Məhkəmə qərarları › İş №3(3-7)-507/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-507/2026

31.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

AzərbaycanǝRespublikasıǝadından Qərar Gəncəǝşəhəri İşǝ№ǝ3(3-7)-507/2026 31.07.2026 GƏNCƏǝAPELLYASIYAǝǝMƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi,ǝƏsgərovǝYadigarǝƏsgərǝoğlunun katibliyi, Barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılanǝşəxsǝiştirakıǝilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-nin 327.1-ci və 333.1-ci maddələri ilə təqsirli bilinməsinə dair Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəməǝiclasındaǝbaxaraq,ǝməhkəmə MÜƏYYƏN ETDI: Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı (hakim Məmmədov Elçin) ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXMnin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində cərimə edilməsi, onun IXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti GəncəǝşəhəriǝBaşǝPolisǝIdarəsininǝX1ǝŞöbəsinəǝgöndərilməsiǝqəraraǝalınmışdır. IŞIN HALLARI: ##.##.2026-cı il tarixli (saat 09:08-də) alkotesterin nəticəsində görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs alkotester vasitəsi ilə yoxlanılarkən alkoqolun miqdarı 0.301‰ olmuşdur. ##.##.2026-cı il tarixli (saat 11:41-də) alkotesterin nəticəsində görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs alkotester vasitəsi ilə yoxlanılarkən alkoqolun miqdarı 0.00‰ olmuşdur. ##.##.2026-cı il tarixli, ****/**** nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktının surətindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ayıq olması müəyyən edilmişdir. ##.##.2026-cı il tarixli IXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-in 327.1 və 333.1-ci maddələri ilə barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Gəncə şəhər Narkoloji Dispanserinin məktubundan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il saat 11:41-də dediyinə görə Gəncə DYPŞ-nin təhqiqatçısı A.Kərimli müayinə üçün göndərib. Vətəndaş həkim Şahid Hüseyin qızı tətəfindən müayinədən keçirilmiş və onda alkoqol sərxoşluğu aşkar edilməmişdir. DYPŞ-nin müayinəsi ilə onların apardıqları müayinə arasında 2 saat 40 dəqiqəyə yaxın vaxt keçdiyi üçün hər hansı alkoqol sərxoşluğu əlamətlərinin aşkar edilməməsi məqsədəuyğundur. EMIS vasitəsi ilə edilmiş elektron sorğudan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs himayəsində ##.##.2013-cü il təvəllüdlü Mələk və ##.##.2014-cüǝilǝtəvəllüdlüǝŞahalıǝadlıǝikiǝuşağıǝvar. Sözügedən hadisənin video görüntüsünə baxış zamanı məlum olur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs polis əməkdaşlarına axşam dostları ilə birlikdə alkoqol qəbul etməsini etiraf edir. Inzibati xəta haqqında materiala baxan Gəncə Şəhər Məhkəməsi yuxarıda qeyd olunan qərarı qəbul etmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI: Məhkəmənin qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayət verərək Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ## #### 2026-cı il tarixdə 09 radələrində yol polisi əməkdaşı onu saxlayaraq spirtli içki qəbul etməyini soruşdu və nəfəs verməyini tələb etdi. Cihazı yaxınlaşdırdıqda kəskin spirt qoxusu gəlməsini bildirdi, lakin cihaza üfürməyi tələb edildi. Bundan qısa müddət sonra cihazda sərxoş olmağı öz əksini tapdı. Halbuki alkotesterǝ, həmçinin həmin alkotesterin başlıq hissəsi də yox idi. Bununla da polis əməkdaşı əvvəldən onun günahsız olmadığını bilərək barəsində qanunsuz və əsassız protokol tərtib etmişdir. Buna baxmayaraq, o, özü DYP-də olarkən oradan özü birbaşa narkoloji dispanserə getmiş və müvafiq yoxlamadan keçdikdən sonra həmin vaxt ona məlum oldu ki, o, ümumiyyətlə sərxoş olmamışdır. Bununla əlaqədar tibbi sənədi o rəsmi qaydada oradan almışdır. Lakin buna baxmayaraq məhkəmə hesab etmişdir ki, o, tibbi müayinədən keçdiyi vaxt artıq spirtli içkinin təsiri getmiş və bununla da təqdim etdiyi sənəd əsassız olaraq nəzərə alınmamışdır. Qeyd edilənləri nəzərə alaraq şikayətin təmin edilməsiǝxahişǝedilir.ǝ PROSESSUAL MƏSƏSƏLƏR: Apellyasiya məhkəməsinin iclasında iştirak edən barəsində inzibati tənbeh tətbiq edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətin dəlillərini müdafiə edərəkǝşikayətinǝməzmununaǝuyğunǝçıxışǝetdiǝvəǝşikayətinǝtəminǝedilməsiniǝxahişǝetdi.ǝ Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış inzibati protokolu tərtib edən səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə IXM-nin 133.2.4-cü maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQI MƏSƏLƏLƏR: IXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə, inzibati xətaya dair işin materiallarını və şikayətin dəlillərini araşdırıb belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli və məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, iş materialına əlavə edilmiş sənədləri nəzərdən keçirərək qeyd edir ki, iş materialında olan sənədləri təkrar etməyə heç bir zərurət görmədən hesab edir ki, birinci instansiyaǝməhkəməsiǝdüzgünǝvəǝqanuniǝnəticəyəǝgəlmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il ## #### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları“nın 2.4-cü bəndində göstərilir ki, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluqǝvəziyyətindəǝolduğuǝhesabǝedilir. Belə ki, iş materialında olan ##.##.2026-cı il tarixli (saat 09:08-də) alkotestr qəbzindən (alkoqolun miqdarı 0.301‰ promilli müəyyən edilmiş), birinci instansiya məhkəməsində tədqiq edilmiş hadisənin video görüntüsünə baxış zamanı məlum olmuşdur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs polis əməkdaşlarına axşam dostları ilə birlikdə alkoqol qəbul etməsini etiraf etməsi, ##.##.2026-cı il tarixli inzibati xəta haqqında protokol, eyni zamanda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs birinci instansiya məhkəməsində izahatında hadisədən bir gün əvvəl axşam 100 qram spirtli içkidən bir qədərini içməsini özü etiraf etməsi, şahid izahatı ilə də müəyyən olunur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən qeyd edilən inzibati xəta hadisəsiǝtörədilmişdir. Bundan başqa, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş həkim Şahid izahatında göstərmişdir ki, alkoqol insan orqanizmində hər saatda təxminən 0,1 % azalır və insan orqanizminə görə fərqli olur. Buna görə də 2 saat 38 dəqiqə sonra edilmiş müayinə zamanı 0,00‰ nəticəsinin alınması ağlabatandır (2 saat 38 dəqiqə ərzində saatda 0,1‰ azalma ilə təxminən 0,038‰ qalır). Bu göstərici bir çox alkotesterlərin ölçmə dəqiqliyi və həssaslıq həddinə çox yaxın olduğundan, cihazın 0,00‰ nəticə göstərməsi praktikada mümkün hesab edilə bilər. Bundan əlavə, alkoqolun orqanizmdən xaric olma sürəti bütün şəxslərdəǝeyniǝolmurǝvəǝbəziǝhallardaǝbuǝdahaǝsürətliǝolaǝbilər. Məhkəmə qeyd edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs istinad etdiyi narkoloji tibb müəssisəsinin tibbi müayinə aktında müayinə zamanı ##.##.2026-cı il tarixli (saat 11:41-də) alkotesterin nəticəsində alkoqol aşkar edilmədiyi göstərilməsinə baxmayaraq, həmin müayinə nəqliyyat vasitəsinin idarə edilməsindən təxminən 2 saat 33 dəqiqə sonra, sürücünün öz təşəbbüsü ilə aparılmışdır. Buna görə də həmin akt müayinə anındakı vəziyyəti əks etdirir və nəqliyyat vasitəsinin idarə edildiyi andakı alkoqol vəziyyətini birbaşa müəyyən etmir. Belə olan halda məhkəmə hazırki iş üzrə ##.##.2026-cı il tarixli (saat 09:08-də) alkotestr qəbzini, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hadisə zamanı və birinci instansiya məhkəməsində verdiyi izahatlarında hadisədən bir gün əvvəl spirtli içki qəbul etməsini göstərməsi, inzibati xəta haqqında protokolu və şahid izahatını iş üzrə əsaslı və mötəbər sübutlar hesab edir. Eyni zamanda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən şikayətindəǝgöstərdiyiǝxüsusatlarıǝtəsdiqǝedənǝmötəbərǝsübutlarıǝtəqdimǝedəǝbilməmişdir. Belə olan halda birinci instansiya məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs törətmiş olduğu əməlləri düzgün olaraq tövsif etməsi barədə gəldiyi nəticəǝəsaslıǝvəǝqanunidir. Odur ki, apellyasiya məhkəməsi yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki verilmiş şikayətin dəlilləri formal xarakterli dəlillər olmaqla və inzibati məsuliyyətdən boyun qaçırmaq məqsədi daşıdığından şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və IXM-nin 133-136, 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Şikayət təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı şikayətə münasibətdəǝdəyişdirilmədənǝsaxlanılsın. Qərar qəbul olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar