Məhkəmə qərarları › İş №3(3-7)-508/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-508/2026

31.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-508/2026 31.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə Barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş ##.##.2026-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə dair Gədəbəy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti əsasında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: ## #### 2026-cı il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, ##.##.2025-ci il tarixdə Saratovka meşəbəylinin * saylı meşə dolayısında meşə əkinində Qərardan şikayət verən orqan (şəxs) tərəfindən qanunsuz mal-qara otardığına görə IXM-nin 257-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş və 400 manat məbləğində cərimə edilmişdir. Gədəbəy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı (hakim Mirzəquliyev Fizuli) ilə şikayət təmin edilməmiş, ## #### 2026-ci il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmışdır. IŞIN HALLARI : * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən qəbul olunmuş ##.##.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, ##.##.2025-ci il tarixdə Saratovka meşəbəylinin * saylı meşə dolayısında meşə əkinində Qərardan şikayət verən orqan (şəxs) tərəfindən qanunsuz mal-qara otardığına görə IXM-nin 257-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə barəsində protokol tərtib olunmuşdur. ##.##.2025-ci il tarixli Saratovka meşəbəylinin * saylı meşə dolayının meşə gözətçisi Mahmud Isgəndərov tərəfindən verilmiş məlumatın surətindən görünür ki, mühafizə etdiyi meşə dolayısında Qərardan şikayət verən orqan (şəxs) 2024-cü ilin payız mövsümündə qanunsuz olaraq meşə ərazisinə özünə məxsus 5 (beş) mal-qara meşə ərazisində otarıldığı üçün meşə fonduna ziyan vurulmuşdur. ##.##.2026-cı il tarixli məktubun surətindən görünür ki, IXM-nin 57-ci maddəsinin tələblərinə əsasən Gədəbəy rayonu, Şahdağ kəndində yaşayan Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolun surətinin onun ünvanına göndərilməsi barədə məktub tərtib olunmuşdur. ##.##.2026-cı il tarixli məktubdan görünür ki, Gədəbəy rayonu, Şahdağ kəndində yaşayan Qərardan şikayət verən orqan (şəxs) ## #### 2026-cı il tarixdə saat 12:30-də Idarənin inzibati binasında barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılacağı barədə məktub tərtib olunmuşdur. ŞIKAYƏTIN DƏLILLƏRI: Məhkəmənin qərarından Teymur Ələsgərov tərəfindən şikayət verilərək Gədəbəy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və ## #### 2026-cı il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, meşə ərazisində mal-qara otarmamasına baxmayaraq bununla bağlı heç bir hal mövcud deyil və sübuta yetirilmir. Lakin buna baxmayaraq barəsində əsassız cərimə tətbiq olunmuşdur. Odur ki, şikayətin təmin edilməsi xahiş edilir. PROSESSUAL MƏSƏLƏLƏR: Apellyasiya məhkəməsi iclasında iştirak edən barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) şikayətin dəlillərini müdafiə edərək şikayətin məzmununa uyğun çıxış etdi və şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış inzibati protokolu tərtib edən səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə IXM-nin 133.2.4-cü maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQI MƏSƏLƏLƏR: IXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Inzibati xətaya dair işin materiallarını araşdırıb və şikayətin dəlillərini, iş materiallarında olan sənədlərlə müqayisəli şəkildə tədqiq edərək məhkəmə hesab edir ki, şikayət təmin olunmamalı və məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, iş materialına əlavə edilmiş sənədləri nəzərdən keçirərək qeyd edir ki, iş materialında olan sənədləri təkrar etməyə heç bir zərurət görmədən hesab edir ki, birinci instansiya məhkəməsi düzgün və qanuni nəticəyə gəlmişdir. Belə ki, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X1 izahatında göstərmişdir ki, həmin vaxta aid onda video materiallar vardır. Vətəndaşa dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, o, həmin xəbərdarlıqlara məhəl qoymamışdır. Qərardan şikayət verən orqan (şəxs) meşə ərazisinin çəpərlənmiş hissəsində mal-qara otarmışdır. O, bu barədə rəhbərliyə məlumat vermişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş digər şahid X2 eyni məzmunlu izahat vermişdir. Hazırki iş üzrə iş materialına əlavə edilmiş ##.##.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolu, ## #### 2026-ci il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı və digər sənədləri, eyni zamanda şahid ifadələrini şübhə altına alan mötəbər sənədlər təqdim olunmamışdır. Belə olan halda Teymur Ələsgərov tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərində göstərdiyi xüsusatlar formal xarakterli daşımaqla inzibati məsuliyyətdən boyun qaçırmaq məqsədini güdür. Ona görə də birinci instansiya məhkəməsi haqlı olaraq Teymur Ələsgərov tərəfindən ## #### 2026-ci il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın vermiş olduğu şikayətin təmin edilməməsi nəticəsinə gəlməklə haqlı olmuşdur. Yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və IXM-nin 133-136, 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDI: Şikayət təmin olunmasın. Gədəbəy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar