Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-503/2026 21.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakim Hüseynov Salman Bilal oğlunun sədrliyi, Abdullayev Samir Zahid oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakları ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair Gəncə Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Gəncə Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli (sədrlik edən Məhəmməd Həsənli) qərarı ilə ##.##.1994-cü il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və ona nəqliyyat vasitəsini idarə etmək hüququ 01(bir) il müddətinə məhdudlaşdırılmaqla 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsi, həbsetmənin əvvəlinin ## #### 2026-cı il tarixdən hesablanması qərara alınmışdır. İŞİN HALLARI Gəncə Şəhər Baş Polis İdarəsinin DYPŞ-nin R X1 tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 332.2, 511.1.2 və 511.1.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. İş üzrə Gəncə Şəhər Məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada qərar qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ İş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs apellyasiya şikayəti verərək işinə yenidən baxılaraq cəzadan azad edilməsini xahiş etmişdir. PROSES İŞTIRAKÇILARININ ÇIXIŞLARI Apellyasiya məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs şikayətini müdafiə etdi və bildirdi ki, avtoxuliqanlıq etmək niyyəti olmamışdır, svetoforun qadağanedici qırmızı işığında keçməklə və avtomobili yolun əks istiqamətdə idarə etməklə səhvə yol vermişdir və əməlindən peşmandır. Apellyasiya məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş şəxs şikayətə etiraz edərək bildirdi ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində avtoxuliqanlıq inzibati xəta tərkibi mövcuddur, apellyasiya şikayətinin dəlilləri tam əsassız olmaqla təmin edilməməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 137.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest üzrə qəbul edilmiş qərardan fiziki şəxs, yetkinlik yaşına çatmayanın qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən verilən şikayətə, habelə prokurorun protestinə məhkəmələrdə bu Məcəllədə müəyyən edilmiş qaydada və müddətdə baxılır. Məhkəmə tərəfləri dinləyib, inzibati xəta üzrə işin materiallarını və şikayətin dəlillərini tədqiq edərək hesab edir ki, şikayət təmin edilməli, iş üzrə Gəncə Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən verilmiş şikayətə əsasən dəyişdirilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 511.1.3-cü maddəsi ilə olan əməli həmin məcəllənin 327.2-ci və 327.4-cü maddələrinə tövsif edilməlidir. Aşağıda qeyd olunanlara görə şikayətin dəlillərini əsaslı hesab edir. Belə ki, iş materiallarında olan DVD diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs idarə etdiyi “Vaz 21144" minik markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobillə ## #### 2026-cı il tarixində, saat 01:15 radələrində bir neçə istiqamətdə svetoforun qadağanedici işarəsi verilərkən hərəkəti davam etdirmiş, “giriş qadağandır” yol nişanının tələblərinə riayət etməmiş, həmçinin birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməklə və nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməklə inzibati xəta hadisəsi törətmişdir. Bununla əlaqədar, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 332.2, 511.1.2 və 511.1.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə protokol tərtib edilərək İXMin 511.1.3-ci maddəsinə münasibətdə baxılması üçün məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası İXM-in 511.1.3-cü maddəsinə əsasən avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan - mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə – nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-nin 327.2-ci maddəsinə görə svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- yüz manat məbləğində cərimə edilir. İXM-nin 327.4-cü maddəsinə görə birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə yüz əlli manat məbləğində cərimə edilir. Məhkəmə inzibati işin materiallarını və yuxarıda qeyd olunan sübutları araşdırıb belə nəticəyə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları ilə sübut olunmur. Belə ki, videogörüntülərə baxdıqda məlum olur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hərəkətlərində İXM-in 511.1.3-cü maddəsini dispozisiyasında nəzərdə tutulan əməllər, yəni nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması müəyyən olunmamışdır. Həmin görüntülərə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs idarə etdiyi avtomobillə bir neçə istiqamətdə svetoforun qadağanedici işarəsi verilərkən hərəkəti davam etdirməsi, “giriş qadağandır” yol nişanının tələblərinə riayət etməməsi, həmçinin birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə və nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməsi, yəni müvafiq olaraq İXM-in 327.2 və 327.4-cü maddələrində nəzərdə tutulan inzibati xəta hadisəsi törətməsi sübut olunur. Odur ki, Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 327.2-ci və 327.4-cü maddələri ilə təqsirli bilinib cərimə edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərarlardan biri qəbul edilir. Həmin Məcəllənin 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənlərə əsasən hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən verilmiş şikayət qismən təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin ## #### 2026-cı il *(*-***)-****/**** nömrəli qərarı dəyişdirilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə olan əməli həmin məcəllənin 327.2-ci və 327.4-cü maddələrinə tövsif edilməli və həmin maddədə nəzərdə tutulmuş cərimə tənbehi təyin edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA ALDI: Apellyasiya şikayəti təmin olunsun. Gəncə Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli 3(5-121)- ****/**** nömrəli qərarı apellyasiya şikayətinə əsasən dəyişdirilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-ci maddəsindən həmin məcəllənin 327.2-ci və 327.4-cü maddələrinə tövsif edilsin və həmin maddə ilə barəsində 150 (yüz əlli) manat cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həbsdə olduğu 5 (beş) gün müddət ona təyin edilmiş 150 (yüz əlli) manat məbləğində cərimə tənbeh tədbiri ilə tam olaraq əvəzlənməklə barəsində təyin edilmiş cərimə inzibati tənbeh tədbiri icra olunmuş hesab edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs dərhal həbsdən azad edilsin və qərarın icrası onun dərhal həbsdən azad edilməsi hissəsində Gəncə şəhər Baş Polis İdarəsinə həvalə olunsun. Gəncə Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli 3(5-121)- ****/**** nömrəli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir. .
Məhkəmə qərarları › İş №3(3-7)-503/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-503/2026
21.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver