Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-510/2026 14.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin hakimi Abdullayev Əlizamin Gülzalı oğlunun sədrliyi Quliyev Anar Elcan oğlunun katibliyi, Qərarından şikayət verilən orqan 10 X5 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Qurbanov İsmayıl Rövşən oğlunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakları ilə, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 253.3.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarından Qərarından şikayət verilən orqan 10 X5 və Təbii Sərvətlər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti əsasında işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 X5 və Təbii Sərvətlər İdarəsinin ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) fiziki şəxs kimi Azərbaycan Respublikası İXMnin 253.3.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib 5000 (beş min) manat məbləğində cərimə olunmuşdur. Barəsində inzibati tənbeh tətbiq edilmiş Qərardan şikayət verən orqan (şəxs) Qərarından şikayət verilən orqan 10 X5 və Təbii Sərvətlər İdarəsinin ##.##.2026-cı il tarixli, MN ******* saylı qərarın ləğv edilməsi və həmin inzibati işin icraatına xitam verilməsi barədə şikayət ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onun mülkiyyətində olan (##.##.2024-cü ildə bacısı X6 tərəfindən ona bağışlanmış, ümumilikdə isə ##.##.2019-cu ildən ailəsinin mülkiyyətində olan) Gəncə şəhəri, Atabəylər prospektində yerləşən torpaq sahəsinə münasibətdə 10 X5 və Təbii Sərvətlər İdarəsi tərəfindən barəsində əsassız olaraq inzibati icraat başlanılmışdır. Tərtib edilmiş MN ******* saylı protokola əsasən, guya onun tərəfindən qeyri-yaşayış obyektinin tikintisi zamanı 4 ədəd sərv və 1 ədəd çəkil ağacı kökündən çıxarılaraq məhv edilmişdir. Buna görə ona İnzibati Xətalar Məcəlləsinin (İXM) 253.3.1-ci maddəsi ilə 5000 (beş min) manat cərimə və təbiətə dəymiş ziyan kimi əlavə olaraq 2640 manat (cəmi 7640 manat) maddi sanksiya tətbiq edilmişdir. Cavabdeh orqanın iddiası yalnız 2025-ci ilin peyk (sputnik) görüntülərinə əsaslanır. Lakin aparılan araşdırma zamanı inzibati orqan heç bir hərtərəfli və obyektiv təhqiqat aparmamışdır. İşin əsl mahiyyəti isə ondan ibarətdir ki, qazıntı işləri aparılan müddətdə o, həmin ərazidə olmamış, qazıntı işlərinin gedişatına atası şahid1 və dostu şahid2 nəzarət etmişdir. Həmin ərazidə 4 ədəd sərv ağacı olmuş və onlar məhv edilməmişdir, qazıntı zamanı ordan çıxan torpağın təzyiqi ilə 1 ədəd sərv ağacı qırılıb, digər 3 sərv ağacının zədələnməməsi və tikinti texnikasının zərər verməməsi üçün atası şahid1 tərəfindən yolun əks tərəfinə, digər ağacların yanına sağ-salamat köçürülmüşdür. 1 ədəd çəkil ağacı isə qəsdən kəsilməmiş, ehtiyatsızlıqdan texnika işləyən zaman qırılmışdır. 2019-2023-cü illərdə ("Google Maps" görüntüləri ilə də sübut olunur) həmin ərazidə ümumiyyətlə ağac olmamışdır. 4 ədəd sərv ağacı şəxsən atası tərəfindən 2024-cü ildə əkilmişdir. Onun ailəsi, xüsusən atası təbiətə qənim kəsilən deyil, əksinə, Gəncə şəhərində şəxsi vəsaiti hesabına və onun maddi dəstəyi ilə 1 hektardan çox ərazidə park (Atabəylər prospekti, Dəmir yolu körpüsündən Qaz doldurma məntəqəsinə kimi), həmçinin “İmamzadə” kompleksinin ətrafında yerləşlən 2 hektara yaxın torpaq sahəsi daş və qayalardan təmizləyərək "X4" adına xatirə parkı salmışdır, bu parklarda ümumilikdə 3000-ə yaxın ağac əkmişdir. Bütün bu görülən xeyriyyə işlərinin video sübutları atasına məxsus “Tik-Tok” sosial şəbəkəsində mövcuddur. Cərimə tətbiq edən 10 X5 və Təbii Sərvətlər İdarəsinin əməkdaşları bundan məlumatlıdır. Cavabdeh orqan onun inzibati xəta törətdiyini hər hansı birbaşa sübutla (şahid ifadəsi, hadisə anında akt, videoçəkiliş) sübut edə bilməmişdir. Yalnız 2025-ci ilin peyk görüntüsünə istinad edilmişdir. Peyk görüntüsü ağacların nə vaxt, kim tərəfindən, hansı səbəbdən və ən əsası hansı şəraitdə kökündən çıxarıldığını sübut etməyə qadir deyil. Bu yalnız statik vəziyyəti göstərən dolayı məlumatdır. Onun ağacları kəsdirməsi və ya buna göstəriş verməsi sübut olunmadığı halda məsuliyyətə cəlb olunması qanunsuzdur. Sərv ağacları barədə qeyd edir ki, ağaclar məhv edilməyib, qorunmaq məqsədilə yeni yerə köçürülüb. Qanunvericilik "köçürülməni" "məhv etmə" kimi tövsif etmir. Məhv etmə fəal hərəkətlə ağacın bioloji fəaliyyətinin birdəfəlik sonlandırılmasıdır. Çəkil ağacına gəldikdə qeyd edir ki, hadisə qəsdən deyil, sırf ehtiyatsızlıq (texnikanın toxunması) nəticəsində baş verib. Mülkiyyətçi kimi onun bu prosesdə nə qəsdi, nə də birbaşa iştirakı olmuşdur. Əksinə, atası tərəfindən həmin ağacın yerinə və ətraf ərazilərə onlarla ağac əkilərək təbiətə dəymiş hər hansı zərərin (əgər belə bir zərər varsa) qarşısı artıqlaması ilə alınmışdır. Lakin 10 X5 və Təbii Sərvətlər İdarəsi “İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsində təsbit olunmuş obyektiv araşdırma prinsipini kobud şəkildə pozaraq onun və ailəsinin xeyrinə olan halları (ağacların köçürülməsini, parkların salınmasını, ağacların 2024-cü ildən sonra əkilməsini) araşdırmamış, şablon və birtərəfli qərar qəbul etmişdir Gəncə Şəhər Məhkəməsinin (hakim M.V.Həsənli) ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı ilə şikayət qismən təmin edilmiş, Qərarından şikayət verilən orqan 10 X5 və Təbii Sərvətlər İdarəsinin rəisi X1 tərəfindən Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul olunmuş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilməsi, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsində nəzərdə tutlan inzibati xətanı törətməkdə təqsirli bilinib 2200 (iki min iki yüz) manat məbləğində inzibati cərimə olunması qərara alınmışdır. Qərardan narazı qalan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 X5 və Təbii Sərvətlər İdarəsinin rəisi Azər Quliyev apellyasiya şikayəti verərək Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarının ləğv edilməsini və 10 X5 və Təbii Sərvətlər İdarəsinin ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, Gəncə Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli 3(5-121 )-****/**** saylı Qərarı aşağıda göstərilənlərə görə əsassız, qanuna zidd və qeyri-obyektiv hesab edir. 10 X5 və Təbii Sərvətlər İdarəsinin (RETSİ) 06 .04.2026-cı il tarixli 0063, 0067, 0068, **** saylı sərəncamları əsasında, Gəncə şəhəri ərazisində Ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyin tələblərinə riayət olunması vəziyyətinin araşdırılması məqsədilə keçirilən reyd zamanı qeyri-yaşayış (ticarət) obyektinin tikintisinin həyata keçirildiyi müşahidə edilmişdir. Araşdırma zamanı həmin işlərin Gəncə şəhər sakini Qərardan şikayət verən orqan (şəxs) tərəfindən həyata keçirildiyi müəyyən edilmişdir. Qərardan şikayət verən orqan (şəxs) araşdırmaya Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti ##.##.2019-cu il tarixli ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli və ##.##.2026-cı il tarixli ************ reyestr nömrəli ********** qeydiyyat nömrəli çıxarışları təqdim etmişdir. Aparılan araşdırma müddətində ərazinin 2025-ci ildə çəkilmiş videosuna və peyk görüntülərinə baxılan zaman ərazidən yaş halda olmuş d=0-4 sm aralığında 4 ədəd sərv cinsli və d=10 sm olan 1 ədəd çəkil cinsli ağacların götürüldüyü müəyyən edilmişdir. Aşkar olunmuş fakt üzrə Qərardan şikayət verən orqan (şəxs) yazılı izahat verərək tikintinin 2025-ci ilin oktyabr ayında başladıldığını, torpaq aldığı vaxt, yəni ##.##.2019-cu il tarixdə orada ağac olmadığını, ondan xəbərsiz mülkiyyətində olan əraziyə 2024-cü ildə 4 ədəd sərv ağacının əkildiyi, həmçinin tikinti prosesinin başlanğıcında qazıntı işləri gedən zaman Gəncə şəhərində olmadığını və kökündən çıxarılan ağaclardan xəbəri olmadığını bildirmişdir. Həmçinin o, izahatında tikintisi aparılan obyektin ekoloji ekspertiza rəyinin olmadığını və ekoloji ekspertizanın müsbət rəyinin alınması üçün aidiyyəti üzrə müraciət edəcəyini bildirmişdir. Araşdırma zamanı Gəncə şəhəri, Kəpəz rayonu, Atabəylər prospektində Qərardan şikayət verən orqan (şəxs) tərəfindən qeyri-yaşayış (ticarət) obyektinin dövlət ekoloji ekspertizasının müsbət rəyi olmadan tikildiyi, tikinti işləri zamanı d=0-4 sm olan 04 (dörd) ədəd sərv cinsli və d=10 sm olan 01 (bir) ədəd çəkil cinsinə aid ağacların götürüldüyü müəyyən edilmişdir. Beləliklə də, Gəncə şəhəri Kəpəz rayonu, Cavadbəy Şıxlinski küçəsi ev 25 A-da yaşayan sakini Qərardan şikayət verən orqan (şəxs) tərəfindən qeyri-yaşayış (ticarət) obyektinin tikintisinə dair dövlət ekoloji ekspertizasının müsbət rəyi olmadığı üçün və tikinti işləri zamanı ümumilikdə 5 (beş) ədəd ağacların kökündən çıxarılaraq götürülməsi nəticəsində “Ətraf mühitin mühafizəsi” və “Yaşıllıqların mühafizəsi” haqqında Azərbaycan Respublikasının Qanununun tələbləri pozularaq inzibati xəta törədilmişdir. Qeyd olunan ərazidə S. Məmmədov tərəfindən d=0-4 sm olan 04 (dörd) ədəd sərv cinsli və d=10 sm olan 01 (bir) ədəd çəkil cinsinə aid ağacların kökündən çıxarılaraq məhv edilməsi nəticəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2016-cı il tarixli *** nömrəli qərarına əsasən təbiətə dəymiş ziyan hesablanmış və ziyanın məbləği 2640 (iki min altı yüz qırx) manat təşkil etmişdir. Faktla bağlı Qərardan şikayət verən orqan (şəxs) barəsində ##.##.2026-cı il tarixli MN ******* saylı İnzibati xəta haqqında Protokol tərtib edilmiş və 21,04.2026-cı il tarixli icrası məcburi olan MN:******* saylı Qərar çıxarılmış və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.1 maddəsinə əsasən fiziki şəxs qismində 5000 (beş min) manat məbləğində cərimə tətbiq olunmuşdur. ##.##.2026-cı il tarixdə Qərarın bir nüsxəsini Qərardan şikayət verən orqan (şəxs) şəxsən götürmüşdür. Gəncə Şəhər Məhkəməsinin Qərardan şikayət verən orqan (şəxs) şikayətini qismən təmin etməsi və 10 X5 və Təbii Sərvətlər İdarəsinin İcrası məcburi sayılan 21,04.2026-cı il tarixli MN:******* saylı Qərarının dəyişdirilməsi barədə Qərar qəbul etməsi qanuna ziddir. Odur ki, Qərardan şikayət verən orqan (şəxs) fiziki şəxs qismində 10 X5 və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli icrası məcburi olan MN:******* saylı Qərardan verdiyi şikayəti ilə bağlı Gəncə Şəhər Məhkəməsinin qəbul etdiyi ## #### 2026-cı il tarixli 3(5-121 )-****/**** saylı məhkəmə Qərarının ləğv edilməsini və ** saylı RETS İdarəsi tərəfindən barəsində qəbul edilmiş cərimə Qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin iclasında iştirak edən Qərarından şikayət verilən orqan 10 X5 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Qurbanov İsmayıl Rövşən oğlu apellyasiya şikayətini müdafiə etdi və şikayətdə göstərilən məzmunda çıxış edərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Apellyasiya instansiyası məhkəməsinin iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarından verilmiş apellyasiya şikayətinin dəlillərini araşdıraraq, o cümlədən səlahiyyətli orqanın nümayəndəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, təqdim edilmiş sənədləri, sübutları və materialları hərtərəfli, tam və obyektiv tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*- ***)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab edilir. İş materiallarında olan ## ##### 2026-cı il tarixli, ***** saylı akta əlavə edilən hesabatdan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Gəncə şəhəri, Atabəylər prospektində tikintisi aparılan qeyri-yaşayış sahəsi (ticarət) obyektinin ərazisində 04 ədəd diametri 0-4 sm olan sərv cinsli və 01 ədəd diametri 10 sm olan çəkil cinsli ağacların kökündən çıxarılaraq məhv edilməsi nəticəsində təbiətə 2640 manat məbləğində ziyan vurulmuşdur. İş materiallarında olan ## ##### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Qərarından şikayət verilən orqan 10 X5 və Təbii Sərvətlər İdarəsinin rəisi X1 tərəfindən Qərardan şikayət verən orqan (şəxs) Gəncə şəhəri, Atabəylər prospektində aparılan tikinti işləri zamanı diametri 0-4 sm aralığında 4 ədəd sərv cinsli, diametri 10 sm 1 ədəd çəkil cinsli ağacların kökündən çıxarılıb məhv edilməsi faktı əsasında Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının İXM-nin 253.3.1ci maddəsinə əsasən 5000 manat məbləğində inzibati cərimə edilməsi qərara alınmışdır. İş materiallarında olan Qərarından şikayət verilən orqan 10 X5 və Təbii Sərvətlər İdarəsi tərəfindən Qərardan şikayət verən orqan (şəxs) ünvanlanmış ##.##.2026-cı il tarixli “könüllü icra barədə” bildirişdə cərimənin 1 ay müddətində İdarənin qeyd olunmuş haqq-hesabına ödənilib İdarəyə məlumat verilməsi tələb olunmuş, əks təqdirdə qərarın məcburi icra olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş ##.##.2024-ü il tarixli “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”dan görünür ki, Gəncə şəhəri, Atabəylər prospektində yerləşən ümumi sahəsi 0,08 ha olan “sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı” torpaq sahəsi Qərardan şikayət verən orqan (şəxs) tam xüsusi mülkiyyətindədir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş ##.##.2019-cu il tarixli “torpaq sahəsinin planı və ölçüsü”ndən görünür ki, Gəncə şəhəri, Atabəylər prospektində yerləşən ümumi sahəsi 0,16 ha olan “sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı” torpaq sahəsi Qərardan şikayət verən orqan (şəxs) tam xüsusi mülkiyyətindədir. İş materiallarına həmçinin Qərardan şikayət verən orqan (şəxs) tərəfindən təqdim edilmiş köçürülmüş 3 ədəd sərv ağacının foto və videogörüntülərini, atası tərəfindən salındığını qeyd etdiyi parkların yeni foto və videogörüntülərini əks etdirən 01 ədəd “fləş-disk” və həmin torpaq sahəsində ağacların olmamasını təsdiq edən 2019-2023-cü illərə aid “Google Maps” peyk fotoşəkilləri əlavə edilmişdir. Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) birinci instansiya məhkəməsində verdiyi izahatından görünür ki, həmin izahatında o, şikayəti müdafiə edərək bildirmişdir ki, o olmayan vaxt ona məxsus 16 sot torpaq sahəsində (Gəncə şəhəri, Atabəylər prospekti) üçmərtəbəli qeyri-yaşayış binası tikdirən zaman qazıntı işləri aparılmış, bu zaman həmin torpaq sahəsində 2024-cü ilin əvvəllərində atası tərəfindən əkilmiş 4 ədəd “yolka” ağacının biri qırılmışdır. Bu zaman atası yerdə qalan 3 ağacı yolun digər tərəfində köçürmüşdür ki, qazıntı işlərinə maneə yaratmasın. 2020-ci ildən etibarən Gəncə şəhəri ərazisində yaşıllıqların salınmasında aktivlik nümayiş etdirmişdir. Özünəməxsus “VÖEN”i var, Gəncə şəhəri, Zülfü Hacıyev küçəsində yerləşən geyim əşyalarının altı-satqısı ilə məşğul olduğunu obyekti var. O, törətdiyi əməli etiraf edir, lakin əməl qəsdən yox, ehtiyatsızlıqdan törədilmişdir. Hesab edir ki, o, fiziki şəxs qismində cərimə olunmalı idi, lakin ona vəzifəli şəxs kimi maksimum həddə cərimə tətbiq edilmişdir. Sonda ona tətbiq edilmiş cərimənin azaldılmasını xahiş etdi. Səlahiyyətli orqanın nümayəndəsi Nümayəndə birinci instansiya məhkəməsində verdiyi izahatında bildirmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) məxsus Gəncə şəhəri, Atabəylər prospektində yerləşən torpaq sahəsində Dövlət Ekoloji Ekspertizasının müsbət rəyi olmadan obyekt tikintisi həyata keçirilmiş, tikinti işləri həyata keçirilən zaman 5 ədəd kökündən çıxarılmışdır. Bu səbəbdən Qərardan şikayət verən orqan (şəxs) fiziki şəxs qismində cərimələnmişdir. Qərardan şikayət verən orqan (şəxs) 5000 manat məbləğində cərimə edilməsinin səbəbi tikinti-abadlaşdırma işləri aparılan zaman hər bir ağaca görə ayrıca cərimələnməsidir. Bu Qərardan şikayət verən orqan (şəxs) cərimələndiyi maddənin sanksiyasında da nəzərdə tutulmuşdur. Belə ki, Qərardan şikayət verən orqan (şəxs) 5 ağaca görə, hər ağac 2200 manatdan hesablanmaqla, 11000 manat məbləğində cərimə edilməli idi. Lakin inzibati qanunvericiliyə əsasən fiziki şəxs maksimum 5000 manat cərimə edildiyi üçün Qərardan şikayət verən orqan (şəxs) 5000 manat cərimə edilmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid1 izahatında bildirmişdir ki, şikayət verən şəxs onun oğludur. 2024-cü ildə oğluna məxsus torpaq sahəsində 4 ədəd “yolka” ağacı əkmişdir. Həmin torpaq sahəsində qazıntı-tikinti işləri gedən zaman əkdiyi ağacların dibinə torpaq töküldüyünü görmüş, buna görə də həmin ağacları çıxardaraq yolun digər tərəfində lazımi qaydada əkmişdir. Hazırda da həmin ağaclar yerindədir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid2 izahatında bildirmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) məxsus torpaq sahəsində qazıntı işləri aparılan zaman torpaq ağacların dibini zədələdiyi üçün şahid1 tərəfindən 3 ədəd ağac yerindən çıxarılaraq yolun digər tərəfinə əkilmiş, 1 ədəd ağac isə dibindən zədələnmişdi. Qazıntı işlərinə nəzarət edən şəxs özü idi. Hadisə 2025-ci ilin noyabr ayında baş vermişdir, həmin vaxt Qərardan şikayət verən orqan (şəxs) Bakı şəhərində olmuşdur. Birinci instansiya məhkəməsi tədqiq edilmiş material əsasında belə qənaətə gəlmişdir ki, hazırki iş üzrə inzibati xəta hadisəsinin törədilməsi - inzibati xəta haqqında protokolla, Qərarından şikayət verilən orqan 10 X5 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə, qərardan şikayət vermiş Qərardan şikayət verən orqan (şəxs) və şahidlərin izahatları və iş üçün əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq olunur. Məhkəmə, Qərarından şikayət verilən orqan 10 X5 və Təbii Sərvətlər İdarəsinin Qərardan şikayət verən orqan (şəxs) 5 ağaca görə 5000 manat cərimə edilməli olması ilə bağlı mövqeyi ilə razılaşmayaraq hesab etmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş qərar dəyişdirilərək o, fiziki şəxs kimi təqsirli bilinərək 2200 manat məbləğində cərimə edilməlidir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiaya məhkəməsinin bu mövqeyi ilə razılaşaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının (mətndə bundan sonra: “Konstitusiya”) 60-cı maddəsinin birinci (İ) hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İkinci (II) hissəsinə əsasən, hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Konstitusiyanın 125-ci maddəsinin yeddinci (VII) hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 129-cu maddəsinin üçüncü (III) hissəsinə əsasən, məhkəmə qərarı qanuna və sübutlara əsəslanmalıdır. İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2 və 8.3-cü maddələrinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barədə şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12-ci maddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 75.0-cı maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. İXM-in 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1 və 84.2-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan(vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 100.1-ci maddəsinə əsasən, bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar Həmin Məcəllənin 106.0.5-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan(vəzifəli çəxs) inzibati xətalar haqqında işlərə baxarkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıb-toplanmaması məsələsini həll edir. Həmin Məcəllənin 253.2-ci maddəsində meşə fonduna daxil olmayan ağac və ya kolların qanunsuz kəsilməsinə (götürülməsinə) və ya məhv edilməsinə görə fiziki şəxslərin iki min manat miqdarında, vəzifəli şəxslərin dörd min manat miqdarında, hüquqi şəxslərin iyirmi beş min manat miqdarında cərimə edilməsi nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 253.3.1-ci maddəsinə əsasən eyni hərəkətlər şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən törədildikdə, hər bir ağacın və ya kolların məhv edilməsinə, habelə qanunsuz kəsilməsinə (götürülməsinə) görə fiziki şəxslərin iki min iki yüz manat miqdarında, vəzifəli şəxslərin beş min manat miqdarında, hüquqi şəxslərin otuz beş min manat miqdarında cərimə edilir edilməsi nəzərdə tutulmuşdur. İXM-nin 253.3.1-ci maddəsinin dispozisiyasına görə hər bir ağacın və ya kolların məhv edilməsinə, habelə qanunsuz kəsilməsinə (götürülməsinə) görə inzibati məsuliyyət nzərədə tutulmuşdur. Yəni hər bir ağacın və ya kolların məhv edilməsi, habelə qanunsuz kəsilməsi (götürülməsi) ayrıca inzibati xəta kimi qiymətləndirilməli və buna görə ayrı-ayrılıqda inzibati tənbeh tətbiq edilməlidir. İXM-nin 34.2-ci maddəsinin tələbinə görə şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinin tələbinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilməlidir. Haırki işin materiallarına görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən 5 ağac eyni vaxta götürüldüyündən və hər bir ağaca görə ayrıca inzibati məsuliyyət nəzərdə tutulduğundan, eləcə də bu inzibati xətalara baxılması eyni orqanın səlahiyyətinə aid olduğundan həmin şəxs İXM-nin 253.3.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməli, yəni ona fiziki şəxs kimi 2200(iki min iki yüz) manat cərimə təyin edilməli idi. Lakin iş materiallarından görünür ki, səlahiyyətli orqan tərəfindən Qərardan şikayət verən orqan (şəxs) barəsində inzibati tənbeh tətbiq edilərkən İXM-nin 34.2-ci maddəsinin tələbləri nəzərə alınmamış və maddi hüquq normasının tətbiqində səhvə yol verilmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi səlahiyyətli orqanın qərarını dəyişdirərək Qərardan şikayət verən orqan (şəxs) fiziki şəxs olaraq İXM-nin 253.3.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş 2200(iki min iki yüz) manat məbləğində cərimə təyin etməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri əsasında birinci instansiya məhkəməsinin qərarı ləğv edilə bilməz. İXM-nin 134.1.1-ci maddəsin əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(*-***)-****/**** saylı qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA ALDI: Qərarından şikayət verilən orqan 10 X5 və Təbii Sərvətlər İdarəsinin apellyasiya şikayəti təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 253.3.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-7)-510/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-510/2026
14.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver