Məhkəmə qərarları › İş №3(3-7)-504/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-504/2026

31.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-504/2026 31.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə Barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş ##.##.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə dair Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti əsasında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: ##.##.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan məlum olur ki, Qərardan şikayət verən orqan (şəxs) ilə X8, X2, X9, X1 arasında minimum əmək haqqından aşağı məbləğə əməkhaqqının mövcud olduğundan və bununla Azərbaycan Respublikası Əmək Məcəlləsinin 192.3-cü maddəsinin tələbi pozulduğunun Qərardan şikayət verən orqan (şəxs) barəsində IXM-nin 192.3cü maddəsinə əsasən 1000 manat məbləğində inzibati cərimənin tətbiq edilməsi qərara alınmışdır. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı (hakim Həsənli Məhəmməd) ilə şikayət təmin edilməmiş, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmışdır. IŞIN HALLARI : Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixdə Gəncə şəhəri üzrə Icra Idarəsində verdiyi izahatında qeyd etmişdir ki, icra sənədindən bu gün məlumatı olmuşdur, bununla bağlı məhkəməyə şikayət verəcək, icra sənədi üzrə bugünədək heç bir ödəniş etməmişdir. Məhkəmənin qərarına uyğun olaraq hərəkət edəcək, adına rəsmiləşdirmiş avtomobil var, adına rəsmiləşdirilmiş daşınmaz əmlak, aidiyyəti təşkilatlarda qiymətli kağızlar və ya əmanəti yoxdur. “Tələbin könüllü icrası haqqında” ##.##.2026-cı il tarixli bildirişdən görünür ki, icra sənədi üzrə tələbin 10 gün müddətində könüllü icra edilməsi barədə bildiriş borclu tərəfindən imza edilməklə qəbul edilmişdir. Dövlət Vergi Xidməti ** saylı Ərazi Vergilər Baş Idarəsinin ## #### 2026-cı il tarixli məktubdan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) (VÖEN: **********) fəaliyyətinin ##.##.2013-cü il tarixdən ##.##.2014-cü il tarixədək dayandırılması, ##.##.2014-cü il tarixdən bərpa olunması, ##.##.2015-ci il tarixdən ##.##.2015-ci il tarixədək dayandırılması, ##.##.2015-ci il tarixdən “OVN” ilə aktivləşməsi, ##.##.2015-ci tarixdən ##.##.2018-ci il tarixədək dayandırılması, ##.##.2018-ci il tarixdən “OVN” ilə aktivləşməsi, ##.##.2018-ci il tarixdə dayandırılması, ##.##.2018-ci il tarixdən vaxtı çatdığı üçün bərpa olunması, ##.##.2023-cü il tarixdən vaxtı çatdığı üçün bərpa olunması və ##.##.2023-cü il tarixdən dayandırılması barədə məlumat müəyyən edilmişdir. - Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X10 Vüqar Faiq oğlu ilə bağlanmış əmək müqaviləsi əsasında ##.##.2015-ci il tarixdə Ərzaq mağazasında satıcı kimi işə başlamış, əmək müqaviləsi müddətsiz bağlanmışdır. Onun əmək haqqı 150 manat olmuş, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı çıxarışdan göründüyü kimi əmək müqaviləsinə ##.##.2025-ci ildə AR ƏM-in 68.2-ci maddəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasında xitam verilmişdir. -Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X1 Vüqar Faiq oğlu ilə bağlanmış əmək müqaviləsi əsasında ##.##.2015-ci il tarixdə Ərzaq mağazasında satıcı kimi işə başlamış, əmək müqaviləsi müddətsiz bağlanmışdır. Onun əmək haqqı 150 manat olmuş, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı çıxarışdan göründüyü kimi əmək müqaviləsinə ##.##.2025-ci ildə AR ƏM-in 68.2-ci maddəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasında xitam verilmişdir. -Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X2 Vüqar Faiq oğlu ilə bağlanmış əmək müqaviləsi əsasında ##.##.2015-ci il tarixdə Ərzaq mağazasında kassir kimi işə başlamış, əmək müqaviləsi müddətsiz bağlanmışdır. Onun əmək haqqı 150 manat olmuş, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı çıxarışdan göründüyü kimi əmək müqaviləsinə ##.##.2025-ci ildə AR ƏM-in 68.2-ci maddəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasında xitam verilmişdir. -Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X9 Vüqar Faiq oğlu ilə bağlanmış əmək müqaviləsi əsasında ##.##.2015-ci il tarixdə Ərzaq mağazasında kassir kimi işə başlamış, əmək müqaviləsi müddətsiz bağlanmışdır. Onun əmək haqqı 150 manat olmuş, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı çıxarışdan göründüyü kimi əmək müqaviləsinə ##.##.2025-ci ildə AR ƏM-in 68.2-ci maddəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasında xitam verilmişdir. Inzibati xəta haqqında materiala baxan Gəncə Şəhər Məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada qərar qəbul edilmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI: Məhkəmənin qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən şikayət verilərək Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraatın xitam verilməsi xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, IXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 1 il keçəndən verilə bilər. Göründüyü kimi o, mağazanı 2015-ci ildə bağlamış və işçilərlə müqavilənin həmin vaxtı 150 manatdan bağlamışdır. Mağaza bağlanandan 10 ildən artıq keçəndən sonra o, 1000 manat cərimə edilmişdir. Onun "VÖEN" 2015-ci ildə dayandırılıb və həmin vaxtı işçilərin işdən çıxarmamışsa bunun məsuliyyəti onun deyildir. VÖEN-ni dayandıran Dövlət Vergi Xidməti işçilərində işdən çıxarılmasını təmin etməli idi. Əgər işçinin adı işdə gedirsə nə üçün onun adına sığorta fonduna pul ödənilmirdi. Pul ödənilmirsə deməli bu andan Dövlət Vergi Xidməti buna müdaxilə edib bunun qarşısını almalı idi. Odur ki, şikayətin təmin edilməsi xahiş edilir. PROSESSUAL MƏSƏLƏLƏR: Apellyasiya məhkəməsinin iclasında işirak edən barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) şikayətin dəlillərini müdafiə edərək şikayətin məzmununa uyğun çıxış etdi və şikayətinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq o, göstərdi ki, 2014-cü ildə “Premium“ marketini açmış və topdan satışla məşğul olmuşlar.Həmin vaxt elektron müqavilə olmadığına görə adlarını xatırlamadığı işçiləri əmək kitabçası ilə işə götürmüşdür. Həmin obyekt 2 (iki) il işləmiş, ondan sonra oranı 1 (bir) il icarəyə vermiş, sonradan həmin obyekti satmış, obyekt ona məxsus olmuşdur. Həmin vaxt 150 manat işçilərə əmək haqqı verirmiş. 2016-cı ildən həmin obyekt fəaliyyətini dayandırmış, hətta obyektin kassasına kimi bağlanmışdır. Işlədiyi müddətdə dövlətə olan vergi borcunu ödəmişdir. Qərardan şikayət verən orqan (şəxs) verilən suallara cavab olaraq göstərdi ki, 1000 manat cərimə olunması ilə bağlı barəsində Bakı şəhərində tərtib olunmuş ##.##.2025-ci il tarixli elektron qərardan xəbəri yoxdur. Elektron qərarda adları göstərilən işçilərin hazırda harada olduqlarını və hansı ünvanda yaşadıqlarını bilmir. 10 ildən artıqdır ki, onları görmür. 2025-ci ilin oktyabr ayında əmək müfəttişliyinə çağırılmış, orada ona «get ASAN imza üçün nömrə al» demişlər. Nömrə almış və həmin nömrə ilə onun adından qərarda adları qeyd olunan şəxslərin əmək müqaviləsinə xitam vermişlər. 2026-cı ilin iyun ayında onu Gəncənin icra məmuru Anar Ibrahimov onu çağırıb 1000 manat cərimə olunduğunu demişdir. Fəaliyyətin dayandırılması barədə vergidən aldığı sənədi Gəncə Şəhər Məhkəməsinə təqdim etmişdir. Elektron qərardan və protokoldan protokoldan xəbəri olan kimi ##.##.2026-cı il tarixdə məhkəmyə şikayətlə müraciət etmişdir. Hazırda cəriməni ödəməmişdir. O, özünü təqsirli bilmir. Işə götürdüyü həmin şəxslərin imzalarını da tanımır. O, 150 manat pul ilə işçi işlətməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış barəsində inzibati protokolu tərtib edən səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə IXM-nin 133.2.4-cü maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQI MƏSƏLƏLƏR: IXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya məhkəməsi iş materiallarını nəzərdən keçirib və tərəflərin izahatlarına nəzərə alıb hesab edir ki, iş üzrə obyektiv qərar qəbul etmək məqsədi ilə apellyasiya şikayət qismən təmin edilməli, məhkəmənin qərarı ləğv edilməli və inzibati xəta üzrə yenidən araşdırma aparılması üçün materiallar həmin məhkəməyə göndərilməlidir. Işə əlavə olunmuş sənədlərdən və izahatlardan göründüyü kimi inzibati xəta hadisəsinin baş verməsinin sübuta yetirilməsi istiqamətində lazımi araşdırma və zəruri xüsusatlar müəyyən edilməmiş, ona görə də inzibati xəta hadisənin baş verməsi mötəbər sübutlarla öz təsdiqini hazırki vəziyyətdə tapmamış, ona görə də məhkəmə aşağıda göstərilən araşdırılmalı olan halları qeyd etməyi zəruri hesab edir: Belə ki, ##.##.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarda inzibati xətanın törədildiyi tarix ##.##.2025-ci il tarixi qeyd olunmasına baxmayaraq, iş materialına əlavə edilmiş DVX-nin ** saylı Ərazi Vergilər Baş Idarəsinin ## #### 2026-cı il tarixli məktubundan göründüyü kimi Qərardan şikayət verən orqan (şəxs) (VÖEN: **********) fəaliyyətinin ##.##.2023-cü il tarixdən dayandırılması barədə məlumat müəyyən edilmiş, lakin həmin xüsusata məhkəmə tərəfindən münasibət bildirilməmişdir. Bundan başqa, ##.##.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda adları qeyd olunan şəxslərin X8, X2, X9 və X1 nə inzibati orqan tərəfindən, nə də birinci instansiya məhkəməsi tərəfindən şahid qismində çağırılıb izahatları alınmamış, həmin şəxslərin 2014-cü ildən ##.##.2023-cü ilədək harada işələmələri və hansı məbləğdə əmək haqqı almaları, habelə əmək müqavilələrinə ##.##.2025-ci ildə hansı əsasla xitam verilməsi araşdırılmamış, bununla da sübutların araşdırılması və qiymətləndirilməsi prinsipləri pozulmuşdur. Eyni zamanda iş materialından görünür ki, ##.##.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın Qərardan şikayət verən orqan (şəxs) göndərilməsini təsdiq edən hər hansı rəsmi sənəd, sübutedici materiallar, qərarın bilavasitə qəbul edilməsi və yaxud poçt vasitəsi ilə göndərildiyi halda poçt reyestri və ya xəbərnaməsi iş materialında mövcud deyil, eləcə də inzibati orqan tərəfindən təqdim olunmamışdır. Belə olan halda məhkəmə qeyd edir ki, hazırki halda səlahiyyətli orqan tərəfindən inzibati xəta haqqında protokol (qərar) qanunvericilikdə nəzərdə tutulmuş qaydada tərtib edilməmiş, inzibati xəta haqqında protokolun (qərarın) barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin iştirakı olmadan tərtib edilməsi onun müdafiə hüququnun pozulmasına səbəb olmuşdur. Belə ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2025-ci il tarixli qərardan ##.##.2026cı il tarixdə birinci intansiya məhkəməsinə şikayət vermiş, məhkəmə isə IXM-nin 130.1-ci maddəsinin tələbinə əsasən qanunla müəyyən olunmuş şikayət vermə müddətini ötürübötürməməsi xüsusatını araşdırmamışdır. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə qeyd edir ki, yeni məhkəmə araşdırması zamanı ##.##.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarda adları qeyd olunan şəxslərin şahid qismində məhkəmə iclasına çağırılıb dindirilmələri, ##.##.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar tərtib olunan zaman Qərardan şikayət verən orqan (şəxs) müəssisəsinin işlək olub-olmamasına dair zərurət yaranarsa aidiyyəti orqana sorğu verilməsi, Qərardan şikayət verən orqan (şəxs) elektron qərarı rəsmi qaydada nə zaman alması və ya ona təqdim olunması, həmin qərardan qanunla müəyyən olunmuş şikayət vermə müddətini ötürüb-ötürməməsini xüsusatlarını aydınlaşdırdıqdan sonra şəxsin əməlinə obyektiv hüquqi qiymət verilə bilər. IXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılması üçün hakimə göndərilməsi haqqında qərar qəbul edilir. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, məhkəmənin qərarı ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməli, işə yenidən baxılarkən qərarın təsviri-əsaslandırıcı hissəsində qeyd edilən halların araşdırılması üçün zəruri tədbirlər görülməlidir. Qeyd edilənlərə əsasən və IXM-in 133-136, 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı ləğv edilsin. Iş yenidən araşdırılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar