Məhkəmə qərarları › İş №3(3-7)-511/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-511/2026

03.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-511/2026 03.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə MÜƏYYƏN ETDI : ##.##.2026-cı il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, ##.##.2026-cı il tarixli, *-**-***-*****/**** nömrəli göstəriş məktubu ##.##.2026-cı il tarixdə müəssisənin elektron kabinetinə çatdırılmasına baxmayaraq göstəriş icra olunmamış, Z.Hüseynovanın əmək müqaviləsi elektron sənəd formasına keçirilməmişdir. Bununla da, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 IXM-in 539.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. ##.##.2026-cı il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, ##.##.2026-cı il tarixli, *-**-***-*****/**** nömrəli göstəriş məktubu ##.##.2026-cı il tarixdə müəssisənin elektron kabinetinə çatdırılmasına baxmayaraq göstəriş icra olunmamış və əmək müqavilələri elektron sənəd formasına keçirilməmişdir. Bununla da, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Istehsal Kommersiya şirkəti IXM-in 539.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı (hakim Mustafayev Rəşad) ilə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Istehsal Kommersiya Şirkətinin (VÖEN **********) barəsində Azərbaycan Respublikası IXM-nin 539.1- 1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmiş və onun vəzifəli şəxsi barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 barəsində Azərbaycan Respublikası IXM-nin 539.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. IŞIN HALLARI: Iş materialında olan sənədlər: ##.##.2026-cı il tarixli icrası məcburi göstəriş barədə məktubdan görünür ki, DƏMX-nin X5 tərəfindən ##.##.2026-cı il tarixdə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Istehsal Kommersiya Şirkətinin rəhbərliyinə məktub göndərilərək 7 iş günü ərzində bağlanılmış qüvvədə olan əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsinin təmin edilməsini və nəticəsi barədə şöbəyə məlumat verilməsi xahiş edilmişdir. Poçt zərfindən görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Istehsal Kommersiya Şirkətinin rəhbərliyinə ünvanlanmış zərfin üzərinə “bu ünvanda yaşamır” barədə qeyd yazılaraq poçt tərəfindən geri qaytarılmışdır. ## ### 2026-cı il tarixli məktubdan görünür ki, DƏMX-nin X5 tərəfindən ##.##.2026-cı il tarixdə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Istehsal Kommersiya Şirkətinin rəhbərliyinə məktub göndərilərək barəsində tərtib olunacaq inzibati xəta haqqında protokolun tərtib edilməsində iştirak etməsi üçün ## ### 2026-cı il tarixdə, saat 10:30-da DƏMX-nin X5 dəvət edilmişdir. Poçt zərfindən görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Istehsal Kommersiya Şirkətinin rəhbərliyinə ünvanlanmış zərfin üzərinə “bu şirkət işləmir” barədə qeyd yazılaraq poçt tərəfindən geri qaytarılmışdır. Inzibati xəta haqqında materiala baxan Göygöl Rayon Məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada qərar qəbul edilmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI: Məhkəmənin qərarından X2 Xidmətinin Hüquq Idarəsinin rəisi şikayət verərək Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv olunmasını və hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Istehsalat-Kommersiya Şirkətinin və onun vəzifəli şəxsi barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 IXM-nin 539.1-1ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması xahiş olunmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, iş materialına əlavə edilən sənədin elektron kabinetə yerləşdirilməsi haqqında arayışdan görünür ki, məktub ünvan sahibinə ## ##### 2026-cı il tarixdə çatdırılmışdır. Odur ki, şikayətin təmin edilməsi xahiş olunur. PROSESSUAL MƏSƏLƏLƏR: Apellyasiya məhkəməsinin iclasında iştirak edən vəzifəli şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 şikayətin dəlillərinə etiraz edərək şikayətin əsassız olduğunu və şikayətin təmin edilməməsini xahiş etdi. barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Istehsalat-Kommersiya Şirkəti 2000-ci il tarixdə yaradılmış, 2015-ci ildə isə fəaliyyəti dayandırılmış, ümumilikdə 10 ildən çoxdur ki, müəssisə işləmir. O, həmin müəssisədə sadəcə mühafizəçi işləmiş və məsul şəxs olmamışdır. Eyni zamanda həmin müəssisə Göygöl rayonunda Azal Kazımov küçəsində yerləşir. Ümumilikdə müəssisə toyxanalara xidmət kimi fəaliyyətini həyata keçirirdi. Müəssisə iki il yarımdır ki, başqa şəxsə satılıb. Apellyasiya məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilmiş inzibati protokolu tərtib edən səlahiyyətli orqanın nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə IXM-in 133.2.4-cü maddəsinə əsasən nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQI MƏSƏLƏLƏR: IXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə, şikayətin dəlillərini iş materialları ilə və tərəfin izahatı ilə araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin olunmamalı və iş üzrə məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş materialına əlavə edilmiş sənədləri təkrar etməyə zərurət görmədən qeyd edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır, eləcə də düzgün nəticəyə gəlmişdir, ona görə də həmin xüsusatları yenidən təkrar etməyə zərurət görmür. Belə ki, iş materialına əlavə olunmuş sənədlərdən görünür ki, inzibati xəta haqqında protokol tərtib edən orqan tərəfindən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Istehsal Kommersiya Şirkətinin rəhbərliyinə ##.##.2026-cı il tarixli icrası məcburi göstəriş barədə məktub göndərilərək 7 iş günü ərzində bağlanılmış qüvvədə olan əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsinin təmin edilməsini və nəticəsi barədə şöbəyə məlumat verilməsi xahiş edilsə də, həmin məktub poçt tərəfindən zərfin üzərinə “bu ünvanda yaşamır” barədə qeyd yazılaraq geri qaytarıldığından həmin məktubdan barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Istehsal Kommersiya Şirkətinin rəhbərliyinin bu barədə məlumatı olmamışdır. Həmçinin inzibati orqan tərəfindən ayrı-ayrılıqda barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Istehsal Kommersiya Şirkətinin və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Istehsal Kommersiya Şirkətinin vəzifəli şəxsi barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 barəsində inzibati xəta haqqında protokol tərtib edilsə də icrası məcburi göstəriş barədə məktub yalnız barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Istehsal Kommersiya Şirkətinin rəhbərliyinə göndərilmişdir. Həmin məktub isə poçt tərəfindən zərfin üzərinə “bu ünvanda yaşamır” barədə qeyd yazılaraq geri qaytarılmışdır. Bununla da əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişi hüquqi şəxsə və onun vəzifəli şəxsinə təqdim edilməsi öz təsdiqini tapmamışdır. Eyni zamanda şikayətin dəlillərində göstərilir ki, inzibati orqan tərəfindən ##.##.2026-cı il tarixli icrası məcburi olan göstəriş məktubunun ünvan sahibinə həmin tarixdə çatdırılması barədə iş materialına arayış əlavə olunsa da, IXM-nin 76-cı maddəsinin tələblərinə əsasən həmin arayışın mötəbərliliyini təsdiq edən əsaslı mötəbər sənəd təqdim olunmamışdır. Məhkəmə qeyd edir ki, hazırki vəziyyətdə iş materialında olan sənədləri şübhə altına alan mötəbər sübutlar inzibati orqan tərəfindən təqdim edilməmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, IXM-nin 8-ci maddəsinə görə şəxsin təqsirli olmasını sübuta yetirmək vəzifəsi hazırkı halda DƏMX-nin X5 üzərinə qoyulsa da, həmin orqan tərəfindən apellyasiya şikayətində mübahisələndirilən dəlilləri ilə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Istehsal Kommersiya şirkəti və onun vəzifəli şəxsi barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 tərəfindən IXM-nin 539.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Yuxarıda qeyd olunan iş materialına əlavə edilmiş sənədlərdən göründüyü kimi inzibati xəta haqqında protokolu tərtib edən səlahiyyətli orqan qanunvericiliyin tələblərini düzgün qiymətləndirməmiş, tam və ətraflı araşdırma aparmadan, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Istehsal Kommersiya şirkəti və onun vəzifəli şəxsi barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 barəsində inzibati xəta haqqında protokollar tərtib etmişdir. Belə olan halda barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Istehsal Kommersiya şirkətinin və onun vəzifəli şəxsi barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 əməlində IXM-nin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin əlamətləri mövcud deyildir. Beləliklə, birinci instansiya məhkəməsi düzgün olaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə nəticəyə gəlmişdir. Yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və IXM-nin 133-136, 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Şikayət təmin olunmasın. Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar