Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-509/2026 30.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsi Hakim Hüseynov Salman Bilal oğlunun sədrliyi, Abdullayev Samir Zahid oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) və inzibati tənbehvermə haqqında qərarı qəbul etmiş səlahiyyətli orqanının nümayəndəsi Quliyev Sahib İlham oğlunun iştirakı ilə, Qərardan şikayət verən orqan (şəxs) Qərarından şikayət verilən orqan X1 bölməsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli TP ******* nömrəli qərarından verdiyi şikayətin təmin edilməməsi barədə Ağdam Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli 3(5-107) ***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qərarından şikayət verilən orqan X1 bölməsi yol-patrul inspektoru, R Quliyev Sahib İlham oğlu tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinib, yüz manat cərimə edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) məhkəməyə şikayət ünvanlayaraq inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və barəsində başlanmış inzibati xəta üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarı ilə şikayətin təmin edilməməsi, Qərardan şikayət verən orqan (şəxs) barəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin ##.##.2026-cı il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilməməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin həmin qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs apellyasiya şikayəti verərək məhkəmənin qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ##.##.2026-cı il tarixdə saat 20:40-da radələrində Quzanlı-Hindarx qəsəbəsi istiqamətində hərəkət edərkən, polis əməkdaşı tərəfindən saxlanılmış və onun işıqforun qırmızı qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirməsi bildirilmişdir. O, polis əməkdaşlarına hərəkətin işıqforun qırmızı qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməməsini bildirmişdir. Buna baxmayaraq, polis əməkdaşı onun izahatına məhəl qoymamış və ##.##.2026-cı il tarixli IXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Qərarından şikayət verilən orqan X1 Bölməsinin yol patrul xidməti inspektoru Quliyev Sahib İlham oğlu tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli TP ******* nömrəli qərar tərtib edilmiş və ona100 manat məbləğində cərimə tətbiq edilmişdir. Sözügedən qərar əsassız və qanunsuz olduğundan ləğv edilməlidir. İnzibati xəta hadisəsi və onun təqsiri mötəbər sübutlarla təsdiq edilməmişdir. Hadisəni təsdiq edən hər hansı görüntü və ya sübut təqdim edilməmişdir. İnzibati orqan tərəfindən hadisə yerindən foto və ya videogörüntülər, şahid izahatları, digər obyektiv sübutlar məhkəməyə təqdim edilməmişdir. Mübahisələndirilən qərarda inzibati orqan sübutetmə yükünü öz üzərinə götürmək əvəzinə formal ehtimalara əsaslanaraq onun təqsirli olduğunu qəbul etmişdir. Hadisə yerinin video görüntüləri polis əməkdaşlarından tələb etsə də, onlar həmin görüntüləri təqdim edilməmişdir. Bundan başqa polis əməkdaşlarına işıqforun qırmızı qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməməsini bildirərkən heç bir qanunsuz hərəkət etmədiyini, polis əməkdaşları ilə mübahisə etmədiyi halda əsassız olaraq polis şöbəsinə aparılmış və qanunla nəzərdə tutulmuş əsas olmadan təxminən 1 sutka saxlanılmışdır. Qeyd edilənlərə əsasən ##.##.2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməli və iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmalıdır. Apellyasiya instansiya məhkəməsində iştirak edən barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs şikayəti müdafiə edərək, şikayətdə göstərilən dəlillərə uyğun çıxış etdi, şikayətin təmin edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Apellyasiya instansiya məhkəməsində iştirak edən inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş səlahiyyətli orqanının nümayəndəsi şikayətə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını iş materialları ilə əlaqəli şəkildə araşdırıb işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İХM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İХM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati хətaların törədilməsində təqsirli hesab edilən və inzibati хəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəхs inzibati məsuliyyətə cəlb оlunur və tənbeh edilir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76-ci maddəsinə əsasən isə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görəyüz manat məbləğində cərimə edilir. Apellyasiya şikayətində qeyd edilən əsaslar yalnız mülahizədən ibarətdir, heç bir mötəbər sübutla öz təsdiqini tapmır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qərarından şikayət verilən orqan X1 bölməsinin ##.##.2026-cı il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinib, yüz manat cərimə edilmişdir. Birinci instansiya məhkəməsində şahid qismində məhkəmədə ifadə verən Qərarından şikayət verilən orqan X1 Bölməsinin rəisi X4 göstərmişdir ki, ##.##.2026-cı il tarixdə saat 20:40 radələrində Sahib Quliyevlə birlikdə xidmətdə olduğu vaxt Qərardan şikayət verən orqan (şəxs) Quzanlı qəsəbəsində idarə etdiyi «Mercedes Benz E 220 CDİ» minik markalı “** OS ***” dövlət qeydiyyat nişanlı avtomobillə işıqforun qırmızı işığında keçdiyini görərək sonuncunu saxlatmışlar. Həmin vaxt Nurlan onlarla mübahisə etmişdir. Bu səbəbdən Nurlan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Nurlanın qırmızı işığı keçdiyi işıqforun yanında kamera müşahidəsi quraşdırılmamışdır. Birinci instansiya məhkəməsində şahid qismində məhkəmədə ifadə verən Qərarından şikayət verilən orqan X1 Bölməsinin yol patrul xidməti inspektoru Quliyev Sahib İlham oğlu X4 göstərdiyi xüsusatları təsdiqləmişdir. Ağdam Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarına əsasən Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı ildə saat 20:40-da radələrində «Mercedes Benz E 220 CDİ» minik markalı ** OS *** dövlət qeydiyyat nişanlı avtomobillə Ağdam rayonunun Quzanlı qəsəbəsində Quzanlı-Hindarx qəsəbəsi istiqamətində hərəkət edərkən işıqforun qırmızı qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirdikdən sonra polis əməkdaşının qanuni tələbinə məhəl qoymadığı üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsində ilə təqsirli bilinib, yüz əlli manat məbləğində cərimə edilmişdir. Beləliklə, məhkəmə apellyasiya şikayətinin dəlili ilə bağlı bildirir ki, iş materiallarında olan sübutlara əsasən onun tərəfindən müvafiq qayda pozuntusu edilməsi təsdiqini tapmışdır. Həmçinin şəxsin məsuliyyətə cəlb edilməsini istisna edən hallar da mövcud deyil. Belə olan halda məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin həmin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur, məhkəmə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu səbəbdən şikayət təmin olunmamalı, barəsində şikayət verilən həmin qərar dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 133-136-cы maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDI: Barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) Qərarından şikayət verilən orqan X1 bölməsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli TP ******* nömrəli qərarından verdiyi şikayətin təmin edilməməsi barədə Ağdam Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli 3(5-107) ***/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.
Məhkəmə qərarları › İş №3(3-7)-509/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-509/2026
30.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver