Məhkəmə qərarları › İş №3(3-7)-502/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-502/2026

11.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-502/2026 11.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində IXM-nin 264.0.3-cü maddəsi ilə başlanmış iş üzrə icraata xitam verilməsinə dair Kəlbəcər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından barəsində Suların Istifadəsinə və X3 Xidmətinin * saylı Şərqi Zəngəzur regional bölməsinin nümayəndəsi tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI : IŞIN HALLARI: Iş materialında olan sənədlər: ## ### 2026-cı il tarixli “Monitorinq aktı”ndan görünür ki, keçirilən nəzarət tədbirləri zamanı Kəlbəcər rayonu ərazisində- Kəlbəcər-Murov yolunun sol hissəsində Lev çayının su mühafizə zonasında (təxminən 10 metrədək) ictimai iaşə obyektini yerləşdiyi müəyyən olunmuş, sorğu zamanı həmin ərazidə (40°12'14,170"N; 46°11'41,257"E) olan və özünü həmin ictimai iaşə obyektinin fəaliyyətinə nəzarət edən kimi təqdim edən Şahid adlı şəxs sözügedən iaşə obyektinin öz anası Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs adına olduğunu və həmin iaşə obyektinə aid yüngül kostruksiyalı tikililərin Lev çayının su mühafizə zonasında tikilməsi ilə bağlı hər hansı rəsmi icazə sənədini təqdim etməyərək aktın tərtib edilməsində iştirak etməkdən və yazılı izahat verməkdən imtina etmişdir. Tərəflərindən sözügedən şəxsə çayın su mühafizə zonasında fəaliyyət göstərilməsi üçün müvafiq qurumdan rəsmi icazə alınması və icazəsiz yerləşmənin qanunazidd olduğu izah edilmişdir. ## #### 2026-cı il tarixli aktın surətindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## #### 2026-cı il tarixli ******* nömrəli inzibati xəta haqqında protokolu imzalamaqdan imtina etmişdir. ## ### 2026-cı il tarixli aktın surətindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ### 2026-cı il tarixli ****** nömrəli aktı imzalamaqdan imtina etmişdir. ## #### 2026-cı il tarixli məktubdan görünür ki, Kəlbəcər rayonu ərazisində, Kəlbəcər-Murov avtomobil yolunun sol hissəsində, Lev çayının su mühafizə zonasında (40°12'14,170"N; 45°11'41,257"E koordinatlarında) ictimai iaşə obyektinin hər hansı bir vergi ödəyicisinin adına qeydiyyatı müəyyən edilməmişdir. ## #### 2025-ci il tarixli **** nömrəli “Dövlət əmlakının (qeyri yaşayış sahəsinin) icarəyə verilməsi haqqında” icarə müqaviləsinin surətindən görünür ki, bu müqaviləyə görə “Icarəyəverən” Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ## #### 2025-ci il tarixli *** nömrəli Sərəncamına əsasən, ünvan 1 601-00439256-000) ünvanında birmərtəbəli tikilidə yerləşən, ümumi sahəsi 92,7 (doxsan iki tam onda yeddi) kvadratmetr təşkil edən, “xxxx” publik hüquqi şəxsin balansında olan qeyri-yaşayış binası xidmət məqsədlə “Icarəçi”nin (Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs) müddətli istifadəsinə verilmişdir; bir aylıq icarə haqqı 93 (doxsan üç) manatdır; icarə müqaviləsinin müddəti ## #### 2025-ci il tarixdən ## #### 2026-cı il tarixinədək müəyyən edilir. Binəqədi (rayon) şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən verilmiş ****** nömrəli vəsiqənin surətindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şəhid ailəsinin üzvüdür. Inzibati xəta haqqında materiala baxan Kəlbəcər Rayon Məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada qərar qəbul edilmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI: Məhkəmənin qərarından Suların Istifadəsinə və X3 Xidmətinin * saylı Şərqi Zəngəzur regional bölməsinin nümayəndəsi apellyasiya şikayəti verərək Kəlbəcər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-nin 264.0.3-cü maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, monitorinq tədbirləri zamanı Kəlbəcər rayonu ərazisində, Kəlbəcər–Murov avtomobil yolunun sol hissəsində, Lev çayının sağ sahilində yerləşən ictimai iaşə obyektinin su mühafizə zonasında yerləşdiyi müəyyən edilmiş, aparılmış vizual baxış zamanı həmin tikililərin çaydan təxminən 10 metr məsafədə yerləşdiyi qeydə alınmışdır. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2000-ci il tarixli ** nömrəli Qərarının 8-ci bəndinə əsasən həmin çay üzrə minimum su mühafizə zonasının eni 50 metr təşkil edir. Bununla yanaşı, inzibati araşdırma zamanı həmin tikililərin su mühafizə zonasında yerləşdirilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş hər hansı razılaşdırma və icazə və ya digər hüquq müəyyənedici sənəd təqdim edilməmişdir. Əksinə, iş materiallarında olan sənədlərdən görünür ki, monitorinq zamanı həmin obyektin fəaliyyətinə nəzarət edən şəxs tərəfindən belə sənədlərin mövcud olmadığı bildirilmiş, sonradan aparılmış inzibati araşdırma zamanı da belə sənədlərin təqdim edilməsi təmin edilməmişdir. Eyni zamanda, iş materiallarında olan sübutlar obyektin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs istifadəsində olmasını da təsdiq edir. Belə ki, məhkəmə iclasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs özü 2021-ci ildən həmin ərazidə quruculuq işlərinin aparıldığını, 2025-ci ildə işlərin başa çatdırıldığını və həmin il dövlət əmlakının icarəyə götürüldüyünü etiraf etmişdir. Bundan əlavə, iş materiallarında olan ## #### 2025-ci il tarixli dövlət əmlakının icarəyə verilməsi haqqında müqavilə ilə də sözügedən qeyri-yaşayış sahəsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs istifadəsinə verildiyi təsdiq olunur. Odur ki, şikayətin təmin edilməsi xahiş edilir. PROSESSUAL MƏSƏLƏLƏR: Apellyasiya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. IXM-nin 133.2.4-cü maddəsinə əsasən məhkəmə tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQI MƏSƏLƏLƏR: IXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Şikayətin dəlillərini işin materialları ilə əlaqəli şəkildə tədqiq edərək məhkəmə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmalı, iş üzrə məhkəmənin qərarı ləğv edilməli və yeni qərar qəbul olunmalı, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-nin 264.0.3-cü maddəsi ilə təqsirli bilinib barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Belə ki, keçirilən monitorinq nəzarət tədbirləri zamanı müəyyən olunmuşdur ki, Kəlbəcər rayonu ərazisində- Kəlbəcər-Murov yolunun sol hissəsində Lev çayının su mühafizə zonasında (təxminən 10 metrədək) ictimai iaşə obyektini yerləşdiyi müəyyən olunmuş və həmin iaşə obyektinə aid yüngül kostruksiyalı tikililərin Lev çayının su mühafizə zonasında tikilməsi ilə bağlı hər hansı rəsmi icazə sənədinin təqdim edilməsi təmin edilməmiş, əksini sübut edə biləcək mötəbər sübut təqdim olunmamışdır. Eyni zamanda “Dövlət əmlakının (qeyri yaşayış sahəsinin) icarəyə verilməsi haqqında” ## #### 2025-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, Kəlbəcər-Murov yolunun sol hissəsində Lev çayının su mühafizə zonasında yerləşən ictimai iaşə obyektinin sahibi kimi fiziki şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müddətli istifadəsinə verilmiş, icarə müqaviləsinin müddəti ## #### 2025-ci il tarixdən ## #### 2026-cı il tarixinədək müəyyən edilmişdir. Həmçinin, ## #### 2026-cı il tarixli Aktdan görünür ki, Kəlbəcər rayonu ərazisində- Kəlbəcər-Murov yolunun sol hissəsində, Lev çayının sağ su mühafizə zonasında ictimai iaşə obyektinin yerləşdiyi (40°12'14,170"N; 46°11'41,257"E) yerdə aparılmış vizual baxış zamanı qeyd olunan tikililərin Lev çayının sağ sahilindən 10 (on) metrədək məsafədə su mühafizə zonasında yerləşdiyi müəyyən edilmiş, həmin faktı təsdiq edən fotoşəkillər iş materialına əlavə olunmuşdur. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2000-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş normalara əsasən, çayın su mühafizə zonası minimum 50 (əlli) metr qəbul olunduğundan, sözügedən ictimai iaşə obyektinə aid yüngül konstruksiyalı tikililərin su mühafizə zonasının müəyyən edilmiş minimum məsafə tələblərinə uyğun yerləşmədiyi aşkar edilmişdir. Apellyasiya məhkəməsi qeyd edir ki, inzibati xəta hadisəsi aşkar olunan zaman sözügedən ictimai iaşə obyektinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs aid olması istisna olunmur, bunun əksini sübut edə biləcək mötəbər dəlil təqdim olunmamış, eyni zamanda iş materialına əlavə olunmuş fotoşəkillərdən vizual olaraq açıq-aşkar görünür ki, həqiqətən də Kəlbəcər rayonu ərazisində-Kəlbəcər-Murov yolunun sol hissəsində qeyd olunan tikililərin Lev çayının sağ sahilindən 50 (əlli) metr məsafədən az olması müəyyən olunur. Belə olan halda təqdim edilmiş sənədləri şübhə altına alan mötəbər sübutlar təqdim olunmamış, həmçinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən izahatında qeyd etdiyi dəlillər inzibati məsuliyyətdən yayınmaq məqsədi ilə özünü müdafiə xarakteri daşıyır. Ona görə də IXM-nin 264.0.3-cü maddəsinin (su mühafizəsi zonaları və sahil mühafizə zolaqları ilə bağlı Azərbaycan Respublikasının Su Məcəlləsində müəyyən edilmiş tələblərə riayət edilməməsinə) dispoziyasından göründüyü kimi fiziki şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən qeyd edilən inzibati xəta hadisəsi törədilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə məhkəmə iclasında araşdırılan mötəbər sübutlarla su mühafizəsi zonaları və sahil mühafizə zolaqları ilə bağlı Azərbaycan Respublikasının Su Məcəlləsində müəyyən edilmiş tələblərə riayət edilməməsi öz təsdiqini tapmışdır. Göründüyü kimi toplanmış sübutlarla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-nin 264.0.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməsi təsdiq olunur. IXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə iş materialına əlavə edilmiş sənədləri və izahatları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə tam araşdırma aparılmaması qanunvericiliyin tələbləri ilə uzlaşmayan məhkəmə aktının qəbul edilməsi ilə nəticələnmişdir. Yuxarıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmalı, Kəlbəcər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı qərarı ləğv edilməli və iş üzrə yeni qərar çıxarılmalı, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-nin 264.0.3-cü maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulan 600 (altı yüz) manat məbləğində inzibati tənbeh növündə cərimə tətbiq edilməli, qərarın icrası Kəlbəcər Rayon Icra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Şərh edilənlərə və IXM-nin 133-136 və 138-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDI: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların Istifadəsinə və X3 Xidmətinin * saylı Şərqi Zəngəzur regional bölməsinin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Kəlbəcər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ləğv edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbacan Respublikası IXM-nin 264.0.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 600 (altı yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Kəlbəcər Rayon Icra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar