Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-506/2026 30.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakim Hüseynov Salman Bilal oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abdullayev Samir Zahid oğlunun katibliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi Nümayəndə və barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakları ilə, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ##.##.2026-cı il tarixli MN ******* nömrəli qərarından verdiyi şikayətin təmin olunmaması barədə Gəncə Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Gəncə Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-****/**** nömrəli qərarı ilə şikayət təmin edilməmiş, Qərardan şikayət verən orqan (şəxs) İnzibati Xətalar Məcəlləsinin 253.2 ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X1 tərəfindən qəbul edilmiş ##.##.2026- cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İŞİN HALLARI: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, Qərardan şikayət verən orqan (şəxs) İXM-in 253.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə (Meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin – 05 ədəd aylant, 01 ədəd əncir ağaclarının və 01 ədəd nar kolunun qanunsuz kəsilməsinə görə) 2000 (iki min) manat miqdarında inzibati cərimə edilmişdir. Qərardan şikayət verən orqan (şəxs) İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 2000 (iki min) manat inzibati cərimə olunması barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında protokola baxan Gəncə Şəhər Məhkəməsi yuxarıda qeyd olunan qərarı qəbul etmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: Birinci instansiya məhkəməsinin həmin qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs apellyasiya şikayət verərək məhkəmənin qərarının ləğv edilməsini və verdiyi şikayətin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarı qərəzli və əsassızdır. Belə ki, bu qərar qəbul edilərkən məhkəmə onun məhkəməyə təqdim etdiyi sübutları qəbul etməmiş, şikayətini təmin etməmişdir. Mülki qaydada mübahisə yaşadığı Sahib Məmmədov adlı şəxs onun barəsində əsassız şikayət ünvanlamışdır. Kəsilən mübahisəli ağaclar küçədə deyil, onun həyətində olmuş, ona məxsus həyətdə bitmişdir. Sadəcə olaraq yaşadığı mənzili qonşusu X2 mənimsəmək üçün o, həyətində təmizlik işləri apararkən, ** saylı Ekologiya İdarəsinin əməkdaşı ilə münasibəti olduğu üçün ona cərimə yazılmışdır. Ona məxsus həyətdə öz başına bitən həmin kol-kos ağacların kəsilməsinin müəyyən edilməsi üçün yerli baxış keçirilməsi zəruri və daha məqsədə uyğundur. TƏRƏFLƏRİN İZAHATLARI: Apellyasiya instansiya məhkəməsində iştirak edən barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs şikayəti müdafiə edərək, şikayətdə göstərilən dəlillərə uyğun çıxış etdi, şikayətin təmin edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Apellyasiya instansiya məhkəməsində iştirak edən inzibati tənbehetmə haqqında qərar qəbul edən orqanın nümayəndəsi şikayətə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası İXM-in 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə, şikayətin dəlillərini işin materiallarına əsasən araşdırıb, barəsində inzibati icraat aparılan şəxsin müdafiəçisi və inzibati tənbehetmə haqqında qərar qəbul edən orqanın nümayəndəsini dinləyib hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin olunmamalı, iş üzrə birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin qərarından görünür ki, məhkəmə toplanmış sübutlarla inzibati xətanın törədilməsinin tam sübuta yetirilməsi və törədilmiş əməlin Azərbaycan Respublikası İXM-in 253.2-ci maddəsi ilə düzgün tövsif olunması qənaətinə gəlmişdir. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi qənaət əsaslıdır. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati ğətaların törədilməsində təqsirli hesab edilən və inzibati ğəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəğs inzibati məsuliyyətə cəlb jlunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasə isə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Məhkəmə tərtib olunmuş inzibati xəta haqqında protokolla və protokola əlavə edilmiş sənədlərlə tanış olub, sübutları qiymətləndirərkən hesab edir ki, Qərardan şikayət verən orqan (şəxs) İXM-in 253.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam təsdiq olunur. Belə ki, “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 13.4-cü maddəsinə əsasən yaşıllıqların götürülməsi müvafiq icra hakimiyyəti orqanının rəyi nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı əsasında həyata keçirilir. Rəyin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Yaşıllığın götürülməsi haqqında qərar müraciətin daxil olmasından sonrakı on təqvim günü ərzində qəbul edilir. Yaşıllığın götürülməsi barədə müraciət bu Qanunun 13.1.5-ci və 13.1.6-cı maddələrində nəzərdə tutulan hallarda daxil olduqda isə qərar üç təqvim günü ərzində qəbul olunur. Qərarda yaşıllığın kimin hesabına götürülməsi, götürülən yaşıllığın bərpa dəyərinin məbləği və ödənilməsi, bərpa olunma müddəti və qaydası əks olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun CM-nin 259-cu maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşılıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-9-cu maddələri baxımından şərh edilməsinə dair ## ###### 2022-ci il tarixli qərarının 1-ci və 2-ci bndlərində göstərilmişdir ki, kənd təsərrüfatı məqsədi ilə vətəndaşlara verilmiş pay torpaqlarında məhz kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar CM-nin 259-cu maddəsinin "Qeyd" hissəsinin 1-ci bəndinin təsiri altına düşür və həmin torpaqlarda yalnız kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşılıqların (əkinlərin) kəsilməsi (götürülməsi) cinayət məsuliyyəti üçün əsas hesab edilə bilməz. Fiziki və hüquqi şəxslərin xüsusi mülkiyyətində olan sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaq sahələrindəki, habelə yaşayış məntəqələrinin torpaqlarındakı yaşıllıqların (xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar və kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə olunan bitkilərdən ibarət olan yaşıllıqlar istisna olmaqla) götürülməsi müvafiq normativ hüquqi aktlara uyğun olaraq səlahiyyətli dövlət orqanlarının (bələdiyyələrin) qərarı ilə həyata keçirilə bilər. Həmçinin yuxarıda qeyd olunan qaydalardan görünür ki, torpağın mülkiyyət növündən olmasından aslı olmayaraq həmin ağacların kəsilməsi (götürülməsi) müvafiq normativ hüquqi aktlara uyğun olaraq səlahiyyətli dövlət orqanlarının (bələdiyyələrin) qərarı ilə yerinə yetirilir. Lakin iş materiallarından görünür ki, qeyd edilən qərar olmamışdır. Məhkəmə qeyd edir ki, Qərardan şikayət verən orqan (şəxs) şikayətdə qeyd etdiyi məlumatlar İXM-in 253.2-ci maddəsinin məzmununa uyğun olmadığından ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş qərar qanuni və əsaslı olmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) İXM-in 253.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə (Meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin – 05 ədəd aylant, 01 ədəd əncir ağaclarının və 01 ədəd nar kolunun qanunsuz kəsilməsinə görə) 2000 (iki min) manat miqdarında inzibati cərimə edilmişdir. - ##.##.2026-cı il tarixli hesabatdan görünür ki, 05 ədəd aylant, 01 ədəd əncir ağaclarının və 01 ədəd nar kolunun qanunsuz kəsilərək məhv edilməsi nəticəsində təbiətə 2160 (iki min yüz altmış) manat məbləğində ziyan vurulmuşdur. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan və ##.##.2026-cı il tarixli yaşayış sahəsinin kirayəsi müqaviləsindən görünür ki, kirayə müqaviləsi əsasında ünvan 1 ünvanında yerləşən evin 24 kv.m yaşayış sahəsindən ibarət olan 01 otağı ##.##.2025-ci il tarixindən etibarən müddətsiz olaraq Qərardan şikayət verən orqan (şəxs) sahibliyinə və istifadəsinə verilmişdir. Qərardan şikayət verən orqan (şəxs) əməli ona istinad edilmiş maddənin dispozisiyasındakı əlamətlərlə üst-üstə düşdüyündən birinci instansiya məhkəməsi onun İXM-in 253.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün nəticəyə gəlmişdir. Bu zaman kifayət qədər sübutlar toplanmışdır. Tətbiq edilmiş inzibati tənbehə münasibətdə isə apellyasiya instansiya məhkəməsi qeyd etməyi zəruri hesab edir ki, Qərardan şikayət verən orqan (şəxs) barəsində inzibati tənbehin həddi müəyyən edilərkən inzibati xəta hadisəsinin törədilmə üsulu, inzibati xəta törətmiş şəxsin şəxsiyyəti və işin digər hallarını nəzərə alınaraq onun barəsində sanksiyada nəzərdə tutulan həddə cərimə tənbeh növü tətbiq edilməsi məqsədəmüvafiq hesab edilərək onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa vəzifəli şəxslər tərəfindən yeni inzibati xəta törətməsinin qarşısını almaq kimi həmin Məcəllənin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərinə nail olmağa xidmət edən tənbeh təyin edilmişdir. Məhkəmə hesab edir ki, Qərardan şikayət verən orqan (şəxs) barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün heç bir hüquqi və faktiki əsaslar mövcud deyil. Beləliklə, məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən qanunvericiliyin tələbləri pozulmamışdır. Birinci instansiya məhkəməsi törədilən inzibati xətanın törədilmə şəraitini, inzibati xətanın necə törədildiyini, inzibati xəta tərkibinin yaranması üçün əsasları araşdırmışdır. Bu da qanunun tələblərinin düzgün tətbiq və təfsir edilməsidir. İXM-in 31-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, iş materiallarının tədqiqi nəticəsində hesab edir ki, Qərardan şikayət verən orqan (şəxs) təyin edilmiş tənbeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21 və 31-ci maddəsinə uyğundur. Beləliklə, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəldiyindən, məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Qərardan şikayət verən orqan (şəxs) İXM-in 253.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair qərardan verilmiş şikayətə baxılması barədə Gəncə Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Şikayət təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-****/**** nömrəli nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və (və ya) protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-7)-506/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-506/2026
30.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver