ci maddəsinində nəzərədə tutulan məqsədlərə uyğun həddə tənbeh təyin etmişdir. Bu səbəbdən şikayət təmin olunmamalı, barəsində şikayət verilən həmin qərar dəyişdirilmədən saxlanılmalıdır. İXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Qeyd olunanlara əsasən və İXM-nin 133-136-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Daşkəsən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Daşkəsən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı inzibati xəta haqqında iş üzrə qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar